Məhkəmə qərarları › İş №2-1(112)-113/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-113/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-113/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********187583 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh inzibati orqan tərəfinddən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142150 №li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC fəaliyyətə başladığı andan etibarən öz fəaliyyətini qanunvericiliyin tələbləri əsasında qurmuş, vergi sahəsində qanunvericiliyin və aidiyyəti normativ hüquqi aktların tələblərinə dönmədən əməl etmişdir. Şirkət fəaliyyətə başladığı 2015-cı il tarixindən öz nizamnaməsinə uyğun olaraq əsasən kənd təsərrüfatı, balıq və ət məhsullarının idxalı və satışı və digər sahələrdə qanunla qadağan olunmayan aidiyyəti fəaliyyət növləri ilə fəaliyyət göstərir. Şirkət 5 dən artıq xarici ölkədən yeyinti məhsulları idxal edir. Həmçinin Şirkət artıq xarici ölkələrə balıq məhsullarının ixracına başlamışdır. Şirkət hal-hazırda kardon və tekstil məhsullarının uğurla istehsalı ilə məşğuldur. Hal-hazırda Şirkətin vergi borcu yoxdur. Şirkətləri fəaliyyət göstərdiyi sahədə ən çox vergi ödəyən müəssisələrdən biridir. Şirkətləri vergi ödənişlərini heç bir gecikmə olmadan vaxtında və lazımı qaydada yerinə yetirmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən xx.xx.2017-ci il tarixli **********092865 nömrəli qərara əsasən Aqro İnvest və İstehsalat” MMC-də səyyar vergi yoxlaması keçirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən xx.xx.2017-ci il tarixli **********118879 nömrəli qərar çıxarılmışdır. Müəssisə vergi ödəyicisi kimi şikayətlə yuxarı vergi orqanına müraciət edərək, vergi orqanı tərəfindən pozulmuş hüquqlarının bərpasını və Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən çıxarılmış xx.xx.2017-ci il tarixli **********118879 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Yuxarı vergi orqanının xx.xx.2018-ci il tarixli **********141946 nömrəli qərarı ilə tərəflərindən verilmiş şikayət araşdırılaraq, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən çıxarılmış xx.xx.2017-ci il tarixli **********118879 nömrəli qərar ləğv edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən təkrarən xx.xx.2018-ci il tarixli, **********147417 nömrəli Səyyar vergi yoxlaması aktına əsasən səyyar vergi yoxlaması aparılmışdır. Həmin aktda vergilərin azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə İddiaçı MMC-yə aşağıdaki maliyyə sanksiyaları tətbiq edilməklə məsuliyyətə cəlb edilməsi təklif olunmuşdur. Tərəflərindən həmin akt barədə yuxarı vergi orqanına müraciət olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********174371 nömrəli xx.xx.2019-cu il tarixli Qərar verilməklə, xx.xx.2018-ci il tarixli, **********147417 nömrəli Səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin yoxlayıcıları tərəfindən xx.xx.2018-ci il tarixli aktla eyni məzmunlu xx.xx.2019-cu il tarixli akt qəbul edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən təkrarən tərtib edilmiş eyni məzmunlu xx.xx.2019-cu il tarixli **********147417 №li Səyyar vergi yoxlaması aktında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəmiyyətə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 793755,72 manat azaldılmasına görə 50 % miqdarında yəni, 396877,86 manat maliyyə sanksiyasının; ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 233114,43 manat azaldılmasına görə 50 % miqdarında yəni, 116557,22 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama ilə bağlı cəmiyyət tərəfindən vergi orqanına dəfələrlə bütün lazımi sənədlər (maliyyə, mühasibatlıq sənədləri və s.) tam həcmdə təqdim olunmuş və həmin orqan tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində faktiki olaraq heç bir pozuntuvə azaldılma halları aşkar olunmadığı halda Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən hazırki mübahisəli akt tərtib olunmaqla müəssisəyə maliyyə sanksiyalarının tətbiq olunması təklif olunmuşdur. Müəssisə tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində müəssisənin illik ümumi gəliri 6.893.374,80 manat (o cümlədən malların təqdim edilməsindən gəliri 6.893.374,80 manat), xarici valyutanın manata nisbətən mənfi məzənnə fərqi 258472,53 manat nəzərə alınmaqla, çıxılmadan sonrakı ümumi gəlir məbləği 6.634.902,27 manat göstərilmişdir. Qeyd olunan ümumi gəliri təsdiq edən sənədlər yoxlama zamanı təqdim olunmuşdur. Yoxlama aktında isə müəssisənin 2017-ci il üzrə ümumi gəlir məbləği 7.738.936,15 manat qeyd olunmuşdur. Lakin əlavə edilmiş 1.104,033,88 manat (7.738.936,15 – 6.634.902,27) dövriyyənin hansı sənədlər əsasında olduğu barədə aktda heç bir qeyd aparılmamışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mınfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclərin ümumi məbləği 6.445.670,45 manat göstərilmişdir. Yoxlama zamanı isə cavabdeh tərəfindən həmin xərclərin bir qismi, yəni 3.599.813,45 manat xərc kimi qəbul edilmiş və müəssisənin illik mənfəət balansı 4.139.122,70 manat müəyyən edilmişdir. Nəticədə 2017-ci il üzrə vergi tutulma məqsədləri üçün balans mənfəəti 4.139.122,70 manat (7.738.936,15-3.599.813,45) olmaqla 20 % dərəcə ilə 793755,72 manat mənfəə vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması aktında ƏDV üzrə hesablamalar aparılan zaman da qanun pozuntularına yol verilmişdir. Belə ki, aktda ƏDV-nin hesablanmasının verildiyi müqayisəli cədvəldə qeyd olunmuşdur ki, müəssisə tərəfindən 2017-ci ilin yanvar ayında 8096,83 manat, may ayı üzrə 8866,24 manat, iyul ayı üzrə 34.072 manat, oktyabr ayı üzrə 68.926,70 manat və dekabr ayı üzrə isə 113.118,96 manat olmaqla ümumilikdə 233.114,43 manat vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılmışdır. Lakin yuxarıda qeyd olunan kənarlaşmaların hansı səbəbdən baş verməsi barədə yoxlama aktında əsaslı bir açıqlama verilməmişdir. Yalnız 2017-ci ilin iyul ayı üzrə hesablanmış 34.072,63 manat kənarlaşmaya açıqlama gətirilmişdir. Cavabdeh orqan qəbul etdiyi xx.xx.2019-cu il tarixli **********187583 saylı qərara düzəliş etmişdir. İPM-nin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana göndərilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ-nin iddia ərizəsinə dair etirazı (mülahizəsi) məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh nümayəndələrinin iştirakını təmin etmədiyindən, gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı direktoru N.T.Tahirov xx.xx.2022-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə, iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPN-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar