Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11378/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsi (o cümlədən tikintialtı sahə) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilmsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının (altındakı torpaq sahəsi istifadədə olmaqla) qeydə alınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli ev 1976-cı ildə inşa edilmişdir. Bu fakt 1983-cü ilin may ayında tərtib edilmiş evin texniki inventarizasiya kartoçkasında və texniki pasportunda aparılmış qeydlərlə öz təsdiqini tapır. İddiaçı 1982-ci ildə həmin evə köçmüş, bir müddət sonra isə həmin evi əsaslı təmir etdirmiş, əlavə tikililər inşa etmişdir. 1985-ci ildə İddiaçı ailə quraraq, həyat yoldaşını bu evə gətirmiş, övladları da elə bu evdə doğulub böyümüşlər. Daha sonra Bakı şəhərinin ərazisində inşa edilmiş özbaşına tikililərin qanuniləşdirilməsi məqsədilə Bakı Şəhər Sovetinin xx.xx.1989-cu il tarixli qərar qəbul edilmişdir. İddiaçı da sözügedən evi öz adına sənədləşdirmək məqsədi ilə Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlışdırma İdarəsinə müraciət etmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlışdırma İdarəsinin Xətai Rayon İcra Hakimiyyətinin Başçısına ünvanladığı xx.xx.1997-ci il tarixli 18/03-5/e54 nömrəli məktubunda Bakı Şəhər Sovetinin xx.xx.1989cu il tarixli qərarına istinad edilərək, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli evin mövcud istifadə vəziyyətində İddiaçı təhkim olunmasına etiraz edilmədiyi və həmin evin qanuniləşdirilməsinin Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olduğu bildirilmişdir. Bundan sonra Xətai Rayon İcra Hakimiyyəti Başçısı “Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 nömrəli özbaşına tikintinin vəziyyətində İddiaçı adma hüquqi qeydiyyatdan keçirilməsi haqqında” 591 nömrəli xx.xx.1998-ci il tarixli sərəncam qəbul etmişdir. Həmin sərəncamın 1-ci bəndinə əsasən Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 nömrəli evin yaşayış sahəsi 22,8 kv.rm, köməkçi sahəsi 26,6 kv.m olan tikilinin İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 591 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamından sonra Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli evə dair texniki pasport tərtib edilmiş, həmin evin mövcud vəziyyətdə olan bütün texniki göstəriciləri texniki pasporta salınmışdır. İddiaçı faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən hündürlüyü 10,40 metrdən ibarət ümumi sahəsi 363,2 kv.m, 2 mərtəbə, zirzəmi və mansardan ibarət 53 nömrəli evin layihəsi tərtib edilmiş və evin tikintisi barədə Xətai Rayon İcra Hakimiyyəti yazılı qaydada məlumatlandırılmışdır. Daha sonra İddiaçı Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli ev və evin yerləşdiyi tikintialtı torpaq sahəsi də daxil olmaqla həyətyanı torpaq sahəsiğ üzərində mülkiyyət hüququnun daşınmaz əmlaıkın dövlət reyestrində qeydə aldırmaq qərarına məqsədlə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı imtina cavabı verilmişdir. Cavabdehin imtina məktubunda bildirilir ki, “...təqdim olunmuş sənədlər surətdir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidenrtinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bilirilmişdir ki, təqdim olunmuş texniki pasport texniki inventarlaşdırma orqanı tərəfindən tərtib olunduğundan torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Bildiririk ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanuna müvafiq qaydada baxılacaqdır”. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək məhəməyə müraciət etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlər surətdir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim olunmuş texniki pasport texniki inventarlaşdırma orqanı tərəfindən tərtib olunduğundan torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən müvafiq qaydada baxılacağı bildirilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, 53 nömrəli yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsi (o cümlədən tikintialtı sahə) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********64 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş sənədlər surətdir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim olunmuş texniki pasport texniki inventarlaşdırma orqanı tərəfindən tərtib olunduğundan torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin ümumi sahə 350,8 kv.m, istifadədə olan torpaq sahəsi isə 358 kv.m təşkil edir. Texniki pasportda öz əksini tapmiş fərdi yaşayış evi faktiki göstərilən ərazidə mövcud deyil, həmin ərazidə təqdim edilmiş layihəyə uyğun yeni fərdi yaşayış evi inşa edilmişdir. Texniki pasportun baş planı ilə faktiki vəziyyət arasında konfiqurasiya, ölçü və sahə fərqi mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh orqan yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatının “Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 №-li özbaşına tikintinin vət. İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında” xx.xx.1998-ci il tarixli, 581 nömrəli sərəncamına əsasən Bakı şəhər İH-nin xx.xx.1989-cu il tarixli qərarına əsasən Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 №-li evin yaşayış sahəsi 22,8 kv.m. olan köməkçi sahəsi, 26,6 kv.m olan tikinti sahəsi vət. İddiaçı Fikrət oğlunun adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır.
7. Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi tərəfindən ünvanlanan 1997-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhər icra Hakimiyyətinin yeni tikinti ilə əlaqədar olaraq Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, 53 №-li evin yaşayış sahəsinin sökülməsi haqqında sərəncamı yoxdur. Bakı şəhər Sovetinin 17 fevral 1989-cu il tarixli 8-ci sessiya 20-ci mağırış 2-ci bəndi ilə rayon ərazisində tikilmiş özbaşına tikililəri qanuniləşdirmək üçün Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, 53 №-li evin sahibi İddiaçı yoldaşa mövcud istifadə vəziyyətində olan evin təhkim olunmasına etiraz edilmir. Göstərilən özbaşına tikilinin qanuniləşdirilməsi Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilindədir.
8. 5-ci Əhmədli küçəsi, ev 53 ünvanına dair İddiaçı adına 1983-cü ilin may ayında tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport iş materiallarına əlavə olunmuşdur.
9. Xətai Rayonu İcra Hakimiyyəti Baçısının Əhmədli qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli Arayışda qeyd edilmişdir ki, 5-ci Əhmədli küçəsi, 53 №-li ev vətəndaş İddiaçı tərəfindən tikilmiş və şəxsi hüquq daxilində İddiaçı məxsusdur. Ev yaşayış sahəsi 22,8 kv.m təşkil edən 2 yaşayış otağın ibarətdir. Torpaq sahəsi 474,1 kv.m həyətyanı sığınacaq 26,1 kv.m təşkl edir.
10. 2-1(112)-2168/2024 nömrəli iş üzrə təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) Aktda qeyd olunmuşdur ki, hüquqmüəyyənedici sənəd üzrə müəyyən olunmuş 1 mərtəbəli fərdi yaşayış evi sökülmüşdür və faktiki olaraq 2 mərtəbəli zirzəmili fərdi yaşayış evi inşa olunmuşdur. Hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 474,1 kv.metr, faktiki isə 331,6 kv.metr təşkil edir. Texniki pasportda göstərilən fərdi yaşayış evi sökülüb yerində zirzəmili 2 mərtəbəli fərdi yaşayış inşa olunmuşdur. Torpaq sahəsi 142,5 kv.m azdır.
11. İddiaçı tərəfindən Xətai rayonu İcra Hakimiyyətə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən Azərbaycan Respublikasının şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq “Məlumatlandırma icraatı” qaydasında bildirmişdir ki, mülkiyyətində (istifadəsində) olan fərdi yaşayış evi Əhmədli 5, ev 53 ünvanında yerləşən sahəsi 363,2 hündürlüyü 10,40 m, 2 mərtəbəli yarızirzəmili və mansarlı ev inşa etmişdir.
12. ünvan 5 ünvanında yerləşən vətəndaş İddiaçı məxsus inşa olunmuş iki mərtəbəli yarımzirzəmili və mansardlı fərdi yaşayış evinin X1 tərəfindən tərtib olunmuş Layihəsi iş materiallarına əlavə olunmuşdur.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, 45 ildir sözügedən evdə yaşayır. İddiaçı qeyd etdi ki, 25 il əvvəl (Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamından sonra) ona ayrılmış evi söküb yenidən tikmiş, məhkəmənin hazırkı iş üzrə daha əvvəl qəbul edilən qərara uyğun olaraq məlumatlandırma icraatı qaydasında icra hakimiyyətinə məlumat vermişdir. İddiaçı eyni zamanda bildirdi ki, hazırki evin ölçüsü məhkəməyə təqdim edilmiş 1983-cü ildə tərtib edilmiş texniki pasporta uyğun deyil.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. X2 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
18. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
23. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
24. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqularının (torpaq sahəsi istifadədə olmaqla) üzərində istifadə hüquqlarının qeydə alınmasını tələb etmişdir.
25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, 5-ci Əhmədli küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi 1976-cı ildə tikilmiş və 1983-cü may ayında evə dair İddiaçı adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir. Bakı şəhər İH-nin xx.xx.1989-cu il tarixli Qərarına və Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatının “Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 №-li özbaşına tikintinin vət. İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında” xx.xx.1998-ci il tarixli, 581 nömrəli Sərəncamına əsasən Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsindəki 53 №-li evin (yaşayış sahəsi 22,8 kv.metr, köməkçi sahəsi 26,6 kv.metr) İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır.
26. Məhkəmə müəyyən edir ki, iddiaçı ona ayrılmış 1 mərtəbəli fərdi yaşayış evini sökmüş və yerində zirzəmili 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. İş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) Aktı və məhkəmə iclasında iştirak edən iddiaçının izahatı ilə bu fakt təsdiq edilmişdir.
27. Məhkəmə nəzərə alır ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında 1 mərtəbəli fərdi yaşayış evini Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.1998-ci il tarixli sərəncamından sonra söküb yenidən inşa etdiyini, hazırki fərdi yaşayış evinin ölçüsün iş materiallarına əlavə olunmuş 1983-cü il tarixli texniki pasporta uyğun olmadığını bildirmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) Aktında da qeyd olunmuşdur ki, hüquqmüəyyənedici sənəd üzrə müəyyən olunmuş 1 mərtəbəli fərdi yaşayış evi sökülmüşdür və faktiki olaraq 2 mərtəbəli zirzəmili fərdi yaşayış evi inşa olunmuşdur. Hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 474,1 kv.metr, faktiki isə 331,6 kv.metr təşkil edir. Texniki pasportda göstərilən fərdi yaşayış evi sökülüb yerində zirzəmili 2 mərtəbəli fərdi yaşayış inşa olunmuşdur. Torpaq sahəsi 142,5 kv.m azdır.
28. Məhkəmə eyni zamanda qeyd edir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, 5-ci əhmədli küçəsində yerləşən 53 nömrəli yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2168/2024 nömrəli Qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
29. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2168/2024 nömrəli Qərardadında qeyd edilmişdir ki: “23. Məhkəmə eyni zamanda müəyyən edir ki, hazırda mövcud olan zirzəməli 2 mərtəbəli fərdi yaşayış evinə dair lizensiyalı təşkilat tərəfindən tərtib olunmuş layihə yoxdur və məlumatlandırma icraatına əməl olunmamışdır. Belə ki, iddiaçı məhkəmə iclasındakı izahatında fərdi yaşayış evini söküb yenidən inşa edərkən icra hakimiyyətinə məlumat verdiyini bildirsə də, Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanan məktubda 2023-cü il ərzində Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin (mübahisələndirilən fərdi yaşayış evinin) inşa edilməsi ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə müraciət daxil olmadığını bildirmişdir.
24. Məhkəmə hesab edir ki, iddiaçı hüquqi marağına uyğun həmin məqsədə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq lisenziyası olan təşkilat tərəfindən mübahisələndirilən (ünvan 5 ünvanında yerləşən) fərdi yaşayış evinin layihəsi hazırlanmalı, məlumatlandırma icraatına riayət olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət olunmalı və daha sonra fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh orqan Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmalıdır”.
30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2168/2024 nömrəli Qərardadında qeyd olunan səmərəli hüquq müdafiə vasitəsinə uyğun olaraq ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsi hazırlanmış (ünvan 5 ünvanında yerləşən vətəndaş İddiaçı məxsus inşa olunmuş iki mərtəbəli yarımzirzəmili və mansardlı fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş layihə iş materiallarına əlavə olunmuşdur), məlumatlandırma icraatına riayət olunması məqsədilə Xətai rayonu İcra Hakimiyyətə xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq iddiaçının mülkiyyətində (istifadəsində) olan Əhmədli 5 küçəsi, ev 53 ünvanında yerləşən sahəsi 363,2 hündürlüyü 10,40 m, 2 mərtəbəli yarızirzəmili və mansarlı fərdi yaşayış evi inşa edildiyi bildirilmişdir.
31. Qeyd olunmalıdır ki, Bakı şəhəri və respublikaların digər yaşayış məntəqələrində mənzilkommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə kommunal xidmətin yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində mənzil-kommunl təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 140 saylı 28 aprel 1984-cü il tarixli qərarına müvafiq olaraq Kommunal Təsərrüfat Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları, o cümlədən Bakı şəhər Texniki İnventarlaşdırma Bürosu ekspertiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir. 1987ci ildən başlayaraq yerli kommunal təsərrüfat orqanlarının tərkibində topanmış arxiv materiallarının bazasında rayonlararası texniki invenlarlaşdırma büroları yaradılmağa başlamışdır. Hazırkı işdə iddiaçının iddia tələbinin hüquqi əsası iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”dan görünür ki, iddiaçıya məxsus olmuş fərdi yaşayış evinə dair texniki pasport vaxtilə ona Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Göründüyü kimi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”u verən orqan Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu həmin dövrdə səlahiyyətli olmuşdur. Belə olan halda iddiaçı sözügedən fərdi yaşayış evi üzərində hüququn qeydiyyatı üçün əsas qismində qeyd edilən sənədə əsaslanmaqda haqlı olmuşdur.
32. Odur ki, məhkəmə qeyd edir ki, vaxtilə iddiaçıya məxsus olan tikilinin qeydiyyatı üçün qanuni əsaslar olmuş, lakin hüquqlar qeydə alınmadan sökülərək yerində fərdi yaşayış evi inşa olunmuş, fərdi yaşayış evi ilə bağlı (sonradan) məlumatlandırma icraatına əsasən yerli icra hakimiyyəti orqanına məlumat verilmiş, torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd qismində isə Bakı şəhər Soveti (İcraiyyə Komitəsi) Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport çıxış etmişdir.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyər hüquqlarının tanınması üçün “qanuni gözləntisi” var.
34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının (torpaq sahəsi istifadədə olmaqla) qeydə alınması və buna dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva