Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11390/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (hüquqşünası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı “təhqiqat aktının ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək “Azpetrol Ltd." MMC-nin 94 saylı "Mayak-2" YDMdə elektromexanik işləmiş X2 iş vaxtı xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma zamanı tərtib edilmiş 28 fevral 2024-cü il tarixli təhqiqat aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, “Azpetrol Ltd." MMC-nin 94 saylı "Mayak-2" YDM-də elektromexanik işləyən X6 08 dekabr 2023-cü il tarixində, təxminən saat 12:30 radələrində vəzifə təlimatında nəzərdə tutulmuş işinin icrasını həyata keçirmişdir. İ.Manafov təqribən saat 15:30 radələrində özünü halsız hiss etdiyini bildirmiş, dərhal məntəqənin direktoru tərəfindən məntəqəyə təcili tibbi yardım maşını çağırılmış, həkim briqadası tərəfindən İ.Manafovun vəziyyəti yoxlanılmış, sonuncunun vəziyyətində hər hansı bir problemin olmadığı bildirilmiş, daha sonra İ.Manafov işinin icrasını davam etdirmiş, həmin gün iş növbəsini başa vurmuşdur. İ.Manafov 09-10 dekabr 2023-cü il tarixlərində evdə istirahətdə olmuş, xx.xx.2023-cü il tarixində məntəqəyə zəng vuraraq ona əmək qabiliyyətinin olmamasına dair vərəqə açıldığı barədə məlumat vermişdir. Daha sonra sonuncu X16 Xidmətinə şikayət edərək əlində şişmə və ağrıların olduğunu bildirmiş, həmin ağrıların yaranmasını isə əmək fəaliyyəti zamanı işinin icrası ilə əlaqələndirmişdir. İddiaçı xüsusilə qeyd edir ki, X2 X16 Xidmətinə əlində şişmə və ağrıların iş vaxtında olmasına dair şikayəti həqiqəti əks etdirmir. Belə ki, İ.Manafov özünü halsız hiss etdiyi üçün 08 dekabr 2023-cü il tarixində məntəqəyə təcili tibbi yardım maşını gəldiyi üçün tərəfimdən Respublika Təcili və X11 Mərkəzi” X23inə vəkil sorğusu göndərilmiş, 08 dekabr 2023-cü il tarixində təxminən saat 16:00 radələrində İddiaçı MMC-nin “Mayak-2” YDM-nə gəlmiş təcili tibbi yardım maşınında olan həkim briqadası tərəfindən X2 ilkin müayinəsi zamanı açılmış kartanın müvafiq qaydada təsdiq edilmiş surətinin, eyni zamanda sözügedən şəxsə qoyulan diaqnoz və ilkin tibbi müayinə barədə ətraflı məlumatın, habelə sözügedən kartada İ.Manafovun işinin icrasının davamiyyətinə dair həkim- briqadası tərəfindən kartada hər hansı bir qeyd-şərtin aparılıb-aparılmaması barədə məlumatın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Respublika Təcili və X11 Mərkəzi” X23in 21 fevral 2024-cü il tarixli, 18-1-88/2-250/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:38-də “RTTTYM”-nə Qaradağ rayonu, Lökbatan dairəsi, “Azpetrol” yanacaqdoldurma məntəqəsi ünvanından İsgəndər adlı şəxsin “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 15 saylı bölmənin həkimi Aynur Adıgözəlova icra edərək, xəstə X4 “Qabırğaarası nevralqiya” diaqnozu qoyulmuş, xəstə ilkin tibbi yardımdan imtina etmişdir. Eyni zamanda xüsusi olaraq qeyd etmək istəyirik ki, sözügedən məktuba əlavə edilmiş AR Səhiyyə Nazirliyi Təcili Yardımın TQS *** **** saylı qeydiyyat vərəqəsinin “şikayətlər və anamnezə aid qeydlər” qrafasında qeyd edilmişdir ki: xəstə nəfəs ahb-vermədə və hərəkət zamanı döş qəfəsində olan ağından şikayət edirdi, deməsinə görə bu vəziyyəti soyuqdəymə ilə əlaqələndirir. Göründüyü kimi, X7 08 dekabr 2023-cü il tarixində təcili tibbi yardım maşınında gələn həkim briqadasına da döş qəfəsində olan ağrıdan şikayət etdiyini bildirmiş, hətta mövcud ağrını soyuqdəymə ilə əlaqələndirmişdir. İ.Manafov əlinin ağrıması, şişməsi və s. kimi məhz əlində ağrının olması barədə həkim briqadasına hər hansı bir məlumat verməmişdir. Nəzərə alsaq ki, X7 9-10 dekabr tarixlərində evdə olmuşdur. Bu da onu deməyə əsas verir ki, İ.Manafovun əlində olan ağrının evdə olduğu müddətdə hər hansı bir gördüyü işin səbəbli əlaqəsinin nəticəsi olması istisna deyildir. Heç də təsadüfi deyildir ki, İ.Manafovun məhz 11 dekabr 2023-cü il tarixində əmək qabiliyyətinin olmamasına dair bülleten açdırmışdır. Nəticə etibarı ilə qeyd edilməlidir ki, İ.Manafovun əlində olan ağrılar, şişmələr sonuncunun evdə olduğu vaxtda yaranmış, işdə olduğu müddətdə onun əlində ağrı və ya şişmələrin olması barədə şikayətçinin və eyni zamanda X16 Xidmətinin arqumentləri təqdim edilən sübutla “Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Respublika Təcili və X11 Mərkəzi" X23in 21 fevral 2024-cü il tarixli, 18-1-88/2- 250/2024 saylı məktubu və digər sənədlər) təkzib olunmaqdadır. Bundan başqa, X16 Xidməti tərəfindən Qaradağ rayon X1 bədənində hər hansı bir xəsarətin olub-olmaması barədə müvafiq tibbi ekspertizanın keçirilməsi üçün müraciətin edildiyi məlum olmuşdur. Bu səbəbdən, məhkəmə tərəfindən Qaradağ rayon Prokurorluğuna müvafiq sorğu ünvanlanmış və qəbul edilmiş qərarın surəti tələb edilmişdir. Məhkəməyə ünvanlanmış Qaradağ rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 35-C- 24 saylı məktubuna əlavə edilmiş 29 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X2 “Qabırğaarası nevrologiya” diaqnozu ilə xəstələnməsi faktında cinayət hadisəsi olmadığından 35-C-24 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi MTE PA Birliyi PHŞ-in Qaradağ rayon şöbəsinin 28.,03.2024-cü il tarixli, 208 sayli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Nəticə etibarı ilə, tədqiq edilmiş bütün materiallardan, Qaradağ rayon Prokurorluğunun müvafiq qərarından və Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi MTE PA Birliyi PHŞ-in Qaradağ rayon şöbəsinin 28.,03.2024-cü il tarixli, 208 sayli rəyindən də göründüyü kimi, X2 iş vaxtı xəsarət alması faktı öz təsdiqini tapmamış, onun qərəzli izahatı mövcud sübutlarla təkzib olunmuşdur. Belə ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)- 1083/2024 saylı qərarı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayət təmin edilmiş, şikayət olunan qərar ləğv edilmiş və X9 əməlində inzibati xətanın tərkibi müəyyən olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan X16 Xidmətinin Hüquq idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 3 (103)-1218/2024 saylı Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair X9 şikayətinin təmin olunması barədə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 3(011)-1083/2024, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hər iki məhkəmənin qərarı, eyni zamanda Qaradağ rayon Prokurorluğunun 29 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Respublika Təcili və X11 Mərkəzi” X23in 21 fevral 2024-cü il tarixli, 18-1-88/2-250/2024 saylı məktubu, həmçinin toplanmış digər sübutlarla bir başa təsdiq edilir ki, Manafov İsgəndər xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində "Mayak-2" YDM-də işdə olduğu zaman heç bir xəsarət almamış, ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də, kənar şəxsin (şəxslərin) qəsdi və ya ehtiyatsızlığı olmamış və o, həmin tarixdə qeyd olunan YDM-də işdə olduğu zaman qəflətən səhhəti pisləşmiş, bununla əlaqədar çağırılan Bakı şəhər TTYS-nin 15 saylı bölməsinin həkimi tərəfindən ona xroniki, nevroloji xəstəliklər qrupuna aid “Qabırğaarası nevralqiya” diaqnozu qoyulmaqla ilkin tibbi yardım göstərilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “Azpetrol Ltd." MMC-nin 94 saylı "Mayak-2" YDM-də elektromexanik işləyən X2 guya iş vaxtı xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma zamanı tərtib edilmiş 19 fevral 2024-cü il tarixli, Təhqiqat akts tərtib edilmiş, imzalanması üçün Şirkətimizə göndərilmişdir. Sözügedən təhqiqat aktına münasibətdə komissiya üzvləri tərəfindən xüsusi rəy tərtib edilmiş, X16 Xidmətinin Bakı şəhər idarəsinə göndərilmiş, həmin xüsusi rəydə də “X3 iş vaxtı xəsarət alması faktı öz təsdiqini tapmadığı, onun qərəzli izahatı mövcud sübutlarla təkzib olunduğu, istehsalatda baş verən bədbəxt hadisə faktı öz təsdiqini tapmadığı üçün müvafiq aktların tərtib edilməsi zərurəti aradan qalxdığı” qeyd edilmişdir. Göründüyü kimi, X2 guya iş vaxtı xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma zamanı tərtib edilmiş 28 fevral 2024-cü il tarixli təhqiqat aktı qanunsuz və əsassız olduğu üçün ləğvolunmalıdır.
3. Cavabdeh X16 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı işçisi X2 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na (bundan sonra-Qaydalar) əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Təhqiqat komissiyasının sədri toplanmış materiallara əsasən bədbəxt hadisənin baş verməsində İddiaçı MMC-nin elektromexaniki X2 ehtiyyatsızlığını müəyyən edərək akt tərtib etmişdir. Bildiririk ki, Qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 1.8-ci bəndinə əsasən İZ formalı aktın düzgün tərtib edilməsinə işəgötürənin cavabdeh olduğunu nəzərə alaraq, İZ formalı aktın yenidən tərtib edilməsi (Təhqiqat aktına uyğun olaraq), 1 nüsxəsinin zərərçəkənin ailə üzvlərinə verilməsi, 1 nüsxəsinin 2 iş günü müddətində X16 Xidmətinə təqdim olunması xahiş olunur. İşəgötürən tərəfindən bədbəxt hadisə ilə bağlı aparılan araşdırılma barədə müvafiq aktın tərtib edilməsindən boyun qaçırılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində (aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə) nəzərdə tutulmuş qaydada inzibati xətanın əlamətlərinin yaranmasına səbəb olur.
4. Azpetrol LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin elektronmexaniki X2 xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat Aktı iş materiallarına əlavə olunmuşdur.
5. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-1083/2024 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və X9 əməlində inzibati xəta tərkibi müəyyən olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1218/2024 nömrəli Qərarı ilə X16 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair X9 şikayətinin təmin olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2024cü il tarixli qərarı X16 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cu il tarixli Qərara əsaən X2 “qabırğarası nevralgiya” diaqnozu ilə xəstələnməsi faktında cinayət hadisəsi olmadığından 35-C-24 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir.
8. İddiaçı Nizamnaməsini iş materiallarına əlavə olunmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (hüquqşünası) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
15. X20 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X18rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X17rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X8rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
16. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən qəbul edilən və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan aktla bağlıdır.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən halda inzibati məsuliyyətə cəlb edilməsi ehtimalı (təhqiqat aktının tərtib edilməsi) heç bir halda inzibati aktın yaratdığı hüquqi nəticə kimi qiymətləndirilə bilməz. Bu, inzibati hüququn fəlsəfəsi ilə uzlaşmır. Belə ki, hazırkı işdə olduğu kimi (X10 uyğun olaraq) inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə qiymət verərkən səlahiyyətli qurum inzibati xətanın tərkibinin yaranması məsələsinə qiymət verir.
18. İddia ərizəsinin məzmunundan görünür ki, “Azpetrol Ltd." MMC-nin 94 saylı "Mayak-2" YDM-də elektromexanik işləmiş X2 iş vaxtı xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma zamanı tərtib edilmiş 28 fevral 2024-cü il tarixli təhqiqat aktının ləğv edilməsi xahiş edilmişdir.
19. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “Azpetrol LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin elektronmexaniki X2 xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin” Təhqiqat Aktı tərtib edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cu il tarixli Qərara əsaən X2 “qabırğarası nevralgiya” diaqnozu ilə xəstələnməsi faktında cinayət hadisəsi olmadığından 35-C-24 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-1083/2024 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və X9 əməlində inzibati xəta tərkibi müəyyən olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1218/2024 nömrəli Qərarı ilə X16 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair X9 şikayətinin təmin olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli qərarı X16 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
20. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh orqan tərəfindən tərtib olunmuş “Azpetrol LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin elektronmexaniki X2 xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə” xx.xx.2024-cü il tarixli Təhqiqat Aktında istinad olunan hadisə (X2 xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində xəsarət alması) əsasında başlanmış inzibati xəta üzrə icraata yekun məhkəmə aktı ilə (Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-1083/2024 nömrəli Qərarı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1218/2024 nömrəli Qərarı ilə) xitam verilmişdir. Odur ki, hazırda cavabdeh orqan tərəfindən tərtib olunmuş “Azpetrol LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin elektronmexaniki X2 xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə” xx.xx.2024-cü il tarixli Təhqiqat Aktı hər hansı hüquqi nəticə yaratmır.
21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, mübahisələndirilən göstəriş iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır. Nəticə etibarilə iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığından hüquqi marağı yoxdur.
22. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva