Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11295/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2664 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “Arzu” adının “Natavan” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 2664 saylı doğum haqqında akt qeydində adına düzəliş edilərək “Arzu” adının “Natavan” kimi yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı “Natavan” kimi göstərilmişdir. Həmçinin ona məxsus olan digər sənədlərdə o, AZE C00187834 seriyalı xarici pasportunda, hətta XVİİ-ЖГ seriyalı, 263063 nömrəli doğum haqqında şəhadətnaməsində adı “Natavan” kimi göstərilmişdir. Lakin Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2664 nömrəli doğum haqqında akt qeydində adı “Natavan” əvəzinə “Arzu” kimi göstərilmişdir. Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2664 nömrəli doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də, cavabdeh müracətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. İddiaçı məhkəmədə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Bakı şəhərində doğulmuş, adı İddiaçı kimi qeyd olunmuşdur. - İddiaçıya məxsus XVİİ-ЖГ seriyalı, 263063 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2 okyabr 1975-ci ildə, 2664 nömrə ilə qeyd edilmişdir. - İddiaçıya məxsus xx.xx.2014-ci ildə verilmiş C00187834 nömrəli xarici pasportdan görünür ki, adı İddiaçı kimi qeyd olunmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/135-2023 nömrəli məktubu ilə bildirilmişdir ki, doğum haqqında xx.xx.1975-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2664 saylı akt qeydində soyadı "Əliyeva" adı “Arzu”, ata adı “Vaqif" kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir, aidiyyəti şəxslər arasında mübahisə olduqda isə akt qeydində düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə ziddiyyət olduğundan ərizəsinin icrası tərəflərindən mümkün deyildir. - Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/135-2023 nömrəli məktubu ilə göndərilmiş 2 oktyabr 1975-ci il tarixli doğum haqqında akt qeydinin surətinə əsasən iddiaçının adı X1 qeyd edilmişdir və o, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-51/2-34578/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. Fərdi identifikasiya nömrəsi (FİN) xxxxxxx, məhkumlugu yoxdur. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçıya məxsus doğum akt qeydində adı “Arzu” kimi göstərilmişdir. Bütün ona məxsus digər sənədlərində (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, xarici pasport və s.) adı “Natavan” kimi göstərildiyindən iddiaçı özünə məxsus doğum akt qeydində düzəliş edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan doğum akt qeydində adı “Arzu” kimi göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan doğum akt qeydində adı “Arzu” kimi göstərilsə də, lakin bütün ona məxsus olan digər sənədlərində adı “Natavan” kimi göstərildiyindən iddiaçıya məxsus doğum akt qeydində adının “Arzu” əvəzinə “Natavan” kimi qeyd edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh tərəfindən xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 2664 saylı doğum haqqında akt qeydində adına düzəliş edilərək “Arzu” adının “Natavan” kimi yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı Cavabdeh tərəfindən xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 2664 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “Arzu” adının “Natavan” kimi yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11295/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11295/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver