Məhkəmə qərarları › İş №2-1(112)-114/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-114/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-114/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı X10 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qərarların ləğv edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, M.Ə.Rəsulzadə bələdiyyəsinin İsgəndər Məmmədova fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə xx.xx.2003-cü il tarixli 240 saylı, həmin vətəndaşa sahibkarlıq məqsədi ilə 390 kv.metr torpaq sahəsi ayrılması barədə xx.xx.2007-ci il tarixli, 13/11 saylı, ümumilikdə 990 kv.metr torpaq sahəsinin Z.Məmmədovun adına rəsmiləşdirilməsi, bələdiyyə büdcəsinə ödənilmiş vəsaitin onun adına hesab edilməsi barədə xx.xx.2019-cu il tarixli və 9 saylı Binəqədi ikinci X8 istifadəsində olan 5 ədəd printer katricinin doldurulmasına 70 manat vəsait ayrılması barədə xx.xx.2019-cu il tarixli qərarlaının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı X10 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qərarların ləğv edilməsi” barədə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2610/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi və iş üzrə sonraki prosessual hərəkətlərin göstərilməsi üçün işin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki,Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il aktlarına inzibati nəzarət qaydasında baxılarkən müəyyən edilmişdir ki, Binəqədi şossesinin sol tərəfindəki ərazidən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 və sahibkarlıq məqsədi ilə ayrılmış 390 m2 torpaq sahəsi ilə bağlı M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2003-cü il, 240 saylı və xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarları qanunsuz tərtib edilmiş, qərar qəbul edilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Eyni zamanda qeyd edilən torpaq sahələri X1 adına rəsmiləşdirilmiş və bələdiyyə büdcəsinə ödənilmiş vəsaitin Z.Məmmədovun adına hesab edilməsi barədə qərar qəbul edilmişdir.Bələdiyyə tərəfindən xx.xx.2019-cu il tarixli qərar qəbul edilərkən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına istinad olunmuş, iddia ərizəsinə münasibət bildirilməsi üçün məhkəmə tərəfindən M.Ə.Rəsulzadə bələdiyyəsinə sərəncam göndərilsə də, bələdiyyə tərəfindən rəsmi münasibət bildirilməmişdir. Bundan başqa, bələdiyyənin nümayəndəsi iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq, qaldırılmış məsələnin bələdiyyənin səlahiyyətlərinə aid olmadığı barədə mövqeyi bildirməmişdir.Qeyd olunur ki, qanunvericiliyin tələblərinə görə məhkəmə qərarının icrası məcburi olsa da, məhkəmə qərarında torpaq sahələrinin vətəndaşın (Z.Məmmədovun) adına hansı qaydada sənədləşdirilməsi göstərilmir, “həmin təyinatlara uyğun rəsmiləşdirmə” barədə göstəriş yoxdur və qeyd olunan torpaq sahələri vaxtı ilə vətəndaş İ.Məmmədova satılmışdırsa, bələdiyyə bu əmlakla bağlı sərəncam vermək hüququna malik deyildir. Göstərilən bu hallar iş üzrə maraqlı tərəf olan bələdiyyə tərəfindən nəzərə alınmamışdır. Vəfat etmiş şəxslərin miras qoyduqları əmlakın onların vərəsələrinə və digər şəxslərə keçirilməsi AR Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq vərəsəlik qaydasında həll olunur və qanunvericilikdə bələdiyyələrə vərəsəlik məsələlərinin həll edilməsi səlahiyyəti verilməmişdir. Həmçinin,M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iclasında 9 saylı Binəqədi İkinci X8 istifadəsində olan 5 ədəd printer katricinin doldurulmasına 70 manat vəsait ayrılması barədə qərarı qanunvericiliyin tələblərinə ziddir.Belə ki, X9 strukturuna daxil olan qurumlar dövlət büdcəsi tərəfindən maliyyələşir. Qanunvericilikdə dairə seçki komissiyalarının xərcləri ilə əlaqədar bələdiyyələr tərəfindən maliyyə vəsaitinin ayrılması ilə bağlı müddəa nəzərdə tutulmamışdır.Yuxarıda qeyd olunan məsələlərlə bağlı bələdiyyə qərarlarının ləğv edilməsi üçün Bələdiyyələrlə iş mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 09/102 saylı və xx.xx.2019-cu il tarixli 09/158 nömrəli məktublarla M.Ə.Rəsulzadə bələdiyyəsinə müraciət olunmuşdur.Bələdiyyələrlə iş mərkəzinin təklif məktubları M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 02 saylı qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş № 2-1(81)-4479/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının icrasının təmin edilməsi ilə bağlı olmuşdur. Belə ki, vətəndaş X11 ərizə ilə bələdiyyəyə müraciət edərək, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə mərhum atası X2 adına xx.xx.2003-cü il tarixli, 240 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin və xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m torpaq sahəsinin həmin təyinatlara uyğun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Vətəndaşın ərizəsinə bələdiyyədə baxılmış və ona torpaq sahəsinin mülkiyyətə verilməsi və addan-ada keçirilməsi ilə bağlı qərar qəbul olunmadığı bildirilmişdir. Belədiyyənin bu mövqeyi ilə razılaşmayan vətəndaş Z.İ.Məmmədov M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, iş № 2-1(81)-4479/2018 saylı qərarı ilə vətəndaşın iddiası təmin edilərək, mərhum X2 adına verilmiş qərarlarla ona ayrılmış ümumi sahəsi 990 kv.m olan torpaq sahəsinin oğlu X3 adına rəsmiləşdirilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilmişdir. Odur ki, məhkəmənin qanuni qüvvəsini almış qərarı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79-cu maddəsinin tələblərinə uyğun olaraq icrasının təmin edilməsi məqsədilə M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli ümumi iclasının müzakirəsinə çıxarılmış və 02 saylı qərara əsasən təmin edilmişdir. M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iclasının 05 saylı qərarının 2-ci bəndinə gəlincə isə bildirilmişdir ki, cari 2019-cu ilin dekabr ayının 27-də ölkədə bələdiyyələrə keçiriləcək seçkilərə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosessi həyata keçirildiyindən “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 699-İQ saylı Qanununun 6-cı maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.2-ci maddəsinə uyğun olaraq 9 saylı X20 X21 Komissiyasının xx.xx.2019-cu il tarixli, 9/42 saylı müraciəti nəzərə alınaraq, Seçki Komissiyasının istifadəsində olan printer aparatlarının 5 (beş) ədəd katricinin doldurulmasına köməklik məqsədilə seçki Komissiyasına 70 (yetmiş) manat məbləğində maliyyə yardımı göstərilmişdir. Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 02 saylı və xx.xx.2019-cu tarixli, 05 saylı qərarının 2-ci bəndinin ləğv edilməsi barədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2019-ci il tarixli, 09/102-in və xx.xx.2019-cu il tarixli, 09/158-in saylı tövsiyyə məktubları M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli ümumi iclasının müzakirəsinə çıxarılmış və sözügedən bələdiyyə qərarlarının ləğvi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının və cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X10 iddia ərizəsinə ona aid olan hissədə etiraz edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4479/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən mərhum atasına aid torpaq sahəsinin onun adına rəsmiləşdirildiyini qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-114/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbi “Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 240 saylı və xx.xx.2007-ci il tarixli 13/11 saylı qərarlarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə 3-cü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4479/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, mərhum X5 Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 240 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin və bələdiyyənin xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq məqsədilə ayrılmış 390 kv.m torpaq sahəsinin iddiaçı X3 adına sənədləşdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. -M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli (01 saylı protokolu) iclasının gündəliyində olan 2-ci məsələ üzrə qəbul edilmiş 2 №-li qərardan görünür ki, iddiaçı X1 cavabdeh M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “bələdiyyə tərəfindən alqı -satqı yolu ilə mərhum atası X4 adına xx.xx.2003-cü il tarixli, 240 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin və xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsinin həmin təyinatlara uyğun adına rəsmiləşdirilməsi vəzifəsinin M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi”nə dair iddia tələbi ilə bağlı inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İş № 2-1(81)-4479/2018, xx.xx.2018-ci il tarixli qərarının icra olunması barədə bələdiyyənin Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2019-cu il tarixli, 01 saylı iclasının rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79-cu maddəsinə əsasən, ünvan 1 C ünvanında yaşayan iddiaçı X1 cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “bələdiyyə tərəfindən alqısatqı yoli ilə mərhum atası X4 adına xx.xx.2003-cü il tarixli, 240 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin və xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarla sahibkarlıq fəaliyyəti" ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsinin" həmin təyinatlara uyğun adına rəsmiləşdirilməsi vəzifəsinin M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi”nə dair iddia tələbi ilə bağlı inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı və qanuni qüvvəsini almış İş № 2-1(81) 4479/2018, xx.xx.2019-cuil tarixİi qərarının icrasının təmin olunması; 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin iş № 2-1(81)-4479/2018, xx.xx.2019-cu il tarixli qərarının icrasını təmin etmək məqsədilə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən mərhum X1 alqı-satqı yolu ilə mülkiyyətinə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 240 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi və bələdiyyənin xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsi ünvan 1 C ünvanında yaşayan vətəndaş X1 adına həmin təyinatlara uygun rəsmiləsdirilməsi; M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən vətəndaş İ.A.Məmmədovun adına verilmiş xx.xx.2003-cü il tarixli, 240 saylı və xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarlar qüvvədən düşmüş hesab edilməsi; M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 600 kv.m. torpaq sahəsinin alqı-satqısı üçün mərhum İ.A.Məmmədov tərəfindən seriya AZL № 029941, xx.xx.2003-cü il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyə büdcəsinə ödənilmiş 6.720.000,00 (altı milyon yeddi yüz iyirmi min) AZM (1344,00 AZN), 390 kv.m. torpaq sahəsinin alqı - satqısı üçün seriya FGB № 031373, xx.xx.2007-ci il tarixli və seriya FGB № 031487, xx.xx.2007-ci il tarixli - kassa mədaxil orderinin qəbzlərinə əsasən ödənilmiş 3244,80 (üç min iki yüz qırx dörd manat, səksən qəpik) AZN pul vəsaiti İ.A.Məmmədovun oğlu Z.İ.Məmmədovun adına hesab edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi İİ X19 Seçki Komissiyasının M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, 9/42 saylı məktubundan görünür ki, 9 saylı X20 Dairə Seçki Komissiyasının istifadəsində olan printer aparatlarının katriclərlə doldurulmasına köməklik göstərilməsi xahiş olunmuşdur. -M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli (02 saylı protokolu) iclasının gündəliyində olan 2-ci məsələ üzrə qəbul edilmiş 5 №-li qərardan görünür ki,9 saylı X20 X21 Komissiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli, 9/42 saylı müraciətə əsasən, dairə seçki komissiyasının istifadəsində olan printer aparatlarının 5 (beş) ədəd katricinin doldurulmasına köməklik məqsədilə dairə seçki komissiyasının 70 (yetmiş) manat məbləğində birdəfəlik maliyyə yardımın göstərilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanladığı xx xxxx 2019-cu il tarixli, 09/102 saylı məktubu ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli (01 saylı protokolu) iclasının gündəliyində olan 2-ci məsələ üzrə qəbul edilmiş cəmi 990 m2 torpaq sahəsinin X1 adına rəsmiləşdirilməsi barədə qərarı bələdiyyə iclasının müzakirəsinə çıxarılmaqla ləğv edilməsi təklif olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanladığı xx xxxx 2019-cu il tarixli, 09/158 saylı məktubu ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli (02 saylı protokolu) iclasının gündəliyində olan 2-ci məsələ üzrə qəbul edilmiş 5-ci qərarın 2-ci hissəsində nəzərdə tutulmuş 9 saylı X20 Komissiyasının istifadəsində olan 5 ədəd printer katricin doldurulmasına 70 manat vəsaitin ayrılması barədə qərarın ləğv edilməsi və ayrılmış vəsaitin büdcəyə qaytarılması təklif olunmuşdur. -M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 09 saylı qərarından görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfindən yerləşən ərazidən mərhum X4 alqı-satqı yolu ilə mülkiyyətinə Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 240 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin və bələdiyyənin xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m torpaq sahəsinin, oğlu X1 adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş 2-1(81)-4479/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının icrasının təmin edilməsi məqsədilə qəbul edilmiş M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iclasının 02 saylı qərarının ləğv edilməsi məqsədəuyğun hesab edilməmişdir. -M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 11 saylı qərarından görünür ki, 9 saylı X20 X21 Komissiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli, 9/42 saylı müraciətə əsasən, dairə seçki komissiyasının istifadəsində olan printer aparatlarının 5 (beş) ədəd katricin doldurulmasına köməklik məqsədi ilə dairə seçki komissiyasına 70 manat məbləğində birdəfəlik maliyyə yardımı göstərilməsi barədə bələdiyyə iclasının xx.xx.2019-cu il tarixli, 05 saylı qərarının 2-ci bəndinin ləğvi edilməsi məqsədəuyğun hesab edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 240 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi və bələdiyyənin xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsi ünvan 1 C ünvanında yaşayan vətəndaş X1 adına rəsmiləşdirilməsi barədə M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 02 saylı qərarının və 9 saylı X20 X21 Komissiyasının müraciəti əsasında katricin doldurulmasına görə maliyyə yardımın ödənilməsi ilə bağlı bələdiyyənin xx xxxxxx 2019-cu il tarixli, 05 saylı qərarının ləğvi tələb edir. İşin mübahisələndirilməyən halı odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən inzibati nəzarət qaydasında Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin inzibati aktlarına baxılmış, bələdiyyə tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli, 02 saylı və xx xxxxxx 2019-cu il tarixli, 05 saylı qərarlarının ləğv edilməsinə dair təklif məktubu göndərilmiş, cavabdeh tərəfindən mübahisə predmetini təşkil edən qərarların ləğvi ilə bağlı bələdiyyə iclası təyin olunmuş və qərarların ləğv edilməməsi qərara alınmışdır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilən xx xxxxxx 2019-cu il tarixli, 02 saylı və xx xxxxxx 2019cu il tarixli, 05 saylı qərarlarının qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilibedilməməsidir. İddianın mahiyyətinə keçməzdən əvvəl, məhkəmə ilk öncə iddiaçı qismində çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin mübahisə predmetini təşkil edən qərarlarını mübahisələndirmək hüququna malik olduğuna münasibət bildirir. Belə ki, “Bələdiyyə statusu haqqında” Qanunun 52-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1, 3.2 və 3.3-cü bəndlərinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx xxxx 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında əsasnamənin 1-ci,5.2-ci və 9-cu maddələrinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi mərkəzi aparatının baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Mərkəzin fəaliyyət istiqamətlərdən biri, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir. Mərkəzin strukturuna İnzibati nəzarət idarəsi daxildir. Mərkəz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti bu struktur bölməsi vasitəsilə həyata keçirir. Qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin hüquqlarından biridir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti dedikdə, bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı qismində çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilən xx xxxxxx 2019-cu il tarixli, 02 saylı və xx xxxxxx 2019-cu il tarixli, 05 saylı qərarlarını mübahisələndirmək hüququna malikdir. İddianın mahiyətinə gəldikdə isə, Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi iki hissədən ibarətdir:

1. Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilən xx xxxxxx 2019-cu il tarixli, 02 saylı qərarının;

2. Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilən xx xxxxxx 2019-cu il tarixli, 05 saylı qərarının ləğvidir. Məhkəmə ilk öncə iddia tələbinin birinci hissəsinə münasibət bildirir. Belə ki, “Torpaq Məcəlləsinin” 5-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 3-cü bəndinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 6.1ci və 6.2-ci maddələrinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmə tərəfinindən məlum olmuşdur ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilən xx xxxxxx 2019-cu il tarixli, 02 saylı qərarına əsasən, X4 adına xx.xx.2003-cü il tarixli, 240 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin və xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarla sahibkarlıq fəaliyyəti" ilə məşğul olmaq məqsədilə ayrılmış 390 kv.m. torpaq sahəsinin" həmin təyinatlara uyğun X1 adına rəsmiləşdirilməsinə qərar verilmişdir. Sözügedən rəsmiləşdirilmənin aparılması ilə bağlı qərarın qəbul edilməsinə əsas isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş № 2-1(81)-4479/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəsini almış qərarı çıxış edir. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında təqdim olunmuş iş № 2-1(81)-4479/2018 saylı işin sənədlərinə baxış keçirilən zaman məlum olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4479/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə, iddiaçı X1 iddiası təmin olunmuş, mərhum X5 Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 240 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin və bələdiyyənin xx.xx.2007-ci il tarixli, 13/11 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq məqsədilə ayrılmış 390 kv.m torpaq sahəsinin iddiaçı X1 adına sənədləşdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. Sözügedən məhkəmə qərarından şikayət verilməmiş və qərar xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə göndərilmişdir. Sonuncu tərəfindən məhkəmə qərarının məcburiliyi nəzərə alınaraq, xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş bələddiyə iclasında, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin iş № 2-1(81)-4479/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının icrası məsələsinə baxılmış və mübahisə predmetini təşkil edən torpaq sahəsinin X6 rəsmiləşdirilməsinə qərar verilmişdir. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 2-1(81)-4479/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının icrasının nəticəsi olaraq Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 02 saylı qərarı qəbul edilmişdir. Bir halda ki, məhkəmə tərəfindən qəbul edilmiş № 2-1(81)-4479/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı mübahisələndirilməmiş, həmin qərarın icrasınının nəticəsi olan Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 02 saylı qərarının ləğvi üçün əsas yaranmamışdır. Məhkəmə xüsusi ilə bir məqama da toxunur ki, ümumiyyətlə Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən sözügedən 990 m2 torpaq sahəsinin əvvəlki mülkiyyətçisi mərhum X7r. Həmin torpaq sahəsi isə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxxx 2003-cü il tarixli, 240 saylı və xx xxx 2007-ci il tarixli, 13/11 saylı qərarları əsasında mərhuma satılmışdır. İddiaçı hazırki iddia tələbi ilə sözügedən qərarları mübahisələndirsə də, həmin qərarların qüvvədən düşməsi Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilən xx xxxxxx 2019-cu il tarixli, 02 saylı qərarında öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116-cı maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, icra ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən mübahisəli 990 m2 torpaq sahəsinin X1 adına rəsmiləşdirilməsi ilə bağlı Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli, 02 saylı qərarı, məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyulan öhdəliyin icrasıdır. Başqa sözlə desək, cavabdeh qərarın məcburiliyini nəzərə alaraq, məhkəmə qərarını icra etmiş və torpaq sahəsinin X13 adına rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul etmişdir. Belə olan halda, iddiaçının iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibət bildirir. Belə ki, Məhkəmə tərəfinindən məlum olmuşdur ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilən xx xxxxxx 2019-cu il tarixli, 05 saylı qərarı, 9 saylı X20 X21 Komissiyasına seçki komissiyasında istifadə olan printer aparatlarının doldurulmasına maddi yardımın ayrılması ilə bağlıdır. Məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş qərarının əsasının “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Seçki Məcəlləsi və “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən, bələdiyyə dedikdə, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, seçkilərin (referendumun) (bundan sonra — seçkilərin) hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir. Göstərilən xərclər Azərbaycan Respublikasının büdcə bölgüsünə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur. “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə görə, bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər Azərbaycan Respublikası dövlət büdcəsinin və bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.Seçki komissiyalarının işi üçün qeyri-dövlət təşkilatlarının və müəssisələrinin binalarından və avadanlığından istifadə edilməsinə görə icarə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsinin və bələdiyyə büdcəsinin hesabına ödənilir.Azərbaycan Respublikası dövlət büdcəsi və bələdiyyə büdcəsinin vəsaitlərindən, bu Qanunda nəzərdə tutulmuş istisnalardan başqa, bələdiyyə üzvlüyünə namizədlər göstərilməsini təmin etmək və onlar barəsində təşviqat aparmaq üçün istifadə oluna bilməz. Şərh olunan maddələrinin normalarına görə, bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər Azərbaycan Respublikası dövlət büdcəsinin və bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Bələdiyyənin vəzifə səlahiyyətlərinə, həmçinin yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edilməsi daxildir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən katriclərin doldurulmasına görə ödənilməsi ilə bağlı qəbul olunan xx xxxxxx 2019-cu il tarixli, 05 saylı qərarının əsasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi İİ X19 Seçki Komissiyasının M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, 9/42 saylı məktubu əsas durur. Həmin məktubdan da məlum olur ki, dairə seçki komissiyasının müraciəti əsasında seçkinin təşkili üçün nəzərdə tutulmuş texniki avadanlıqlarının, yəni katriclərinin doldurulması məhz bələdiyyə büdcəsindən alınacaq maddi yardım vasitəsi ilə həyata keçiriləcəyi bildirilmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilən xx xxxxxx 2019-cu il tarixli, 05 saylı qərarı qanunazidd olmamışdır. Odur ki, iddia tələbi həmin hissə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X14 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı X10 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qərarların ləğv edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ

İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı X10 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qərarların ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar