Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11359/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Qara-Cuxur Suraxanı ərazisində xx.xx.1998-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan 176.20 kv metr torpaq sahəsi üzərində tikilən 82.30 kv fərdi yaşayış evi və torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin İl saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X4 iddiaçının mərhum həyat yoldaşı olur. Mərhum rəhmətə getdikdən sonra iddiaçı miras əmlakda yaşayır və vərəsəlik qaydasında qəbul etmək istəyir. Belə ki, vərəsəlik işinin açılması ilə əlaqədar Notariat İdarəsindən müraciət məktubu aldıqdan sonra Daşınmaz əmlaka müraciət etməklə arayışın alınmasını istəsə də, rəsmi müraciətə cavab vermədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə əlavə olunan xx.xx.1998-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi 176.20 kv metr torpaq sahəsi üzərində 82.30 kv m torpq sahəsi ayrılmışdır. Fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi fərdi yaşayış evi Qaracuxur A.Quliyev küçəsi 12/10 olmaqla iddiaçının mərhum həyat yoldaşı X2 adına çəkilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların miras qoyan X3 verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətə cavab olaraq imtina edilmişdir. Səbəb olaraq bildirilmişdir ki, texniki pasportda sənəd üzrə sahə 176.2 kv m olsa da, faktiki olaraq 169.4 kv m olduğu, həmçinin texniki pasportda baş planda göstərilən sahə ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin olduğu müəyyən olunması qeyd olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehi hərəkəti qanunsuz hesab edilməli və iddia tələbi təmin olunmaqla Bakı şəhəri Qara-Cuxur Suraxanı ərazisində xx.xx.1998-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan 176.20 kv metr torpaq sahəsi üzərində tikilən 82.30 kv fərdi yaşayış evi və torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin İl saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10710/2024 saylı, xx.xx.2024-cü il tarixli sərəncamının icrası ilə əlaqədar texniki baxış keçirilərkən texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 176.2 kv.m qeyd edilsə də, faktiki 169.4 kv.m olduğu, həmçinin texniki pasportun baş planında göstərilmiş sahə ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 adına 1998-ci ildə tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu” iş materiallarına əlavə olunmuşdur.
5. AZ-İ 828353 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X1 miokard infaktı səbəbilə xx.xx.2017-ci il tarixdə ölmüşdür.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə İddiaçı Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə arayışın verilməsi barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir.
7. Hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 12/10 (Yeni qaydalarla: AZ1048, ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları X2 adına xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.
8. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının tələbi faktiki olaraq təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva