Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1130/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X5 katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. 1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1998-xx.xx.2015-ci illərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalat sahələrində çalışmışdır. 60 yaşı tamam olduğundan iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-86558/2023 saylı məktubu ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim etdiyi 2 oktyabr 1980-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ATSC-nin 11 may 2022-ci il taixli 020/USQ nömrəli arayışında xx.xx.1998-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adı çəkilən müəssisədə kompressor, nasos, ventilyator quraşdırıcısı və usta biriqadir vəzifələrində işlədiyi qeyd edilsə də, həmin vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas vermir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıya verilmiş arxiv arayışının hüquqi mənasından göründüyü kimi onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Onunla həmin zavodda işləmiş keçmiş iş yoldaşlarının əksəriyyətinə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. İşlədiyi müəssisə kimya və neft sənayesinin əsas istehsal sahələri üçün müvafiq olaraq texnoloji avadanlığın təmiri və quraşdırılması işini yerinə yetirirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 182704/2023 saylı etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində zərərli işlərdə işlədiyi dövrün 12 il 6 aydan çox olduğunu qeyd etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-T- 86558/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi bildirilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajı yoxdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 oktyabr 1980-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ATSC-nin 11 may 2022-ci il tarixli 020/USQ nömrəli arayışında iddiaçının xx.xx.1998-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə kompressor, nasos, ventilyator quraşdırıcısı və usta briqadir vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi, neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində isə (10.5) texnoloji avadanlıqların təmiri üzrə çilingərlər, təmirçi-çilingərlər, ustalar, böyük ustalar vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək, şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilib qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraza uygun izahat verərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-T-86558/2023 saylı imtina məktubu ilə etirazda göstərilənlər bildirilmişdir. - Qaradağ RPİ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində anadan olmuşdur. - "xxxx" ATSC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 020USQ nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdə (əmr № 7/ş, xx.xx.1998-ci il) "xxxx" Səhmdar Firmasının “Dviqatelmontaj” Bakı Quraşdıma İdarəsinə (hal-hazırda "xxxx" X12 Cəmiyyəti) 6-cı dərəcəli kompressor, nasos, ventilyator quraşdırıcısı kimi işə qəbul edilmişdir; xx.xx.1999-cu il tarixdə (əmr № 45/k xx.xx.1999-cu il) 2 saylı sahəyə ustabriqadir təyin olunmuşdur; xx.xx.2005-ci il tarixdə (əmr № 10/k-a xx.xx.2005-ci il) işdən azad olunmuşdur; xx.xx.2006-cı il tarixdə (əmr № 13-1/k-q, xx.xx.2006-cı il) 6-cı dərəcəli kompressor, nasos, ventilyator quraşdırıcısı kimi işə qəbil edilmişdir; xx.xx.2015-ci il tarixdə (əmr № 07/k/a xx.xx.2015-ci il) işdən azad olunmuşdur. "xxxx" ATSC öz fəaliyyət dairəsinə görə texnoloji avadanlığın təmiri və quraşdırılması üzrə işləri kimya sənayesinin əsas istehsal sahələrində, o cümlədən, “Etilen-Polietilen”, “Üzvi Sintez” İB-lərinin; “Sintez Kauçuk”, “X9” zavodlarının əsas istehsal sahələrində; Neft Şirkətinin “Azneftyağ” və “Azneftyanacaq” İB-lərinin, “Neft Daşları, "Qum Adası” və N.Nərimanov adına NQÇİlərinin qapalı qaz-generator sexlərində sağlamlıq üçün zərərli şəraitdə yetirirdir. Rustavi şəhərində Kimya Kombinatının tikilməsində iştirak etmişdir. Bu işlərin yerinə yetirilməsi üçün idarə tərəfindən hər il yuxarıda qeyd olunan İstehsalat Birlikləri və X4 ilə müvafiq müqavilələr bağlanır, idarənin isə həmin işlərdə çalışan işçilərinə zərərli iş şəraitinə görə əlavə ödənişli məzuniyyətlər verilir və onların əmək haqqları yüksək tarif dərəcələri üzrə hesablanır. X2 işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsal sahələrində kompressor, nasos, ventilyator quraşdırıcısı kimi tam iş günü işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-13764/2023 nömrəli məktubunda bildirilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 730 nömrəli sərəncamı ilə "xxxx" Səhmdar Firmasının tabeliyində olan Bakı Mühərrik Quraşdırma idarəsinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir. - SOCAR "xxxx" trestinin xx.xx.2023-cü il tarixli, 14-2-14/2-2279/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı işlədiyi kompressorların, nasosların və ventilyatorların quraşdırıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının (Siyahı) “Neftqaztikinti" trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində (kod:2290000a-dan 2290000b—24441-dək) və Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmamışdır. - SOCAR "xxxx" trestinin xx.xx.2023-cü il tarixli, 14-2-14/2-2277/2023 nömrəli məktubunda bildirilir ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən İddiaçıxx.xx.2005-ci il tarixli 25/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına (Neft Daşları) 6-cı dərəcəli kompressorların, nasosların və ventilyatorların quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixindən xx.xx.2005-cı il tarixli 33/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Sxx.xx.2005-ci il tarixli 45/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına 6-cı dərəcəli kompressorların, nasosların və ventilyatorların quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixli 59/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlanması) əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi:xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. - SOCAR-ın xx.xx.2023-cü il tarixli, 14-2-1-4/2-352/2023 nömrəli məktubunda bildirilir ki, X3 N.Nərimanov adına NQÇi-nın 20 oktyabr 1988-ci ii tarixli 277 nömrəli əmri ilə Qaz-kompressor sexində “təmirçi-çilingər” peşəsinə işə qəbul edilmişdir. Dövlət notariat orqanı tərəfindən təsdiq edilmiş əmək kitabçasının surətinin 1-ci səhifəsinin yuxarı hissəsində “Doğum haqqında şəhadətnamə”yə əsasən “X3”nun soyadı, adı və atasının adı dəyişdirilərək, “İddiaçı” kimi sayılmışdır. İddiaçı 17 fevral 1996-ci il tarixinədək Qaz-kompressor sexində təmirçi-çilingər peşəsində işləmişdir. N.Nərimanov adına NQÇİnin 17 fevral 1998-ci il tarixli 83 nömrəli əmri ilə, şəxsi ərizəsinə əsasən, öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Qaz-kompressor sexində işlədiyi “təmirçi-çilingər” peşəsi üzrə yerinə yetirilən işin xüsusiyyətlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi N.Nərimanov adına NQÇİ-nin “Qaz-kompressor sexinin təmirçi-çilingər” peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərə alınması mümkün deyildir. - Azərbaycan SSR X10 Təhsili Komitəsi tərəfindən verilən xx.xx.1980-cı il tarixli, 132602 seriyalı, 392 nömrəli diplomdan görünür ki, X3 xx.xx.1977-ci ildə Bakı şəhər 61 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1980-cı ildə elektrik-qaz qaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Ona 3-cü dərəcə elektrik-qaz qaynaqçısı peşəsi üzrə ixtisas verilmişdir. - İddiçıya məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1980-ci il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-cı il tarixdə Hissələr və armaturların istehsalı üzrə Bakı zavodu VPO “Saorojmontaj zavodu” Mexaniki sexə xx.xx.1980-ci il tarixindən 67/k saylı əmrlə xarrat tələbəsi kimi təyin edilib. xx.xx.1980-ci il tarixdə Sovet Ordusu sıralarına çağırıldığı üçün xx.xx.1980-ci il tarixindən 86/k saylı əmrlə işdən azad edilmişdir. (Az.SSR. ƏMQ 36 m.) xx.xx.1983-cü il tarixdə Azərbaycan Vtorçvetmet idarəsinə ikinci dərəcə üzrə Bakı sexinə xx.xx.1983-cü il tarixindən 6/k saylı əmrlə çeşidləyicı-yığımçısı kimi daxil olmuşdur. xx.xx.1983-cü il tarixdə tutduğu vəzifədən Azərb.SSR ƏMQ 37 saylı m. uyğun olaraq xx.xx.1983-cü il tarixindən 34/k 1 saylı əmrlə öz istəyi ilə azad edilmişdir. xx.xx.1983-cü il tarixdə Texnoloji avadanlıqların təmiri və texniki xidməti üzrə xx.xx.1983-cü il tarixindən 79/k saylı əmrlə üçüncü dərəcə çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdən Yeni əmək haqqı şərtlərinin tətbiqi ilə xx.xx.1987-ci il tarixdən 75 saylı əmrlə çilingər 3-cü kateqoriyası təsdiq edilib. xx.xx.1988ci il tarixdən Neftqaz Zavod İdarəsinə keçmək üçün xx.xx.1988-ci il tarixdən 45/5 saylı əmrlə işdən azad edilib. xx.xx.1988-ci mil tarixdən qaz kompressor sexinə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə xx.xx.1988-ci il tarixdən 45/5 saylı əmrlə qəbul olunub. xx.xx.1998-ci il tarixdə öz xahişi ilə xx.xx.1998-ci il tarixli 83 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə (əmr №7/ş, xx.xx.1998-ci il) "xxxx" Səhimdar Firmasının “Dviqatelmontoj” Bakı Quraşdırma İdarəsinə (hal-hazırda "xxxx" X11 Cəmiyyəti) 6-cı dərəcəli compressor, nasos, ventilyator quraşdırıcısı kimi işə qəbul edilmişdir; xx.xx.1999cu il tarixdə (əmr №45/k xx.xx.1999-cu il) 2 saylı sahəyə usta-birqadir təyin olunmuşdur; xx.xx.2005-ci il tarixdə (əmr №10/k-a xx.xx.2005-ci il) işdən azad olunmuşdur; xx.xx.2005ci il tarixdə (əmr №25/k xx.xx.2005-ci il) 6-cı dərəcəli kompressor, nasos, ventilyator quraşdırıcısı kimi işə qəbul edilmişdir; xx.xx.2005-ci il tarixdə (əmr №33/k xx.xx.2005-ci il) əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2005-ci il tarixdə (əmr №45/k xx.xx.2005-ci il) 6-cı dərəcəli kompressor, nasos, ventilyator quraşdırıcısı kimi işə qəbul edilmişdir; xx.xx.2006-ci il tarixdə (əmr №59/k xx.xx.2006-ci il) əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2006-cı il tarixdə (əmr №13-1/k-q, xx.xx.2006-cı il) 6-cı dərəcəli compressor, nasos, ventilyator quraşdırıcısı kimi işə qəbul edilmişdir; xx.xx.2015-ci il tarixdə (əmr №07/k/a xx.xx.2015-ci il) işdən azad edilmişdir. xx.xx.2018-cı il tarixdə (əmr №11/k 1, xx.xx.2018) kompressor, nasos, hava dəyişdiricilərin quraşdırıcısı kimi işə qəbul edilmişdir; xx.xx.2019ci il tarixdə (əmr №71-k xx.xx.2019-ci il) əmək müqaviləsinə xitam verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ: 4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün, yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə, yəni iddiaçının həmin tarixdə 60 yaşı tamam olmalı, azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi, neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində isə (10.5) texnoloji avadanlıqların təmiri üzrə çilingərlər, təmirçi-çilingərlər, ustalar, böyük ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi 2 oktyabr 1980-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ATSC-nin ona dair 11 may 2022-ci il tarixli 020/USQ nömrəli arayışında xx.xx.1998-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə kompressor, nasos, ventilyator quraşdırıcısı və usta briqadir vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Belə olan halda iddiaçı tələb olunan 12 6 aylıq güzəştli iş stajını toplamamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1). Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva