Məhkəmə qərarları › İş №2-1(112)-1135/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1135/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1135/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 2-ci dərəcəli əlilliyin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1987 ci il tarixdən, 10.07. 1989-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Ağdam RHK-ı tərəfindən o, xx.xx.1992-ci il tarixdə çağrılaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N () №-li hərbi hissəsinə göndərildim. xx.xx.1992-cü il tarixdə Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin N №-li əmrinə əsasən 3 MAT-un 3 bölüyünün tərkibinə daxil edilərək ,tam təhcizatla təmin edilərək sanitar vəzifəsinə təyin edildi. Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlarla təmin edilərək " sıravi" hərbi rütbə verilməklə 3-cü MAT-göndərildim və xx.xx.1994-cü il tarixə kimi hərbi xidmətimi davam etdirdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda xx.xx.1992-ci il tarixdən, xx.xx.1994-cı il tarixə kimi Müdafiə Nazirliyinin N () N №-li hərbi hissələrin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü il tarixdə erməni işxalçılarana qarşı aparılan hərbi əməliyyatlar zamanı Ağdam rayonu uğrunda gedən döyüşlərdə ağır yaralandım.Məni apardılar Ağcəbədi hərbi-səhra cərrahiyə hospitalına ilkin cərrahi yardım göstəriləndən sonra vəziyyətim ağır olduğu üçün məni Vertaliyotla evakuasiya etdillər Müdafiə Nazirliyinin Ələtdəki 251 saylı Hərbi Hospitalına.xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Kliniki və X15-Tədqiqat İnstituna evakuasiya etdilər,xx.xx.1994-cü il tarixə kimi orda müalicə olundum və ağ ciyərimdəki kor gülləni həkimlər götürə bilmədi.Bakı şəhəri Kliniki və X9 Xəstəxanası mənə 45 gün məzuniyyət verdi.Məzuniyətdən qayıtdıqdan sonra,Müdafiə Nazirliyi Baş Klinik Hospitalının rəisinin xx.xx.1994-cü il tarixli sərəncamına əsasən məni göndərdilər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına Şəhadətləndirilməm üçün. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyanın Xəstəlik Haqqında 8779 №-li Şəhadətnaməsinin xidmətə yararlığı haqqında xx.xx.1994-cü il tarixli Qərarı: sülh dövründə hərbi xidmətə yararsız,müharibə dövründə qeyri-nizami xidmətə yararlıdır. Diaqnoz:"Döş qəfəsimin sağ yarısına və sağ çiyin nahiyəmnən odlu silahdan açılan dəlib keçən kor qəlpə yaraları nəticəsində sağ ağciyər toxumasında yad cisim kor (güllə) nəticəsində sağ ağciyar toxumasında hemopnevmotoraks, güllə yarası nəticəsində sağ çiyinin yuxarı üçdə birinin bərkimiş çapığı.Yaralanma Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır,Hərbi Travmadır. Ona 1994-cü ilin iyul ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 18 X29 Ekspert Komissiyası tərəfindən 2 (ikinci) qrup əlilik təyin olundu.Mən 2004-cü il tarixə kimi 10 (on) il müdətində hər il 18 Saylı Zona TSEK həkim komissiyasından keçmişəm və 10.02. 2004-cü il tarixdən mənə müddətsiz ikinci qrup əlilik dərəcəsi təyin olunub.Mən bu günə kimi dəfələrlə,Ağdam Rayon Mərkəzi Xəstəxanasında, Ağ ciyər xəsəlikləri İnistutunda,Naftalan Şəhər Əlillərin Bərpa Mərkəzində,X23 Amblator və Statsanar müalicə olunmuşam. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı Müdafiə Nazirliyinin N () N №-li hərbi hissələrin tərkibində döyüşlərdə iştirakımı və yaralanmağımı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2016-cı il tarixli 780 nömrəli Arayışı,Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2015-ci il tarixli 9/2 8095 nömrəli Arxiv Arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasnın xx.xx.1994-cü il tarixli 8779 saylı Qərarı "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır", Hərbi Biletimdəki hərbi hissə komandirinin qeydləri,Naftalan Şəhər Əlillərin X13 surəti 3 vərəqə,X10 Çıxarışları və ağciyərimin çəkilmiş Rengen sənədi,X24 50 nömrəli çıxarışı,X26 X20,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi xx.xx.2004-cü il tarixli ********** nömrəli Əlillik haqında Arayışı və başqa sənədlər təsdiq edir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Aqentliyi xx.xx.2024-cü il tarixdə mənə Bildiriş göndərərək məni xx.xx.2024-cü il tarixdə saat ll:10-da ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Aqentliyinə əyani müayiniyə dəvət etdi.Mən xx.xx.2024-cü il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Aqentliyində əyani müayinədən keçdim, Aqentlik tərəfindən mənə xx.xx.2024-cü il tarixdə 3-17-4/2-H- 8777/2024 nömrəli göndərilən Bildirişdə bildirilir ki mənə təyin olunmuş ikinci dərəcəli müddətsiz əlilliyim ləğv olunub onuda qeyd ediblər ki,qəbul edilən qərardan məhkəmiyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Bərpa Mərkəzinə müracət etdim məni qəbul etməkdən imtina etdillər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, X4 əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir. Vətəndaş 3-17-4/1-28714/2024 nömrəli məktubla DTSERA- ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8663/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994cü il tarixli 8779 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Döş qəfəsinin sağ yarısına odlu silahdan açılan dəlib keçən yaraları nəticəsində sağ ağciyər toxumasında yad cisim (güllə) hemopnevmotoraks. Odlu silahdan açılan güllə yarası nəticəsində sağ çiynin yuxarı üçdə birinin bərkimiş çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, belində ağrı olma səbəbindən şikayətlənmişdir. Anamnestik məlumatlarında döş qəfəsindən güllə yarası aldığını, sonuncu dəfə üç gün əvvəl ixtisaslamış tibb müəssisəsində müayinədə olduğunu bildirmişdir. Müayinə zamanı alnında, sağ bazunun yuxarı 1/3-də çapıqlar, sağ qoltuqaltı nahiyədə ~3-4 sm ölçüdə keçirilmiş əməliyyata məxsus çapıq, sağtərəfli torakosintez kəsiyinə məxsus çapıq izlənilmişdir. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 98%, nəbzi 106 vurğu, tənəffüs hərəkətlərinin sayı 18, çəkisi 105 kq, boyu 172 sm, BKİ=36.2 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır” kimi qeyd olunmuş, Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, təngnəfəslik, bel və onurğa nahiyələrində ağrılardan şikayətlənmişdir. Anamestik məlumatlarında şikayətlərinin 1994cü ildən yaralandığını, əsa ilə gəzmə səbəbini oma nahiyəsində ağrı və skolioz xəstəliyi olması ilə izah etmişdir. Müayinə zamanı sağ bazunun yuxarı 1/3-in bayır səthində və sağ qoltuqaltı nahiyələrdə çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 97%, nəbzi 88 vurğu, tənəffüs hərəkətlərinin sayı 18, boyu 172 sm, çəki 100 kq, BKİ=34.4 kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da aparılan spirometriya müayinəsi zamanı vətəndaş 30 ildir ki, gündəlik 1-1.5 qutu siqaret çəkdiyini bildirmişdir. Elmi X18 İnstitutunun xx.xx.2024-cü-cü il tarixli Tibbi rəyində diaqnoz “Döş qəfəsinin sağ yarısına odlu silahdan dəlib keçən kor qəlpə yaraları nəticəsində sağ ağ ciyər toxumasında yad cisim (qəlpə). ACXOX-Orta ağır gedişli kəskinləşmə nərhələsi. Mötədil ventilyasiya pozğunluğu” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X28 Bərpa İnstitutunun xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Digər dəqiqləşdirilmiş iltihabi spondilopatiyalar. Qaraciyərin, başka rublikalarda təsnif olunmayan piy degenerasiyası. Servikalgiya” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu qeyd olunur. Kliniki dəyərləndirmə tövsiyyə olunur. Anamnezində 30 ildir ki, gündəlik 1-1.5 qutu siqaret çəkdiyini bildirmişdir.” kimi müəyyənləşdirilmiş, klinik olaraq əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlillik dərəcəsinin ləğvi ilə nəticələnmiş tam reabilitasiya olunmağına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17- 4/3-3-1693/2024 saylı qərarının ləğv edilməsi, İİ dərəcəli əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla da iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Təqdim edilmiş icraat materiallarından görünür ki: -İddiaçının əlillik vəziyyətinə 24 saylı Şəhər Polinklinikasının xx.xx.2004-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik X7: Xİİİ sinif-Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=> M40-M54-Dorsopatiyalar=>M50- M54-Digər dorsopatiyalar=>M54-Dorsalgiya M54.1-Radikulopatiya Diaqnozun mətni: xroniki bel-oma radikulitin ağrı sindromu ilə. Sağ tərəfli döş qəfəsinin güllə yaralanması. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki bel-oma radikulitin ağrı sindromu ilə. Sağ tərəfli döş qəfəsinin güllə yaralanması” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X16 Heyətinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 1693/2024 nömrəli qərarından görünür ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 5 (beş) nəfər vətəndaşın ünvanına xx.xx.2024-cü il tarixinə əyani müayinəyə dəvət olunmaları haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası 5 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və iddiaçı barəsində aşağıdakıları müəyyən etmişdir: Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, belində ağrı olma səbəbindən şikayətlənmişdir. Anamnestik məlumatlarında döş qəfəsindən güllə yarası aldığını, sonuncu dəfə üç gün əvvəl ixtisaslamış tibb müəssisəsində müayinədə olduğunu bildirmişdir. Müayinə zamanı alnında, sağ bazunun yuxarı qoltuqaltı nahiyədə ~3-4 sm ölçüdə keçirilmiş əməliyyata məxsus çapıq, sağtərəfli torakosintez kəsiyinə məxsus çapıq izlənilmişdir. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 98%, nəbzi 106 vurğu, tənəffüs hərəkətlərinin sayı 18, çəkisi 105 kq, boyu 172 sm, BKİ=36.2 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Təqdim olunmuş xx.xx.2024-cü il tarixli X27 X14 rəyində “Mötədil ventilyasiya pozğunluğu" haqqında məlumat öz əksini tapmışdır. Elmi X18 İnstitutunun xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Döş qəfəsinin sağ yarısına odlu silahdan açılan dəlib keçən kor qəlpə yaraları nəticəsində saq ağciyər toxumasında yad cisim (qəlpə). ACXOX orta ağır qedişli kəskinləşmə mərhələsi. Mötədil ventilyasiya pozğunluğu" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,75 66,55%, FEV1 2,01 60,65%. Restriksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.” -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 246CYY0002 nömrəli qərarına əsasən, əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: tam reabilitasiya olması. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8663/2024 nömrəli qərardadı ilə xx.xx.1969-cu il təvəllüdlü X4 əyani müayinəyə dəvət edilərək müvafiq ixtisaslaşmış və laborator müayinə nəticələrinə əsaslanmaqla barəsində əsas diaqnoz və ağırlaşmalardakı xəstəliklər üzrə hansıların iddiaçıda müşahidə olunması, əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. Həmin məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6927/2024 nömrəli qərarında göstərilmişdir ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü X4 əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir. Vətəndaş 3-17- 4/1-28714/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8663/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 8779 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Döş qəfəsinin sağ yarısına odlu silahdan açılan dəlib keçən yaraları nəticəsində sağ ağciyər toxumasında yad cisim (güllə) hemopnevmotoraks. Odlu silahdan açılan güllə yarası nəticəsində sağ çiynin yuxarı üçdə birinin bərkimiş çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, belində ağrı olma səbəbindən şikayətlənmişdir. Anamnestik məlumatlarında döş qəfəsindən güllə yarası aldığını, sonuncu dəfə üç gün əvvəl ixtisaslamış tibb müəssisəsində müayinədə olduğunu bildirmişdir. Müayinə zamanı alnında, sağ bazunun yuxarı 1/3-də çapıqlar, sağ qoltuqaltı nahiyədə ~3-4 sm ölçüdə keçirilmiş əməliyyata məxsus çapıq, sağtərəfli torakosintez kəsiyinə məxsus çapıq izlənilmişdir. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 98%, nəbzi 106 vurğu, tənəffüs hərəkətlərinin sayı 18, çəkisi 105 kq, boyu 172 sm, BKİ=36.2 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır” kimi qeyd olunmuş, Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, təngnəfəslik, bel və onurğa nahiyələrində ağrılardan şikayətlənmişdir. Anamestik məlumatlarında şikayətlərinin 1994-cü ildən yaralandığını, əsa ilə gəzmə səbəbini oma nahiyəsində ağrı və skolioz xəstəliyi olması ilə izah etmişdir. Müayinə zamanı sağ bazunun yuxarı 1/3-in bayır səthində və sağ qoltuqaltı nahiyələrdə çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 97%, nəbzi 88 vurğu, tənəffüs hərəkətlərinin sayı 18, boyu 172 sm, çəki 100 kq, BKİ=34.4 kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da aparılan spirometriya müayinəsi zamanı vətəndaş 30 ildir ki, gündəlik 1 -1.5 qutu siqaret çəkdiyini bildirmişdir. Elmi X18 İnstitutunun xx.xx.2024-cü-cü il tarixli Tibbi rəyində diaqnoz "Döş qəfəsinin sağ yarısına odlu silahdan dəlib keçən kor qəlpə yaraları nəticəsində saq ağ ciyər toxumasında yad cisim (qəlpə). ACXOX-Orta ağır gedişli kəskinləşmə nərhələsi. Mötədil ventilyasiya pozğunluğu” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X28 Bərpa İnstitutunun xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz "Digər dəqiqləşdirilmiş iltihabi spondilopatiyalar. Qaraciyərin, başka rublikalarda təsnif olunmayan piy degenerasiyası. Servıkalgıya” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi "Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu qeyd olunur. Kliniki dəyərləndirmə tövsiyyə olunur. Anamnezində 30 ildir ki, gündəlik 1-1.5 qutu siqaret çəkdiyini bildirmişdir.” kimi müəyyənləşdirilmiş, klinik olaraq əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8663 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 ekspertlərinə (Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasya Agentliyinin nümayəndəsi (eksperti) ekspert tədqiqatında və ekspert rəyinin tərtibində ekspert qismində iştirak etmədən) həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -1.Təqdim olunmuş tibbi sənədlər və məhkəmə ekspertizası zamanı ixtisaslaşmış, instrumental müayinələrin nəticələrinə əsaslanmaqla xx.xx.1969-cu il təvəllüdlü X5 hazırda hansı xəstəlik və ya qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin təsnifat kodu nədir? Aşağıda göstərilən hallardan hansılar iddiaçıda müşahidə olunur: -2.1 təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; -2.2 təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə; -2.3 ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə.

3. Həmin xəstəliklərdən hər hansı biri mövcuddursa xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkündürmü?

4. Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu? Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə (sərəncamına) buraxılsın. Ekspert rəyi verilməsi üçün zəruri iş materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X22 təqdim olunsun. Ekspertiza tədqiqatı Elmi X18 İnstitutunun iddiaçı barəsində cari sağlamlıq vəziyyətinə uyğun müvafiq tibbi rəyi alınmaqla aparılsın. Həmin məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X17 xx.xx.2025-ci il tarixli T93/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, 24 yanvar 2025-ci il tarixdə X2 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Deməsinə görə xx.xx.1994- cü il Ağdam istiqamətində gedən döyüşlərdə güllə yarası almışdır. 1994-2004-cü illərdə İİ qrup, 2004- 2024-cü illərdə hərbi əsaslarla ömürlük İİ qrup əlillik təyinatı verilmişdir. 2024-cü ildə tam reabilitasiya qərarı ilə əlillik təyinatı kəsildiyindən İnzibati Məhkəməyə müraciət etmişdir. Hal-hazırda şikayəti başgicəllənmə, boğulma, təngnəfəslik, beldə və çanaqda ağrı, onurğada deformasiyadandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidahdır. Əsa ilə yeriyir. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz xəstənin anamnestik, kliniki, laborator instrumental müayinələri əsasında qoyulmuşdur.1969-cu il təvəllüdlü X4 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən Т 93/2025; xx.xx.2025-ci il X1 uyğun komissiya nəticəyə gəlir:

1. Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 088 göndərişində qeyd edilmiş “Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=> M40-M54-Dorsopatiyalar=> M50-M54- Digər dorsopatiyalar=> M54- Dorsalgiya=> M54.1-Radikulopatiya. Diaqnoz: Xroniki bel-oma radikuliti ağrı sindromu ilə, sağ tərəfli döş qəfəsinin güllə yaralanması” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə zamanı əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkarlanmamışdır.

2. xx.xx.2024-cü il tarixdə “X6 İnstitutu” phş- də obyektiv və intrumental müayinələr nəticəsində “S27.3 Döş qəfəsinin sağ yarısına odlu silahla açılan, dəlib keçən kor qəlpə yaraları nəticəsində sağ ağciyər toxumasında yad cisim (güllə). J96.1 Obstruksiyanın üstünlüyü ilə ağır ventilyasiya pozğunluğu. J44.8 Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişi, kəskinləşmə mərhələsi” diaqnozu təyin edilmişdir. 3.4. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklər tam reabilitasiya olunmurlar. Diaqnozla əlaqədar hazırda onun əlavə bərpaedici müalicəsinə ehtiyac yoxdur, lakin zərurət yarandığı təqdirdə müalicəyə cəlb edilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin sadalanan hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 8779 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Döş qəfəsinin sağ yarısına odlu silahdan açılan dəlib keçən yaraları nəticəsində sağ ağciyər toxumasında yad cisim (güllə) hemopnevmotoraks. Odlu silahdan açılan güllə yarası nəticəsində sağ çiynin yuxarı üçdə birinin bərkimiş çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçıya xx.xx.2004-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Xroniki bel-oma radikulitin ağrı sindromu ilə. Sağ tərəfi döş qəfəsinin güllə yaralanması diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, cavabdeh tərəfindən iddiaçı əyani müayinəyə dəvət edilmiş və cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1693/2024 nömrəli qərarı ilə barəsində “tam reabilitasiya olunması barədə” qərar qəbul edilərək əlillik dərəcəsi ləğv edilmiş, bu barədə qərar xx.xx.2024-cü ildə sistemə daxil edilmişdir. İddiaçı qeyd edilən imtinanı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Belə ki, iddiaçının əlillik vəziyyəti yoxlanılarkən onun cavabdeh komissiya tərəfindən əsas xəstəlik və ağırlaşmaları, ümumilikdə diaqnozu müəyyən edilməmiş, əyani müayinə protokolunda iddiaçının əlillik vəziyyətinin istər “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin meyarlarındakı qeyd olunan qiymətləndirmələr üzrə yoxlanılmamış, hansıların iddiaçıda mövcud olduğu, hansıların olmadığı, iddiaçıya həmin diaqnozlardan onun əlillik təyinatına əsas verməməsinin əsasları qeyd olunmamışdır. xx.xx.2024-cü il tarixli əyani müayinə protokolunda Elmi X18 İnstitutunun xx.xx.2024-cü il tarixli tibbi rəyində “Döş qəfəsinin sağ yarısına odlu silahdan açılan dəlib keçən kor qəlpə yaraları nəticəsində saq ağciyər toxumasında yad cisim (qəlpə). ACXOX orta ağır gedişli kəskinləşmə mərhələsi. Mötədil ventilyasiya pozğunluğu" kimi diaqnozun əlillik təyinatına əsas vermədiyi göstərilsə də qeyd edilən diaqnozun hansı meyar əsasında əlillik təyinatına əsas vermədiyi qeyd edilməmişdir. Eyni zamanda protokolda xx.xx.2024-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,75 66,55%, FEV1 2,01 60,65%. Restriksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur” kimi qeydin əlillik təyinatına əsas verməməsi barədə məlumat qeyd edilmiş, lakin əlillik təyinatı üçün həmin meyar üzrə yuxarı və aşağı dəyərləndirmələr, hansı səviyyədə spirometriya müayinəsinin nəticəsinin əlillik təyinatına əsas verdiyi, iddiaçıdakə vəziyyətin hansı dəyərləndirmə meyarı üzrə əlillik təyinatına əsas vermədiyi, xroniki tənəffüs çatışmazlığı əlamətlərinin nələrdən ibarət olması və həmin əlamətlərdən hansıların iddiaçıda aşkar olunmaması ilə bağlı məlumatlar qeyd edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının əlillik təyinatı tələb olunan yoxlama və müayinə nəticələrinə əsaslanmadan, lazımı araşdırılma aparılmadan qiymətləndirildiyini nəzərə alaraq, iddiaçının sağlamlıq vəziyyəti qoyulmuş diaqnoza münasibətdə yenidən cavabdeh tərəfindən əyani müayinəyə dəvət edilməklə yoxlanılmasını qərara almış, növbəti əyani müayinə nəticəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli əyani müayinə qərarında iddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar vermişdir. Həmin qərardan görünür ki, ekspert komissiyası əvvəlki əyani müayinə nəticələrini təkrar etməklə kifayətlənmiş, iddiaçı barəsində müvafiq ixtisaslaşmış müəssisənin rəyini almamışdır. Əyani müayinə zamanı ƏƏSMN tabeliyində DTSERA-nın özündə xx.xx.2024-cü il tarixli Spirometriya müayinəsini aparmış və müayinə nəticəsində iddiaçının "Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu qeyd olunduğunu, kliniki dəyərləndirmə tövsiyyə olunduğunu qeyd etmiş lakin iddiaçını müvafiq klinik müayinəyə göndərməmişdir. Yalnız bundan sonra komissiya iddiaçıda klinik olaraq əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmadığını qeyd etsə də bu nəticəyə gəlmək üçün müvafiq tibbi əsaslandırmanı təqdim etməmişdir. Məhkəmə icraatı gedişində iddiaçı barəsində təyin edilmiş ekspertiza zamanı iddiaçı barəsində “X6 İnstitutu”phş-də tərtib olunmuş xx.xx.2024-cü il tarixli ambulator kartadan çıxarışda qeyd edilmişdir ki, S27.3 Döş qəfəsinin sağ yarısına odlu silahla açılan, dəlib keçən kor qəlpə yaraları nəticəsində sağ ağciyər toxumasında yad cisim (güllə). J96.1 Obstruksiyanın üstünlüyü ilə ağır ventilyasiya pozğunluğu. J44.8 Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişi, kəskinləşmə mərhələsi. Özünü 10 ildən çoxdur xəstə hesab edir. Gündə 20 ədəd olmaqla 28 ildir siqaret çəkir. 1994-cü ildə döyüşlər zamanı yaralanmışdır. Şikayəti tənginəfəslikdən, boğulmadan, nəfəsdə xışıltı, bəlğəmli öksürəkdəndir. Auskultasiyada ağciyərlərdə quru xırıltı eşidilir. Rentgen müayinəsində hər iki tərəfdə ağciyər kökləri genişlənib, peribronxit fıbrozlar görünür, sağ ağciyərdə yad cisim güllə görünür. Sağda ağciyər şəklində deformasiya qeyd olunur. xx.xx.2024-cü il tarixli, 11099 saylı Spirometriya müayinəsində qeyd edilmişdir: boy 175sm. Çəki 105kq. FVC 1,64-37%. FEVİ 1,36-39%. Nəticə: Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu qeyd olunur. Nəticədə təqdim edilmiş ekspert rəyində iddiaçının diaqnozunun xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulduğu, əlavə olaraq iddiaçıda “S27.3 Döş qəfəsinin sağ yarısına odlu silahla açılan, dəlib keçən kor qəlpə yaraları nəticəsində sağ ağciyər toxumasında yad cisim (güllə). J96.1 Obstruksiyanın üstünlüyü ilə ağır ventilyasiya pozğunluğu. J44.8 Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişi, kəskinləşmə mərhələsi” diaqnozunun olduğu, İddiaçı düçar olduğu xəstəliklər tam reabilitasiya olunmayan xəstəlik olduğu qeyd edilmişdir. Cavabdeh isə iddiaçının əlillik vəziyyətini yenidən yoxlayarkən nə iddiaçıya əlillik təyinatı aparılmış diaqnoz- Forma 088 göndərişində qeyd edilmiş “Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=> M40-M54-Dorsopatiyalar=> M50-M54- Digər dorsopatiyalar=> M54-Dorsalgiya=> M54.1-Radikulopatiya. Diaqnoz: Xroniki beloma radikuliti ağrı sindromu ilə, sağ tərəfli döş qəfəsinin güllə yaralanması” diaqnozunun yoxlanılması istiqamətində araşdırma aparmış, nə də obstruksiyanın üstünlüyü ilə ağır ventilyasiya pozğunluğu diaqnozu üzrə qiymətləndirmə nəticələrini təqdim etməmişdir. Cavabdeh iddiaçı barəsində əliverişli inzibati aktı ləğv edərkən X6 İnstitutunun xx.xx.2024-cü il tarixli tibbi rəyində əlillik əlaməti təyin etməyə əsas verməyən halları göstərməmiş, hər iki müayinədə TSERA-nın özündə olan spirometriya müayinəsi nticəsinə əsaslanmaqla əlillik təyinatına əsas vermədiyi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın 1.1.1 Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri: -digər xroniki obstruktiv ağciyər xəstəliyi J44 -tənəffüs sistemi orqanlarının digər xəstəlikləri J95-J99 Qiymətləndirmə meyarı: 1.1.1.1. təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə 1.1.1.3 ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2004-cü il tarixli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bunun əksini sübut edən dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçıda aşkar olunan xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya əlilliyin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1693/2024 saylı qərarı ləğv edilsin İddiaçı 2-ci dərəcəli müddətsiz əlilliyinin xx.xx.2024-cü il tarixdən əlillik təyinatı alt sistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar