Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1133/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “2-ci dərəcə əlillik qrupunun təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “iddiaçıya 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi barədə cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ona 2-ci dərəcə əlillik qrupunun təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN-nin TSEK-nın xx.xx.2017-ci il tarixli müayinə aktına əsasən iddiaçıya 5 illik müddətə-xx.xx.2022-ci ilədək 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. (Diaqnoz: əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G90.8 Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Veqetativ damar distoniyası sindromu, tez-tez təkrarlanan simpato-adrenal tipli paroksizmlərlə. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar hövzədə beyin qan dövranının xr.çatmamazlığı. Ağırlaşma R27 Digər koordinasiya pozğunluğu. Ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər 167.4 Hipertenziv ensefalopatiya, Dissirkulyator ensefalopatiya. Yanaşı xəstəliklər M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu. Diski protruziyası, kökçük ağrıları ilə ). Bu müddət ərzində iddiaçı dəfələrlə müxtəlif tibb müəssisələrində müayinədə və müalicədə olmuşdur. Əlillik müddəti bildikdən sonra əlilliyin uzadılması (qiymətləndirilməsi) məqsədi ilə üçün xx.xx.2023-cü il tarixdə qeydiyyatda olduğu 3 №-li şəhər Poliklinikası tərəfindən tibbi sosial ekspertiza müayinəsinə göndəriş (Forma 88) verilmiş və həmin göndəriş AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sisteminə ötürülmüşdür, (göndərişin nömrəsi: P 00066415YDY) Lakin onun əlilliyi növbəti müddət üçün təsdiqlənməmiş və TSEK tərəfindən xx.xx.2023-cü il tarixli müayinə aktı ilə ona imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, diaqnoz əlillik əlaməti təyin etmir, diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.2.inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddiaçının, izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İİİ. Tədqiq edilmiş sənədlər AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 512 nömrəli, xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir - Bakı ş. Yasamal RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə xx.xx.2001ci ildə aldığı və xx.xx.2001 -ci ildən xx.xx.2001-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə-beyin travması, zəif kliniki əlamətlərlə təzahür edən baş-beyin silkələnməsi" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş Yasamal rayon idarəsinin xx.xx.2015-ci il tarixli 3765 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 441 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2001-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, və xx.xx.2007-ci ildə, xx.xx.2007-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Vegetativ-damar distoniyası”, xx.xx.2008-ci ildə MN МНР-da müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Soltərəfli üçlü sinirin nevralgiyası. Asteno-nevrotik təzahürlər’, xx.xx.2009-cu ildə və xx.xx.2009-cu ildə MN МНР-da müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz "Vegetativ-damar distoniyası", xx.xx.2009-cu ildən 2.3.07.2009-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz. "Vegetativ damar distoniyası", xx.xx.2010-cıı ildə ambulator müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Vegetativ-damar distoniyası", xx.xx.2013-cü ildə SQ BKH-ın nevropatoloqu tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: “Vertebrogen lümbalgiya” və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Vertebrogen lümbalgiya. Vegetativ-damar distoniyası” (tibbi kitabçadan çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli məlumatına əsasən, iddiaçının əlilliyi xx.xx.2017-ci il tarixdə 2750003AADB9 nömrəli forma 88 əsasında (Diaqnoz T90.5 kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, ağırlaşma G90.8 vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, veqetativ damar distoniyası sindromu, tez-tez təkrarlanan simpato-adrenal tipli paroksizmlərlə. Ağırlaşma G45.0 vertebrobazilyar atreial sistem sindromu, Vertebrobazilyar hövzədə beyin qan dövranının xr. Çatmamazlığı, ağırlaşma R27 Digər koordinasiya pozğunluğu, ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər İ67.4 Hipertenziv ensefalopatiya, dissirkulyator ensefalopatiya, yanaşı xəstəliklər M51.1 bel və digər şöbələrinn fəqərarası disklərinin radikulopatiya ilə, bel-oma fəqarələrinin yayılmış osteoxondrozu. Diski protruziyası, kökçük ağrıları ilə) qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 3 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən 2673 nömrəli, 09 mart 2022-ci il tarixli rəyində bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru professor Fuad İsmayılov tərəfindən müayinə olunub; üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu F07.0 diaqnozu müəyyən olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatına əsasən, iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdə 2750003AAF69 nömrəli forma 88 əsasında (diaqnoz kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, kəskin ifadə olunmuş astesno-nevrotik vəziyyət) qiymətləndirilmiş,diaqnoz əlillik əlaməti təyin edilməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri təqdim edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının oktyabr 2022-ci il tarixli Qərarına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və X1- sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə İddiaçı əlillik vəziyyətini qiymətləndirilməsi üçün əyani müayinəsini həyata keçirmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imknaları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-1839/2023 nömrəli, 30 mart 2023-cü il tarixli Qərarına əsasən İddiaçı əlillik vəziyyətini qiymətləndirilməsi üçün əlavə əyani müayinə aparılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.
İV. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:
10. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi – ikinci dərəcə əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir.
11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 3.1.: Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”. - 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.. - 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - “1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. – - 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.”
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən:
1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavənin 6.ci (Sinir sistemi xəstəlikləri) hissəsinə əsasən: Qeyd.Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. -6.1 Başın travmaları : başın travmalarının nəticələri (T 90)
İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 1994-ci ildən hərbi xidmət çağırılmış, 2001-ci ildə hərbi xidmət dövründə qapalı kəllə-- beyin travması almış, ilkin N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Sonrakı dövrdə: 2007-ci, 2008-ci, 2009-cu illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunmuşdur. xx.xx.2010-cu ildə ambulator müayinə və müalicə olunduğu xəstəlik “vegetativ-damar distoniyası", xx.xx.2013-cü ildə SQ BKH-ın nevropatoloqu tərəfindən təyin edilmiş xəstəlik “vertebrogen lümbalgiya” və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik “vertebrogen lümbalgiya. vegetativ-damar distoniyası” olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin və nevropatoloqun rəyləri ilə iddiaçının başın travması nəticəsində yaranmış xəstəliklərin hərbi xidmət dövründə alınması təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əlavə edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavədə iddiaçıda olan xəstəliyinin diaqnozu ümumi siyahıda nəzərdə tutulmuşdur. (Əlavənin 6.1-ci bənd) Lakin cavabdeh inzibati orqan iddiaçıda hərbi travma nəticəsində yaranmış və 21 il ərzində davam edən xəstəliyinin diaqnozu əlillik əlaməti təyin edilməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçıda hal-hazırda olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə tibbi ekspertizanın keçirilməsini zəruri hesab etmişdir. Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx.xx.1976cı il təvəllüdlü İddiaçı orqanizminin funksiyalarının məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? - Bu xəstəliyin(travma və qüsurların) səbəb əlaqəsi nədir, xəstəlik hərbi travma nəticəsində yaranıbmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T 913/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1. Vətəndaş İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, P00066415YDY nömrəli Forma 088 göndərişində qeyd edilən “Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi; F06.7-yüngül koqnitiv pozuntu, koqnitiv funksiyaların zəifləməsi, F06.3-əhvalm üzvi mənşəli (affektiv pozuntusu, depressiv daxil olmalarla, G45.0- vertebrobazilyar arterial sindromu, vertebrobazilyar hövzədə beyin qan dövranının xroniki çatmamazlığı, R27-digər koordinasiya pozğunluğu, koordinator pozğunluqlar. Yanaşı xəstəliklər: M51.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel-oma fəqərələrinin diskopatiyası” xəstəliklərinə düçar olmuşdur. 2. Həmin xəstəliklər nəzərə alınmaqla orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin və müddətinin təyini əlillik dərəcəsinin təyininə aid olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir”. İş materiallarında olan tibbi arayışlara əsasən İddiaçı travmanı hərbi xidmət vəzifəsini yerinə yetirərkən almışdır. Göründüyü kimi eskpert iddiaçıda müəyyən olunmuş xəstəliklər və qüsurların ona əliliyinin təyin edilməsinə əsas olması qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən verilmiş imtina əsassız olmuşdur.
14. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
- 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmamış, iddiaçının xeyrinə olan halları nəzərə almamış və nəticədə əliliyin müəyyən edilməsindən imtina barədə səhv nəticəyə gəlmişdir. İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 15.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 07 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi barədə cavabdehin imtinasının qanunsuz hesab edilməli və ona 2-ci dərəcə əlillik qrupunun təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilməlidir.
16. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinə əsasən:
- 58.1. sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7. sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi barədə cavabdehin imtinası qanunsuz hesab edilsin və ona 2-ci dərəcə əlillik qrupunun təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova