Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1138/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X1 miras qalmış ünvan 2 ünvanında yerləşən 540 kv.m torpaq sahəsi və orada tikilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 Molotov (indiki Qaradağ) rayon İcraiyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 nömrəli protokolu ilə atası X4 fərdi yaşayış evinin tikilməsi üçün Lökbatan qəsəbəsi, Kamo (indiki 20 Yanvar) küçəsi, 15 ünvanında 540 kv.m torpaq sahəsi ayrılmış və orada 3 otaqlı fərdi yaşayış evi tikilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyində həmin yaşayış evinə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” tərtib edilmişdir. X11 xx.xx.1962-ci ildə “Miokardın infarktı” xəstəliyindən ölmüş və xx.xx.2023-cü il tarixdə bu barədə Qaradağ rayon qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə verilmişdir. Atasından miras qalmış yuxarıda qeyd etdiyi ünvanda yerləşən torpaq sahəsi və yaşayış evinə hüquqmüəyyənedici sənəd (texniki pasport) verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Həmin İdarədən daxil olmuş xx.xx.2023-cü il tarixli cavabla atasından miras qalmış evə verilmiş texniki pasportda hüquq sahibinin adı “X8” kimi yazılması əsas götürülərək hüquqmüəyyənedici sənəd (texniki pasport) verməkdən imtina edilmişdir. Atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə Bakı şəhəri 8 saylı notariat ofisinə etdiyi müraciət əsasında 72/2023 saylı vərəsəlik işi açılmışdır. Lakin, cavabdeh tərəfindən hüquqmüəyyənedici sənəd verilməsindən imtina edildiyindən hüquqmüəyyənedici sənədin atasına məxsus olması faktının müəyyən edilməsi tələbi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(002)-3777/2023 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilərək Molotov (indiki Qaradağ) rayon X6 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən Lökbatan qəsəbəsi, Kamo (indii 20 Yanvar) küçəsi, 15 ünvanında ayrılmış topaq sahəsində tikilmiş fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un atası X4 məxsus olması faktı müəyyən edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün cavabdehə elektron qaydada göndərilmədiyindən qətnamə tələbi əsasında Bakı şəhəri 8 saylı notariat ofisi vasitəsilə xx.xx.2024-cü il tarixdə həmin İdarəyə göndərilmişdir. İdarədən Notariat ofisinə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubla vərəsəlik məktubunda atasının ölüm tarixi xx.xx.1962-ci olaraq göstərilsə də, pasportu tərtib olunma tarixinin 03.1963-cü il qeyd olunması əsas gətirilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, texniki pasportun tərtib olunma tarixi 03.1963-cü ildir və bu həmin pasprda aydın görsənir. Lakin, Qaradağ rayon X15 Lökbatan qəsəbə sovetinin qanun əsasında tikilmiş ev sahibinə verdiyi xx.xx.1982-ci il tarixli, 930 nömrəli arayışda texniki pasportun tərtib olunma tarixi səhv olaraq 03.1963-cü il kimi göstərilmişdir. Cavabdeh bu arayışa əsaslanaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Eləc də, məhkəmə qətnaməsi başqa orqan tərəfindən icra oluna bilməz. X1 miras qalmış ünvan 3 ünvanında yerləşən 540 kv.m torpaq sahəsi və orada tikilmiş fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin yeganə icraçısı cavabdehdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən 540 kv.m torpaq sahəsi və orada tikilmiş fərdi yaşayış evi üzərində texniki pasportun göstəricilərinə uyğun olaraq hüquqların ölmüş şəxsə (X4) məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə əlaqədar ********** nömrəli, xx.xx.2023-cü il və ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunan vərəsələrin dairəsinin müəyyən edilməsi haqqında notariat ofisinin məktubunda mərhumun vəfat tarixi arxiv texniki pasportunun tərtib olunma tarixindən əvvələ aiddir. Belə ki, vərəsəlik məktubunda mərhumun vəfat etdiyi tarix xx.xx.1962-ci il olaraq göstərilsə də, texniki pasportun tərtib olunma tarixi 03.1963-cü il qeyd olunmuşdur. Eyni zamanda, müraciətinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-3777/2023 nömrəli qətnaməsi İdarəyə daxil olmamış, mülki iş üzrə idarə maraqlı şəxs qismində cəlb edilməmiş və qərarla İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasportda göstərilən “A” literli fərdi yaşayış evinin 4 saylı yerləşkəsi sökülmüş, yeni sahə inşa edilmişdir. Məlumat üçün bildirilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən faktiki torpaq sahəsi 0.06616 ha təşkil edir və yol tərəfdən hasara yaıxn orta təzyiqli qaz xətti keçir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyəti nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab emtişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-İ-0215-8/2024 **********91 nömrəli məktubla bildirilmişdir ki, təqdim olunan vərəsələrin dairəsinin müəyyən ediləsi haqqında notariat ofisinin məktubunda vəfat tarixi arxiv texniki pasportunun tərtib olunma tarixindən əvvələ aiddir. Belə ki, vərəsəlik məktubunda mərhumun vəfat tarixi xx.xx.1962-ci il göstərilsə də, texniki pasportun tərtib olunma tarii 03.1963cü il qeyd olunmuşdur. Həmçinin arxiv texniki pasportla notariat ofisinin məktubu arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, arxiv texniki pasporta hüquq sahibinin adı “Musaqlı” kimi, notariat ofisinin məktubunda isə “Mirzəqulu” kimi göstərilmişdir. Eyni zamanda, müraciətə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-3777/2023 nömrəli qətnaməsi İdarəyə daxil olmamış, mülki iş üzrə İdarə maraqlı şəxs qismində cəlb edilməmiş və qərarla İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(002)-3777/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi təmin edilərək Molotov (indiki Qaradağ) rayon X9 İcrayyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən Lökbatan qəsəbəsi, Kamo (indiki 20 Yanvar) küçəsi 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un ərizəçi İddiaçı atası X4 məxsus olması faktı müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, Molotov (indiki Qaradağ) rayon X9 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən Lökbatan qəsəbəsi, Kamo (20 Yanvar) küçəsi, 15 ünvanında ayrılmış torpaq sahəsində verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un ərizəçi İddiaçı atası X4 məxsus olması faktı müəyyən edilməlidir.
10. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 97 nömrəli məktuba əsasən xx.xx.1962-ci il tarixdə ölmüş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 72/2023 nömrəli vərəsəlik işi açılmışdır. X3 vəfat etməsi ilə əlaqədar 2023-cü ildə onun vərəsələrindən İddiaçı notariat ofisinə müraciət etmişdir. X14 Rayon Soveti İcraiyyə Komitəəsi İclaslarının xx.xx.1952-ci il tarixli, 54 nömrəli protokoluna əsasən X4 Lökbatan və Puta qəsəbəsi ünvanda ayrılmış 540 kv.m torpaq sahəsinə və üzərindəki evə mərhumun adına sənəd və arayış verilməsi, mərhumun adına sənəd və ya arayış verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-22752/2024 nömrəli məktubla bildirilmişdir ki, İdarənin arxiv əsaslarında saxlanılan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına 1963-cü il tarixdə tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən “Azəriqaz” Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən verilmiş cavab məktubu ilə bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən iş üzrə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə (koorinatlar: 40.325826, 49.734861) İddiaçı iştirakı ilə əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, koordinatları yuxarıda göstərilmiş torpaq sahəsinin hüdudları daxilindən “Azəriqaz” İB-yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Torpaq sahəsinin hüdudları xaricindən isə, L=0.8 metr məsafədə qarşısından “Azəriqaz” İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 219 mm diametrlik və L=0.5 metr məsafədə qarşısından 159 mm diametrlik, orta təzyiqli, o cümlədən L=0.3 metr məsafədə qarşısından 76 mm diametrlik, aşağı təzyiqli, dayaqlar üzərində quraşdırılmış yerüstü qaz xətləri keçir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Molotov (indiki Qaradağ) rayon X9 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən iddiaçının mərhum atası X4 Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 540 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin protokol əsasında Lökbatan qəsəbəsi, Kamo (indiki 20 yanvar) küçəsi, 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1963-cü il tarixli texniki pasport tərtib edilmişdir. İddiaçı mərhum atasına məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən mərhum atasının adına verilmiş texniki pasportda hüquq sahibinin adının “Musaqlı” kimi, notariat ofisinin məktubunda isə “Mirzəqulu” kimi göstərilməsinə, mərhumu vəfat tarixinin texniki pasportun tərtib olunma tarixindən əvvəllə aid olmasına, faktiki torpaq sahəsinin 0.06616 ha təşkil etməsinə və yol tərəfdən hasara yaxın orta təzyiqli qaz xətti keçməsinə istinad etməklə imtina edilmişdir.
20. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab etməklə qeyd edir ki, ümumiyyətlə iddiaçının mərhum atasının adına mübahisəli ünvanda yerləşən torpaq sahəsi ilkin olaraq “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1963-cü il tarixli texniki pasport əsasında deyil, Molotov (indiki Qaradağ) rayon X9 İcraiyyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokolu əsasında ayrılmışdır. Sonradan, iddiaçının mərhum atasının vəfatından sonra tərtib olunmuş texniki pasport isə sadəcə olaraq əmlakın həmin tarixə, yəni 1963-cü il tarixə olan vəziyyətinə, texniki göstəricilərinə uyğun tərtib edilmişdir. Bundan əlavə, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Molotov (indiki Qaradağ) rayon X9 İcrayyə Komitəsinin iclasının xx.xx.1952-ci il tarixli, 54 saylı protokoluna əsasən Lökbatan qəsəbəsi, Kamo (indiki 20 Yanvar) küçəsi 15 ünvanında ayrılmış torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un ərizəçi İddiaçı atası X4 məxsus olması faktı müəyyən edilmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
21. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh torpaq sahəsindən yol tərəfdən hasara yaxın orta təzyiqli qaz xətti keçməsinə istinad etsə də, məhkəmə araşdırması zamanı “Azəriqaz” Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinin hüdudları daxilindən “Azəriqaz” İB-yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Torpaq sahəsinin hüdudları xaricindən isə, L=0.8 metr məsafədə qarşısından “Azəriqaz” İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 219 mm diametrlik və L=0.5 metr məsafədə qarşısından 159 mm diametrlik, orta təzyiqli, o cümlədən L=0.3 metr məsafədə qarşısından 76 mm diametrlik, aşağı təzyiqli, dayaqlar üzərində quraşdırılmış yerüstü qaz xətləri keçir.
22. Eləcə də, cavabdeh tərəfindən hazırda iddiaçının ailəsinin istifadəsində olan torpaq sahəsinin ölçüsünün daha çox olmasına və texniki pasportda göstərilən “A” literli fərdi yaşayış evinin 4 saylı yerləşməsinin sökülərək, yeni sahə inşa edilməsin istinad edilsə də, iddiaçının tələbindən göründüyü kimi, onun əlavə istifadədə olan torapq sahəsinə dair hər hansı bir iddiası yoxdur. Həmçinin, sökülmüş A” literli fərdi yaşayış evinin 4 saylı yerləşkəsinin əvəzində inşa edilmiş yeni sahənin ölçülərini fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda göstərilən ölçülərdən artıq olması ilə bağlı hər hansı bir sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir.
23. Göründüyü kimi, mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi qanuni əsaslarla iddiaçının mərhum atasının və sonradan onun ailəsinin istifadəsində olmuşdur.
24. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının mərhum atasının sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair –üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir.
27. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının mərhum atasının sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
30. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X3 vərəsəsi İddiaçı torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
31. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
32. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
33. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 540 kv.m torpaq sahəsi və orada tikilmiş fərdi yaşayış evi üzərində texniki pasportun göstəricilərinə uyğun olaraq hüquqların ölmüş şəxsə (X4) məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva