Məhkəmə qərarları › İş №2-1(112)-11341/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11341/2021

27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11341/2021 27.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı “avtomobilin qeydə alınma vəzifəsinin qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək “Ford Transit” Connect yük markalı, 878521İM nömrə nişanlı, WF0UXXTTPUBT27066 ban nömrəli, 2011-ci il buraxılışlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ona məxsus olan “Ford Transit” Connect yük markalı, 878521İM nömrə nişanlı, WF0UXXTTPUBT27066 ban nömrəli, 2011-ci il buraxılışlı avtomobil qeydiyyat üçün 18 avqust 2021-ci il tarixdə BDYPİ-nə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zaman avtomobilin ban nömrəsinin korroziyaya uğrayıb oxunmaz hala düşməsi aşkar edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Bununla əlaqədar olaraq məsələ araşdırılması üçün yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmişdir. Həmin orqanda araşdırma aparılmış, 2021-ci ilin 01 sentyabr ayında yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəis müavini polis polkovnik leytenantı Arzu Babayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar verilmiş, İddiaçı və X1 əməlində cinayət tərkibi olmadığından onların barəsində bu fakt üzrə cinayət işi başlanması rədd edilməsi və “Ford Transit” Connect yük markalı, 878521İM nömrə nişanlı, WF0UXXTTPUBT27066 ban nömrəli, 2011-ci il buraxılışlı avtomobilin qeyd edilən nöqsanla qeydiyyat alınması məsələsi baxılması BDYP idarəsinə həvalə olunmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 idarəsinə müraciət edərək “Ford Transit” Connect yük markalı, 878521İM nömrə nişanlı, WF0UXXTTPUBT27066 ban nömrəli, 2011-ci il buraxdışlı avtomobilin dövlət qeydiyyatina alınması barədə qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etmişəm. Cavabdehin ona ünvanladığı imtina məktubunda qeyd olunur ki, ban nömrəsinin korruziyaya uğrayıb oxunmaz hala düşməsi müəyyən edilmiş "X5 YÜK" markalı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə ünvanladığınız müraciətinizə baxılmışdır. Müraciətlə əlaqədar bildirilmişdir ki, qeyd olunan "X5 YÜK" markalı, 2011-ci il buraxılışlı, ban nömrəsi: WF0UXXTTPUBT27066 olan nəqliyyat vasitəsinin ban nömrəsinin korruziyaya uğrayıb oxunmaz hala düşməsi səbəbindən xahişinin yerinə yetirilməsi, həmin nəqliyyat vasitəsinə dair DİN-in Baş X6 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması qeyri-mümkün hesab edilir.

3. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən, 2011-ci il buraxılışlı, mühərrikin həcmi 1753 sm3, ban nömrəsi: WF0UXXTTPUBT27066 olan yük avtomobili X5 (dizel mühərrik) İddiaçı tərəfindən idxal edilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin İnspeksiya Xidməti orqanı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki eyniləşdirmə şəhadətnaməsinə əsasən, kateqoriya N1-8704, Dizel mühərrikli 1753 sm3, 2011-ci il buraxılışlı, ban nömrəsi: WF0UXXTTPUBT27066 olan yük avtomobili X5 AZS ***-**** Ekoloji sinif 4 normativ sənədlərin tələblərinə uyğundur.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı və X1 əməlində cinayət tərkibi olmadığından onların barəsində bu fakt üzrə cinayət işi başlanması rədd edilmiş, “X5” yük markalı, 8785211M nömrə nişanlı, WF0UXXTTPUBT27066 ban nömrəli, 2011-ci il buraxılışlı avtomobilin qeyd edilən nöqsanla qeydiyyata alınması məsələsinə baxılması BDYPİ-nə həvalə edilsin və yaxud avtomobil üzərində mülkiyyət hüqununun tanıması məqsədi ilə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüquqları İddiaçı və X2 izah edilmişdir.

6. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ban nömrəsinin korruziyaya uğrayıb oxunmaz hala düşməsi müəyyən edilmiş "X5 YÜK" markalı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə ünvanladığı müraciətinizə baxılmışdır. Müraciətlə əlaqədar bildirilmişdir ki, qeyd olunan "X5 YÜK" markalı, 2011-ci il buraxılışlı, ban nömrəsi: WF0UXXTTPUBT27066 olan nəqliyyat vasitəsinin ban nömrəsinin korruziyaya uğrayıb oxunmaz hala düşməsi səbəbindən xahişinin yerinə yetirilməsi, həmin nəqliyyat vasitəsinə dair DİN-in Baş X6 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması qeyri-mümkün hesab edilir. Odur ki, məhkəmədə həmin nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.

7. Məhkəmənin İNTERPOL-un Milli Mərkəzi Bürosuna sorğusuna cavab olaraq xx.xx.2021ci il tarixli məktubla bildirilmişdir ki, VİN: WF0UXXTTPUBT27066 olan “X5” markalı avtomobilin axtarışda olması barədə İNTERPOL-un «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur.

8. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

19. Məhkəmə iddiaçının Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla idxal etdiyi nəqliyyat vasitəsinə hüquqlarının qeydə alınması üçün “qanuni gözləntisi” olduğunu müəyyən edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”dən: 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır.

21. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur.

22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. “Ford Transit” Connect yük markalı, 878521İM nömrə nişanlı, WF0UXXTTPUBT27066 ban nömrəli, 2011-ci il buraxılışlı nəqliyyat vasitəsinin İddiaçı adına dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar