Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11312/2025 19.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək özünün və ailə üzvlərinin hazırda qeydiyyata olduğu və yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilin (yaşayış evinin) 1980-ci ildə X3 tərəfindən onlara, yəni həyat yoldaşı X1 5400 (beş min dörd yüz) manata satılmasını, iddiaçının və ailə üzvlərinin hazırda qeydiyyata olduğu və yaşadığı ünvan 1 ünvanda yerləşən digər bir mənzilin 1983-cü ildə Əzimov Məmməd-Sadıq (Mamed-Sadıq) Bala-Qardaş oğlu tərəfindən onlara, yəni həyat yoldaşı X1 4400 (dörd min dörd yüz) manata satılmasını nəzərə alaraq həmin mənzillərin iddiaçının mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin hazırda qeydiyyata olduğu və yaşadığı ünvan 1 ünvanda yerləşən mənzil 1980-ci ildə X3 tərəfindən iddiaçının həyat yoldaşı X1 5400 (beş min dörd yüz) manata satılmışdır. Sənədləşmə kimi onlar arasında 04 yanvar 1980-ci il tarixli razılaşma (alqı-satqı) vardır. Alqı-satqı həyata keçirildiyi 1980-ci ildən həmin mənzil (yaşayış evi) iddiaçı və ailə üzvlərinin istifadəsində olmaqla həmin mənzilin (yaşayış evinin) bütün komunal xərcləri tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq həmin evi sənədləşdirə bilməmişlər ki, X3 vəfat etmiş və alqısatqı tamamlanılmamışdır. ünvan 2 ünvanda yerləşən digər bir mənzil 1983-cü ildə Əzimov Məmməd-Sadıq (Mamed-Sadıq) Bala-Qardaş oğlu tərəfindən iddiaçıya və həyat yoldaşı X1 4400 (dörd min dörd yüz) manata satmışdır. Sənədləşmə kimi onlar arasında 01 sentyabr 1983-cü il tarixli razılaşma (alqı-satqı) vardır. Alqı-satqı həyata keçirildiyi 1983-cü ildən həmin mənzil (yaşayış evi) iddiaçının və ailə üzvlərinin isitifadəsində olmaqla həmin mənzilin (yaşayış evinin) bütün kommunal xərcləri tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq həmin evi adına sənədləşdirə bilməmişdir. Belə ki, Əzimov Məmməd-Sadıq (Mamed-Sadıq) Bala-Qardaş oğlu vəfat etmiş və alqı-satqı tamamlanılmamışdır. Bildirilir ki, 30 ildən artıq həmin evdə yaşamışlar və qeyd edildiyi kımı bütün kommunal xərclər ödənilmişdir. İddiaçı tərəfindən sözügedən əmlakların sənədləşdirilməsi tələbi ilə cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin verilən cavablar tələbini təmin etməməklə, onun hüquqlarını pozmuşdur və imtina verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq iclası təyin edilərək tərəflərə bildiriş göndərilmişdir. Lakin iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və cavabdeh tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı eyni sənədlərə istinad etməklə, eyni iddia tələbi ilə bundan əvvəl də Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-15687/2023 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardadı mübahisələndirməmiş və qərardad qanuni qüvvəsini almışdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). İstinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Göründüyü kimi, iddiaçı hazırkı tələb ilə cavabdehə qarşı bundan əvvəl inzibati məhkəmədə qaldırdığı iddia mümkün sayılmamış və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehə qarşı eyni əsaslarla, eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş qərarı ilə hüquqi qiymət verildiyindən və qeyd olunan məhkəmə aktı qərar qüvvədə olduğundan, hazırkı iddiaya yenidən baxılması istisna olunur. Ali Məhkəmənin istinad olunan Plenum qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının hüquqi marağı və çatmaq istədiyi məqsəd aydın olduğundan, bu baxımdan ona hüquqi yardımın göstərilməsi belə, işə mahiyyəti üzrə baxılmasının mümkün olması ilə nəticələnməyəcəyindən işin hallarının tərəflərlə müzakirə edilmədən iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11312/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11312/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver