Məhkəmə qərarları › İş №2-1(112)-11350/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11350/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11350/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs "xxxx" MTK) “sərəcamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövəst oğlunun katibliyi 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi X1 oglunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs "xxxx" MTK) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 208 nömrəli 19 avqust 2021-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatda olmaqla xüsusi mülkiyyətində fərdi yaşayış evi var. Lakin buna baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 19 avqust 2021-ci il tarixli, 208 nömrəli sərəncamı ilə həmin ərazinin "xxxx" MTK-ya icarəyə verilməsi və çoxmənzilli yaşayış binası tikilməsi üçün həmin ərazidə yerləşən tikililərin sökülməsi qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda qeyd olunan sərəncam verilən zaman qeyd olunan ərazidə xüsusi mülkiyyət ilə fərdi yaşayış evlərinin möcvud olması nəzərə alınmamışdır. Belə ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi sərəncamda göstərilən ərazi daxilində yerləşir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 19 avqust 2021ci il tarixli, 208 nömrəli sərəncamı iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüququnun kobud pozulmasına səbəb olmuşdur. “Orbita" MTK sərəncamı əsas götürərək, Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 10-dan çox vətəndaşın, mülkiyyətçilərin hüquqlarının pozulması ilə onların mülkiyyətində olan fərdi yaşayış evlərinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı "xxxx" MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı vəə cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 208 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.38 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi, həmçinin ərazidə yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus nasos stansiyasının və "‘Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus transformator qurğusunun yenidən qurulması və ətrafının abadlaşdırılması şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçun "Orbita” Mənzil-Tikinti Kooperativinin icarə əsasında verilmişdir. - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli 1664 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.38 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "Orbita” Mənzil-Tikinti Kooperativinə 49 il müddətinə icarəyə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin Tİ-120/22 nömrəli xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazədən görünür ki, "Orbita” Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında 2.38 ha torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu ünvan 3 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı qeyd edilən ünvanda mənzil mülkiyyətçidir. Mübahisələndirilən sərəncam həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi ilə şərtləndirildiyindən məhkəmə hesab edir ki, həmin sərəncam iddiaçının marağına toxunur. İddianın növü sərəncamın ləğv edilməsi ilə bağlıdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanlandığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Mübahisələndirilən (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 208 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı mübahisələndirərək onun mülkiyyət hüquqlarını pozduğundan əlverişsiz inzibati aktın ləğv edilməsini xahiş etmişdir. İşin araşdırılan faktiki hallarından məlum olur ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 208 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.38 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi, həmçinin ərazidə yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus nasos stansiyasının və "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus transformator qurğusunun yenidən qurulması və ətrafının abadlaşdırılması şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün "Orbita” Mənzil- Tikinti Kooperativinin icarə əsasında verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli 1664 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.38 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə 49 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin Tİ-120/22 nömrəli xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazədən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinə həmin ünvanda yaşayış binasının tikintisinə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 208 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.38 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlak – mənzil mülkiyyətçisi olmaqla, torpağın mülkiyyətçiləri deyil. Qeyd edilən torpaq sahəsi dövlət torpağıdır. Üçüncü şəxs "xxxx" MTK-nın torpaq sahəsi üzərində qanuni istifadə hüququ həmin sərəncamdan və cavabdehlə baglanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli 1664 nömrəli müqavilədən irəli gəlməklə həmin torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin Tİ-120/22 nömrəli xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazədən görünür ki, torpaq sahəsində inşa ediləcək binanın layihə sənədləri hazırlanaraq müvafiq səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal (“İnzibati icraat haqqında” qanunun 67.6-cı maddəsinə əsasən) məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddia tələbinin əsası ondan ibarətdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən söküntü-tikinti işlərinin aparılması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Bununla bağlı məhkəmə qeyd edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.” Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir. Hazırda iddiaçının mənzilinin bazar dəyəri nəzərə alınmaqla (öz əmlak hüquqlarından sui-istifadə etməməklə) razılaşdırılmış kompensasiyanın ödənilməsindən imtina olunması halı müəyyən olunmur. Odur ki, iddiaçının dəlillərinin faktiki əsası yoxdur. Göründüyü kimi sərəncamın ləğv edilməsi nəzəri və xəyali hüquqları təmin etmiş olar, iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquq müdafiə vasitəsi hesab edilə bilməz. Belə ki, bir şəxsin hüququnun digər şəxs(lər)ə daha çox zərər vurulması yolu ilə bərpa olunması ictimai maraqlara və mütənasiblik prinsipinə uyğun hesab edilə bilməz. Sporronq və Lönrot İsveçə qarşı (23 sentyabr 1982-ci il tarixli qərar) işdə Avropa Məhkəməsi hesab etdi ki, böyük şəhərlərin yenidən qurulması kimi mürəkkəb və çətin bir sahədə Konvensiyaya üzv Dövlətlər şəhərsalma siyasətini aparmaq üçün geniş mülahizə səlahiyyətinə malikdirlər. Bununla belə, Məhkəmə öz nəzarətetmə səlahiyyətindən imtina edə bilməz. 1-ci maddənin (P1-1) birinci cümləsinə əsasən tələb edilən tarazlığın ərizəçilərin «(öz) mülkiyyətindən maneəsiz istifadə» hüququna uyğun olaraq təmin edilibedilmədiyinə nəzarət etmək Məhkəmənin səlahiyyətindədir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri-mütənasib yük salacaq (Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır (Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§118 və 180)) Məhkəmə hesab edir ki, konkret halda iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının (öz əmlak hüquqlarından sui-istifadə etməməklə) mənzilinin əvəzinə bazar qiymətinə uyğun kompensasiya ödənilməsi (tələbi) ilə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 208 saylı sərəncamının ləgvi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 208 nömrəli 19 avqust 2021-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 208 nömrəli 19 avqust 2021-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar