Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1134/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı orden və medalla təltif olunma barədə təqdimatın icra olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı medalla təltif olunma məsələsinin daha geniş şəkildə araşdırılması və pozulmuş hüquqları sübuta yetirildiyi təqdirdə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək N nömrəli hərbi hissədə zabit qismində xidmət keçmişdir. Azərbaycan Respublikasının müdafiə nazirinin müvafiq əmri ilə “Həbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən N nömrəli hərbi hissədə qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsindən baş leytenant rütbəsi ilə istefaya buraxılmışdır. Vətən müharibəsində iştirakına görə müxtəlif medallarla təltif edilmişdir. Sonuncu xidmət yeri olan N nömrəli hərbi hissədən ona bildirilmişdir ki, 2021-ci ilin iyun ayında ona “Azərbaycan bayrağı” ordeni və “Kəlbəcərin azad olunmasına” görə medalı ilə təltif olunması üçün Azərbaycan Respubikası Müdafiə Naziriyinə müvafiq təqdimatlar göndərilmişdir. Lakin, Müdafiə Nazirliyinin Təltif komissiyasının iclasında baxılmış və qəbul edilmiş qərara əsasən ordenə təqdim olunduğu halda heç bir əsas olmadan 44 gün ərzində döyüş meydanındakı şücaiətləri görməzlikdən gəlinərək “Vətən uğrunda” medalı ilə təltif olunması barədə qərar qəbul edilmişdir. “Kəlbəcərin azad olunması medalı” ilə isə təltif olunmamışdır. O, xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək N nömrəli hərbi hissədən təqdim olunmasına baxmayaraq hansı əsasla bu şəkildə dəyişikliklər edilməsinin səbəbini soruşduqda Müafiə Nazirliyi öz növbəsində ilkin olaraq N nömrəli hərbi hissənin də rəhbər heyətinin həmin komissiyada iştirakı və qəbul olunmuş qərarda həmin hərbi hissənin rəhbərliyinin də, onun orderlə yox məhz medalla təltif olunması barədə mövqeyinin olduğu və əlavə olaraq Nazirlik həm də, “Kəlbəcərin azad olunması medalı”ı ilə təltif olunmamasının səbəbini Prezident Administrasiyası tərəfindən uyğun görülmədiyini də, açıqca bəyan etmişdir. 44 günlük Vətən Müharibəsində iştirak edərkən müxtəlif kəşfiyyat xarakterli tapşırıqlar yerinə yetirmişdir. Murovdağ silsiləsi, Kəlbəcər, Cəbrayıl, Xocavənd, Füzuli, Hadrut, Şuşanın işğaldan azad olunmasında iştirak etmişdir. Şuşa şəhəri ərazisində döyüş tapşırığı yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə yaralanmışdır. Hazırda 3-cü qrup əlildir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək N nömrəli hərbi hissə tərəfindən “Azərbaycan Bayrağı” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması barədə təqdimatın icra olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı icraatı mərhələsində cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan İddiaçı məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən o, xx.xx.2011-xx.xx.2015-ci il tarixlərdə H.Əliyev adına AAHM-də, xx.xx.2015xx.xx.2015-ci il tarixlərdə SQTTM-də dinləyici, xx.xx.2015-xx.xx.2022-ci il tarixlərdə N saylı hərbi hissə komandirinin sərəncamında olmuşdur. xx.xx.2022-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə) və 164-cü bəndinə (hərbi geyim formasını daşımaq hüququ) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. - İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı, “İgidiyə görə” medal və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1/2540 nömrəli məktubla bildirilmişdir ki, istefada olan baş leytenant İddiaçı Vətən müharibəsindəki xidmətlərinə görə xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavədin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bundan başqa, istefada olan baş leytenant İddiaçı “Azərbaycan Bayrağı” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması barədə xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə tərəfindən Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə məktub daxil olmuşdur. Daxil olmuş məktuba qoşun (qüvvə) növü komandanlarının, Ordu Korpusu komandirlərinin, Müdafiə Naziriyinin baş idarə və idarə rəislərinin iştirakı ilə keçirilmiş Müdafiə Nazirliyinin Ali Təltif Komissiyasının iclasında baxılmış və istefada olan baş leytenant İddiaçı “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunması barədə Azərbaycan Respublikası Prezidenti qarşısında vəsatətin qaldırılması qərarı qəbul olunmuşdur. Qəbul olunmuş qərara əsasən 13 mart 2021-ci il tarixdə müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə istefada olan baş leytenant İddiaçı “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. İstefada olan baş leytenant İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası qarşısında vəsatət qaldırılmış, lakin onun sözügedən medalla təltif olunması məqsədəuyğun hesab olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 saylı Plenum qərarının 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı ididaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının iddia tələbindən göründüyü kimi, onun hazırki iddia tələbini qaldırmaqda hüququ marağı “Azərbaycan Bayrağı” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmasına nail olmaqdan ibarətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası baxımından, inzibati icraat qaydasında qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar, o cümlədən iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Lakin konkret halda, iddiaçının tələbinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında 6 dekabr 1993-cü il tarixli, 756 nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin Statusuna əsasən:
1. Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə; hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə; Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə; respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə; dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
2. “Azərbaycan Bayrağı” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Şah İsmayıl” ordenindən sonra taxılır. “Azərbaycan Bayrağı” orden Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikası medalı Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli, 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Qanuna əsasən ““Kəlbəcərin azad olumasına görə Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”yə əsasən “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında Təlimatın: - 3-cü maddəsinə əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikası orden və medalları ilə ilə təltif olunması Azərbaycan Rspublikasının ordenlərinin və medalları haqqında əsasnamələrə uyğun olaraq hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. - 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı X1 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin 3-cü maddəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada komandirlərinə), onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (İİİ dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (İİİ dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir. - 13-cü maddəsinə əsasən, tabeliyində olanları Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ olan komandirlər və rəislər, habelə baxılmaq və qərar çıxarmaq üçün təltif olunmağa təqdimatlar almış komandirlər və rəislər Azərbaycan Respublikasının ordenlərinin və statutunu və medalları haqqında əsasnamələri rəhbər tuturlar. Təlimatın tələblərinə müvafiq olaraq Müdafiə Nazirliyinin Təltif Komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların və digər şəxslərin təltif edilməsi məsələsinə, onların xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırdıqları və yuxarı qərargahlarda müsbət qərar qəbul edilmiş təltif sənədləri əsasında baxılır. Silahlı qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. İşin hallarından göründüyü kimi, iddiaçı Vətən müharibəsindəki xidmətlərinə görə xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavədin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Həmçinin, “Azərbaycan Bayrağı” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması barədə xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə tərəfindən Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə məktub daxil olmuşdur. Daxil olmuş məktuba qoşun (qüvvə) növü komandanlarının, Ordu Korpusu komandirlərinin, Müdafiə Naziriyinin baş idarə və idarə rəislərinin iştirakı ilə keçirilmiş Müdafiə Nazirliyinin Ali Təltif Komissiyasının iclasında baxılmış və istefada olan baş leytenant İddiaçı “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunması barədə Azərbaycan Respublikası Prezidenti qarşısında vəsatətin qaldırılması qərarı qəbul olunmuşdur. Qəbul olunmuş qərara əsasən 13 mart 2021-ci il tarixdə müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə istefada olan baş leytenant İddiaçı “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. İstefada olan baş leytenant İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası qarşısında vəsatət qaldırılmış, lakin onun sözügedən medalla təltif olunması məqsədəuyğun hesab olunmamışdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi orden və medallarla təltif etmə səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətindədir. Azərbaycan Respublikası Müdafiə nazirinin iddiaçı barəsində qəbul etdiyi təqdimat (vəsatət) isə tövsiyə xarakterli olmaqla diskresion səlahiyyətlər çərçivəsində konkret icraatın təşkili ilə bağlı qəbul edilmiş akdır ki, sonuncu tərəfindən öz diskresion səlahiyyətləri çərçivəsində həmin akt qəbul edilərək qanunamüvafiq qaydada sonrakı hərəkətlər aparılmışdır. Belə olan təqdirdə, cavabdehlər tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasından söhbət gedə bilməz. Təltif olunmaya təqdim etmək hüququ bir başa yuxarıda qeyd edilən, qanunvericiliyin normaları ilə müəyyən edilmiş şəxslərin diskresion səlahiyyətlərinə aid olan məsələdir və məhkəmə tərəfindən yalnız, diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmaması məsələsinə baxılaraq hüquqi qiymət verilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Bütün bu qeyd olunanlar isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva