Məhkəmə qərarları › İş №2-1(112)-11366/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11366/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11366/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “ixtisas dərəcəsinin tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Rusiya Federasiyası Dağıstan Dövlət Universiteıində 1997-2003-cü illərdə aldığı təhsil və DBG ******* nömrəli, 2003-ci il tarixli diplom əsasında hüquqşünaslıq ixtisas dərəcəsinin tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-2003-cü illərdə Rusiya Federasiyası Dağıstan Dağıstan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasında təhsil almışdır. Belə ki, təhsilini bitirdiyi üçün ona 2003-cü il tarixli DBC ******* nömrəli diplom verilmiş və Rusiya Federasiyasının səlahiyyətli orqanı Təhsil Nazirliyi tərəfindən birbaşa apostil möhürü vurulmaqla həmin ölkədə qanuniliyi tanınmışdır. Bu barədə cavabdeh quruma müraciət edilmiş, cavabdeh qurum tərəfindən təqdim edilən cavab məktubu faktiki olaraq imtina kimi qiymətləndirılməlidir. Belə ki, cavab məktubunda "Xarici döv ləllərin ali təhsilə aid Kvalifikasiyalarının tanınması Qaydaları”nın İddiaçı ixtisasının tanınmasında heç bir məhdudlaşdırım təsiri olmaması və bu normativ hüquqi aktların gerivə qüvvəsinin yolverilməzliyi prinsipi bu istiqamət üzrə aktual olmadığı qeyd edilmişdir. Müvafiq 2023-cü il tarixli Qaydaların İddiaçı 2003-cü il tarixli diplomunun tanınmasına münasibətdə iddiaçının hüquqlarını məhdudlaşdırmaqla, hüquqi vəziyyətini ağırlaşdırdığından və iddiaçının müvafiq diplomun tanınmasına dair hüquq münasibəti 2003-cü il tarixdə yarandığından həmin qaydalara münasibətdə aparılması yolverilməzdir Məhz iddiaçı müvafiq olaraq qeyd edilən ixtisası X3 Dövləl Universitetinin Bakı Filialında əldə etdiyindən həmin dövr qüvvədə olun Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları” hazırkı mübahisəyə tədbiq edilməlidir. Belə ki, iddiaçının diplomun tanınması hüququ 21 may 2003-cü ildə, yəni diplomu aldığı tarixdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqa uyğun çıxarılmalıdır. Hazırkı işin hallarına münasibətdə müvafiq hüquq münasibətinin yarandığı zaman iddiaçının diplom aldığı an hesab olunur. Çünki iddiaçının diplomun tanınması barədə müraciət hüququ diplomu aldığı tarixdən yaranmışdır. Çünki iddiaçının hüquq münasibəti yarandığı müddətdən müəyyən qədər vaxt keçdikdən sonra müraciət etməsi onun vəziyyətini ağırlaşdıran, hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilməməlidir. Əks halda şəxsin konstitusion hüququnun pozulmasına gətirib çıxara bilər. Normativ hüquqi aktlar haqqında Qanunun müvafiq maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bu baxımdan mübahisənin maddi hüququ əsasını aşğıdakı qaydalar təşkil edir: “Təhsil haqqında” Qanunun 2.7.4 cu maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.2.1-ci maddəsinə əsasən xarici ölkələrin an təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən elmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbayca Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xaric ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu tarixli, 156 nömrəli Fərmanının 2.2-cı bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində xarici ölkələrin alı təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması uzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.27 8.28 ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddətinin təsdiq edilməsi haqqında” 4 iyun 2010 cu ıl tarixli 104 saylı qərarının 1.5 ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4 5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixi 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil rahusmdə ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 11-ci bəndinə əsasən bu Qaydalar "Avropa regionunda alı təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000 ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza xarici ölkələrin verdiyi təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə oıan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra)."Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələbləıın uyğunluğu. "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların taı nması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.1-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək uçun səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq uçun təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən tabs istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında istiqamət ixtisas) üzrə təhsil formasında yol verilmədikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsilinin məzmunu və təşkili" Qaydalarına əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyanı təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bır il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyan, təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5 6 ildir Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza aiı) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisi qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma fulltime və tədrisə qismən cəlb olunma parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma fulltime və tədrisə qismən cəlb olunma parttime) təhsilalma forması ilə həyala keçirilir Distant formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010 cu il 23 aprel tarixli 75 № li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4 cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternai) Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirili- Bundan əlavə Azərbaycan Respublikasının 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökumət və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət Akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət muəssısəiuıı tərəfindən verilmiş təhsil elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət numuııəlı sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbuı edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə alı təhsilini davam etdirmək huququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə" Azərbaycan Respublikasının 05 mart 2001-ci il tarixli, 595 İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Həmin Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər: c) notarial aktlar: d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən ləlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və yə müəyyən tarixdə baş vermiş faktı təsdiq edəri və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Həmin Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə imzanın həqiqiliyi sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Həmin Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya razılığa gələn bir neçə dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlk abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Həmin Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən vərəqdə əks etdirilir, Həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin iş materiallarında qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Sözügedən qətnamədən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı filialına qarşı iddiası qismən təmin edilərək Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alanlar və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş iddia tələbi Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması" hissəsində rədd edilmişdir. Qətnaməyə gorə Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin filialın fəaliyyətini dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır. Çünki onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Nazirliyin filial fəaliyyətə başladığı gündən iddia ərizəsi təqdim edilənədək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edildikdən 4 il əvvəl 2003-cü il tarixdə Filialı bitirmiş və 21 may 2009-cu il tarixdə ona diplom verilmişdir. Odur ki, iddiaçı 2003-cü il tarixdə təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Cavabdeh iddiaya dair yazılı vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci bəndinə əsasən məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Məcəllənin 35.1-ci bəndində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Plenum Qərarında qeyd olunur: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçıhğın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hazırkı iddia üzrə işin faktiki halları araşdırıldıqdan sonra müəyyən olunmuşdur ki, iddiaçının nümayəndəsi sadəcə olaraq Agentliyə ərizə ünvanlamış və ərizədə qeyd olunan məsələlərlə bağlı Agentlik tərəfindən ona cavab məktubu göndərilmişdir. İddia ərizəsində də qeyd olunduğu kimi, iddiaçı Agentliyin məlumat xarakterli cavabını diplomun tanınmasından imtina aktı kimi qiymətləndirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.1-ci yarımbəndinə əsasən tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir. 2.2-ci bənddə isə qeyd olunur ki, tanınmaya dair müraciət elektron qaydada edilir, TMlS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Həmin qaydaların 3.11-ci bəndlərində təsbit olunmuşdur ki, tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. Beləliklə, vətəndaşın iddiası üzrə cavabdeh orqana qanunvericilikdə müəyyən olunmuş qaydada, yəni tanınma üzrə elektron ərizə sistemi vasitəsilə müraciəti və bununla bağlı cavabdeh orqanın imtinası mövcud deyildir. Bu halda, hazırkı iş üzrə İPM-in 35.1-ci bəndində və Ali Məhkəmənin Plenum Qərarında qeyd olunmuş məsələlər üzrə iddianın mümkünlüyü məsələsinin araşdırılması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-29-61/2-X-116-4/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı X1 aldığı ali təhsilə aid kvalifikasiyanın tanınması barədə xx.xx.2024cü il tarixli, 3-29-61/1-X-116-4/2024 nömrəli ərizənizə aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində baxılmışdır. Xarici dövlətlərdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə icraat, ərizəçilərin həmin Qaydaların qüvvəyə minməsindən sonra elektron ərizə sistemi vasitəsilə edilmiş müraciətlərinə nisbətdə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılır. Qaydalara əsasən bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu üçün ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunsa da, tanınmanın bu növü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda, ərizəçilərin öz müraciətləri əsasında tətbiq edilir. Qeyd olunanlara əsasən xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması icraatının vətəndaşların hüquqlarını məhdudlaşdıran nəticələri ehtiva etmədiyi, əksinə tanınma ilə əldə olunmuş sənədlərin sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq imkanları verildiyi, habelə peşə tanınması üzrə imtahanda iştirakın ərizəçilərin öz müraciətləri əsasında müəyyən edildiyi nəzərə alınaraq, müraciətdə qeyd edilən normativ hüquqi aktların geriyə qüvvəsinin yolverilməzliyi prinsipi bu istiqamət və xüsusilə icraatın tənzimləndiyi normativ hüquqi aktın müddəaları üzrə aktual deyil. Qaydalara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının nəticələrində inzibati və məhkəmə qaydasında şikayət verilə bilər. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixli yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəfindən cavabdeh təşkilatın müvafiq ərizəsində qeyd etdiyi formada xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə müraciət edilərək lazımi sənədlər əlavə edilmişdir. Hazırda qeyd edilən ötən müddət ərzində ərizə icraata götürülsə də hazırkı tarixə kimi həmin ərizəyə münasiət bildirməmiş, yalnız bu gün müvafiq olaraq təqdim edilən sənədi təkrar (transkript-hansı həmin sənəd əlavə edilmişdir) istənilmiş, tərəfindən həmin sənəd yüklənib elektron kabinetə əlavə edilsə də, elektron sistemdə xx.xx.2024-cü il tarixə kimi fasilə yaranmış və sənədin qəbulundan imtina edilmiş, bununla bağlı cavabdeh təşkilatın qaynar xəttinə zəng edilmiş və bu barədə bildirilmiş, onlar isə müvafiq olaraq hazırda ərizənin qəbul edilmədiyini israrla bildirmişlər. Cavabdeh inzibati orqan süni süründürməçiliyə yol verərək və publik hüquq səlahiyyətlərindən suiistifadə etməklə müvafiq olaraq hazırkı işin baxılmasını yubatmaq xarakterli addımlar atır və bu formal mülahizələrlə hazırkı işin yubadılmasına maneçilik törədir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı dair Rusiya Federasiyası Mahaçqala şəhəri “Dağıstan Dövlət Universiteti” tərəfindən təqdim edilmiş ИВС ******* saylı xx.xx.2003-cü il tarixli diplom və 590 saylı əlavəsindən görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə ona hüquqşünaslıq ixtisası üzrə hüquqşünas ixtisası verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, Təhsildə Keyfiyyətə Təminat Agentliyinin xx.xx.2024-cü il tarixli cavab məktubu qeyd edilən əlamətlərə malik olmadığından inzibati akt hesab edilmir, inzibati aktın qəbulundən imtinaya dair yazılı məlumatdır. İddiaçı inzibati aktın qəbul edilməsini arzulayır və iddia məcburetməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Konstitusiyasının 147-ci maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Məhkəmə qeyd edir ki, aparılan inzibati icraat zamanı cavabdeh qurum Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3-cü bəndində göstərilən tələblərə riayət etməli, ekspertiza həmin bəndlərin tələblərinə uyğun -xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmalı; eləcə də nəzərə alınmalıdır ki, Qaydaların 3.7-ci bəndinə əsasən mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərlə yanaşı məhkəmə vurğulayır ki, Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən iddiaçı əsasən İddiaçı verilmiş ИВС ******* saylı xx.xx.2003-cü il tarixli bakalavr diplomuna (qeydiyyat nömrəsi “590”) apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”) ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəyin olmasını mütləq sayır və həmin rəylərdən biri də “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə, hansı ki, yuxarıda göstərilən Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. İşin materialları ilə müəyyən edilir ki, qanuni qüvvəsini almış Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətanməsi ilə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərdiyi üçün onun fəaliyyəti dayandırılmışdır. Məhkəmə qeyd edir ki, “dayandırılma” anlayışı mahiyyətcə həm müvəqqəti xarakter daşıyır, yəni gələcəkdə bərpa oluna bilən kimi qiymətləndirilir, həm də bu hərəkət (dayandırılma) qanunsuz yox, qanuni əsaslarla həyata keçirilən fəaliyyətə aid ola bilər. Bundan başqa, həmin iş üzrə iddiaçı tərəfin iddiasının qismən təmin olunması, yəni qalan hissədə təmin olunmaması “dayandırma”yadək verilmiş diplomların qanunsuz sayılmamasını ehtiva edir. Məhkəmənin qənaətinə görə “dayandırılma”dan əvvəlki dövrdə diplom almış şəxslərə, o cümlədən hazırkı iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununda təsbit olunmuş “bərabərlik prinsipi” (maddə 12) pozulmuş olur. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması hissəsində təmin olunmuş, iddia tələbi qalan hissədə-“Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir və həmin müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Qeyd olunmalıdır ki, qətnamə ilə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmış, onların yarımçıq qalmış həmin təhsil bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirmək hüququ tanınmışdır. Həmçinin təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrə aid diplomların etibarsız sayılmasının rədd olunduğu nəzərə alınmalıdır. Belə ki, iddia həmin hissədə rədd olunmaqla həmin məhkəmə qətnaməsi ilə qeyd olunan diplomlar etibarlı sayılmış və onların etibarlılıq statusu təsbit edilmişdir. Bu baxımdan cavabdeh həmin diplomların tanınması ilə bağlı müraciətlərə baxarkən qüvvədə olan həmin məhkəmə qətnaməsini nəzərə almağa və ona uyğun davranmağa borcludur. Bundan əlavə, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, qeyd olunan təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə verilmiş diplomlar üzrə onların ixtisasları tanınmalı və ekvivalentliyin müəyyən edilməsi barədə müvafiq şəhadətnamə verilməlidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, təhsil müəssisənin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Şəxs uzun müddət fəaliyyət göstərən təhsil müəssisəsinin bu fəaliyyətinin dövlət tərəfindən qadağan olunmadığına və bunun üzərindən dövlət tərəfindən həmin fəaliyyətin leqal sayıldığına inanmış, onun davranışına etimad göstərmiş və həmin təhsil müəssisəsinə daxil olmuş, orada təhsil almışdır. Cavabdeh bunları və Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyini nəzərə almağa və ona uyğun davranmağa borcludur. Odur ki, xx.xx.2003-cü il tarixində təhsilini başa vurmuş iddiaçı, təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər aldığı diplom üzrə ixtisasının tanınmasını və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin bundan imtinası qanunsuz hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na müvafiq olaraq cavabdehin imtinası haqlı hesab edilə bilməz. Belə ki, iddiaçı təhsilini 2003-cü ildə bitirmişdir. İddiaçının hüquq münasibəti yarandığı müddətdən müəyyən qədər vaxt keçdikdən sonra müraciət etməsi onun vəziyyətini ağırlaşdıran, hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, İddiaçı Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ИВС ******* saylı xx.xx.2003-cü il tarixli diplom (qeydiyyat nömrəsi “590”) üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ИВС ******* saylı xx.xx.2003-cü il tarixli bakalavr diplomu (qeydiyyat nömrəsi “590”) üzrə aldığı hüquqşünaslıq ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. Rusiya Federasiyası Mahaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ИВС ******* saylı xx.xx.2003-cü il tarixli bakalavr diplomu (qeydiyyat nömrəsi “590”) üzrə aldığı hüquqşünaslıq ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar