Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11306/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, üçüncü şəxslərin nümayəndə və vəkili Nümayəndə, üçüncü şəxlər X20, X13, həm üçüncü şəxs, həm də digər üçüncü şəxslər X21, X16 və X3 qanuni nümayəndəsi X6 iştirakı ilə İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, X21, X16, X20, X13, X17 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdirlər. İddia ərizəsinin əsaslarına görə, ünvan 2 onların mülkiyyətindədir. X4, X16, X20, X13, X22, X8 bugünə qədər həmin evdə pasport qeydiyyatında qalmaqdadırlar. X9, X7, X10, X5, X11, X3, ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişlər, lakin sonuncu xx.xx.2024cü il tarixli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanuna istinad edərək onlara imtina verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-13-53/2-M-37919/11/24 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilmişdir ki, mülkiyyətində olan Yasamal rayonu, V.Əliyev küçəsi, ev 176 ünvanından X21, X16, X20, X13, X17 və X3 qeydiyyatdan çıxarılması ilə əlaqədar o, mülki qaydada məhkəməyə müraciət edə bilər. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(112)-11306/2024 nömrəli qərardadı ilə X21, X16, X20, X13, X17 və X8 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-53/2-62343 nömrəli məktubunda iş üzrə şifahi məhkəmə baxış iclasının iştirakları olmadan baxılmasına və qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər izahatlarında evin ayrı girişçıxışlarının olduğunu, həmçinin onların da həmin evdə qeydiyyatda olmaqla yaşadıqlarını bildirmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər, onların nümayəndəsi və vəkili hər biri ayrı-ayrılıqda iddianın mümkün sayılmamasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X21, xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.1987-ci il təvəllüdlü X20, xx.xx.1963-cü il təvəllüdlü X13, xx.xx.1985-ci il təvəllüdlü X17 və xx.xx.2019-cu il təvəllüdlü X8 ünvan 5 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 125.8 kv.metr, torpaq sahəsi 0.01543 hektar olan fərdi yaşayış evi ümumi birgə paylı mülkiyyət üzrə İddiaçı1 adına ********** nömrəsi ilə xx.xx.2014-cü il tarixdə, İddiaçı2 adına ********** nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13- 53/2-48855/2024 nömrəli məktubu ilə göndərilmiş kartoçkaların surətindən görünür ki, X20 xx.xx.2012-ci il tarixdən, X17 isə xx.xx.2011-ci il tarixindən V.Əliyev küçəsi ev 176 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 245 nömrəli xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, verilir X14 ondan ötrü ki, V.Əliyev küçəsi ev 176 ünvanında qeydiyyatdadır. Ailə tərkibi: X21, X16, X13, X17 və X8. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: “Azəriqaz” İB ilə istehlakçı X23 arasında bağlanmış daxili qaz avadanlıqlarına texniki baxış xidməti işlərinin keçirilməsi haqqında ******* nömrəli Aktda şəxsin ünvanı V.Əliyev 176 göstərilmişdir. X13 ilə “Azəriqaz” İB arasında xx.xx.2021-ci il tarixdə Vasif Əliyev 176 ünvanına qazın çəkilməsi ilə bağlı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-03126xx/xx-2021 nömrəli müqavilə bağlanmışdır. “Azərsu ASC”nin Yasamal rayon Sukanal İdarəsinin faktura çeklərindən görünür ki, 10531070 nömrəli müqavilə və **********001 abonent kodu üzrə X26 rayonu, Vasif Əliyev küçəsi, ev 176 ünvanının su borcu ödəmələrini həyata keçirmişdir. “Azərsu ASC”nin Yasamal rayon Sukanal İdarəsinin faktura çeklərindən görünür ki, 48200775 nömrəli müqavilə və **********001 abonent kodu üzrə İddiaçı2 Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 176 ünvanının su borcu ödəmələrini həyata keçirmişdir. AZE 11830508 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Əsgərov Adil ünvan 5 ünvanında qeydiyyatdadır, X29, anası Əzimova Güneldir. AZ-İİ 255241 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 14 avqust 2009-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X2, anası X12r. AZ-İİ 397317 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 12 dekabr 2019-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası X12r. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, **********75 nömrəli məktubunda bildirilmişdir ki, X9, X7, X10, X5, X6 və X1 fərdi yaşayış evi üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddia ərizəsinin məzmunundan və iş materiallarından bəlli olur ki, iddiaçıların qeydiyyatdan çıxarılmasını arzuladığı üçüncü şəxslər onların qohumu olmaqla faktiki olaraq həmin ünvanda yaşamaqdadırlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. İnzibati icraat çərçivəsində yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılması mümkündür. Qeyd olunan şəxsin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün ilk növbədə həmin şəxslərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsində əvvəllər əşya hüquqlarının yaranıb-yaranmamasına, yaranmışdırsa hazırda da mövcud olubolmamasına hüquqi qiymət verilməlidir. Bu isə inzibati məhkəmə icraatının tənzimetmə predmetinə aid deyil və xüsusi hüquqla həll olunmalı məsələdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2, 3.1-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. İPM-in 13-cü maddəsinin tələbləri baxımından qanunvericiliyin qeyd edilən tələbləri məhkəmə iclasında iştirak edən iddiaçılara izah edilmiş, məhkəmə tərəfindən onun dinlənilmə hüququ təmin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçıların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslərin iddiada göstərilən mənzilə münasibətdə istifadə hüquqlarının olub-olmaması məsələsi araşdırılmalı və buna hüquqi qiymət verilməli olduğundan, iddia tələbinə inzibati mühakimə icraatının predmetini təşkil edən iddia növlərinə aid tələb kimi baxıla bilməz. İddiaçılara izah olunur ki, iddia tələbində qeyd edilən şəxslərin onun mülkiyyətində olan yaşayış sahəsindən “istifadə hüququna xitam verilməsi barədə” səlahiyyətli ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) iddia qaldıra bilərlər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “X21, X16, X20, X13, X17 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X19.
Məhkəmə qərarları › İş №2-1(112)-11306/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11306/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver