Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11411/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 87A, mənzil 39 ünvanda qeydiyyatda olan ) İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs X6 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 2 ünvanından X3 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həval edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 87A, mənzil 39 ünvanında yerləşən mənzil xx.xx.1992-ci ildə X7 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş order əsasında İddiaçı verilmişdir. O həmin müddətdən həmin mənzildə ailə üzvlərilə birlikdə yaşyır. 2006-cı ildə qaynı həmin vaxt həyat yoldaşı olan X1 iddiaçıya məxsus mənzilə qeydiyyata salmağını xahiş etmiş və o razılıq verdikdən sonra həmin şəxs onun mənzilinə qeydiyyata alınmışdır. G.Hacıyeva ilə qaynı arasında olan nikah 2010-cu ildə pozulduqdan sonra iddiaçı G.Hacıyevanın mənzilinə olan istifadə hüququnun itirilməsi bvə qeydiyyatdan çıxarılması barədə iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-2414/2012 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə ilə G.F.Hacıyevanın iddiaçıya məxsus mənzilə istifadə hüquqlarının itirilməsi və həmin mənzildən pasport qeydiyyatından çıxarılması qət edilmişdir. Bir müddət sonra evdə qeydiyyatda olan şəxslər barədə arayış alarkən G.F.Hacıyevanın qızı X3 hansısa yolla iddiaçıya məxsus mənzilə qeydiyyata düşməsini öyrənmişdir. Həmin şəxsin iddiaçının mənzlinə pasport qeydiyyatına alınmasına dair onun tərəfindən heç bir razılıq verilməmişdir. Hazırda da həmin şəxsin harada olması barədə heç bir məlumatı yoxdur. O, S.M.Useynovanın qeydiyyatdan çıxarılması üçün Nəsimi Rayon Polis İdarəsinə yazılı müraciət etsə də, həmin orqan onun müraciətini təmin etməkdən imtina etmiş və qeydiyyatdan çıxarılmanın yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirildiyini bildirmişdir. Hesab edir ki, Nəsimi Rayon Polis İdarəsinin imtinası əsassızdır. S.M.Useynovanın əsassız olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxsin qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 2 ünvanına göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “evdə yoxdur” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X7 Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 09 iyun 1992-ci il tarixli 005331 №li orderdən görünür ki, 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə İddiaçı ünvan 5 ünvanda yerləşən sahəsi 27,5 kv.metrdən ibarət 39 №li mənzil yaşamaq üçün ayrılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-2414/2012 saylı qətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, X2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 87A saylı evin 39 saylı mənzilinə istifadə hüquqlarının itirlməsi və həmin mənzildən pasport qeydiyyatından çıxarılması qət edilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X6 ünvan 6 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 082-371950 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 87A, mənzil 39 ünvanından qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Beləliklə işin hallarından görünür ki, İddiaçı ünvan 7 ünvanında yerləşən 39 saylı mənzilin kirayədarıdır. İş üzrə üçüncü şəxs X6 iddiaçının qaynının qızıdır. İddiaçının qaynı ilə X6 arasında olan nikaha xitam verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-2414/2012 saylı qətnaməsi əsasında X2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 87A saylı evin 39 saylı mənzilindən istifadə hüquqlarının itirlməsi və həmin mənzildən pasport qeydiyyatından çıxarılması qət edilmişdir. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X6 iddiaçıya məxsus ünvan 8 ünvanında yaşamadığı halda üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 87A, mənzil 39 ünvanından X3 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-11411/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11411/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver