Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11361/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2006-cı il tarixdə qəbul edilmiş «Əmək pensiyası haqqında» Qanuna uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşının, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının, məzuniyyət haqqının, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasına 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son iki ili ərzində əmək haqqının orta aylıq məbləğinin, yəni 8614.67 manatın 80 faizi miqdarında əlavənin və sosial sığorta fonduna ödədiyi vəsaitin hesablanaraq əmək pensiyasına əlavə edilib ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1957-ci il avqust ayının 05-də İmişli rayonu Sarıxanlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin 1986-cı ildə hüquq fakültəsinin axşam şöbəsini bitirmişdir. 1974-cü ildən əmək fəaliyyətinə başlamış, Bakı şəhərində yerləşən müxtəlif dövlət təşkilatlarında fəhlə, hüquqşünas, böyük hüquqşünas vəzifələrində işləmişdir. 1993-cü ildən 2007-ci ilə qədər isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olaraq vəkil işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə Xaçmaz Rayonu Məhkəməsinə hakim vəzifəsinə təyin edilmiş, 28 avqust 2010-cu il tarixə kimi həmin rayonda hakim vəzifəsində işləmiş, Azərbaycan Respublikası Mili Məclisinin xx.xx.2010-cu il tarixli qərarı ilə 28 avqust 2010-cu il tarixdən Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 01 noyabr 2013-cü il tarixə kimi Şirvan Apellyasiya Məhkəməsində Mülki Kollegiyanın hakimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2013-cü il tarixli Sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədr vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 2017-ci il oktyabr ayının 14-nə kimi Qazax Rayon Məhkəməsinin sədr vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilərək Bərdə Rayon Məhkəməsinin sədr vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 29 sentyabr 2022-ci il tarixli qərarı ilə hakimlik səlahiyyətlərimin həyata keçirilməsinin son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə 29 sentyabr 2022-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi hakimlik səlahiyyətimə xitam verilən zaman onun 15 il 2 ay 01 gün hakimlik stajı olmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununua müvafiq olaraq yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin ona pensiya təyin edilməsi ilə bağlı məlumat daxil olmadığından 18 avqust 2022-ci il tarixdə pensiya təyin edilməsi barədə yaşına çatmağı ilə əlaqədar xx.xx.2022-ci idə cavabdehə müraciət etmişdir. Cavabdehin 30 avqust 2022-ci il tarixli **********2 nömrəli məktubla hakimlik səlahiyyətimə xitam verilməməsi əsas götürülərək pensiya təyin edilməsindən imtina olunmuşdur. Həmin məktubda pensiya təminatının 11 dekabr 2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyası haqqında» Qanunla hesablanacağı birbaşa vurğulanmışdır. 29 sentyabr 2022-ci il tarixdə hakimlik səlahiyətlərinə xitam verildiyindən 20 oktyabr 2022-ci il tarixdə o, xüsusi şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir və 22 noyabr 2022-ci il tarixdə ona 4350,51 manat pensiya təyin edilmişdir. Hesab edir ki, ona təyin edilmiş pensiya düzgün hesablanmamışdır. Cavabdehin ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonrakı redaksiyasını tətbiq etməklə (yəni əmək pensiyama 50% məbləğində əlavənin hesablanmaqla) hakim kimi əmək pensiyası təyin etməkdə və eyni zamanda ona əmək pensiyasının xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarının tətbiq olunmaqla əmək pensiyasının təyin edilməsinə dair müraciətindən imtina etməkdə haqlı olmamışdır və cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş 20.7-ci maddəsinə əsasən əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmala 5 il hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 45 faizi miqdarında, 10 ilə qədər hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizindən çox olmamaq şərti ilə müəyyən olunmuş məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi isə onun xx.xx.2017-ci il tarixədək artıq 10 il hakim kimi iş stajı mövcud olmuşdur ki, bu halda onu təsdiq edir ki, onun hakim kimi pensiya almaq hüququna dair münasibətlər xx.xx.2012-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Digər tərəfdən o, hakim vəzifəsinə təyin olunan zaman da yuxarıda qeyd olunan Qanun qüvvədə olmuş və onunla dövlət arasında əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. Cavabdehin ona hakim kimi pensiya təyin olunmasından imtinasının əsası kimi istinad olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilmiş 20.7.2-ci maddəsi 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanunda edilmiş bu dəyişikliklər vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və xx.xx.2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Cavabdeh orqanın qanunu düzgün tətbiq etməməsi nəticəsində, pensiya çıxmış sabiq hakimlərə təyin edilmiş pensiyalar arasında kəskin fərqlər əmələ gəlmişdir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş ədalətlik və bərabərlik prinsiplərinin kobud pozulması deməkdir. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər qəbul olunan zaman onun artıq 10 illik hakimlik stajı var idi və 5 il hakimlik stajı olduğuna görə artıq onun 2012-ci ildə hakim kimi əmək pensiyası almağa dair hüququ (hakim kimi əmək pensiya münasibətləri) yaranmışdır ki, bu əsas da ona hakim vəzifəsində olmanın son yaş həddinə çatdıqda və pensiyaya çıxdıqda əmək pensiyasına sabiq hakim kimi qulluq stajına görə əlavə ödənilməsi hüququ verirdi. Həmin vaxt hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatmamışdı və hakim vəzifəsində işləməkdə davam edirdi. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ona hakim kimi pensiya təyin olunmasına dair münasibətlər xx.xx.2012-ci ildə yarandığından, həmin münasibətlər xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları ilə deyil, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarına uyğun həll olunmalıdır. Göründüyü kimi o, 28 iyul 2007-ci il tarixdə hakim təyin edildiyindən 01 yanvar 2006-cı il tarixdə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə hakim kimi orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya almaq hüququ əldə etmişdir. 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu həmin müddətə qədər, yəni 01 iyul 2017-ci ilə kimi hakim təyin edilmiş şəxslərin vəziyyətini ağırlaşdırdığından pensiya təyinatı zamanı sonuncu qanunun tətbiqinə yol verilməməlidir. Beləliklə iddiaçıya hakim kimi pensiya təyin olunmasına dair münasibətlər 2012-ci ildə yarandığından həmin münasibətlərə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq olunmalı olduğu halda, cavabdehin onun vəziyyətini ağırlaşdıran xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu təbiq etməklə ona hakim kimi əmək pensiyası təyin olunmasından imtina etməsi Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və yuxarıda qeyd olunan Qanunun normalarının və normativ aktların tələblərinə zidd olmuşdur və bununla da hüquqları pozulmuşdur.
3. Əmək pensiyasının yenidən hesablanmasından cavabdehin 09.0.2023-cü il tarixli imtinasında bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Təqdim etdiyiniz son 24 ay ərzində ödənilmiş əmək haqqına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19 oktyabr 2022-ci il tarixli 8/982 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən 15 il 2 ay 1 gün hakim kimi iş stajınıza uyğun olaraq, vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (8614,67 manat) 50,50 faizi-4350,41 manat məbləğində 30 sentyabr 2022-ci il tarixindən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, pensiyanız (4350,41 manat) cari il üzrə indeksləşdirilməklə aylıq ödənişiniz 1 yanvar 2023-cü il tarixindən 4989,92 (4350,41+14,7%) manat məbləğində müəyyən edilib. Qeyd edilənləri nəzərə alaraq, sizin hakimlik səlahiyyətlərinizə 29 sentyabr 2022-ci il tarixindən xitam verildiyindən hakim kimi əmək pensiyası hüququnuz 30 sentyabr 2022-ci il tarixindən yaranıb. Bununla əlaqədar əmək pensiyanız müraciətinizdə göstərdiyiniz qaydada deyil, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən hesablanıb. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Siz hakim vəzifəsinə 30 dekabr 2005-ci il tarixindən sonra (28 iyul 2007-ci il tarixindən) təyin edildiyinizdən sözügedən Qaydada əmək pensiyanızın hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.”
4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına hakim kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən hakimlik səlahiyyətlərinə xitam verilmədiyindən hakim kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Daha sonra iddiaçının xx.xx.2022-ci il tarixdə hakimlik səlahiyyətlərinin son yaş həddinə çatması ilə əlaqədar olaraq xitam verildiyindən xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş və xx.xx.2022-ci il tarixdə ona 4350,51 manat məbləğində pensiya təyin olunmuşdur. Bundan narazı qalan İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən hakim kimi yaşa görə əmək pensiyası hüququ olduğunu qeyd edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı, aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının son müraciətinə cavabdeh inzibati orqan tərəfindən aidiyyəti üzrə baxılmışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2023 tarix 3-17-1 /2-A- 132650/2023 nömrəli imtina məktubuna əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Qeyd edilənləri nəzərə alaraq, iddiaçının hakimlik səlahiyyətlərinə 29 sentyabr 2022-ci il tarixdə xitam verildiyindən hakim kimi əmək pensiyası hüququ 30 sentyabr 2022-ci il tarixdən yaranmışdır. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən hesablanmışdır. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyqun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz migdarında pensiya təyin edilə bilər. İddiaçı hakim vəzifəsinə 30 dekabr 2005-ci il tarixindən sonra (28 iyul 2007-ci il tarixindən) təyin edildiyindən sözügedən Qaydada əmək pensiyasının hesablanması ganunvericiliyin tələbləri baxımından mümkün deyil. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Əkbər oğlu ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2022-ci il tarixdə çatmışdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, iddiaçı hakim kimi yaşa görə pensiya hüququnun 2017-ci ilin iyulun 1-dək yarandığını iddia etsə də, həmin tarixədək hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmadığına görə ona “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. Beləliklə, İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək qanunla tələb edilən il üzrə hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə yəni 65 yaşa çatmadığına görə Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən əvvəlki redaksiyaya əsasən hakim kimi yaşa görə əmək pensiyasıyasının təyin edilməsi iddiası əsassızdır.
5. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hakim vəzifəsində işləmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş xx.xx.2022-ci il tarixli 8/982 nömrəli arayışdan görünür ki, İddiaçı 2020-2022-ci il pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı 148.774,88 manat olmuşdur.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Allahverdizadə iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Əlizadə yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
9. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir.
17. xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
19. Məhkəmənin hazırkı iş üzrə mövqeyi sabiq hakimə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-48/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarına uyğundur.
20. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
21. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyi nə əmin olmalıdır.
22. Hazırkı mübahisəyə münasibətdə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
24. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.
26. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır.
27. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2022ci il tarixədək hakim işləmiş, hakim stajı 15 il 2 ay 1 gündür.
28. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi.
29. “Məhkəmələr və hakimlər haqqında” Qanunu: Maddə 106. Hakimlərin maddi təminatı. Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir... ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı. ...Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. 8 iyul 2022-ci il tarixli 582- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2022-ci ildə qüvvəyə minmişdir) 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Odur ki, məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət almışdır. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2022-ci ildə qüvvəyə minmişdir) 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.
30. Beləliklə, iddiaçı ona hər ay ödənilən bir aylıq vəzifə maaşının, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının, məzuniyyət haqqının, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasına 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son iki ili ərzində əmək haqqının orta aylıq məbləğinin, yəni 8614.67 manatın 80 faizi miqdarında əlavənin və sosial sığorta fonduna ödədiyi vəsaitin hesablanaraq əmək pensiyasına əlavə edilib hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.
31. Bununla yanaşı qeyd edilməlidir ki, əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasına əlavənin hesablanması zaman iddiaçının xx.xx.2022-ci il tarixə kimi Bərdə rayon Məhkəməsində sədr kimi işlədiyi nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi (iddiaçının hakim kimi stajı 15 il 2 ay 1 gün olduğundan 10 ilə qədər - 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında (55%+5x5%)) miqdarında miqdarında əlavənin hesablanması həmin tarixdən həyata keçirilməlidir.
32. Məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının, məzuniyyət haqqının, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasına 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son iki ili ərzində əmək haqqının orta aylıq məbləğinin - 8614.67 manatın 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva