Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11375/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdehnə qarşı “sənəd və məlumatların təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən: təsis sənədlərinin (nizamnamə, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri, mənfəət vergisinin bəyannamələri və s.) müvafiq qaydada təsdiq olunmuş surətlərinin; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının (növ və çeşidlər üzrə) istehsal, idxal, ixrac və satış həcmi barədə məlumatlar əlavə olunmuş cədvələ uyğun olaraq (cədvəl №1), eləcə də həmin məlumatları təsdiq edən "1-istehsal (sənaye)" rəsmi statistika hesabatının müvafiq qaydada təsdiq olunmuş surətlərinin; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının idxal və daxili alış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatının (cədvəl №2); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının daxili bazarda topdansatış və pərakəndə satış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatının (cədvəl №3), 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının satışı həyata keçirilən təsərrüfat subyektləri barədə əlavə olunmuş cədvələ uyğun məlumatların (cədvəl №4), xx.xx.2020-ci il tarixindən hazırkı tarixədək illər ayrı-ayrılıqda göstərilməklə bütün əmtəə nişanlı çay məhsullarının (çeşidləri ayrı-ayrılıqda göstərilməklə) maya dəyəri, mənfəət və rentabellik göstəriciləri barədə cədvəl məlumatının (cədvəl №5), 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində bütün idxal əməliyyatları (partiyaları) üzrə məhsulun alındığı beynəlxalq şirkətin adı, daşınma şərtləri, daşınma qiymətləri, idxal edilən məhsulun həcmi, alış tarixi, daşınma qiymətləri ilə birlikdə anbara giriş qiymətləri barədə cədvəl məlumatlarının (cədvəl №6), 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının idxalının həyata keçirilməsi ilə əlaqədar beynəlxalq bazardakı şirkətlər ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) surətlərinin, 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının topdansatışının həyata keçirilməsi ilə əlaqədar təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin Dövlət Xidmətinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Xidmət) xx.xx.2022-ci il tarixli FA-51 nömrəli əmrilə antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiya yaradılmış və xx.xx.2022-ci il tarixində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış və bir sıra təsərrüfat subyektlərindən, o cümlədən Cavabdeh MMC-dən müvafiq sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi tələb edilmişdir. Cavabdeh MMC-nin Xidmətə daxil olmuş xx.xx.2022-ci il tarixli 143 nömrəli məktubunda (daxilolma qeydiyyatı: 5/4143, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixli 480- VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2023-cü il yanvarın 1-dək dayandırıldığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar üzrə və qaydada, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla sorğu daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların Cavabdeh MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 350A olan Cavabdeh MMC (VÖEN: **********) barəsində iş qaldırılmışdır. Komissiyanın işəbaxılma iclasları zamanı (xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023) dəfələrlə Cavabdeh MMC-dən sözügedən sənəd və məlumatların təqdim edilməsi tələb edilsə də, hazırkı günə qədər Cəmiyyət tərəfindən hər hansı sənəd və məlumat təqdim edilməmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyin tələbləri və qanunvericiliyin pozulmasına görə təsərrüfat subyektlərinin daşıdığı məsuliyyət Xidmətin məktubunda və Komissiyanın qərarında Cavabdeh MMC-yə bildirilməsinə baxmayaraq, tələb olunan sənəd və məlumatlar əsassız olaraq təqdim edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, iddiaçı qurumun cəmiyyət barəsində başlatdığı yoxlamalar müvafiq icra hakimiyyəti orqanının vahid məlumat reyestrində qeydə alınmadığı, ümumiyyətlə, ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamalar dayandırıldığı üçün iddiaçı qurumun cəmiyyət barəsində antiinhisar yoxlamaları başlatması və kommersiya xarakterli sənədləri tələb etməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununun tələblərinin pozulması anlamına gəldiyi üçün iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Qanunvericilik yoxlama anlayışına izah verərkən yoxlamanın hüquqi elementlərini a) məcburi tələblərin yerinə yetirilməsinin qiymətləndirilməsi və b) nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanı olaraq dəqiqləşdirmiş, yoxlayıcı orqanın ərazilərə gəlməsi ilə bağlı elementi qeyd etməmişdir. Mahiyyət etibarilə, iddiaçı qurum tərəfindən cəmiyyətdən kommersiya xarakterli sənədlər tələb edilməklə cəmiyyətin sahibkarlıq sahəsində qanunla müəyyənləşdirilmiş məcburi tələbləri (antiinhisar və haqsız rəqabət qaydaları) yerinə yetirib-yetirməməsi yoxlanılır və iddiaçı qurumun öz iddia ərizəsində də qeyd etdiyi kimi bunun nəticəsində cəmiyyətə müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər. Belə olduğu təqdirdə iddiaçı qurumun fəaliyyəti yoxlama kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli məhkəmə qərarı ilə eyni mübahisəli məsələ ilə bağlı qaldırılmış eyni dəlilə artıq hüquqi qiymət verilmiş və bu sahədə vahid məhkəmə praktikası yaranmışdır. Bu qərar üzrə dəlilə verilən hüquqi qiymət və yaranan hüquqi nəticə mülki və inzibati prosessual qanunvericiliyə görə Ali Məhkəmə tərəfindən fərqli hüquqi nəticəsi müəyyənləşdirən kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardad qəbul edilənədək öz hüquqi qüvvəsini qoruyub saxlamaqdadır. Lakin hazırki vəziyyətdə Ali Məhkəmə tərəfindən bu cür bir qərardad qəbul edilməmişdir. Belə olduğu təqdirdə Ali Məhkəmənin qeyd olunan qərarı və müvafiq hüquqi nəticə (tövsif) hazırki iş üzrə məcburi hüquqi qüvvəyə malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1069, ünvan 2 **********) barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş və iş üzrə sənəd və məlumatların təqdim edilməsini cavabdehdən xahiş edilmişdir. İşdən görünür ki, Cavabdeh MMC cavabdehə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 143 nömrəli məktubunda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixli 480-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2023-cü il yanvarın 1-dək dayandırıldığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar üzrə və qaydada, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla sorğu daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların “Sun Food" MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. İddiaçı cavabdehdən tələb etdiyi sənədlərin ona təqdim edilməsi ilə bağlı hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 14.1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. - maddə 14.4. Müvafiq icra hakimiyyəti orqanı bu maddəyə əsasən əldə etdiyi dövlət və kommersiya sirrini saxlamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən: - bənd 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. -bənd 1.3. Antiinhisar orqanında antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizəyə həmin ərizənin daxil olduğu tarixdən 1 ay müddətinə baxılır. Antiinhisar qanunvericiliyinin pozulması barədə nəticəyə gəlmək üçün qanunun pozulması əlamətlərinin əsas götürülməsinə sübut olmadıqda və ya sübutlar kifayət etmədikdə Antiinhisar orqanı əlavə sübutların toplanması və təhlili üçün ərizəyə baxılma müddətini əlavə olaraq bir aya qədər uzada bilər. Müddət artırıldıqda Antiinhisar orqanı ərizəçiyə yazılı şəkildə məlumat verməlidir. Antiinhisar orqanı qanun pozuntusu əlamətlərinin mövcudluğunu və ya olmadığını sübuta yetirmək məqsədilə yerlərdə yoxlama aparmaq hüququna malikdir. -bənd 1.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyası tərəfindən bu Qaydaların ikinci bölməsində müəyyən olunmuş qayda əsasında baxılır. Qanun pozuntusuna yol vermiş şəxsin yerləşdiyi ərazi (yaşayış yeri) və ya qanun pozuntusunun baş verdiyi ərazidə işlərə müvafiq ərazi orqanı tərəfindən ona verilmiş səlahiyyətlər dairəsində bu Qaydalara uyğun şəkildə baxıla bilər. - bənd 2.1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. - bənd 2.2. Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. - bənd 2.3. Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar (4 nömrəli əlavə) qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. - bənd 2.4. Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. - bənd 2.21. Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. İstinad olunan normalardan görünür ki, antiinhisar orqanı hüquqi və ya fiziki şəxslərdən daxil olmuş məlumatlar, yaxud öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxa və işin araşdırılması ilə bağlı zəruri sənədləri tanış olmaq üçün tələb edə bilər, tələbi təmin olunmadıqda isə məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. İşin yuxarıda qeyd olunan hallarından məlum olur ki, iddiaçı qanunvericiliyinin pozulması haqqında iş qaldırmış və icraat çərçivəsində zəruri sənədlərin təqdim edilməsini cavabdehdən tələb etmişdir. Lakin cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yoxlamanın vahid məlumat reyestrində qeydə alınmasında sonra sənədləri təqdim edəcəyini bildirmiş, bununla da iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Həmin Qanunun 1.1.11-ci maddəsinə görə yoxlamaların vahid məlumat reyestri bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestridir. Həmin Qanunun 2.1-ci maddəsinə görə həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə görə Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Görünüdüyü kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiq dairəsinə düşən yoxlamaların ən əsas xüsusiyyəti həmin yoxlamaların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməklə, yəni sahibkarı öz obyektində yoxlamaqla aparılmasıdır. Qanunverici bununla yoxlamanın müddəti, yoxlama zamanı araşdırılacaq suallar və sair kimi məsələlərlə sahibkarın əvvəlcədən məlumatı olmasını təmin etmək məqsədi güdür ki, bununla sahibkar onun istehsal fəaliyyətinə təsir edəcək yoxlama zamanı öz hərəkətlərini qabaqcadan proqnozlaşdırsın, yoxlama zamanı istehsal prosesində baş verəcək ləngimələr üzrə riskləri nəzərə almaqla fəaliyyətini daha səmərəli təşkil edə bilsin. Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxması dedikdə isə hüquqi və fiziki şəxslərin, icra hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında, yaxud Antiinhisar orqanının təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə getmədən, əldə edilmiş məlumatlar əsasında işlərə baxması başa düşülür. Görünüdüyü kimi, bu yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiq dairəsinə düşməsi üçün ən əsas elementdən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi elementindən məhrumdur, buna görə də həmin qanunun tələblərinin bu işlərə şamil edilməsi tələb edilə bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli sənədləri cavabdehdən tələb etməsi onun xidməti vəzifəsi olmuş, cavabdeh isə zəruri sənədləri təqdim etməli olduğu halda, bu göstərişi icra etməyərək qanunvericiliyin tələblərini pozmuşdur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, idida əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh təsis sənədlərinin (nizamnamə, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin; 2020-ci il, 2021-ci il və 2022ci ilin ötən dövrü ərzində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri, mənfəət vergisinin bəyannamələri və s.) müvafiq qaydada təsdiq olunmuş surətlərinin; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının (növ və çeşidlər üzrə) istehsal, idxal, ixrac və satış həcmi barədə məlumatlar əlavə olunmuş cədvələ uyğun olaraq (cədvəl №1), eləcə də həmin məlumatları təsdiq edən "1-istehsal (sənaye)" rəsmi statistika hesabatının müvafiq qaydada təsdiq olunmuş surətlərinin; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının idxal və daxili alış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatının (cədvəl №2); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının daxili bazarda topdansatış və pərakəndə satış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatının (cədvəl №3), 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının satışı həyata keçirilən təsərrüfat subyektləri barədə əlavə olunmuş cədvələ uyğun məlumatların (cədvəl №4), xx.xx.2020-ci il tarixindən hazırkı tarixədək illər ayrı-ayrılıqda göstərilməklə bütün əmtəə nişanlı çay məhsullarının (çeşidləri ayrı-ayrılıqda göstərilməklə) maya dəyəri, mənfəət və rentabellik göstəriciləri barədə cədvəl məlumatının (cədvəl №5), 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində bütün idxal əməliyyatları (partiyaları) üzrə məhsulun alındığı beynəlxalq şirkətin adı, daşınma şərtləri, daşınma qiymətləri, idxal edilən məhsulun həcmi, alış tarixi, daşınma qiymətləri ilə birlikdə anbara giriş qiymətləri barədə cədvəl məlumatlarının (cədvəl №6), 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının idxalının həyata keçirilməsi ilə əlaqədar beynəlxalq bazardakı şirkətlər ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) surətlərinin, 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının topdansatışının həyata keçirilməsi ilə əlaqədar təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11375/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11375/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver