Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11338/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (qızı) X5, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “20.05.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.05.2021-ci il tarixdən etibarən təkrarən İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Azərbaycan Respublikası Quba rayonu Üçgün kəndində doğulmuşdur. İddiaçıya verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Endokrinoloji Dispanseri 15.02.2006 cı il tarixində şəkərli diabet 2ci tip diaqnozu qoyulmuşdur.09.04.2008 ci ildən TSEK-nın diaqnozu (ÜİX. Hipertoniya xəstəliyi, yüksək risk, tez-tez krizlərlə. Üç İİ dərəcə. Şəkərli diabet İİ tip. Diabetik polineyropatiya. retinopatiya) 2-ci qrup əlilik təyin edilmişdi. Bundan sonra hər il 09.04.2009-cu il, 22.04.2010-cu il, 04.05.2011-ci il, 01.05.2012-cı il, 29.04.2013-cü il, 14.04.2014-cü il, 14.05.2015-ci ildə müayinələrdən keçmiş TSEK-ın diaqnozu ilə 2-ci qrup təyin olunmuşdu və son olaraq 14.04.2016-cı ildə müayinədən keçərək TSEK-in diaqnozu ilə 5 ilik 2-ci qrup təyin edilmişdi, növbəti təkrar müayinə 13.04.2021-ci ilə təyin edilmişdi. Bununla yanaşı, İddiaçı şəkərli diabet 2-ci tip ağır insulinə bağlı retonopatiya, polenoyropatiya, hipertoniya xəstəliyi, düyünlü zob, 2 dəfə miokart infakt, gərgin stenokardiya. X12 əməliyyatı olunub. A.K.Ş əməliyyatından sonrakı vəziyyəti:Gərgin stenokardiya fs 2ci. hipertoniya 2-ci mərhələ infaktdan sonrakı gərgin kardio skleroz, diabetik ensofopatiya. polineyropatiya iki tərəfli neyrosensor ağır eşitmə, xolisistit pankreatit, hər iki gözdə şəkərə bağlı göz dibi damarlarında qan sızmalar və ağırlaşmış katarakta xəstəlikləridə yaranmışdı və bu xəstəliklərlə bağlı əməliyyatlarda olunmuşdu. İddiaçıya qoyulmuş diaqnozlar onun xəstəlik tarixçəsində aparılmış müayinələr və müalicələr ilə öz təsdiqini tapmışdır. Növbəti təkrar müayinə Akademik C.Abdullayev adına X2 05.05.2021 tarixinde Tibbi müayinə keçirtmiş ve qoyulan diaqnoz ÜYX gerginlik stenokardiiyası 2 fs ARŞ əməliyyatından sonraki vəz arterial hipertoniya 2 ci mərhələ, şəkərli diabet 1 ci tip infarktdan sonraki kardioskleroz rəyi verilmiş.. Kardiologiya İnstitunun rəyi ve diger müainə və müalicə sənədləri yığılaraq 26 saylı şəhər polikilinikasına verilmiş ve sənədlər əsasında forma 88 tərtib edilib Tibbi Sosial Ekspert Komissiyasına 2786003AAES8 nömrəli 12.05.2021 tarixində müddətsiz 2 ci qrup əlilik təyin edilməsi üçün göndərilmişdir. Göndərişdən görünür ki, İddiaçı təyin edilmiş diaqnoz “Şəkərli diabet “1 ci tip və gərginlik stenokardiası 2ci fs , AKŞ əməliyyatından sonrakı vəziyyəti Arterial hipertoniya 2 ci mərhələ .Miokard infaktdan sonrakı kardioskleroz Tibbi Sosial Ekspert Komissiyası 2786003AAES8 nömrəli, Forma 88 in müalicə müddətinin yeterli olmamasından 20.05.2021-ci il tarixində əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi olaraq qeyd edilmiş diaqnozu və ağırlaşmaları təsdiq edən ixtisaslaşmış stasionar müalicə müddəti yetərli olmadığından əlillik təyinatının aparılması mümkün olmamışdır. Həmin dövrdə İddiaçı X8 şəkərli diabet bağlı X12 əməliyyatı olunub və uzun müddət stasionar müalicə alıb və COVİD xəstəliyi ilə əlaqədar əməliyyatdan çıxmış xəstəni stasionar qeyd edilən müalicə müəssisələrində yatızdırmaq mümkün deyildi. Forma 88 göndərişi doldurulması qayadalarına əsasən forma 88 göndərişi təkcə il ərzində 6 ay stasionar və ya ambulator müalicə olunan şəxslərə aid edilmir, eyni zamanda təkrar əlilik təyinatı zamanı da göndərilə bilər, hazırki mübahisə üzrə isə təkrar təyinatla bağlıdır, ona görə də burada hər hansı bir müddəti tətbiq edib imtina verilməsi qanunsuz və əsassızıdır.
3. Cavabdeh qurum tərəfindən iddiaçının əlillik vəziyyəti 20.05.2021-ci il tarixdə Bakı şəhəri 26 nömrəli şəhər poliklinikasının №xxxxxxx0006 göndərişi əsasında qiymətləndirilmiş və əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmiş, səbəb: əlavə müalicəyə ehtiyacın olması- ixtisaslaşdırılmış stasionar müalicə davam etdirilsin.
4. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə 26 saylı Şəhər Poliklinikasının 09.04.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 – qan təzyiqinin yüksək olması ilə səciyyələnın xəstəlikləri => İ10 – Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Birincili hipertenziya. Hipertoniya xes-yi yüksək risk.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddərinə əlillik dərəcəsi verilmişdir. 26 saylı Şəhər Poliklinikasının 14.04.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: ümumi xəstəlik; X4: İX sinif – qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 – Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => İ10- Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Birincili hipertenziya. Hipertoniya xes-yi yüksək risk.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddərinə əlillik dərəcəsi verilmişdir. 26 saylı Şəhər Poliklinikasının 09.04.2015-ci il tarixli 2786003AABHİ saylı göndərişi əsasında baxılmış və səbəbi: ümumi xəstəlik; X4: İX sinif – qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 – Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => İ11- Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...;] Diaqnozun mətni: ÜİX. Hipertoniya xətəliyi, yüksək risk, tez-tez krizlərlə. Üç İİ dərəcə. Şəkərli diabet İİ tip. Diabetik polineyropatiya, retinopatiya, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddərinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 13.04.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X4: İX sinif – qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 – Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => İ11- Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...;] Diaqnozun mətni: ÜİX. Hipertoniya xətəliyi, yüksək risk, tez-tez krizlərlə. Üç İİ dərəcə. Şəkərli diabet İİ tip. Diabetik polineyropatiya, retinopatiya, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə beş il müddərinə əlillik dərəcəsi verilmişdir. 26 saylı Şəhər Poliklinikasının 18.05.2021-ci il tarixli 2786003AAES8 saylı göndərişi əsasında baxılmış və X4: İX sinif – qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 – Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ 20.1 – Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİ fs. İnfarktdan sonrakı kardioskleroz. X9 sonrakı vəziyyət. QDÇ İİ fs. İnsulindən asılı olmayan şəkərli diabet; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış stasionar müalicə davam etdirilsin səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş olunur.
5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (qızı) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
9. İddiaçı məhkəməyə müraciət etdiyi 11.10.2021-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı 20.05.2021-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.
10. İddiaçı tərəfindən şikayəti əsasında cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq onun əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 2786003AAES8 nömrəli göndəriş əsasında 20.05.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Belə ki, Bakı 26 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2786003AAES8 nömrəli göndərişdə (Forma-88) qeyd edilmiş diaqnoz və ağırlaşmaları təsdiq edən ixtisaslaşmış stasionar müalicə müddəti yetərli olmadığından əlillik təyinatının aparılması mümkün olmamışdır.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
12. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
13. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
14. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
15. İddia prosessual qanunvericiliyə müvafiq dəyişikliyin qüvvəyə mindiyi 01.10.2021-ci il tarixə qədər təqdim edildiyindən Bakı İnzibati Məhkəməsi işə baxmağa səlahiyyətli məhkəmədir.
16. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
19. İddiaçıya ilkin olaraq İİ dərəcə əlillik 09.04.2009-cu ildən təyin olunmuşdur, xəstəliyin başlanma tarixi 14.02.2008-ci il, xəstəliyin gedişi: xroniki. Göndəriş verən müəssisədə 16.01.2010-cu il tarixdən qeydiyyatdadır.
20. Bakı 26 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş forma 88 arayışına əsasən Diaqnozun mətni: ÜİX stabil gərginlik stenokardiyası İİ fs.infarktdan sonrakı kardioskleroz. X9 sonrakı vəziyyət. QDÇ İİ fs. İnsulindən asılı olan şəkərli diabet. Əlilliyin təyinatından əlavə müalicəyə ehtiyacın olması –ixtisaslaşdırılmış müalicəsi davam etdirilməsi səbəbi ilə imtina edilmişdir.
21. Bakı 26 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş forma 88 arayışına əsasən (№2786003AAES8; göndərişin tarixi: 18.05.2021-ci il) əsas diaqnoz: İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX. Stabil gərginlik stenokardiyası İİİf/sinif; Ağırlaşmaları: İ50.0 Ürək çatmamazhğı İİ f/sinif; Z95.1 Aotokoronar şuntlu transplantatın olması. X9 sonrakı vəziyyət. G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə). Diabetik ensefalopatiya H36.0. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-Proliferativ diabetik retinopatiya VİS OD=0,01 k/etmir VİS OS=0,2 k/ilə 0,3 Yanakı xəstəliklər: E11.7 İnsulindən asılı olmayan şəkərli deabet, Çoxsaylı ağırlaşmalarla İİ tip, insulin tələbli. K81.1. Xroniki xolesistit. K86.1. Digər xroniki xəstəliklər. Xroniki pankreatit. İ11 Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ dərəcə. H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İki tərəfli neyrosenzor ağıreşitmə İİİ dərəcə.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
23. Məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayış №2786003AAES8 müəyyən edilir ki: -iddiçı göndəriş verən müəssisədə 16.01.2010-cu il tarixindən qeydiyyatdadır; -05.11.2020-ci il tarixdən 04.05.2021-ci il tarixləri arasında müxtəlif vaxtalarda mütəmadi olaraq xəstəliyə görə ambulator müraciətləri olmuşdur. - İ20.1 klinik diaqnoz ilə 2008-ci il tarixdən bəri mütəmadi, son bir ildə 18.08.2020- 27.08.2020, 26.01.2021, 05.05.2021-ci il tarixlərdə stasionar müalicələr stasionar müalicə almışdır. -status localis qrafasına əsasən xəstə uzun illərdir ki, xəstəlikdən əziyyət çəkir, vaxtaşırı olaraq ambulator və stasionar müalicələr alır. Aparılan müalicələrə baxmayaraq, xəstənin vəziyyətində heç bir yaxşılaşma qeyd olunmayıb, vəziyyəti getdikcə daha da kəskinkəşib. 2020-ci ildə xəstənin vəziyyəti kəskinləşdiyi üçün xəstə stastionara çatdırılıb, xəstəyə KAQ icra olunub. KAQ zamanı koronar damarlarda ciddi daralmalar aşkarlandığı üçün xəstə ətraflı müayinə və müalicə üçün MKX-ya köçürülmüş və konsiliumun nəticəsində xəstəyə AKŞ təyin olunub və 20.08.2020-də xəstəyə SDQ tətbiqi ilə AKŞx3 əməliyyatı (LİMA-LAD, (Ao-İMA) (VSG) (Ao-RCPD) (VSG)) icra olunub. Xəstə sonuncu dəfə 05.05.2021-ci il tarixdə ETKİ-də müayinə olunub. Aparılan müalicələrə baxmayaraq hazırda da xəstənin vəziyyəti orta ağırdır. Eyni zamanda xəstə uzun illərdir şəkərli diabetdən əziyyət çəkir. Hazırda şikayətləri ümumi zəiflik, halsızlıq, ürəkdə yandırıcı, göynərdici ağrılar, ağrıların sol qola, çiyinə irradiasiyası, təngnəfəslik, ürəkdöyünmə, hava çatışmazlığı, bu şikayətlərin adi iş zamanı belə daha da kəskinləşməsi, başağlı, başgicəllənmə, A/T-in yüksək olması, ağızda quruluq, susuzluq, yanğı hissinin olması, əsəbilik, epiqastral nahiyyədə ağrı, ağıreşitmə, zəif və dumanlı görmə, yuxu pozğunluğundandır. Xəstə İİ qrup əlildir, təkrar yoxlama üçün TSEK-ə göndərilir.
24. Beləliklə, məhkəmə qeyd edir ki, Forma 88 arayış (2786003AAES8) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1.-ci və 2.4.1-ci, 2.4.8-ci maddələrinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə (hətta 2.4.1-ci bəndinə və 2.4.8-ci bəndinə əsasən əlilliyin müddətsiz olaraq təyin edilməsinə, belə ki, iddiaçı açıq ürək əməliyyatı keçirmiş və X9 sonrakı vəziyyət diaqnozu qoyulmaqla miokardda yad cisim var (Z95.1 Aotokoronar şuntlu transplantatın olması.) tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz (İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX. Stabil gərginlik stenokardiyası İİİf/sinif;), ağırlaşmaları (İ50.0 Ürək çatmamazhğı İİ f/sinif), eləcə də yanakı xəstəliklər İ11 Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ dərəcə göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, ExoKQ, rentgenskopiya, KT, Angioqrafiya, Audio metriya) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
25. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. İddiaçının qiymətləndirilməsi 20.05.2021-ci il tarixdə həyata keçirildiyindən, məhkəmə iddia ərizəsində əlilliyin 12.05.2021-ci il tarixdən təyin edilməsinin qeyd edilməsini formal xəta hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı 20.05.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 20.05.2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva