Məhkəmə qərarları › İş №2-1(112)-11381/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11381/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11381/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Karalyova (İvanova) Yelena Yevgenyevnanın cavabdeh Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “sorğuya cavab verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Karalyova (İvanova) Yelena Yevgenyevnanın (X3, X4 va ya X6 Korolyovanın) 1995-2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumat əldə etmək üçün sorğu göndərdiyimiz caxabdclı orqanın- Azərbaycan Respublikası Odliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti .Aktlarının Reyestri Xidmətinin hərəkətsizliyinin qanunsuz, hesab edilməsi və sözügedən sorğu ilə bağlı bizə müvafiq uyğun cavab verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu il təvəllüdlü, Bakı şəhərində doğulmuş Karalyova (İvanova) Yelena Yevgenyevnanın (X3, X4 va ya X6 Korolyovanın) 1995- 2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumatın, nikah rəsmiləşdirildiyi təqdirdə sözügedən nikahın rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət olunmuşdur. Sözügedən sorğu natamam cavablandırılmışdır. Belə ki, verilmiş sorğuyu cavab olaraq X1 A. İvanov ilə nikahda olmamasına münasibət bildirilmişdir. Halbuki müvafiq quruma X2 ümumilikdə 2000- 2014-cü illər ərzində nikahda olubolmaması barədə məlumatın, nikah rəsmiləşdirildiyi təqdirdə sözügedən nikahın rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi ilə bağlı müraciət olunmuşdur. Odur ki, sözügedən X2 1995-2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumatın, nikah rəsmiləşdirildiyi təqdirdə sözügedən nikahın rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi zəruridir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidməti tərəfindən X5 (etibarnamə üzrə nümayəndəsinə) ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, A.İvanov ilə Y.Karalyovanın (İvanovanın) nikahına dair məlumatın, habelə həmin nikahın qeydə alınmasına dair sənədlərin surətinin istənilməsi ilə bağlı müraciətinə əsasən bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti akları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisemində məlumatlar yoxlanılarkən A.İvanov ilə Y.Karalyovanın (İvanovanın) nikahı barədə məlumat aşkar olunmadı.

4. X3 tərəfindən Ədliyyə Nazirliyinə ünvanlanmış hər hansı müraciət mövcud deyildir. II. İddianın mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

6. Məhkəmə qeyd edir ki, iddia tələbi aydın deyil və iddia lazımi qaydada qaldırılmayıb.

7. X3 tərəfindən Ədliyyə Nazirliyinə ünvanlanmış hər hansı müraciət (sorğu) mövcud deyildir.

8. Eyni zamanda X7 tərəfindən ərizə təqdim edilərək əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz olunması xahiş edilir. Lakin X2 bununla bağlı (əvəz edilmə) yazılı razılığı məhkəməyə təqdim edilməmiş, vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar