Məhkəmə qərarları › İş №2-1(112)-11328/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11328/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11328/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2-ci dərəcə əlilliyin təyin olunması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2-ci dərəcə (qrup) əlillik təyin olunması vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 20 oktyabr 1992-ci il tarixdə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə ağır yaralanmışdır. İddiaçı xidmətini döyüş bölgəsində keçirmişdir. 20 noyabr 1993-cü il tarixdə səhər saat 9:00 radələrində Daşburun qəsəbəsində Azərbaycan Respublikası Daxili Qoşunların tərkibinə əmrlə zabit kimi daxil olmuşdur. 04 yanvar 1994-cü il tarixdə gecə saat 4:00 radələrində daxili qoşunun əməkdaşları ilə birlikdə sol cinahda Füzuli rayonunun Horadiz qəsəbəsi daxil olmaqla 11 kəndin işğaldan azad olunması uğrunda gedən döyüşdə şəxsən iştirak etmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında iddiaçıya əyani baxış keçirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar iddiaçıya İİ qrup əlil dərəcəsi təyin edilmişdir. İddiaçı hər il Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunmuş, hal-hazırda isə onun əlillik dərəcəsi xx.xx.2023-cü il tarixdə kəsilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına hospitalında yenidən müayinə və müalicə olunmuş, epiqriz verilmişdir. 1 saylı Daxili İşlər Nazirliyinin poliklinikasında forma №88 xx.xx.2023-cü il tarixdə tərtib edilib sistemə vurulsa da, 20 gündən artıqdır ki, iddiaçıya heç bir cavab verilməmişdir. İddiaçı Topçubaşov adına cərrahiyə mərkəzində müayinədən keçmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:45-də iddiaçı yenidən əyani müayinəyə dəvət olunmuş, müayinədən sonra həkim komissiyasının sədri iddiaçıya 15 gün ərzində məlumat veriləcəyini bildirsə də, 30 iş günü keçməsinə baxmayaraq heç bir mesaj və cavab iddiaçıya göndərilməmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair saxta qərar qəbul edib xx.xx.2023-cü il tarixdə qiymətləndirilmə tarixi göstərilmiş, iddiaçının isə 03 may 2023-cü il tarixdə telefonuna mesaj 10:45 də gəlmişdir. Həmin müddətdə iddiaçı əyani müayinə olunmuş və komissiyanın sədri ona bildirmişdir ki, 15 gün müddətində telefonuna mesaj gələcəkdir. O gündən iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı xx.xx.2023-cü ildə Dost Mərkəzindən əlillik dərəcəsindən imtina edilməsi barədə məlumat almışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri əsassız və qanunsuzdur.

3. Cavabdeh qurum tərəfindən təqdim edilən iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 104-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətlləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisəsinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra 0 göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6(altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli inkişafına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranmasına aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndirilərək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK=ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydada əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitəllərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalayır.

4. TSEK-Müayinələr: - xx.xx.2017-ci il tarixində əsas diaqnoz: Y36.4. hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Mina partlayışı travması (1992) nəticəsində kəskin fəsadlar törətmiş hər iki budun orta 1/3-nin yumşaq toxumalarında yad cismi metal qəlpə. Sol baldırın yumşaq toxumalarının bərkimiş dəri çapıqları; Ağırlaşma 120.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası FS, İİ Hipertoniya xəstəliyi İİ m.; Yanaşı xətəliklər N 41.1. Xroniki prostatit diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. -xx.xx.2017-ci il tarixində hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Mina partlayışı nəticəsində (1992) hər iki aşağı ətrafların yumşaq toxumalarında çox saylı yad cisim (metal). Digər artozlar, Sol diz oynağının deformasiyaedici artrozu, kəskin ağrı sindromu ilə, hərəkətlərin mühüm dərəcədə pozulması və hərəkət məhdudluğu. Əl barmağının (barmaqlarının) dırnaq lövhəciyinin zədələnməsi olmadan açıq yarası, Sol əlin İİİ barmağın dırnaq falanqasından yad cisim, qəlpənin çıxarılmasından sonrakı irinləmiş yarası. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX. Gərginlik stenokardiyası FS İİ.Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ m Xroniki prostatit, Xroniki prostatit. Serebral ateroskleroz. Serebral ateroskleroz, Dəqiqləşdirilməmiş ensefalopatiya, Dissirkulyator ensefalopatiya İİ mərhələ diaqnoz mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2018-ci il tarixində hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, hər iki aşağı ətrafların qəlpə yaralanmasında sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin İİİ barmağının qəlpənin çıxarılmasından sonrakı vəziyyət. Sol əlin İİİ barmağının irinlənmiş yarası. Ətraf arteriyalarının aterosklerozu, Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit İV dərəcə diaqnozun mətni ilə ikinci dərəcə əlillik (2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - 170.2, 173-174, 174.3, 180-180.3, 183.0-183.9) diaqnoz mətni ilə 5 il müddətinə təyin edilmişdir. - xx.xx.2023-cü il tarixində ətraf arteriyaların aterosklerozu, hər iki aşağı ətrafda obliterasiyaedici endoarteit -İV dərəcə diaqnoz mətni ilə diaqnoz öz təsdiqini tapmaması (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbilə imtina edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 06 iyun 2023-cü il tarixli, 3-17-4/3-3-3569/2023 saylı Qərarında qeyd olunur ki, Bakı şəhər sakini xx.xx.1962ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaş müraciəti əsasında xx.xx.2023-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 14 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanmasından sonrakı halı” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrı, yaddaş pozğunluğundan şikayətlənmiş, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı sol sağrı, sol budun orta 1/3da, sol baldırın orta və yuxarı 1/3-da çapıq toxumalar izlənilmiş, hər iki topuq və sol ayaqarxası nahiyələrində dolğun nəbz, dəri hərarəti və tük örtüyü dəyişiksiz qeydə alınmış, aşağı ətraflarda ödəm, trofik pozuntular, hipotrofiya, atrofiya, parez, iflic izlənilmiş, hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin və şəkərli diabet xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmalar aşkar edilməmişdir. Daxili işlər Nazirliyinin Tibb idarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2023-ci il tarixli Epikrizində diaqnoz "Hərbi əməliyyatlar nəticəsində və ya digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması nəticəsində hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin 3-cü barmağının qəlpəsinin çıxarılmasından sonrakı vəzivvəti. Sol əlin 3-cü barmağının irinləmiş yarası. Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriti - lV dərəcə. Digər postravmatik qonartrartrozlar. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları" kimi qeyd edilmişdir. West Hospitalın xx.xx.2023-ci il tarixli KT-angiografiya müayinəsinin nəticəsi "Periferik arteriyalarının aterosklerotik xəstəliyi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyinda DTSERA xx.xx.2023-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Magistral tipli axınlar'' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrali qərarı ilə təsdiq edilmiş "Əİilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar gəbul edilmisdir.

6. Daxili işlər Nazirliyinin Tibb idarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2023-ci il tarixli Epikrizində (F 13) qeyd olunmuşdur: A - Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində və ya digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Diaqnoz şərhi: Mina partlayışı travması nəticəsində hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin 3-cü barmağının qəlpəsinin çıxarılmasından sonrakı vəzivvəti. Sol əlin 3-cü barmağının irinləmiş yarası. Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriti - lV dərəcə. C – Xəstəliklə yanaşı gedən – 170.2 Ətraf arteriyalarının aterosklerozu Diaqnoz şərhi: Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit – İV dərəcə. C – Xətəliklə yanaşı gedən: M17.3 Diqər postravmatik qonartrartrozlar. Diaqnoz şərhi: Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə C – Xəstəliklə yanaşı gedən – R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları

7. West Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Abdominal aortanın və bilateral aşağı ətrafların KT-angiografiya müayinəsinin nəticəsi “periferik arteriyaların aterosklerotik xəstəliyi” kimi qeyd olunmuşdur, ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli aşağı ətraf arteriyalarının dopplegrafiyası müayinəsinin nəticəsi “magistral tipli axınlar” kimi müəyyən olunmuşdur.

8. Məhkəmə tərəfindən iddiaçıya alternativ tibb müəssisəsində müayinədən keçməsini, təklif edilmiş, eləcə də sağlamlıq vəziyyətinin müzakirə edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyini məsələsini müzakirə etmişdir. İddiaçı buna etiraz edərək təqdim edilən sənədlər əsasında işə baxılmalı olduğunu hesab edir. Təkrar müayinədən və məhkəmə tibb-ekspertizası keçirilməsindən imtina edir.

9. İddiaçı məhkəməyə ərizə təqdim edərək bütün ambulator kartlarının Daxili İşlər Nazirliyinin Hospitalında olması səbəbi ilə başqa xəstəxanada müayinədən keçməsinin mümkün olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

14. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

15. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

16. Hazırki iddia məcburetməyə dair iddiadır.

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

18. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

19. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi

20. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

23. İddiaçıya ilkin olaraq İİ dərəcə əlillik xx.xx.2018-ci il tarixdən beş il müddətinə təyin olunmuşdur (diaqnoz: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, hər iki aşağı ətrafların qəlpə yaralanmasında sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin İİİ barmağının qəlpənin çıxarılmasından sonrakı vəziyyət. Sol əlin İİİ barmağının irinlənmiş yarası. Ətraf arteriyalarının aterosklerozu, Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit İV dərəcə diaqnozun mətni ilə ikinci dərəcə əlillik, 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - 170.2, 173-174, 174.3, 180-180.3, 183.0-183.9). Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının göndərişi əsasında xx.xx.2023cü il tarixli qiymətləndirməyə əsasən cavabdeh tərəfindən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.

24. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən tibbi-sosial ekspert komissiyasına ünvanlanmış İddiaçı barəsində T00081174KHA nömrəli göndərişə (bundan sonra - göndəriş) əsasən aşağıdakı diaqnoz qoyulmuşdur (göndərişin tarixi: xx.xx.2023, göndərişin imzalandığı tarix: xx.xx.2023): Əsas diaqnoz İ70.2 – Ətraf arteriyalarının aterosklerozu, Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteit – İV dərəcə.

25. TSEK-ə göndərişə əsas verən göndərişin status localis qrafasında müəyyən olunur ki, xəstə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1-ci Qarabağ müharibəsində 20 oktyabr 1992-ci il tarixində Qubadlı rayonunun Başarat kəndində Topağac yüksəkliyi erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə və 12 yanvar 1994-cü ildə Füzuli rayonunda gedən hərbi əməliyyatlarda iştirak etmiş, xidməti vəzifələrini yerinə yetirərkən ağır yaralanmışdır. Xəstə dəfələrlə stasionar və ambulator müalicələr almasına baxmayaraq şikayətləri davam etməkdədir. Xəstə mütəmadi olaraq ətraflarda ağrı, hissiyyat pozulması, yerişin pozulmasından şikayət edir, gəzərkən əsadan istifadə edir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən ikinci dərəcə əlillik təyin edilir:: 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9)

27. Məhkəmə qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən TSEK-ə olan göndərişə əsasən iddiaçı üçün müəyyən olunmuş əsas diaqnoz (İ70.2 - Ətraf arteriyalarının aterosklerozu, Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarterit – İV dərəcə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” əsasən:

2.6. Arteriyalar, arteriolaların və kapilyarların xəstəlikləri 2.6.1. ateroskleroz İ70 periferik damarların digər xəstəlikləri İ73 arteriyaların tromboz və emboliyası İ74 Qeyd. Xroniki arterial çatışmazlıq, aşağı ətraf damarlarının obliterasiya edən arteriti və eləcə də revaskulyarizasiyadan sonrakı vəziyyət olduğu halda. Qiymətləndirmə İİB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən 2.6.1.1.[34] 35-60 1 il çox) mövcudluğu ilə, ABİ 0,75-0,50 aralığında olduqda İİİ dərəcəli işemiya, ABİ 0,50-dən az olduqda və ya cərrahi revaskularizasiyadan sonra davamlı 2.6.1.2. distal blokun mövcudluğu, ətrafın 65-80 2 il məhdud trofik pozuntuları (xora, nekroz) və qan dövranı dekompensasiyası ilə ikitərəfli trofik pozuntular da daxil olmaqla İİİ və ya İV dərəcə işemiya, ABİ 0,25-dən az olduqda cərrahi 2.6.1.3. müdaxilə üçün əks-göstərişlərin 90-100 müddətsiz mövcudluğu və ya aşağı ətrafın müxtəlif səviyyədə aputasiyası, digər ətrafda İİİ və ya İV dərəcə işemiya

28. İddiaçı ətraf arteriyaların aterosklerozu xəstəliyindən və onun ağırlaşmasından əziyyət çəkdiyini iddia edir və həmin xəstəlik üzrə ona əlillik dərəcəsi təyin edilməli olduğunu bildirir. Məhkəmə müəyyən edir ki, tibbi-sosial ekspertiza müayinəsinə göndəriş qeyd edilən xəstəliyə uyğun tərtib edilməklə göndərildiyindən göndərişin natamam və ya yanlış doldurulması və ya əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edilməsi halı mövcud deyildir.

29. İş materiallarında olan Daxili işlər Nazirliyinin Tibb idarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2023-ci il tarixli Epikrizində diaqnoz A - Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində və ya digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Diaqnoz şərhi: Mina partlayışı travması nəticəsində hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin 3-cü barmağının qəlpəsinin çıxarılmasından sonrakı vəzivvəti. Sol əlin 3-cü barmağının irinləmiş yarası. Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriti - lV dərəcə. C – Xəstəliklə yanaşı gedən – 170.2 Ətraf arteriyalarının aterosklerozu, Diaqnoz şərhi: Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit – İV dərəcə. C – Xətəliklə yanaşı gedən: M17.3 Diqər postravmatik qonartrartrozlar. Diaqnoz şərhi: Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. C – Xəstəliklə yanaşı gedən – R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları kimi qeyd olunmuşdur.

30. West Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Abdominal aortanın və bilateral aşağı ətrafların KT-angiografiya müayinəsinin nəticəsi “periferik arteriyaların aterosklerotik xəstəliyi” kimi, ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli aşağı ətraf arteriyalarının dopplegrafiyası müayinəsinin nəticəsi “magistral tipli axınlar” kimi müəyyən olunmuş, əlillik təyinatına əsas verən meyarlar qeyd edilməmişdir.

31. Cavabdeh qurum tərəfidən aparılmış xx.xx.2023-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Magistral tipli axınlar'' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Eyni zamanda iddiaçı barəsində göndərişdə həkim müayinəsinin nəticəsində ətraf arteriyaların aterosklerozu diaqnozu (İ70.2) qoyulsa da, diaqnostik müayinənin nəticəsində arteriyaların açıq olduğu, stenoz və okklüziya izlənilmədiyi qeyd edilmişdir. Odur ki, hətta göndərişdə diaqnostik müayinənin nəticəsi (KT-angioqrafiya, tək anatomik nahiyə (MD)) təyin edilmiş əsas diaqnozu istisna etmişdir. Təqdim edilən sonrakı diaqnozlar da diaqnostik müayinələrlə təsdiqlənmiş şəkildə təqdim edilməmişdir.

32. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə tərəfindən iddiaçıya ekspertizanın həyata keçirilməsi və alternativ tibb müəssislərində müayinədən keçmək təklif olunsa da, iddiaçı ekspertizanın həyata keçirilməsindən və alternativ tibb müəssisələrindən müayinədən keçməkdən imtina etmiş, məhkəmədən təqdim edilən sənədlər əsasında qərar qəbul edilməsini xahiş etmişdir.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar