Məhkəmə qərarları › İş №2-1(112)-1136/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1136/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1136/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 04 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 2217,25 manat artıq ödəmənin ləğv edilməsi, 5167,58 manat məbləğində ona qarşı yol verilmiş az ödəmənin ödənilməsi, pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsinin tam məbləğdə və aylıq əmək pensiyasının tam şəkildə hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən kapital əsasında pensiyanın xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il taixli qərardadı ilə ərizə təmin edilmiş, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə ilkin iddia əsasında baxılmasının davam etdirilməsini, eyni zamanda cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən kapital əsasında pensiyanın xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya pensiya təyin edildikdən sonra topladığı 39505,81 manat pensiya sığorta kapitalının istifadə olunması nəticəsində aylıq pensiyası xx.xx.2023-cü il tarixdən 548,69 (39505,81:72=548,69) manat artırılaraq 1695,36 manat müəyyən edilmişdir. Bu zaman filialın mütəxəssisləri Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinin tələblərini kobud surətdə pozaraq 548,69 manat aylıq artım məbləğini xx.xx.2023-cü tarixdən deyil, xx.xx.2023-cü il tarixdən hesablayaraq ümumilikdə ona qarşı 4389,52 (548,69 x 8 ay = 4389,52) manat az ödəməyə yol vermişlər. (Qanunun 32.1-1.maddəsi:- Əmək pensiyaları onu alınaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmumaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.). Onun rəsmi müraciəti əsasında Mərkəzi filialın ona təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, 2012-ci ildə pensiya məbləği hesablanılarkən səhvə yol verilmiş, orta aylıq əmək haqqının artım hissəsinə tətbiq edilən faiz dərəcəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq hesablanmalı olduğu halda, pensiya naməlum qaydada, anlaşılmayan hesablamalar formasında müəyyən edilmişdir. Bu səbəbdən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq ötən üç il ərzində pensiya üzrə 2217,25 manat artıq ödəmə hesablanılmışdır. Bunu tamamilə əsassız hesab edir. Çünki, 2012-ci ildə Sosial Fondun mütəxəssisləri tərəfindən pensiyanın hesablanması qanunvericiliyə uyğun aparılmışdır. 11 il əvvəl Sosial Fondun mütəxəssisləri tərəfindən hesablanmış pensiyanın yenidən hesablanmasını və bu zaman xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanın və Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələblərinin əsas götürülməsini əsassız və qeyri-qanuni hesab edir. Çünki, qeyd olunan fərman 2012-ci ildə pensiya hesablanılarkən mövcud olmayıb, 2015-ci ildə o, məhkəmənin qərarı ilə pensiyanı yenidən hesabladarkən də bu fərman mövcud olmayıb. xx.xx.2023-cü il tarixdə qüvvədən düşüb. 8 ay sonra, 30 avqust 2023-cü il tarixdə, o, ərizə verəndən sonra qüvvədə olmayan bir fərmanın tələblərini tətbiq etmək olmaz. Bu cür səhv yanaşma nəticəsində əsassız olaraq artıq ödəmə hesablanmış, aylıq pensiya 73,47 manat azaldılaraq 1220,14 manatdan 1146,67 manata endirilmişdir. Ona görə hesab edir ki, 2217,25 manat məbləğində artıqödəmənin ləğv edilməsi tam əsaslıdır və qanuna uyğundur. Mərkəzi filialın mütəxəssisləri növbəti dəfə “Əmək pensiyaları haqqında” Qanunun 39.1- ci maddəsinin tələblərini pozaraq 2024-cü ilin yanvar ayı üzrə 190 manat məbləğində 11,2% artımı pensiyaya əlavə etmək əvəzinə artıq ödəmə ilə əvəzləmişlər ki, bu da növbəti dəfə Qanun pozuntusuna yol verməkdir. Aylıq pensiyanın 73,47 manat azaldılması nəticəsində xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü tarixədək 8 ay ərzində ona qarşı 587,76 manat azödəməyə yol verilmişdir. Ümumilikdə ona qarşı yol verilən azödəmənin məbləği 5167,58 manat (4389.52+587,76 + 190) təşkil edir ki, onun ödənilməsi Qanıınun 32.1-1-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Aylıq əmək pensiyası hal-hazırda 1966,94 manat əvəzinə 1885,24 manat təşkil edir ki, bunu cavabdehin əsassız və qanunazid hərəkəti hesab edir. Eyni zamanda bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsinin tam məbləğdə ödənilməsi nəzərdə tutulur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890,00 manat, qulluq stajına görə əlavəsi 81,61 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 133,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 296,67 manat olmaqla orta aylıq əmək haqqı 1501,78 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 8 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1501,78 manat) 47 faizi-705,84 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 6 il 8 ay 2 gün iddiaçının qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 22,22 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşını 980,00 manat, qulluq stajına görə əlavəsi 89,87 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 147,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 326,67 manat olmaqla orta aylıq əmək haqqı 1643,54 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1501,78 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1643,54 manat) arasındakı fərq məbləğinin (141,76 manat) 22,22 faizi-31,50 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (705,84 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 737,34 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə əlavəsi 134,80 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 220,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 490,00 manat olmaqla orta aylıq əmək haqqı 2415,30 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1643,54 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (2415,30 manat) arasındakı fərq məbləğinin (771,76 manat) 22,22 faizi-171,49 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (737,34 manat) üzərinə əlavə olunmaqla pensiyası 908,83 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 967,06 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 1634,20 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1146,67 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 9099,38 manat pul vəsaiti ödənilməli olduğu halda, 9682,40 manat ödənilib. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 583,02 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, Mərkəzi Filiala 30 avqust 2023-cü il tarixində daxil olmuş iddiaçının müraciətinə əsasən işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına (müraciətində təqdim etdiyi arayış tərtib edildikdən sonra fərdi hesabının sığorta hissəsində sonradan əks olunan pensiya sığorta kapitalı da nəzərə alınmaqla) görə pensiyası yenidən hesablanaraq həmin tarixdən 1698,80 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 6904,80 manat pul vəsaiti ödənilməli olduğu halda, 6860,16 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 44,64 manat əskik pul vəsaiti ödənilib. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar pensiyası həmin tarixdən 1889,07 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar və fevral ayları üzrə ona ödənilməli olan ümumilikdə 197,54 manat fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1 -ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya son üç il ərzində ümumilikdə 1975,04 (1634,20+583,02-44,64-197,54) manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əlavə olaraq, maddi yardım üzrə 2022-ci il üçün ona 69,88 manat artıq pul vəsaiti ödənilib. Həmin 69,88 manat vəsait 2023-cü ilin sentyabr ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. İddiaçının müraciətinə əsasən pensiyası cari ilin mart ayında yenidən hesablanaraq 1889,07 manat məbləğində müəyyən edilib. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ona artıq və əskik ödəmələr əvəzləşdikdən sonra artıqödəmə məbləği 1975,04 manat müəyyən edilib. Həmin artıq ödənilmiş 1975,04 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsinin birdəfəlik ödənilməsi hissəsində iddianın mümkünsüz sayılması və iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia üzrə birinci tələb (qərarların ləğv edilməsi) mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İrəli sürülmüş iddia üzrə digər tələblər (pensiyanın yenidən hesablanması və s.) öhdəliyin haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-14103/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, artıq ödəmə ilə əlaqədar iddiaçının pensiya məbləği 1146,67 manatdan 908,83 manata azaldılmışdır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-2732/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, əskik ödəmə ilə əlaqədar iddiaçının pensiya məbləği 1885,24 manatdan 908,83 manata azaldılmışdır; “Pensiya təyinatı” altsistemindın çıxarışdan görünür ki, iddiaçının pensiyasından bugünədək aparlmış tutulmanın məbləği 259,76 manat olmuşdur. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.(xx.xx.2017-dək qüvvədə olan redaksiya) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə pensiya təyin edilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890,00 manat, qulluq stajına görə əlavəsi 81,61 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 133,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 296,67 manat olmaqla orta aylıq əmək haqqı 1501,78 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 8 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1501,78 manat) 47 faizi- 705,84 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşını 980,00 manat, qulluq stajına görə əlavəsi 89,87 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 147,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 326,67 manat olmaqla orta aylıq əmək haqqı 1643,54 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1501,78 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1643,54 manat) arasındakı fərq məbləğinin (141,76 manat) 22,22 faizi-31,50 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (705,84 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 737,34 manat məbləğində hesablanmışdır. Cavabdeh mübahisələndirilən qərarların qəbul edilməsini onunla izah edir ki, Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə əlavəsi 134,80 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 220,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 490,00 manat olmaqla orta aylıq əmək haqqı 2415,30 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1643,54 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (2415,30 manat) arasındakı fərq məbləğinin (771,76 manat) 22,22 faizi- 171,49 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (737,34 manat) üzərinə əlavə olunmaqla pensiyası 908,83 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 967,06 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 1634,20 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1146,67 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 9099,38 manat pul vəsaiti ödənilməli olduğu halda, 9682,40 manat ödənilib. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 583,02 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, Mərkəzi Filiala pensiyası yenidən hesablanaraq həmin tarixdən 1698,80 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 6904,80 manat pul vəsaiti ödənilməli olduğu halda, 6860,16 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 44,64 manat əskik pul vəsaiti ödənilib. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar pensiyası həmin tarixdən 1889,07 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar və fevral ayları üzrə ona ödənilməli olan ümumilikdə 197,54 manat fərq məbləği hesablanıb. İddiaçıya son üç il ərzində ümumilikdə 1975,04 (1634,20+583,02-44,64-197,54) manat artıq pul vəsaiti ödənilib. Məhkəmə ilk növbədə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-14103/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-2732/2024 nömrəli qərarları artıq ödəmənin müəyyən edilməsi hissəsində qanunsuzdur və ləğv olunmalıdır. Məhkəmə digər tələblərə münasibətdə cavabdehin mövqeyini haqlı hesab edir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının pensiyasının yenidən hesablanması zamanı yol verilmiş səhv davam etdirilə bilməzdi və cavabdeh məbləğin yenidən hesablanaraq azaldılmasında haqlı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın tətbiqinə münasibətdə məhkəməyə qeyd edir ki, həmin qaydanın qüvvədən düşməsi, onun qüvvədə olduğu dövr üzrə hesablamanı istisna etmir və cavabdeh həmin qayda qüvvədə düşdükdən sonra belə onun qüvvədə olduğu dövr üzrə tətbiq edilməsində haqlıdır. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarlarla iddiaçının pensiyasının 908,83 manat müəyyən edilməsi qanuni və əsaslıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-14103/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-2732/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən-artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-14103/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-2732/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən-artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar