Məhkəmə qərarları › İş №2-1(112)-1137/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1137/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1137/2021 16.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Abdullazadə Ədalət Əli oğlunun (Bakı şəhərində qeydiyyatdadır, auditor, işləmir), cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Xaspoladov Orxan Raiq oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiаçı Abdullazadə Ədalət Əli oğlunun cаvаbdеh Azərbaycan Respublikasının Mərkəzi Bankına qаrşı “iddiaçının borcunun restrukturizasiya edilməsi öhdəliyinin qoyulması” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Abdullazadə Ədalət Əli oğlu cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, “xxxx” MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq iddiaçının Cavabdeh2 ASC-yə olan borcunun 27.12.2018-ci il tarixdən tam ödənilərək bağlanması, həmin tarixdən borcun Cavabdeh2 ASC-nin uçot sistemindən silinməsi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilən restrukturizasiyanın iddiaçıya münasibətdə tətbiq edilməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankının, “xxxx” MMC-nin üzərinə qoyulması barədə qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiаçı Abdullazadə Ədalət Əli oğlunun iddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 15.04.2015-ci ildə “Nəğd pul kredit müqaviləsi”nə əsasən Cavabdeh2 ASC-nin 10 nömrəli Xırdalan filialından 13580 USD məbləğində pul götürmüşdür. 22.01.2016-cı ildə “Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 01 nömrəli Razılaşma bağlanmışdır. İddiaçı həmin razılaşma əsasında Cavabdeh2 ASC-yə borcunu tam ödədiyi üçün ona verilmiş 27.12.2018-ci il tarixli, 1725-18 nömrəli arayışda göstərmişdir ki, onun bank qarşısında heç bir ödənilməmiş öhdəliyi qalmamışdır. Bank tərəfindən 9265 nömrəli, 27.12.2018-ci il tarixli eyni məzmunlu məktub Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İddiaçının Cavabdeh2 ASCdən başqa YAP Kredit və Access Banka borcu olmuşdur. Hər iki banka olan borcun ümumi məbləği 16765 manat təşkil edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman güvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclardır. İddiaçı qeyd edilən borcunun restrukturizasiyası ilə bağlı səlahiyyətli inzibati orqana müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı adı Fərman çərçivəsində kredit borcu restrukturizasiya ediləcək şəxslər siyahısına düşməmişdir. Belə ki, Fərman qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə İddiaçı “xxxx” QSC ilə 21.05.2014-cü il tarixində bağladığı kredit müqaviləsi üzrə 4400,20 manat məbləğində, “xxxx” QSC ilə 22.07.2015-ci il tarixində bağladığı kredit müqaviləsi üzrə 7273,61 ABŞ dolları məbləğində əsas kredit borcları ilə yanaşı, həmçinin Cavabdeh2 ASC ilə bağlanmış 22.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə 8120,93 ABŞ dolları əsas kredit borcu ödənilməmiş qalmışdır. Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. İddiaçı 01.03.2019-cu il tarixinə bütün banklara əsas kredit borclarının ümumi qalıq məbləği 17000 manatdan (10000 ABŞ dollarından) artıq olduğu üçün onun adı bu hissədə Fərmanın təsir dairəsinə daxil edilməmişdir. Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Xaspoladov iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinlədikdən, iş materiallarını tədqiq etdikdən sonra hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır. İş materiallarına əlavə edilmiş: “xxxx” MMC-nin məlumat bazasından çıxarışa əsasən iddiaçının aktiv öhdəlikləri kimi Cavabdeh2 ASC-dən 22.01.2016-cı ildə aldığı 13115 ABŞ dolları,”xxxx” QSC-dan 22.07.2015-ci ildə götürdüyü 10000 ABŞ dolları, “xxxx” QSC-dan götürdüyü 10000 manat kredit üzrə ödənilməmiş öhdəlikləri göstərilmişdir ki, bu da müvafiq olaraq 8120,93 ABŞ dolları,7273,61 ABŞ dolları və 4400,20 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4791/2020 nömrəli, 17.08.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının Cavabdeh2 ASC-yə qarşı borcun uçot sistemindən silinməsi və restrukturizasiyanın tətbiq edilməsi barədə iddia tələbinə baxılan zaman müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh2 ASC –yə 14.04.2015-ci il tarixli, 141669-1- 14814 saylı nəğd kredit müqaviləsi və ona əlavə edilmiş 141669-1-14814 №-li, 22.01.2016-cı il tarixli razılaşmaya əsasən borcu tam ödənilmiş və borcalanın bank qarşısında heç bir ödənilməmiş öhdəliyi qalmamışdır. Cavabdeh2 ASC-nin 28.12.2018-ci il tarixli, 1725/18 nömrəli arayışına əsasən iddiaçının “xxxxASC-dən 141669-1-14814 nömrəli, 13580 USD məbləğində 15.04.2015-ci il tarixli nəğd kredit müqaviləsi və ona əlavə edilmiş 141669-1-14814/1 saylı 13115,00 USD məbləğində 22.01.2016-cı il tarixli razılaşmaya əsasən borcu tam ödənilmiş və borcalanın bank qarşısında heç bir ödənilməmiş borcu qalmamışdır. İddiaçı Abdullazadə Ədalət Əli oğlunun Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasına ünvanlanmış müraciətinə verilmiş 14.06.2019-cu il tarixli və 05.08.2019-cu il tarixli cavablardan görünür ki, iddiaçıya bildirilmişdir ki, onun kreditlər üzrə ümumi qalıq borcu 10000 ABŞ dollarından artıq olduğu üçün “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentnin 28.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşmür. Beləliklə, iş materiallarına əsasən iddiaçı Cavabdeh2 ASC-dən 22.01.2016-cı ildə 13115 ABŞ dolları,”xxxx” QSC-dan 22.07.2015-ci ildə 10000 ABŞ dolları, “xxxx” QSC-dan 10000 manat kredit götürmüşdür, “xxxx” ASC-dən aldığı kreditin tam ödənilməsini həyata keçirmişdir, lakin qalan iki müqavilə üzrə ödənilməmiş borcları mövcuddur, iddiaçı cavabdehə müraciət edərək kredit borclarının restrukturizasiya edilməsini xahiş etsə də müraciəti kredit borcunun məbləğinin 10000 ABŞ dollarından, 17000 manatdan çox olması əsası ilə təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənlri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndində Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; Həmin Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir: “6.1. bu Fərmanın 7.1ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 7.1-ci bəndi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi vəzifəsi həvalə edilmişdir. Həmin Fərmanın 8.7-ci bəndidə qeyd edilmişdir bu Fərmanın məqsədləri üçün restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri, istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsinin qərara alınması göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının etirazından göründüyü kimi iddiaçının müraciətinə imtinanın əsası kimi iddiaçının 01.03.2019-cu il tarixinə “xxxx” QSC-ya 4400,20 manat, “xxxx” QSC-ya 22.07.2015-ci il tarixində bağladığı kredit müqaviləsi üzrə 7273,61 ABŞ dolları məbləğində əsas kredit borclarının və Cavabdeh2 ASC-yə 22.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə 8120,93 ABŞ dolları kredit borcunun ödənilməməsi, yəni iddiaçının borcunun ümumi məbləğinin 10000 ABŞ dollarından – 17000 manatdan artıq olması göstərilmişdir. Halbuki işin faktiki hallarına əsasən iddiaçının 22.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-yə borcu yoxdur, bu hal Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4791/2020 nömrəli, 17.08.2020-ci il tarixli qətnaməsi və “xxxxASC-nin 27.12.2018-ci il tarixli, 1725/18 nömrəli arayışı ilə təsdiqlənir, iddiaçının “xxxx” QSC-ya olan və “xxxx” QSC-ya olan borcunun ümumi məbləği isə 16765 manat təşkil edir ki, bu da “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə aid olan problemli kredit borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə olan halda iddiaçı Abdullazadə Ədalət Əli oğlu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya münasibətdə tətbiq edilərək iddiaçının adının kredit borcları restrukturizasiya edilən şəxslərin siyahısına daxil edilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə onu da qeyd edir ki, Bank “xxxx” Azərbaycan ASC-yə olan borcun 27.12.2018-ci il tarixdən tam ödənilərək bağlanması, həmin tarixdən borcun Bank VTB-nin uçot sistemindən silinməsi kimi vəzifələr qanunvericiliklə Azərbaycan Respublikasının Milli Bankının üzərinə qoyulmamışdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri, istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsinin qərara alınması göstərilmişdir.Yəni Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qanunvericiliklə kredit borclarının bağlanması və hər hansı bir bankın uçot sistemindən silinməsi ilə öhdəlik qoyulmamışdır. Odur ki, iddiaçının iddia tələbinin iddiaçının Cavabdeh2 ASC-yə olan borcunun 27.12.2018-ci il tarixdən tam ödənilərək bağlanması, həmin tarixdən borcun Bank VTB-nin uçot sistemindən silinməsi vəzifələrinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması hissəsində iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya münasibətdə tətbiq edilərək iddiaçının adının kredit borcları restrukturizasiya olunan şəxslərin (borcluların) siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının iddiası cavabdeh “Azərbaycan Kredit Bürosu” MMC-yə aid olan hissədə hazırki iş üzrə qəbul edilmiş 16 may 2021-ci il tarixli qərardadla mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın iddiaçı Abdullazadə Ədalət Əli oğluna münasibətdə tətbiq edilərək iddiaçı Abdullazadə Ədalət Əli oğlunun adının kredit borcları restrukturizasiya olunan şəxslərin (borcluların) siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar