Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11335/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı Rayon Dövlət X18 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında protokol və qərarın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı Rayon Dövlət X18 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ərazisində baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edildiyi üçün, hadisənin səbəbkarı olan, “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X10 barəsində inzibati tənbeh vermə haqqında protokol və qərarın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 yanvar 2022-ci il tarixdə, saat 15:50-də etibarnamə ilə idarə etdiyi X15 minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Suraxanı rayonu, Əmircan qəsəbəsinin Zığ yolu istiqamətində hərəkət edərkən, 104 nömrəli xəttin marşrutu “İsusu-Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobus yolun qadağa olunan hissəsindən sürətlə keçərək, idarə etdiyi maşının sol tərəfini əzmişdir. Qəza baş verən yol biristiqamətlidir. Həmin yolda qadağaedici yol nişanı vardır. Yəni, o yolda əks istiqamətdə avtomobil idarə oluna bilməzdir. Qəza zamanı tanımadığı bir şəxs avtobusu qəzanın baş verdiyi yerdən, sürücüyə göstəriş verərək, etirazına məhəl vermədən, hadisə yerindən uzaqlaşdırmışdır. Hadisə yerinə, Suraxanı RDYŞ-nin əməkdaşı polis kapitanı X7 gəlmişdir. Hadisəyə baxış keçirmiş, onu və qəza törədən avtobusun sürücüsü X6 Suraxanı RDYPŞ-yə dəvət etmişdir. Suraxanı RDYŞ-nin əməkdaşı polis kapitanı X7 xx.xx.2022-ci il tarixdə ondan və qəza törədən avtobusun sürücüsü X3 şöbədə izahat almışdır. xx.xx.2022-ci il tarixdə polis kapitanı X7 yol nəqliyyat hadissəsinin sxemini çəkmiş və sxemlə onu tanış etmişdir. Yol nəqliyyat hadisəsinin sxemindən görünürdü ki, avtobus sürücüsü qadağa edici nişana məhəl qoymamış, yol hərəkəti qaydalarını pozmuş və inzibati xəta törətmişdir. Suraxanı RDYŞ-nin əməkdaşı polis kapitanı X7 avtobusun sürücüsü X10 inzibati xəta törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edərək, qərar qəbul etmiş və sənədləri Dövlət Sığorta Kommersiya Şirkətinə göndərmişdir. Dövlət Sığorta Kommersiya Şirkətindən avtonəqliyyat vasitəsinə dəyən ziyanın pulunun alınması üzrə sənədləşmə aparılan zaman sığorta şirkətindən bildirilmişdir ki, hadisə üzrə video görüntüdə günahkar və inzibati xətanı törətdiyi olduğundan hesablanmış sığorta pulu ödənilməyəcəkdir. xx.xx.2022-ci il tarixdə Suraxanı RDYŞ-nin əməkdaşı polis kapitanı Elvin Əsgərov mobil telefon əlaqəsi yaradaraq ona hadisə barədə video görüntü olduğu üçün, avtobusun sürücüsü X10 barəsində qəbul edilmiş qərarı ləğv edib onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, 40 (qırx) manat məbləğində cərimə tətbiq etmişdir. Elektron qərardan narazı olduğu üçün, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Suraxanı rayon DYPŞ-nin polis kapitanı X4 yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarının qanunsuz hesab edib ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X7 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 göndərilməsi qərara alınmışdır. Qəbul edilmiş məhkəmə qərarı, xx.xx.2023-cü il tarixdə məlumat üçün, xx.xx.2023-cü il tarixdə icra olunması üçün DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. Dəfələrlə qərarın icrası ilə bağlı Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 kapitanı Elvin Əsgərovun qəbuluna gedərək, işin mənim iştirakımla baxılmasını tələb etmişdim. Polis kapitanı işin baxıldığı zaman yazılı çağırılacağı bildirilmişdir. Lakin heç bir çağırış gəlmədiyindən, xx.xx.2023-cü il tarixdə yenidən Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 gedərək, qərarın nəticəsi ilə maraqlananda, qərarın iştirakı olmadan baxıldığı bildirilmişdir. Və barəmdə TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli eletron tərtib edilmiş protokolun dəyişirilmədən qanuni qüvvəsində saxlanıldığını bildirmişlər. X8 iştirakı olmadan baxılıb qəbul etdiyi qərara öz iradımı bildirsə də, iradına əhəmiyyət verən olmadı. Qəbul edilmiş qərarı tələb etdikdə, xx.xx.2023-cü il tarixli qərarı, xx.xx.2023-cü il tarixdə toplanmış sənədlərin təqdim edilməsinə dair aktla rəsmi şəkildə təqdim etdilər. Həmin aktda protokol və qərarın iştirakı olmadan tərtib edilməsini bildirərək aktı imzalayıb tarixini qeyd etmişdir. Həmin aktın əsli Suraxanı RPİ-nin DYPŞ-nin YNH-də, surəti isə ona verilmişdir. Suraxanı Rayon Polis İdarəsinin Dövlət X14 rəisi vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə 3-13-54/2-7132/2023 nömrəli, 18 aprel 2023- cü il tarixli qərarı qanunsuzdur. Belə ki, məhkəmə prosesi zamanı hakim şikayətini qəbul edərək, işi araşdırmış, dəfələrlə keçirilmiş məhkəmə proseslərində yolun qadağan edilmiş əks istiqamət hərəkətinə qarşı tərəfdən rəsmi sənəd tələb edildikdə, həmin tələb edilmiş sənəd təqdim edilmədiyi üçün, barəmdə tərtib edilmiş protokol və qərar qanunsuz hesab edildiyindən məhkəmə şikayətimi təmin etmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 göndərilməsini qərara alımışdır. Buna baxmayaraq, Suraxanı RPİ-nin DYPŞ-nin rəisi vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyev məhkəmənin qəbul etdiyi qərarı tam araşdırmadan, düzgün icra etmədən, qərarın müəyyən etdiyi hissədə bildirmişdir ki, İnzibati Xəta haqqında işə yenidən baxılarkən inzibati protokolun qərarı tam sübuta yetirildiyindən, məni Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qərara almışdır. Halbuki inzibati protokol və qərar qəbul edildikdə onun iştirakı olmamışdır. Bu barədə tərtib edilmiş akta öz qeydini etmişdir. Qəbul edilmiş qərar, qanunsuz olduğu üçün, Suraxanı rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, 454418 nömrəli protokolu və inzibati xəta haqqında 3-13-54/2-7132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə yenidən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1847/2023 saylı, 16 iyun 2023cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmişdir. Qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin Dövlət X14 rəisi vəzifəsini icra edən Rəşad Nağıyev tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli, 3-13-54/2-7132/2023 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X17 göndərilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1847/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı, məhkəmənin 03 iyul 2023-cü il tarixli müşayət edici məktubu ilə icra olunması üçün, DİN Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət X13 göndərilmişdir. Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, 31 iyul 2023-cü il tarixdə, 3-13-54/2-15838 nömrəli məktubla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət göndərərək, barəmdə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlamasına göstəriş verilməsini xahiş etmişdir. Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, 31 iyul 2023-cü il tarixli məktubunda qeyd etdiklərindən narazı olduğu üçün, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 polis kapitanı X4 barəsində tətbiq etdiyi xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolunu və TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair vəsatət-ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ərizəm təmin edilərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edildiyi üçün, Bakı şəhəri Suraxanı Rayon Dövlət X18 doldurulmuş Forma-4 ilə birlikdə, Dövlət Sığorta Kommersiya Şirkətinə mənə sığorta pulunun ödənilməsi ilə bağlı məktub göndərmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2024-cü il tarixli, 65/xx-xx/2024 nömrəli məktubunda xx.xx.2024-cü il tarixli müraciətin araşdırıldığını, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ərazisində tərəfindən idarə olunan “X15” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilə sığortalanmış, X5 idarə etdiyi “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yolnəqliyyat hadisəsinin baş verdiyini, Baş X19 idarəsinin Polis leytenantı X1 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında işə xitam verilməsi haqqında qərarı ilə “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X5 barəsində başlanmış İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyini, “İcbari Sığorta haqqında” Qanuna uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının verdiyi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən və şəxsin təqsirini müəyyən edən yol-nəqliyyat hadisəsi haqqında sənəd əsasında şəxsin mülki məsuliyyəti və sığortaçının sığorta ödənişi həyata keçirmək öhdəliyinin yarandığını, sadalananlara əsasən X5 barəsində başlanılmış İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, daha sonra da onun təqsirli olması ilə bağlı heç bir yekun qərarın qəbul edilməməsi və ya protokolun tərtib olunmaması qeyd olunaraq, “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X5 təqsiri səlahiyyətli orqan tərəfindən qəbul olunmuş hər hansı aktla sübuta yetirilmədiyinə görə hal-hazırda ona sığorta ödənişinin həyata keçirilməsi üçün əsas mövcud olmadığı, sığorta ödənişinin verilməsi Şirkətin imkanları xaricində olduğu bildirilmişdir. Bu səbəbdən də, mən Sığorta şirkətindən, sığorta ödənişini ala bilmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, məhkəmənin xx.xx.2023-cü il tarixli müşayət edici məktubu ilə Bakı şəhəri Suraxanı RPİ-nə məlumat üçün, xx.xx.2023-cü il tarixli müşayət edici məktubu ilə qərar qanuni qüvvəsinə mindiyi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-də qəbul edilmişdir. Qanuni qüvvəsini almış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, məhkəmənin xx.xx.2024- cü il tarixli müşayiətedici məktubu ilə Azərbaycan Respublikası DİN-in Baş X21 İdarəsinə rəsmi qaydada təhvil verilmişdir. Bu müddət ərzində dəfələrlə Azərbaycan Respublikası DİN-in Baş X21 İdarəsinə, eyni zamanda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icra olunması ilə bağlı rəsmi və qeyri-rəsmi müraciətlərinə baxmayaraq, heç bir müsbət nəticə ala bilməmişdir. Bununla bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ərazisində baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbehvermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edildiyi üçün, hadisənin səbəbkarı olan, “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X10 barəsində qanunamüvafiq yeni inzibati tənbeh vermə haqqında protokol və qərar qəbul edilməsinin öhdəliyinin Bakı şəhəri Suraxanı Rayon Dövlət X13 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1773/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, mübahisə predmeti olan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət edilməsi, müraciət təmin edilmədiyi və ya cavabsız qoyulduğu təqdirdə isə inzibati orqanın qərarı ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi izah edilməsi qərarı alınmışdır. Bununla bağlı Bakı şəhəri Suraxanı RPİ-yə ərizə ilə müraciət etmişdir. Suraxanı RPİ-yə ünvanlanmış ərizəsinə cavab olaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarında hadisədə təqsirkar olmağı və günahkar sürücü barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında protokolun qüvvədə saxlanılmasına dair heç bir qeydiyyat aparılmadığı, bu barədə qərarda müvafiq qeydlərin aparılması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə məktub göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3768/2023 nömrəli məktubu ilə Bakı şəhəri Suraxanı RDYPŞyə müraciət edilərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X20 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibatitənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə, İddiaçı təqsirsizliyi müəyyən edildiyindən barəsində protokola xitam verildiyi üçün, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması, təqsirkarın müəyyən edilməsi, avtobus sürücüsünün həmin hadisədə təqsirli olub-olmaması ilə bağlı zəruri tədbirlərin (hadisə yerinə baxış, lazımi hadisə sxemlərinin tərtib edilməsi, avtotexniki ekspertizanın aparılması və digər hərəkətlərin) aparılması, zərurət yarandıqda protokolu tərtib edilməsi qeyd olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi yenidən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon DYPİ-yə məktub ünvanlayaraq, ilkin müraciətini nəzərə alıb, zəruri hesab etmişdir ki, şikayətçi İddiaçı tərəfindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilməmiş, belə ki, şikayətçi tərəfindən apellyasiya şikayəti daxil olmadığından və şikayət ərizəsi əsasında qəbul edilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığını bildirmişdir. Suraxanı RPİ məktubla, Suraxanı Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3(010)-3768/2023 nömrəli məktubu əsasında, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində iştirakçı olmuş “İsuzu Saz” markalı 90RU532 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü X10 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP4419372 saylı inzibati protokol və inzibati tənbeh vermə haqqında TP4822589 saylı qərarla bağlı, DİN BDYPİ-nin X2 yerləşdirilmiş məlumatlarda müvafiq dəyişiklik edilməsinə dair Baş X19 İdarəsinə rəsmi məktub göndərmiş, lakin göndərilmiş müraciət təmin edilməmişdir. Sonradan özü də, DİN BDYPİ-yə rəsmi qaydada ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ərazisində baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edildiyi üçün, hadisənin səbəbkarı olan, “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X10 barəsində qanunamüvafiq inzibati tənbeh vermə haqqında protokol və qərar qəbul edilməsini xahiş etsə də, bundan öncəki ərizələrinə cavab verilmədiyi kimi ərizə və müraciəti cavabsız qalmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına ərizə yazıb, baş vermiş yol nəqliyyat hadisəsi zamanı etibarnamə ilə idarə etdiyi “X15” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi ziyanın Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta pulunun ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 iyun 2024-cü il tarixli, 6-1-26/2-Ə-44xx/xx-10762/2024 nömrəli məktubu ilə müraciətinə cavab olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də, digər sürücü X5 hadisənin baş verməsində təqsirli müəyyən olunmadığından mülki məsuliyyəti də yaranmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN Baş X19 İdarəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrasını təmin etmədiyini, həmçinin Suraxanı RPİ-nin ünvanına göndərdiyi xx.xx.2024-cü il tarixli 3-13-54/2-10723/24 nömrəli məktubunda Suraxanı Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3(010)-3768/2023 nömrəli məktubu əsasında, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində iştirakçı olmuş “İsuzu Saz” markalı 90RU532 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü X10 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP4419372 saylı inzibati protokol və inzibati tənbehvermə haqqında TP4822589 saylı qərarla bağlı, DİN BDYPİ-nin X2 yerləşdirilmiş məlumatlarda müvafiq dəyişiklik edilməsinə dair Baş X19 İdarəsinə rəsmi məktub göndərilməsinə baxmayaraq müraciətlər təmin edilmir. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1773/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadını nəzərə alaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X14 xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1773/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı Bakı şəhəri Suraxanı rayon Dövlət X17 qarşı yeni inzibati tənbehvermə haqqında qərar və protokolun təritb edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçıya izah edilmişdir ki, mübahisə predmeti olan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciət təmin edilmədiyi və ya cavabsız qoyulduğu təqdirdə inzibati orqanın qərarı ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 3- 13-54/2-Ə-4280/11/24 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:50 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zığ yolu istiqamətində idarə etdiyi X15 markalı 90RK110 dövlət qeydiyyat nişanlı avtomaşınla iştirakçı olduğu yolnəqliyyat hadisəsi ilə bağiı Suraxanı Rayon Məhkəməsinə ünvanladığı müraciəti əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3(010)-3768/2023 saylı qərarın qərara aldı hissəsində hadisədə təqsirkar olmadığı və günahkar sürücü barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokolun qüvvədə saxlanılmasına dair heç bir qeydiyyat aparılmamışdır. Bu səbəbdən qeyd olunan qərarda müvafiq qeydlərin aparılması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə məktub göndərilmişdir. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 3- 13-54/2-6826/24 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:50 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zığ yolu istiqamətində X15 markalı 90RK110 dövlət qeydiyyat nişanlı avtomaşınla İSUZU SAZ markalı 90RU532 dövlət nömrə nişanlı mikroavtobusun toqquşması ilə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Faktla bağlı, xx.xx.2022-ci il tarixdə İSUZU SAZ markalı 90RU532 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü X10 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP4419372 saylı inzibati protokol tərtib olunaraq, inzibati tənbeh vermə haqqında TP4822589 saylı qərar tətbiq edilmişdir. Lakin Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq şöbəsinin əməkdaşı tərəfindən, baş vermiş yol-nəqliyyat hadisəsinə dair videogörüntü əldə edilərək, DYPŞ-yə təqdim edilmədən Respublika Prokurorluğuna göndərmişdir. Həmin görüntülər baxılması üçün Baş X19 İdarəsinə göndərilmişdir. Baş DYPİdə video görüntülərə baxış keçirilərək, müvafiq araşdırmalar aparılmış və İSUZU SAZ markalı nəqliyyat vasitəsinin sürücüsü barəsində tərtib edilmiş İXP4419372 saylı inzibati protokolun TP4822589 saylı qərarına, xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Həmin videogörüntülər əsasında, hadisədə günahkar sürücü qismində X15 markalı 90RK110 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsi tələb edilmişdir. Bu səbəbdən, xx.xx.2022-ci il tarixdə X15 markalı 90RK110 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP4544418 saylı inzibati protokol tərtib edilmişdir. Lakin vətəndaş İddiaçı Suraxanı Rayon Məhkəməsinə ünvanladığı müraciəti əsasında, tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3(010)-3768/2023 saylı qərarın qərara alındı hissəsində vətəndaş İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar olmadığı və məhkəməyə təqdim edilmiş video görüntü əsasında hadisəni törədən sürücünün X10 olduğu qeyd olunmadan, vətəndaş İddiaçı barəsində olan xx.xx.2022-ci il tarixli İXP4544418 saylı inzibati protokolun xx.xx.2022-ci il tarixli TP4936141 nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq baş vermiş yol-nəqliyyat hadisəsində iştirakçı olmuş hər iki nəqliyyat vasitəsinin sürücüsü barəsində 2022-ci ildə inzibati protokol tərtib edildiyindən, 3(010)- 3768/2023 saylı iş üzrə materiala əlavə edilmiş video görüntülərə yenidən baxılaraq, günahkar sürücü barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokolun və qərarın qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 3-13-16/2-Ə- 21415 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş protokola görə ödədiyi cərimənin geri qaytarılması haqqında müraciətə Baş X19 İdarəsində baxılmışdır. Ödədiyi 40 (qırx) manat on beş iş günü ərzində təqdim etdiyi hesaba köçürüləcəkdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 3-13-54/2-10723/24 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Suraxanı Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3(010)-3768/2023 nömrəli məktub əsasında, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində iştirakçı olmuş İSUZU SAZ markalı 90RU532 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü X10 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP4419372 saylı inzibati protokol və inzibati tənbeh vermə haqqında TP4822589 saylı qərarla bağlı, DİN BDYPİ-nin X2 yerləşdirilmiş məlumatlarda müvafiq dəyişiklik edilməsinə dair Baş X19 İdarəsinə rəsmi məktub göndərilmişdir. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 6-1-26/2-Ə-44xx-xx-10762/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, müraciət ilə bağlı ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilən məlumatlarda Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 №-li, xx.xx.2023- cü il tarixli qərarı ilə şikayətinin təmin edildiyi və inzibati xəta haqqında icraata xitam verildiy bildirilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalanır və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina əsaslarındandır. Barəsində inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də, digər sürücü X5 hadisənin baş verməsində təqsiri müəyyən olunmadığından mülki məsuliyyəti də yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət edə bilər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdehlər iştirak etməmişlər (nümayəndəsinin iştirakını təmin etməmişlər). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia tələbi inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisədir. Belə ki, iddiaçı faktiki olaraq inzibati tənbeh vermə haqqında protokol və qərarın qəbul edilməsini tələb edir. İddiaçıya məhkəmə iclasında qeyd olunan tələblə bağlı səmərəli hüquq müdafiə vasitəsi kimi inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqanlara müraciət etmək hüququ izah olunmuşdur. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada ərizə ilə inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqanlara müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova