Məhkəmə qərarları › İş №2-1(112)-11341/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11341/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11341/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində güzəştli mənzil uçotuna siyahıya alınması və güzəştli mənzil növbəsi əsasında mənzilin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.N99N-ci ildə Beylaqan rayonu Dünyamalılar kəndində anadan olmuşdur. xx.xx.2009-cu ildən xx.xx.20NN-ci ilə dik N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.20N4-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşviyyatçı vəzifəsində xidmət etmişdir. xx.xx.20N7-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırığı kursuna daxil olmuşdur. N saylı hərbi hissənin N-ci taqim N-ci kaşviyyat qrupunun kaşviyyat qrup komandiri vəzifəsində işləmişdir. 20N8-ci ilin may ayında Xüsusi Təyinatlıların Sat kursuna daxil olmuş, həmin kursu bitirdikdən sonra 20N8-ci ilin dekabr ayında 20N8-saylı hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat dəstəsinin N-ci tağım 2-ci manqanın kəşfiyyatçı vəzifəsində çalışmışdır. 2020-ci ilin iyul ayının 5-i N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqım 2-ci manqasının qrup komandiri təyin edilmişdir. İddiaçı 44 günlük Vətən müharibəsində iştirak etmişdir. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında erməni quldur birləşmələrinə qarşı Füzuli, Cəbrayıl, Xocavənd,Şuşa rayonlarında döyüşmüş və torpaqların işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatları zamanı düşmən tərəfindən atılan snayper mərmisindən, digər növ partlayışlardan, qəlpələrdən törənmiş zədələnmələr, buynuz qişanın tam qlasseriyası, partlayış tr av ması,sol üst göz qapağının kəsilmiş yarası, sağ aşağı ətrafın dərin parezi, hərəkət məhdudlu diaqnozları və digər ağır dərəcəli xəsarətlər almış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi -Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, Forma-88 nömrəsi—********** nömrəli arayışı ilə mən- İddiaçı diaqnoz:- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konistitusiya quruluşunun müdafiəsi zamanı Hərbi əməliyyatlar nəticəsində “Odlu silah yaralanması nəticəsində sağ oturaq sinirinin zədələnməsi,Sol üst göz qapağının kəsilmiş yarası,Oturaq sirinin hissəvi zədələnməsi, Partlayış travması qəlpə zədələnmələri və əlil və ya sağlamlıq imkanlarının məhdudluğu: ikinci dərəcə əlillik dərəcəsi verilməklə pensiya təyin olunmuşdur. İddiaçı Vətən müharibəsində iştirak etdiyimə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyim şücayətə görə Azərbaycan Respublikası Prezidentinin N8 dekabr 2020-ci il tarixli, 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalına (medalın vəsq. № İ- 640)” ; Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə “Fizulinin azad olunmasına görə” medalına (medalın vəsq. №N-2N20); Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2364 nömrəli Sərəncamı ilə i(Xocəvəndin azad olunmasına görə” medalına (medalın vəsq. №N-NNN7); 24 iyun 202Nci il tarixli, 27N6 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalına (medalın vəsq.№İ-5377): Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalına (medalın vəsq.№İ-203N)və Azərbaycan Respublikası Baş Nazirinin 2N aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə(medal vəsq№İ-2N842) təltif edilmişdir. Həmçinin əlavə olaraq Xüsusi təyinatlıların Qaziləri, Şəhid ailələri və veteranları ictimai birliyinin (vəsiqə N9233), Beylaqan rayon Ağsaqqallar Şurasının(vəsiqə №N05) və “X3 ” İctimai Birliyinin üzvüdür. İddiaçı 2023-cü ilin fevral ayından hal-hazıradək, ünvan N ünvanda yaşadığımdan mənzil növbəmin Bakı şəhəri Binəqədi rayon ərazinə dəyişilməsini və bu barədə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməyim ilə əlaqədar Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2L04.2025-CÜ il tarixli, 5-N0/2-Ə-63-068/2025 saylı cavab məktubunda, “Beylaqan rayon ərazisi Bakı şəhərinin inzibati ərazi vahid tərkibinə daxil olmadığından yeni yaşayış yerində qeydiyyata alınma tarixi saxlanılmaqla daxil edilməsi, hüquqi baxımdan mümkün deyildir” kimi bildirilmiş və iddiaçının Binəqədi rayon İcra Hakimiyyətində güzəştli mənzil-uçot siyahısına götürülməyindən və güzəştli mənzil-uçot siyahısına götürülməyindən və mənzil verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti İddiaçı qarşı haqsızlıq etmiş və iddiaçının hazırkı səhətini və sağlıq durumunu nəzərə almır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 202N-ci il 25yanvar tarixli 2449 nömrəli Sərəncamının tələblərini kobud surətdə pozur.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti İddiaçı iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixli 5-N0/N-Ə-63- 068/2025 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, müharibə əlili kimi mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciət araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin N saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli elektron arayışa əsasən Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən və ümumi birgə paylı mülkiyyətdə olan 0.N8 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN:57A nömrəli 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Həmçinin təqdim olunan xx.xx.2023-cü il tarixli elektron arayışdan sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsi müəyyən edilmişdir. Bununla yanaşı, vətəndaş İddiaçı təqdim etdiyi sənədlərdən Bakı şəhəri, Binəqədi rayonuna xx.xx.2023-cü il tarixindən qeydiyyata düşdüyü müəyyən olunmuşdur. Sözügedən müraciətə baxılmasının nəticəsi olaraq, Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa təqdim olunan xx.xx.2025-ci il tarixli 5-N0/2-Ə-63-068/2025 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci və 53.N.3-cü maddələrinə, Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.N989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə istinad edilərək, mülkiyyətində olmuş təyinatı yaşayış məntəqələrinin torpaqları olan torpaq sahəsini özgəninkiləşdirməsindən 5 il və Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyata düşməsindən 7 il müddət keçmədiyindən mənzil növbəsinə götürülməsinin mümkün olmadığı ətraflı izah edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.N.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vatandaş qismində uçota almaqdan imtinaya yol verilir. Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.N989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. İşin araşdırılan hallarından və istinad olunan qanunvericilik normalarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə uyğun müvafiq cavab məktubu göndərilmişdir. Məlumat üçün bildirilir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının adına əvvəllər daşınmaz əmlak mövcud olmuşdur, lakin o, hansısa səbəbdən həmin əmlakı özgəninkiləşdirmişdir. Bu hal isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Həmin hərəkətlərə yol vermiş vətəndaşlar isə göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Beləliklə də, cavabdeh hesab edir ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, iddia ərizəsində əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.N-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.N-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin Qərarın 4.N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi əsassız olduğu üçün onun iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunur.

4. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin N saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli elektron arayışından mülkiyyət hüququ əsasında ümumbirgə əsaslarla Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən N8 ha (ümumi birgə) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN : 57A nömrəli 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş xx.xx.2023-cü il tarixli elektron arayışdan sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.N.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Mülkiyyətdə olmuş yaşayış məntəqələri torpaq sahəsinin özgəninki ləşdirmə tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməyinizlə bağlı məsələyə müraciətiniz əsasında yenidən baxıla bilər. Eyni zamanda bildirilir ki, qüvvədə olan Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.N989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları" əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Belə ki, Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Vətəndaş İddiaçı təqdim etdiyi sənədlərdən yaşayış yeri üzrə daimi qeydiyyatının Beyləqan rayonunda olduğu, lakin Bakı şəhəri. Binəqədi rayonunda xx.xx.2023-cü il qeydiyyata düşdüyü müəyyən edilmişdir. Vətəndaş İddiaçı Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 (yeddi) ildən az olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qantınvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müracəti əsasında məsələyə yenidən baxıla bilər.

5. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 0N sentybar 202N-ci il tarixli 77 nömrəli Sərəncamından Çıxarışa əsasəb rayonda yaşayış sahəsinə ehtiyacı olan bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili gələcəkdə mənzillə təmin olunmaq üçün rayon İcra hakimiyyətində mənzil növbəliliyinə qeydiyyata alınmışdır.

6. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur.

7. Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən Xocəsən bələdiyyəsi tərəfindən ünvan 4 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı Ərşini oğlunun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qarar, müqavilə qeydə alınmamışdır.

8. Binəqədi rayonu Biləcər Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən İddiaçı adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır.

9. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən İddiaçı adına M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti N saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən: Məlumatın Daşınmaz əmlakın Qeydiyyat nömrəsi Hüququnun növü mənbəyi növü ünvanı və tarixi Ləğv edilmiş Dövlət Torpaq Beyləqan rayonu, və Xəritəçəkmə Dünyamallar Komitəsinin kəndində 4.09 ha ümumibirgə JN-93 təqdim etdiyi Torpaq sahəsi kənd təsərrüfatı mülkiyyətdə xx.xx.N999 tam olmayan təyinatlı torpaq elektron sahəsinin yerdə məlumatlar qalan hissəsi bazası Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Beyləqan rayonu, Komitəsinin Dünyamallar ümumibirgə JN:57A təqdim etdiyi Torpaq sahəsi kəndində 0.N8 ha mülkiyyətdə 2005 tam olmayan yaşayış mətəqələri elektron məlumatlar bazası

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən: Məlumatın Daşınmaz əmlakın Qeydiyyat nömrəsi Hüququnun növü mənbəyi növü ünvanı və tarixi ümumibirgə ********** DƏDRX Torpaq sahəsi ünvan 6 nəfər) mülkiyyətdə xx.xx.2009

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsində elktron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən İddiaçı adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir.

13. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.

14. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2023-cü il tarixli ********** nömrəli Əlillik haqqında Arayışa əsasən İddiaçı “Hərbi əməliyyatlar nəticəsində diger növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partalış travması (xx.xx.2020)sol üst göz qapağının kəsilmiş yarası, buynuz qişanın tam qalasserasiyası, travmatik kataraktaya görə aparılmış FAKO+İOL implantasiyasından sonrakı artifikasiyası, buynuz qişanın diffuz stromal bulanması nəticəsində görmə itiliyinin 0.0N-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi N.0 olmaqla Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın derin distal parezi ilə nəticələnmiş sağ oturaq sinirin posttravmatik neyropatiyası. Partlayış travması(xx.xx.2020)sağ aşağı ətrafın dərin distal parezi ilə nəticələnmiş sağ oturaq sinirin posttravmatik neyropatiyası.Sağ aşağı ətrafın dərin parezi,hərəkət məhdudluğu,qoltuq ağacı ile hərəkət” diaqnozu ilə xx.xx.202N-ci il tarixdən müddətsiz 2.2. ikinci dərəcə əlillik təyin edilmişdir.

15. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, hazırda mülkiyyətində heç bir torpaq sahəsi mövcud deyil, adına olan torpaq sahəsini 2023-cü ildə bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirib.

16. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahhiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. “İnzibati icraat haqqında” Qanunun N.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun N3-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.N-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. İddia ərizəsinin məzmunundan göürünür ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.N. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 5N.N. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 5N.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 5N.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 5N.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 5N.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 5N.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 5N.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 5N.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. Məhkəmə müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

27. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia N saylı Protokolun N-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

28. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.20N0 tarixli qərar [İİ Bölmə] ərizə № N8768/05).

29. Cavabdeh orqan imtinanın və etirazın əsası olaraq ilk növbədə qeyd etmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin 08 aprel N988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, ən azı son 7 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi qeydiyyatda olsunlar. Yaşayış müddəti Bakı şəhərində qeydiyyatın olması ilə müəyyən edilir. İddiaçının adına mülkiyyət hüququ əsasında torpaq sahəsi olmasına və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 ili tamam olmadığına görə müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır.

30. Məhkəmə bununla bağlı qeyd edir ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Cavabdeh qurumun imtina üçün müvafiq əsası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.N988-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 5N.3-cü maddəsi).

31. Məhkəmə nəzərə alır ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.N-ci maddəsi).

32. Buna baxmayaraq məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti N saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən: Məlumatın Daşınmaz əmlakın Qeydiyyat nömrəsi Hüququnun növü mənbəyi növü ünvanı və tarixi Ləğv edilmiş Dövlət Torpaq Beyləqan rayonu, və Xəritəçəkmə Dünyamallar Komitəsinin kəndində 4.09 ha ümumibirgə JN-93 təqdim etdiyi Torpaq sahəsi kənd təsərrüfatı mülkiyyətdə xx.xx.N999 tam olmayan təyinatlı torpaq elektron sahəsinin yerdə məlumatlar qalan hissəsi bazası Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Beyləqan rayonu, Komitəsinin Dünyamallar ümumibirgə JN:57A təqdim etdiyi Torpaq sahəsi kəndində 0.N8 ha mülkiyyətdə 2005 tam olmayan yaşayış mətəqələri elektron məlumatlar bazası - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən: Məlumatın Daşınmaz əmlakın Qeydiyyat nömrəsi Hüququnun növü mənbəyi növü ünvanı və tarixi ümumibirgə ********** DƏDRX Torpaq sahəsi ünvan 6 nəfər) mülkiyyətdə xx.xx.2009 - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsində elktron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən İddiaçı adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyil.

33. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

34. Məhkəmə nəzərə alır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində ümumbirgə əsaslarla qeydiyyata alınmış Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 0.N8 ha yaşayış mətəqələri torpaq sahəsi mövcud olmuşdur. Daha sonra iddiaçı birgə mülkiyyətdə olan daşınmaz əmlakı (Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 0.N8 ha yaşayış mətəqələri torpaq sahəsi) özgəninkiləşdirmiş (iddiaçının izahatına əsasən bağışlanma müqaviləsi digər şəxsin mülkiyyətinə verilmişdir) və nəticədə yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar kateqoriyasına daxil olmuşdur.

35. Məhkəmə hesab edir ki, məhz fərdi yaşayış evinin özgəninkiləşdirilməsi (cavabdeh tərəfindən imtina üçün əsas olaraq qeyd olunan halın aradan qaldırılması məqsədi ilə) iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş hesab edilməsi ilə nəticələndiyindən müvafiq hərəkət vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnən niyyətli hərəkət kimi qəbul edilməlidir. Belə olan təqdirdə cavabdeh orqan daşınmaz əmlakın özgəninkiləşdirildiyi tarixdən etibarən 5 il ərzində İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina etməkdə haqlı hesab edilə bilər.

36. Məhkəmə qeyd alır ki, iş materiallarına əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların özgəninkiləşdirildiyi (iddiaçının izahatına əsasən 2023-cü ildə bağışlanma müqaviləsi ilə digər şəxsin verilmişdir) tarixi müəyyən etmək mümkün deyil. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, hazırda İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyil. Bununla belə məhkəmə nəzərə alır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti N saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışa əsasən müvafiq daşınmaz əmlak xx.xx.2023-cü il tarixdə iddiaçının xüsusi mülkiyyətində olmuş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışa əsasən xx.xx.2023-cü il tarixdə artıq özgəninkiləşdirilmişdir.

37. Odur ki, məhkəmə müəyyən edir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək məqsədi ilə niyyətli hərəkətlərə yol vermiş vətəndaşlar üçün qanunvericiliklə müəyyən edilmiş 5 illik müddət (niyyətli hərəkətlərə yol verdikləri gündən) iddiaçı XN münasibətdə başa çatmamışdır.

38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Göstərilənlərə əsasən və İPM-in 2.3, N3, 52, 68, 69, 75, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar