Məhkəmə qərarları › İş №2-1(112)-11315/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11315/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11315/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X41nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X41nin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X22, X28 və X18) qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 adma verilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin № 143641,xx.xx.1994- cü il tarixli (saxta olaraq qeyd olunan tarixdir) “Qeydiyyat vəsiqəsi”nə dair qeydiyyat yazısını və həmin qeydiyyat yazısına əsasında verilmiş ÖM № 143641 saylı qeydiyyat vəsiqəsinin, eyni zamanda həmin qeydiyyat vəsiqəsi əsasında mərhumun adma cavabdeh orqan tərəfindən qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın qeydiyyat nömrəli Çıxarışa dair qeydiyyat yazısının etibarsız hesab edilməsi və həmin qeydiyyat yazısı əsasında üçünşü şəxslər X12, X14, X10 adma ( ünvan 1 ünvanında yerləşən mənzilə dair) verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair qeydiyyat yazısını və həmin qeydiyyat yazısı əsasında verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi vəzifəsinin , eyni zamanda ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliklərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X41n 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərara qəbul edilməsini, eləcə də X2 adma verilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin № 143641,xx.xx.1994- cü il tarixli (saxta olaraq qeyd olunan tarixdir) “Qeydiyyat vəsiqəsi”nin tərtib edilməsində iştirak edən şəxslər barəsində “ xüsusi qərardad” ın elan edilməsinə və aidiyyatı üzrə AR Baş Prokruroluğa məlumat verilməsinə və araşdırma nəticəsinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X22, X28, X18 ünvan 7 (əvvəli adı ünvan 3 ünvanında yerləşən X11 məxsus mənzil üzərində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair cavadeh Bakı şəhəri 29 saylı Notoriat Ofisinə müraciət etmiş və onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə (vərəsəlik işinin nömrəsi: V-57/2022, reyestrdə 2V-109№ ilə qeyd olunmuşdur) xx.xx.2024-cü il tarixində verilmişdir. “Vətəndaşlıq vəziyyəti Aktları” AQİS-dən çıxarışa , eyni zamanda AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin ünvan 4 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-1635/7-12-908/24 saylı məktuba əsasən mərhum oğlumuz X15 ilə xx.xx.1971-ci il təvəllüdlü Sayadova (Əliyeva) Nailə Cəlal qızının nikahı xx.xx.1991-ci ildə Salyan rayonu Qızılağac kənd icra nümayəndəliyi tərəfindən qeydiyyata alınmışdır , X15 ilə xx.xx.1971-ci il təvəllüdlü Sayadova (Əliyeva) Nailə Cəlal qızının nikahının pozulması xx.xx.2005-ci ildə AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən həyata keçirilmişdir. Belə ki, AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin ünvan 4 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-1635/7-12-908/24 saylı məktubda qeyd olunmuşdur ki, mərhum oğlumuz X15 ilə Hüseynova (Sayadova) Gülgün Zakir qızının nikahı xx.xx.1996-cı ildə Salyan rayonu Qızılağac kənd icra nümayəndəliyi tərəfindən qeydiyyata alınmışdır. Hansıki, həmin tarixdə X15 xx.xx.1971-ci il təvəllüdlü Sayadova (Əliyeva) Nailə Cəlal qızı ilə xx.xx.1991-ci il tarixindən nikahda olmuşdur, yəni həmin zaman (xx.xx.1996-cı ildə) Sayadova (Əliyeva) Nailə Cəlal qızı ilə nikahda olmuşdur və onların nikahı pozulmamışdır. Belə ki, Salyan rayonu Qızılağac kənd icra nümayəndəliyi qanunun tələblərini pozaraq xx.xx.1991-ci il tarixindən qeydiyyata alınmış (Sayadova (Əliyeva) Nailə Cəlal qızı ilə X15) nikah pozulmadığı halda X15 ilə Hüseynova (Sayadova) Gülgün Zakir qızının nikahı xx.xx.1996-cı ildə nikahını qeydiyyata almışdır. Bundan əlavə, adı qeyd olunan Hüseynova (Sayadova) Gülgün Zakir qızının şəxsiyyətini təsdiq edən fakt yoxdur, əslində həmin şəxsin adı, soyadı (şəxsiyyət vəsiqəsinə əsasən) X16r (Fin:3BEW5YZ, AA3826915) . Bu bir daha saxta iş görülməsini təsdiq edən faktdır. Bakı şəhəri 29 saylı Notoriat Ofisi bu saxtalığı bildiyi halda cavabdeh X17 ünvan 5 ünvanında yerləşən, X11 məxsus mənzil üzərində “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə (vərəsəlik işinin nömrəsi: V- 57/2022, reyestrdə 2V-109№ ilə qeyd olunmuşdur) vermişdir. Halbuki, cavabdeh Bakı şəhəri 29 saylı Notoriat Ofisi tərəfindən AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə № 566 xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq, xx.xx.1966-cı il təvəllüdlü , xx.xx.2022-ci ildə vəfat etmiş X9 nikah yaşma çatdığı gündən vəfat etdiyi günə qədər ailə vəziyyəti barədə və nikahdan və nikahdan kənar olub-olmaması barədə ətraflı məlumat verilməsini, ən əsası X9 X23 ilə nikahın rəsmiləşdirilməsi barədə dəqiq məlumatın verilməsi xahiş olunmuşdur. Hansıki, X23 adı altında şəxs yoxdur. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin ünvan 4 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-1635/7-12-908/24 saylı məktubundada həmin şəxsin adı X8 qeyd olunmuşdur (saxtalığa yol verilərək). İddiaçı tərəfin vəkili və nümayəndəsi qismində çıxış edən X4 tərəfindən AR Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisinə xx.xx.2025-ci il tarixli, 4276/1627 saylı “vəkil sorğu”su ünvanlamışdır. (AR Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisinə xx.xx.2025-ci il tarixində daxil olmuşdur). AR Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən həmin sorğuya cavab olaraq №1229 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “AR Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisində xx.xx.2022-ci ildə vəfat etmiş X9 vərəsəsi olan arvadı - X22 arasında Salyan rayon Qızlağac Ərazi İdairəsinin xx.xx.1996-cı il tarixli 01 nömrəli nikah akt qeydi əsasında təsdiq olunmuşdur və bununla bağlı xx.xx.1996-cı il tarixində İV-TKT №377005 nömrəli nikah haqqında şahadətnamə verilmişdir. Həmin sənədin təsdiq olunmuş kserosurəti vərəsilik işində mövcuddur.” Həmin sənəd saxta olaraq yerləşdirilmişdir. Belə ki, həmin sənədin təsdiq olunmuş kserosurəti vərəsilik işində mövcud deyildir. Göründüyü kimi, X22 AR Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisinə saxta xx.xx.1996-cı il tarixində İV-)Kr №377005 nömrəli nikah haqqında şahadətnamə təqdim etmişdir. Hazırki cavabdeh orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin xx.xx.2024-cü il tarixli, ********** nömrəli Çıxarışında qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın (ümumi sahəsi 47,40 kvadratnetr olan) hüquqi sahibidir. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin № 143641 , xx.xx.1994cü il tarixli (saxta olaraq qeyd olunan tarixdir) “Qeydiyyat vəsiqəsi” mövcudur. Həmin “Qeydiyyat vəsiqəsi”də tarix olaraq 2000 il yazılsada üstündən xətt çəkilərək xx.xx.1994-cü il olaraq qeyd edilmişdi. Bu da saxta yol ilə sənəddə məqsədli olaraq düzəliş edilməsi öz təsdiqini tapır. (Qoşma hissədə Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsinin № 143641,xx.xx.1994-cü il tarixli (saxta olaraq qeyd olunan tarixdir) “Qeydiyyat vəsiqəsi”nin surəti nəzərinizə çatdırlacaq). Bundan əlavə, X29ma, X19, X25ma Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə (vərəsəlik işinin nömrəsi: V-57/2022, reyestrdə 2V-109№ ilə qeyd olunmuşdur) əsasında ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli X6ma verilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, Çıxarışında qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın (ümumi sahəsi 47,40 kvadratmetr olan) hüquqi sahibləri mərhum oğlum X15 (2/5 hissə açıq qalır), X22 (1/5 hissə) , X28(l/5 hissə), X13r (1/5 hissə). Halbuki həmin çıxarış qanunsuz olaraq tərtib olunmuşdur.

3. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 200/17 nömrəli Sərəncamına əsasən R.Axundov küçəsi, 7 №-li evin k/k Sarkisovun 2 otaq yaşayış sahəsi 35 kv.m olan mənzili vət. A.M.Yəhyayevnanın mənzil sahəsinə əlavə edilmişdir və gələcəkdə 11 nəfər ailə tərkibi ilə 7 otaq yaşayış sahəsi 110 kv.m olan mənzilin kirayəçisi hesab edilmişdir.

4. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 409/185 nömrəli Sərəncamına əsasən Rayon İcra hakimiyyəti başçısının qiymət komissiyasının rəyi təsdiq olunmuşdur. Azərbaycan Respublikası ərazisində mənzillərin özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanuna əsasən R.Axundov küçəsi, 7 №-li evin ümumi sahəsi 170,4 kv.m yaşayış sahəsi 110 kv.m olan bütün kommunal şəraitli 14 №-li mənzilini vət. Sayadov S.Ə oğluna əvəzsiz olaraq şəxsi mülkiyyət kimi verilmişdir.

5. Mənzillərin əvəzsiz olaraq verilməsi barədə xx.xx.1994-cü il tarixli Müqaviləyə əsasən “Ev sahibi” Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən R.Axundov küçəsi 7 №li evin 7 otaqlı bütün kommunal şəraitli 170,4 kv.m ümumi istifadə sahəsi, 110,0 kv.m yaşayış sahəsi olan 14 №-li mənzilini əvəzsiz olaraq alana (X11) vermişdir.

6. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli ÖM 143641 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, R.Axundov küçəsi, 7 saylı evin 110,0 yaşayış sahəsindən ibarət 7 (yeddi) otaqlı 14 saylı mənzili X9 (5 yaş/ot) və X1 (2 yaş/ot) adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 205 saylı reyestr kitabında 30214 səhifə qeydə alma 30/163 xx.xx.1994-cü il tarixində qeydiyyat aparılmışdır.

7. AZ-İİ 280984 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X15 sol mədəcik çatmamazlığı səbəbilə xx.xx.2022-ci il tarixində ölmüşdür.

8. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli Şəhadətnaməyə əsasən Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X26 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri: 1) ünvan 8 ünvanında qeydiyyatda olan arvadı - X16r (AA3826915, xx.xx.2022 - Asan 4, FİN:3BEW5YZ, d/t:xx.xx.1972) 2) ünvan 8 ünvanında qeydiyyatda olan oğlu - X20r (AA0999818. xx.xx.2019 - Asan 1, FİN:86YKMNQ, d/t:xx.xx.2003) 3) ünvan 8 ünvanında qeydiyyatda olan qızı - X13r (AA3824240, xx.xx.2022 - Asan 4, FİN:63159NL, d/t:l9.03.1997) və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X41 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X11 verilmiş **********98-05301- 093216 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.4 kv/m olan mənzildən ibarətdir.

9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə X30, X28 və X18 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, müvafiq sərəncam iddiaçı tərəfindən müstəqil iddia tələbi daxilində mübahisələndirilmiş, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə mümkün sayılmamışdır.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 200/17 nömrəli Sərəncamına əsasən R.Axundov küçəsi, 7 №-li evin k/k Sarkisovun 2 otaq yaşayış sahəsi 35 kv.m olan mənzili vət. A.M.Yəhyayevnanın mənzil sahəsinə əlavə edilmişdir və gələcəkdə 11 nəfər ailə tərkibi ilə 7 otaq yaşayış sahəsi 110 kv.m olan mənzilin kirayəçisi hesab edilmişdir. - Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 200/17 nömrəli Sərəncamına əsasən R.Axundov küçəsi, 7 №-li evin k/k Sarkisovun 2 otaq yaşayış sahəsi 35 kv.m olan mənzili vət. A.M.Yəhyayevnanın mənzil sahəsinə əlavə edilmişdir və gələcəkdə 11 nəfər ailə tərkibi ilə 7 otaq yaşayış sahəsi 110 kv.m olan mənzilin kirayəçisi hesab edilmişdir.Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 409/185 nömrəli Sərəncamına əsasən Rayon İcra hakimiyyəti başçısının qiymət komissiyasının rəyi təsdiq olunmuşdur. Azərbaycan Respublikası ərazisində mənzillərin özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanuna əsasən R.Axundov küçəsi, 7 №-li evin ümumi sahəsi 170,4 kv.m yaşayış sahəsi 110 kv.m olan bütün kommunal şəraitli 14 №-li mənzilini vət. Sayadov S.Ə oğluna əvəzsiz olaraq şəxsi mülkiyyət kimi verilmişdir. - Mənzillərin əvəzsiz olaraq verilməsi barədə xx.xx.1994-cü il tarixli Müqaviləyə əsasən “Ev sahibi” Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən R.Axundov küçəsi 7 №-li evin 7 otaqlı bütün kommunal şəraitli 170,4 kv.m ümumi istifadə sahəsi, 110,0 kv.m yaşayış sahəsi olan 14 №-li mənzilini əvəzsiz olaraq Alana (X11) vermişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli ÖM 143641 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, R.Axundov küçəsi, 7 saylı evin 110,0 yaşayış sahəsindən ibarət 7 (yeddi) otaqlı 14 saylı mənzili X9 (5 yaş/ot) və X1 (2 yaş/ot) adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 205 saylı reyestr kitabında 30214 səhifə qeydə alma 30/163 xx.xx.1994-cü il tarixində qeydiyyat aparılmışdır. AZ-İİ 280984 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X15 sol mədəcik çatmamazlığı səbəbilə xx.xx.2022-ci il tarixində ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli Şəhadətnaməyə əsasən X22, X28 və X3 Sakit Əliqənbər oğlunun vərəsəsi hesab olunmuşdur. Şəhadətnamə verilən miras əmlak -Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X41 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X11 verilmiş **********98-05301-093216 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.4 kv/m olan mənzildən ibarətdir. - Nəticədə ünvan 1 ünvanında yerləşən mənzilə dair X22, X28 və X10 adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarış verilmişdir.

15. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, hazırkı iddia tələbi qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil. İddiaçının hüquqi marağı hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsidir.

16. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddia tələbinin predmeti olan mənzil X11 ilkin olaraq Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 200/17 nömrəli Sərəncamına əsasən ayrılmışdır.

17. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq müvafiq mənzilin üçüncü şəxslərin vərəsələri olduqları X9 adına qeydiyyata alınmasına əsas olmuş sərəcamı mübahisələndirilə bilər.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, müvafiq sərəncam iddiaçı tərəfindən müstəqil iddia tələbi daxilində mübahisələndirilmiş və Bakı İnzibati Məhkəməsinin qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə müəyyən edir ki, qeyd edilən tələb üzrə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmışdır və məhkəmə tərəfindən iddia tələbi mümkün sayılmamışdır (2-1(112)-12901/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardad).

19. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar