Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1137/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “Bakı şəhər X1 rayonlararası bölməsi” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc hesab edilməsi” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər X1 rayonlararası bölməsi” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dövlət büdcəsinə ola 48.903,58 manat borcunun ümidsiz borc hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2017-ci il tarixli, 2-1(82)-715/2017 saylı qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 30.03.2018-ci il tarixli, 2(103)-399/2018 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2017-ci il tarixli, 2-1(82)-715/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.07.2018-ci il tarixli, 2-1(102)-1337/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin 30.03.2018-ci il tarixli, 2(103)-399/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonradan ərizəçi (iddiaçı) “Bakı şəhər X1 rayonlararası bölməsi” MMC ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2017-ci il tarixli, 2-1(82)-715/2017 saylı qərarının ləğv edilərək, yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2954/2019 saylı, 06 avqust 2019-cu il tarixli qərardadı ilə ərizəçinin yeni açılmış hallar üzrə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2(103)-2405/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2954/2019 saylı, 06 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan ərizəçi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.12.2019-cu il tarixli, 2-1(102)-3730/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2(103)-2405/2019 saylı qərarı ləğv edilmiş və iş yeni açılmış hallar üzrə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı ApelyasiyaMəhkəməsinin 2-1(103)-859/2020 saylı, 13 mart 2020-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2954/2019 saylı, 06 avqust 2019-cu il tarixli qərardadın ləğv edilməsi və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1137/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərardadı ilə, “Bakı şəhər X1 rayonlararası bölməsi” MMC-nin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2017-ci il tarixli, 2-1(82)-715/2017 saylı qərarı ləğv edilməsi və yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 03 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərkən bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsi icraatı zamanı təmsil etdiyi inzibati orqan tərəfindən vəsatət verilərək, müəssisənin qeyd olunan vergi borcunun şəxsi hesab vərəqəsindən silindiyi bildirilmişdir. Bu səbəbdən, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Əliyev cavabdehin vəsatətinin təmin olunmasına etiraz etmədi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Məhkəmə araşdırılması zamanı təqdim olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının iddia tələbi ilə mübahisələndirdiyi borc məbləği cavabdeh tərəfindən silinmişdir. Hətta bu hal, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-859/2020 saylı, 13 mart 2020-ci il tarixli qərardadında belə öz əksini tapmışdır. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən,mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı “Bakı şəhər X1 rayonlararası bölməsi” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc hesab edilməsi” barədə iddia tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Bakı şəhər X1 rayonlararası bölməsi” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1137/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1137/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver