Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11344/2023 16.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasına qarşı “xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəbəlaqəsinin dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində BK+” diaqnozu ilə olan xəstəliyinin hərbi xidmətlə səbəb-əlaqəsinin dəyişdirilərək, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci il iyun ayından 1995-ci ilin iyul ayınadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 327N, 5456, N və N saylı hərbi hissələrdə atıcı kimi hərbi xidmət keçmişdir. xx.xx.1995-ci il tarixdə ağır xəstəliklə əlaqədar hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılaraq xidmətdən təxris olmuşdur. Bu barədə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”də “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində BK+” diaqnozu ilə olan xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilmişdir. 2N23-cü ilin may ayında xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün ərizə ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi-həkim komissiyasına müraciət etmişdir. Həmin müraciətə Daxili Qoşunlarının hərbi- həkim komissiyası tərəfindən 24.N5 2N23-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Komissiyanın bu qərarını ədalətsiz hesab edir. Belə ki, bu xəstəliyi əsasən 1994-cü ilin yanvar-fevral aylarında döyüş bölgəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərkən aldığı soyuqdəymə nəticəsində tutulmuşdur. Dəfələrlə soyuqdəymə qızdırma ilə əlaqədar hərbi hissənin tibb məntəqəsinə müraciət edərək ambulator müalicələr almışdır. Lakin həmin dövrdə cəbhədə olan gərgin və ağır vəziyyət ilə əlaqədar vaxtında stasionar qaydada müalicə olunmadığına görə xəstəliyi getdikcə ağırlaşmış və 1994-cü ilin dekabr ayında vərəm xəstəliyinin ağır formasına keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2NN8-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci maddəsinin a bəndinin 4-cü abzasında göstərilir: - əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü ilin may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa bu xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilir. Əsasnamənin 7.2-ci maddəsinin a bəndində göstərildiyi kimi onun bu xəstəliyinin başlanğıcı 1994-cü ilin may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə, yəni atəşkəsdən əvvəl yaranmışdır. Sonradan isə bu xəstəliyinin iltihablaşmış, ağırlaşmış və tədricən proqressivləşmiş formaya keçmişdir. “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində yazılıb: Maddə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, Hərbi qulluqçuların hərbi həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. “Hərbi Həkim Ekspertizası” haqqında Əsasnamənin 7.2-ci maddəsinin “a” yarımbəndində göstərilir. “Hərbi travmadır, Azərbaycan Respublikasinin müdafiəsi zamani alınmışdır” qərarına aşağıdakılar aiddir: - əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüylünü, müstəqilliyini və kostitusional qurluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə, sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; - əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını gözləmək və qorumaq qanunvericilik icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının sosial təminat hüququndan bəhs edən 38-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hər kəsin sosial təminat hüquqi vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısının itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 22ci maddəsinə əsasən “Hər bir insanın sosial təminat hüququ, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsiilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququnu zəruri hesab edir”. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: “Hər bir insan, Konstitusiya və ya qanunla ona verilən əsas hüquqlarının pozulması hallarıİnda səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqlarının səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir”. Bundan başqa, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3N mart 2NN6-cı il tarixli (5 nömrəli) qərarına əsasən 15 aprel 2NN2-ci il tarixdən Azərbaycan Respublikası “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının ratifikasiya edərək onun yuridiksiyasına daxil omuşdur. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarının Hərbi-həkim Komissiyasına qarşı “xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası əsassız və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2NN8-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, o, 1992-ci ilin iyun ayından 1995-ci ilin iyul ayınadək Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının 327N, 5456, N və N saylı hərbi hissələrində atıcı kimi xidmət keçmiş, xx.xx.1995-ci il il tarixdə ağır xəstəliklə əlaqədar hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılaraq xidmətdən tərxis olmuş, Daxili Qoşunların Hərbi-həkim komissiyasından verilmiş xx.xx.1995-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində. BK (+)” diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərildiyini, 2N23-cü ilin may ayında xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün müraciət etdiyini, Daxili Qoşunların Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2N23-cü il tarixli məktubla imtina cavabı verildiyini, komissiyanın qərarını ədalətsiz hesab etdiyini, xəstəliyi 1994-cü ilin yanvar-fevral aylarında döyüş bölgəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərkən aldığı soyuqdəymə nəticəsində tutulduğunu, dəfələrlə soyuqdəymə, qızdırma ilə əlaqədar hərbi hissənin tibb məntəqəsinə müraciət edərək ambulator müalicələr aldığını, lakin həmin dövrdə cəbhədə olan gərgin və ağır vəziyyətlə əlaqədar vaxtında stasionar qaydada müalicə olunmadığına görə xəstəliyinin getdikcə ağırlaşmasını və 1994-cü ilin dekabr ayında vərəm xəstəliyinin ağır formasına keçmişdir. İddiaçının ərizəsi əsassızdır və göstərilən səbəblərə görə iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı Daxili Qoşunlarda xidməti aşağıdakı kimi olmuşdur (Arxiv arayışı № 254, xx.xx.2N23-cü il): - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2 №-li əmrilə Yasamal RHKdan gəlmiş çağırışçılarm siyahısında 26 iyun 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 46 №-li əmrilə mandat komissiyasından keçmiş əsgərlərin siyahısında BMP, BTR, BRDM və tank komandirləri hazırlayan tədris bölüyünün 2-ci taqımının 1-ci bölməsinin komandiri vəzifəsinə təyin edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 59 №-li əmrilə 25 avqust 1992-ci il tarixdə “kiçik çavuş” hərbi rütbəsi verilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 71 №-li əmrilə növbəti “çavuş” hərbi rütbəsi verilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 72 №-li əmrilə 2N sentyabr 1992-ci il tarixdən xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır; - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2N №-li əmrilə N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; - N saylı hərbi hissə komkandirinin xx.xx.1992-ci il tarixli 3N №-li əmrilə N sentyabr 1992-ci il tarixdən Ağdam rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 33 №-li əmrilə 26 sentyabr 1992-ci il tarixdən Ağdam rayonundan xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 4N №-li əmrilə N4 oktyabr 1992-ci il tarixdə xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə getmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır; - N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 283 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək 5-ci bölüyün 1-ci taqım komandirinin müavini vəzifəsinə təyin edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 13 №-li əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün Zəngilan bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir; - X1 xx.xx.1993-cü il tarixli 4 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 2 №-li əmrilə N saylı hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş hesab edilərək 1N fevral 1993-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, motoatıcı bölükdə 3-cü motoatıcı bölmədə snayperatıcı vəzifəsinə təyin edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 92 №-li əmrilə məzuniyətə getmiş və xx.xx.1993-cü il tarixli 1NN №-li əmrlə məzuniyyətdən gəlmiş hesab edilmişdir (hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə əmr aşkar olunmadı); - N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 259 №-li əmrilə Beyləqan rayonuna-döyüş zonasına xidməti ezamiyyətə getmiş hesab edilərək 13 noyabr 1993-cü il tarixdən hissənin qazan təminatından çıxarılmışdır (ezamiyyətdən qayıtması barədə əmr aşkar olunmadı); - N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 24N №-li əmrilə 2N sentyabr 1994-cü il tarixdən Füzuli rayonuna-döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 251 №-li əmrilə xidməti ezamiyyətdən qayıtmış hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 11 №-li əmrilə hərbi xəstəxanaya stasionar müalicəyə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 159 №-li əmrilə qospitalı özbaşına tərk etmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 166 №-li əmrilə 22 iyun 1995ci il tarixdən qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 166 №-li əmrilə qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 121 №-li əmrilə 22 iyun 1995ci il tarixdən xəstələrin siyahısına və qazan təminatına daxil edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 133 №-li əmrilə 23 iyun 1995ci il tarixdən xəstələrin siyahısından və qazan təminatından çıxarılmışdır; - X1 xx.xx.1995-ci il tarixli 79 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 191 №-li əmrilə səhhətinə görə Müdafiə nazirinin N9 sentyabr 1987ci il tarixli 26N №-li əmrinin 1-ci qrafasının 22-ci maddəsinin “a” bəndinə uyğun olaraq hərbi xidmətdən vaxtından əvvəl azad edilməklə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı N saylı hərbi hissədə xidmət edərkən 1995-ci il N4 yanvar tarixindən 19 iyun tarixədək Bakı şəhəri 1 nömrəli X3 “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində” diaqnozu ilə stasionar müalicədə olmuş, 1995-ci il N7 iyul tarixdə Hərbi-həkim komissiyasında “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində. BK (+)” diaqnozu ilə şəhadətləndirilərək, hərbi xidmətə yararlılığı barədə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, xəstəliyin səbəb əlaqəsi haqqında isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilərək 242 nömrəli qərar verilmişdir (əsas: xx.xx.1995-ci il tarixli 1N7 nömrəli xəstəlik haqqında şəhadətnamə). İddiaçı cəbhə bölgəsində xəstələnməsini təsdiq edən tibbi sənəd olmadığından Hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb-əlaqəsinin dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2NN8-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbihəkim ekspertizası haqqında” Əsasnamənin 7.1. bəndinin, 7.2. bəndinin a) yarımbəndinin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tərəfindən təqdim edilmiş 254 saylı xx.xx.2N23-cü il tarixli arxiv arayışından görünür ki, həqiqətən də çavuş İddiaçı Nemət oğlunun 327N, N, 5N (), N saylı hərbi hissələrin və dislokasiya yeri Zəngilan rayonu-döyüş bölgəsi olmuş N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:
1. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2 №-li əmrilə Yasamal RHK-dan gəlmiş çağırışçıların siyahısında 26 iyun 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir;
2. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 46 №-li əmrilə mandat komissiyasından keçmiş əsgərlərin siyahısında BMP, BTR, BRDM və tank komandirləri hazırlayan tədris bölüyünün 2-ci taqımının 1-ci bölməsinin komandiri vəzifəsinə təyin edilmişdir;
3. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 59 №-li əmrilə 25 avqust 1992-ci il tarixdə “kiçik çavuş” hərbi rütbəsi verilmişdir;
4. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 71 №-li əmrilə növbəti “çavuş“ hərbi rütbəsi verilmişdir;
5. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 72 №-li əmrilə 2N sentyabr 1992-ci il tarixdən hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır;
6. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2N №-li əmrilə N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir;
7. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 3N №-li əmrilə 2N sentyabr 1992-ci il tarixdən Ağdam rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir;
8. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 33 №-li əmrilə 25 sentyabr 1992-ci il tarixdən Ağdam rayonundan xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;
9. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 4N №-li əmrilə N4 oktyabr 1992-ci il tarixdə xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə getmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır;
10. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 283 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək 5-ci bölüyün 1-ci taqım komandirinin müavini vəzifəsinə təyin edilmişdir;
11. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 13 №-li əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün Zəngilan bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir;
12. X1 xx.xx.1993-cü il tarixli 4 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 2 №-li əmrilə N saylı hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş hesab edilərək 1N fevral 1993-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, motoatıcı bölükdə 3-cü motoatıcı bölmədə snayper-atıcı vəzifəsinə təyin edilmişdir;
13. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 92 №-li əmrilə məzuniyyətə getmiş və xx.xx.1993-cü il tarixli 1NN №-li əmrlə məzuniyyətdən gəlmiş hesab edilmişdir (hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə əmr aşkar olunmadı);
14. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 253 №-li əmrilə yeni ştat cədvəlinə əsasən BMT-də (BTR)-də motoatıcı bölüyün 1-ci motoatıcı taqımının 3-cü bölməsində bölmə komandiri vəzifəsinə təyin edilmişdir (hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə əmr aşkar olunmadı);
15. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 259 №-li əmrilə Beyləqan rayonuna-döyüş zonasına xidməti ezamiyyətə getmiş hesab edilərək 13 noyabr 1993-cü il tarixdən hissənin qazan təminatından çıxarılmışdır (ezamiyyətdən qayıtması barədə əmr aşkar olunmadı);
16. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 24N №-li əmrilə 2N sentyabr 1994-cü il tarixdən Füzuli rayonuna-döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir.
17. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 251 №-li əmrilə xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;
18. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 11 №-li əmrilə hərbi xəstəxanaya stasionar müalicəyə getmiş hesab edilmişdir;
19. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 159 №-li əmrilə qospitalı özbaşına tərk etmiş hesab edilmişdir;
20. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 166 №-li əmrilə 22 iyun 1995-ci il tarixdən qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir;
21. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 166 №-li əmrilə qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir;
22. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 121 №-li əmrilə 23 iyun 1995-ci il tarixdən xəstələrin siyahısına və qazan təminatına daxil edilmişdir;
23. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 133 №-li əmrilə N7 iyul 1995-ci il tarixdən xəstələrin siyahısından və qazan təminatından çıxarılmışdır;
24. X1 xx.xx.1995-ci il tarixli 79 №-li üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 191 №-li əmrilə səhhətinə görə Müdafiə Nazirinin N9 sentyabr 1987-ci il tarixli 26N №-li əmrinin 1-ci qrafasının 22-ci maddəsinin “a” bəndinə uyğun olaraq hərbi xidmətdən vaxtından əvvəl azad edilməklə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2 №-li əmrinə əsasən Əhmədov X5 RHK-dan gəlmiş çağırışçıların siyahısında 26 iyun 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 46 №-li əmrinə əsasən İddiaçı mandat komissiyasından keçmiş əsgərlərin siyahısında BMP, BTR, BRDM və tank komandirləri hazırlayan tədris bölüyünün 2-ci taqımının 1-ci bölməsinin komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 59 №-li əmrinə əsasən İddiaçı 25 avqust 1992-ci il tarixdən “kiçik serjant” rütbəsi verilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 71 №-li əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Milli Ordusunda və Hərbi Dəniz Donanmasında hərbi xidmət keçmək Qanununa müvafiq olara növbəti “serjant” rütbəsi verilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 72 №-li əmrinə əsasən İddiaçı 2N sentyabr 1992-ci il tarixdən hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2N №-li əmrinə əsasən İddiaçı N nömrəli hərbi hissədən N sentyabr 1992-ci il tarixdən gələn sıravi əsgərləri N №-li hərbi hissənin tərkib siyahısına hər-cür təminatla və vəzifə ilə təmin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 3N №-li əmrinə əsasən İddiaçı N hərbi hissədən N sentyabr 1992-ci il tarixdən Ağdam şəhərinə xidməti ezamiyyətə getmiş hesab edilmiş, 3 günlük quru ərzaqla təmin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 33 №-li əmrinə əsasən İddiaçı 26 sentyabr 1992-ci il tarixdən Ağdam şəhərindən xidməti ezamiyyətdən qayıtmış hesab edilərək hər-cür təminatla təmin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 4N №-li əmrinə əsasən İddiaçı N №-li hərbi hissənin tərkib siyahısından N4 oktyabr 1992-ci il tarixdən N №-li hərbi hissəyə getmiş hesab edilərək hər-cür təminatdan çıxarılmış və vəzifələrindən azad olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 283 №-li əmrinə əsasən İddiaçı hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək 5-ci bölüyün 1-ci taqım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 13 №-li əmrinə əsasən 5-ci bölükdən - çavuş İddiaçı 14.N1.93-cü ildən döyüş xidmətini yerinə yetirmək üçün Zəngilan bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının xx.xx.1993-cü il tarixli 4 saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 2 №-li əmrilə İddiaçı N saylı hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş hesab edilərək 1N fevral 1993-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, motoatıcı bölükdə 3-cü motoatıcı bölmədə snayperatıcı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 92 №-li əmrinə əsasən İddiaçı məzuniyyətə getmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1NN №-li əmrinə əsasən İddiaçı məzuniyyətdən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 253 saylı əmrinə əsasən İddiaçı yeni ştat cədvəlinə əsasən BMP-də (BTR)-də motoatıcı bölüyün 1-ci motoatıcı taqımının 3-cü bölməsində bölmə komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 259 №-li əmrinə əsasən Əhmədov X4 rayonuna-döyüş zonasına xidməti ezamiyyətə getmiş hesab edilərək 13 noyabr 1993-cü il tarixdən hissənin qazan təminatından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 24N №-li əmrinə əsasən İddiaçı 2N sentyabr 1994-cü il tarixdən Füzuli rayonuna – döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 251 №-li əmrinə əsasən İddiaçı xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 11 №-li əmrinə əsasən İddiaçı Bakı şəhəri hərbi xəstəxanasına stasionar müalicəyə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 159 №-li əmrinə əsasən İddiaçı qospitalı özbaşına tərk etmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 166 №-li əmrinə əsasən İddiaçı 22 iyun 1995-ci il tarixdən qospitala stasionar müalicəyə getmiş hesab edilmiş və N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 166 №-li əmrinə əsasən qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 121 №-li əmrinə əsasən İddiaçı 23 iyun 1995-ci il tarixdən xəstələrin siyahısına və qazan təminatına daxil edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 133 №-li əmrinə əsasən İddiaçı N7 iyul 1995-ci il tarixdən xəstələrin siyahısından və qazan təminatından çıxarılmışdır. X1 xx.xx.1995-ci il tarixli 79 №-li üzrə əmrinə əsasən İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 191 №-li əmri ilə səhhətinə görə Müdafiə Nazirinin N9 sentyabr 1987-ci il tarixli 26N №-li əmrinin 1-ci qrafasmm 22-ci maddəsinin “a” bəndinə uyğun olaraq hərbi xidmətdən vaxtından əvvəl azad edilməklə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Hərbi-həkim komissiyasının N7 iyul 1995-ci il tarixli, 1N7 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən iddiaçı “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində. BK (+)” diaqnozu ilə şəhadətləndirilərək, hərbi xidmətə yararlılığı barədə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, xəstəliyin səbəb əlaqəsi haqqında isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilərək 242 nömrəli qərar verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək səbəbləri göstərilməklə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq yazılı ərizə təqdim etmədən, şifahi qaydada bildirmişdir ki, hərbi-həkim komissiyasının N7 iyul 1995-ci il tarixli, 1N7 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən onun qəbul edildiyi vaxtdan məlumatlı olmuşdur. Həmin dövrdə qərarın mübahisələndirilməsinə marağı olmamışdır. Hazırda həmin qərar onun maraqlarına toxunur, bu səbəbdən də iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və qərarda xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi barədə iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 6N-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.N.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.N.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2N15-ci il tarixli N5 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsindən: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 3N gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 3N gün müddətində qaldırıla bilər. 35.3. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərar N7 iyul 1995-ci il tarixdə qəbul edilmişdir. İddiaçı həmin vaxtdan 28 ilə yaxın müddət keçdikdən sonra (xx.xx.2N23-cü il tarixdə) müvafiq şəhadətnamədə düzəliş edilərək xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının sözügedən inibati aktdan onun qəbul edildiyi tarixdən məlumatlı olmasına baxmayaraq, onu yalnız hazırki dövrdə mübahisələndirmə ehtiyacı yarandığına görə buraxılmış müddətin üzürlü hesab edilməsi barədə dəlilini məhkəmə üzürlü səbəb kimi qəbul etmir və qeyd edir ki, inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Odur ki, iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 1N (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54Ncı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova