Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11329/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 01689 nömrəli əmrinə əsasən, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyyata buraxılmağı barədə əmri qanunsuz hesab edilməsi və bununla bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 01689 nömrəli əmrinə əsasən, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyyata buraxılmağı barədə əmrin ləğvi və xidmətə bərpa olunma” kimi nəzərə alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci ildə Xanlar şəhərində anadan olmuşdur. Hal-hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı 2007-ci ildə valideyinlərinin razılığı ilə C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuş və 2010-cu ildə liseyi bitirmişdir. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini elektironiika, telekominikasiya və radiotexnika mühəndisli ixtisası üzrə bitirmişdir. 2014-cü ilin 26 iyun tarixindən 01 may 2021-ci il tarixinədək Azərbaycan Ordusunda Zabit qismində xidmətdə olmuşdur. İddiaçı xidmətdə olduğu müddət ərzində komandir heyətindən ve yuxarı qərargahdan aldığım bütün əmr və tapşırıqları sözsüz, birmənalı və layiqincə yerinə yetirmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsi zamanı Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissədə xidmətdə olmuş və hərbi hissənin qarşısına qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində yaxından iştirak etmişdir. Hərbi xidmətdə olduğu illər ərzində bir neçə dəfə medal, illik xidmətlərinə görə əlavə pul mükafatlarını 100 faiz qismində almışdır. İddiaçı 2021-ci ilin ikinci yarımilində Hərbi Hava Qüvvələri komandanlığına etdiyi müraciətdən sonra Müdafiə Nazirinin əmri ilə Azərbaycan Ordusunda Qüsursuz Xidmətlərimə görə “Qüsursuz Xidmətlərə görə 3-cü dərəcəli” medal ilə təltif olunmuşdur. 01 may 2021-ci il tarixində Sumqayıt Hərbi Prokurorluğu tərəfindən saxlanılaraq iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və həmin iş üzə iddiaçıya Bakı Hərbi Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə 1 (bir) il müddətinə azadlıqdan mərhumetmə cəzası təyin edilmişdir. İddiaçı barəsində çıxarılan hökmdə törətdiyi cinayət əməlinin hərbi əleyhinə olmaması səbəbindən zabit rütbəsindən məhrum edilməmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyyata buraxılmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 01689 nömrəli əmri qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilib.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbi aşağıadakı səbəblərə görə təmin oluna bilməz. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir Hərbi xidmətə daxıl olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 165-ci maddəsinə əsasən Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021 -ci il tarixli 01689 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləıi-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1 -ci maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1 -ci maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrıfikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər "inzibatı icraat haqqında“ Azərbaycan Respublikası Qanununun 73.1 -ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərmişdir ki, inzibatı mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Mümkünlük şərtlən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasım nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt-Azərbaycan Respublikası müdafiə nazirinin 01689 nömrəli əmridir. Əmi isə 30 11.2021-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni xx.xx.2021-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021 -ci il tarixli 01689 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə 2024-cü ilin avqust ayının 10-də təqdim etmişdir. Belə ki, iddiaçı inzibatı aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin Kadrlar İdarəsinə daxil olmuş təqdimata əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozuntusuna yol verilməmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01689 nömrəli Əmrindən Çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında (N nömrəli hərbi hissənin Enerji təminatı xidmətinin sabiq rəisi) olan baş leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
7. Sumqayıt Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan “Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant İddiaçı Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə cinayətin törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görülməsi haqqında” Təqdimatın surəti iş materiallarına əlavə olunmuşdur.
8. Sumqayıt Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyi dövrdə hərbi xidmət əleyhinə olmayan cinayət əməli törətməyinə görə Sumqayıt Hərbi prokurorluğu tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, ibtidai istintaq yekunlaşdırıldıqdan daha sonra baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 07 noyabr 2021-ci il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdirz. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, iddiaçı barəsində N nömrəli hərbi hissə komandanlığı tərəfindən «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin «e» bəndinə əsasən N nömrəli hərbi hissəyə təqdimat göndərilmişdir. Hərbi Hava Qüvvələrinin komandanlığında həmin təqdimatda göstərilənlər qanunauyğun hesab edilərək qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi-Kadrlar İdarəsinin sərəncamına verilmiş və qeyd olunan İdarədə təqdimatda göstərilənlər təmin edilərək Müdafiə nazirinin 12 dekabr 2021-ci il tarixli əmri ilə iddiaçı xidmətə uyğunsuzluqla Ordu Sıralarından tərxis edilərək ehtiyata buraxılmışdır. Bununla bağlı Sumqayıt Hərbi prokurorluğunda araşdırma aparılaraq 6 fevral 2024-cü il tarixli ərizədə göstərilənlərin mülki mübahisə xarakterli olması, həmin xüsusatlar üzrə araşdırmanın aparılması Hərbi prokurorluğun araşdırma predmeti olmadığından Müdafiə Nazirliyi tərəfindən tətbiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin «e» bəndinin həmin Əsasnamənin 158-ci maddəsinə dəyişdirilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə Müdafiə Nazirliyinin Şəxsi heyət Baş idarəsinə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə müraciət ünvanlamaq hüququ barədə 21 fevral 2024-cü il tarixli 3-3-190/2-651/24 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir.
9. İddiaçı məxsus hərbi biletin surəti iş materiallarına əlavə olunmuşdur.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, bir neçə ay həbsdə olmuş, sonrakı dövrdə isə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və müraciətlərinin cavablandırılmasını gözləmişdir. Əlavə olaraq bildirdi ki, məhkəməyə vaxtında (iddia müddəti ərzində) müraciət etməli olduğunu bilməmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
13. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik xx.xx.2021-ci il tarixli, 01689 nömrəli əmrin ləğv edilməsini tələb edir.
15. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarından: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X2rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).
19. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.
20. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
22. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir.
23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 01689 nömrəli əmr əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır.
24. Məhkəmə nəzərə alır ki, iddiaçı müvafiq əmrin qəbul edilməsindən (xx.xx.2021-ci il tarixində) təxminən 02 il 07 ay sonra məhkəməyə şikayət etmişdir.
25. Məhkəmə nəzərə alır ki, iddiaçı izahatında bildirmişdir ki, bir neçə ay həbsdə olmuş, sonrakı dövrdə isə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və müraciətlərinin cavablandırılmasını gözləmişdir, lakin məhkəməyə vaxtında (iddia müddəti ərzində) müraciət etməli olduğunu bilməmişdir. İddiaçının izahatından da aydın olur ki, iddia müddətinin buraxılmasını əsaslandıran hallar mövcud deyildir.
26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsini əsaslandıran hallar olmadığından prosessual müddətin bərpası haqqında ərizə verilməsinə dair hüquqi yardım göstərilməsi zərurəti yoxdur.
27. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır və məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Odur ki, qərar(lar)ın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
28. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.
29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva