Məhkəmə qərarları › İş №2-1(112)-1136/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1136/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1136/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər qismində Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə “Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1206 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Bülbülə qəsəbəsi, 1-ci Mədən, 218 saylı evin yanında ayrılmış 1000 kv.m torpaq sahəsinə plan və ölçünün tərtib edilməsinin, həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsinin cavabdehə həvalə edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən еtdi: İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər qismində Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə “Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1206 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Bülbülə qəsəbəsi, 1-ci Mədən, 218 saylı evin yanında ayrılmış 1000 kv.m torpaq sahəsinə plan və ölçünün tərtib edilməsinin, həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan məhkəməyə ərizə ilə müraciət edərək, işin mahiyyəti üzrə baxılmasına zərurət qalmadığından, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər qismində Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə “Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1206 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Bülbülə qəsəbəsi, 1-ci Mədən, 218 saylı evin yanında ayrılmış 1000 kv.m torpaq sahəsinə plan və ölçünün tərtib edilməsinin, həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 55-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər qismində Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə “Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1206 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Bülbülə qəsəbəsi, 1-ci Mədən, 218 saylı evin yanında ayrılmış 1000 kv.m torpaq sahəsinə plan və ölçünün tərtib edilməsinin, həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə)şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar