Məhkəmə qərarları › İş №2-1(112)-1142/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1142/2020

24.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1142/2020 24.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (X5 hüquqi varisləri kimi) cavabdeh Bakı şəhər Cavabdehnə qarşı, X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə tikintiyə verilmiş icazənin ləğv edilməsi barədə iddiası üzrə işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tikintiyə icazənin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Cavabdeh xx.xx.2017-ci il tarixli 4-151 saylı məktubu ilə vətəndaş G.Novruzovaya, Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 67 saylı ünvanda fərdi yaşayış evinin tikintisi üçün verilən icazənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 69 saylı ünvanda yerləşən mənzilinin arxa tərəfində qonşu tərəfindən söküntü işləri həyata keçirilmişdir. Həmin ərazidə tikinti işləri başlanmış, bu isə onun hüquqlarının və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulmasıdır. Bununla əlaqədar Bakı şəhər İcra hakimiyyətinə müraciət etmişlər. Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 18/10-8/179 saylı məktubunda həmin söküntü və tikinti işlərinə Bakı şəhəri Cavabdeh xx.xx.2017-ci il tarixli, 4-151 saylı məktubu ilə G.Novruzovaya Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 67 saylı ünvanda fərdi yaşayış evinin tikintisi üçün icazə verildiyini bildirmişdir. Həmin məktubda göstərilmişdir ki, Bakı şəhəri Cavabdehnə narazılığa səbəb olan hallara yol verilməməsi üçün tədbirin görülməsi tapşırılmışdır. Lakin Bakı şəhəri Cavabdeh tərəfindən bu məsələ ilə bağlı tədbir görülməmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76-cı maddəsinin tələblərinə zidd olaraq onlara məlumat vermədən qanunsuz olaraq söküntü və daha sonra tikinti işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə ünvanladığı 1/727 saylı xx.xx.2017-ci il tarixli etirazda göstərmişdir ki, iddia ərizəsini əsassız hesab edirlər. Belə ki, Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2017-ci il tarixli N-4-151 №li məktubla vətəndaş G.E.Novruzovaya Ak. Həsən Əliyev küçəsi, 67 №li ünvanda mülkiyyət hüququ ilə ona məxsus ərazidə fərdi layihəyə uyğun yeni yaşayış evinin tikilməsinə etiraz edilməməsi bildirilmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində, aparılan tikintinin onun qanunla qorunan hansı maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Vətəndaş G.Novruzova tərəfindən tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələbləri qaydasında aparılır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın mümkün hesab olunmamasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə X9 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X9 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, iddiaçı iddia ərizəsində bir sıra sübut növlərinə, maddi və prosessual hüquq normalarına istinad etsə də, onları düzgün tətbiq etməmiş və mübahisələndirilən sənədlə onun hansı hüquqlarının pozulmasını əsaslandırıb göstərməmişdir. Çünki onun heç bir hüququ pozulmamışdır. Ümumiyyətlə onların nə hasarları birdir, nə də ki, həyətləri yaxın qonşudur. Onun həyətinə giriş-çıxışı tamam başqa dalana açılır, onun çıxışı isə tamamilə başqa küçəyə açılır, tamamilə onların əmlaklarının bir-birinə heç bir aidiyyəti yoxdur. Onun əmlakı, iddiaçının heç bir hüquqlarını pozmur. Belə ki, o, qeyd edilən sənədlə şəhərsalma və tikinti fəlaiyyətinə dair qaydalar, habelə standartlar, şərtlər, texniki normalar və şəhərsalma və tikinti tənzimləyən digər texniki nomativ hüquqi aktlar əsasında qeyd olunan ünvanda tam paylı mülkiyyət hüququ əsasında özünə məxsus olan fərdi yaşayış evi inşa edərək, bu barədə mülkiyyət hüququ haqqında çıxarışı məhkəməyə təqdim etmişdir. Üçüncü şəxs qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəməyə daxil olmuş 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 928490 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunmuşdur ki, iş üzrə X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 02-ci ayının 27-ci günündə 424 № ilə qeyd edilmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə X3nun Cavabdehnə qarşı 3-cü şəxs X10 cəlb olunmaqla tikintiyə verilmiş icazənin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə mərhum X5 hüquqi varisi müəyyən edilənə kimi iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli 125 №-li məktubdan müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə ölmüş X5 adına xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılmış, dairəsi müəyyənləşdirilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisindən daxil olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunmuşdur ki, X3nun vərəsələri kimi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnərək, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiaçı qismində (X5 hüququ varisi kimi) hazırkı işə cəlb olunmaları qərara alınmışdır. İddiaçı1 vəkili Vəkil (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə), cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi-X24 və üçüncü şəxs X4 nümayəndəsi və vəkili X6 ərizələrlə məhkəməyə müraciət edərək, mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən (onların iştirakı olmadan) həll edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16, 30.4 və 62-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 020795 №li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, İnqilab küçəsindəki 9 (doqquz) otaqlı, 146,6 kv metr yaşayış, 234.0 kv metr ümumi sahəsi olan 69 saylı fərdi yaşayış evi 1/8 payda X5; 1/8 payda X16; 1/8 payda X7, 2/8 payda X13; 1/8 payda X14; 2/8 payda X15, “B” tikilisi X11 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 270/210 saylı reyestr kitabında 12223 səhifəsində 30/7177 qeydiyyat nömrəsi ilə xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X4 adına Daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü ildə 129 nömrəli reyestr kitabının 11805 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü “Dövlət”, torpaq sahəsinin üzərində hüququn növü “istifadədə” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X4 adına Daşınmaz əmlakın Dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə 403 nömrəli reyestr kitabının 37760 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü “xüsusi”, torpaq sahəsinin üzərində hüququn növü “mülkiyyət”, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmuşdur. X1 sifarişi əsasında X20 tərəfindən tərtib olunmuş ünvan 6 saylı ünvanda fərdi yaşayış evinin layihəsi Bakı şəhər Cavabdeh tərəfindən razılaşdırılmışdır. Bakı şəhər Cavabdeh tərəfindən Ak. Həsən Əliyev küçəsi 67 №li evin mülkiyyətçisi vətəndaş G.E.Novruzovaya ünvanlanmış N-4-151 №li xx.xx.2017-ci il tarixli məktubda müraciətçiyə bildirilmişdir ki, mülkiyyətində olan Ak. Həsən Əliyev küçəsi 67 №li evin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ******* №li çıxarış) sökülüb yenidən tikilməsi ilə bağlı müraciətinə Cavabdehndə baxılmışdır. xx xxxxxx 2013-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq, inşa edilməsi təklif olunan yeni evinin təqdim olunmuş fərdi layihə əsasında yenidən tikintisinə etiraz olunmur. Lakin bununla yanaşı tikinti zamanı razılaşdırılmış layihədən kənara çıxma halları tərəflərindən aşkar olunarsa, inşaat işləri dayandırılacaq, İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə, həmçinin qüvvədə olan qanunvericiliyin digət tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma baş İdarəsi tərəfindən Bakı şəhəri Cavabdehnə (surətləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və X8) ünvanlanmış 18/10-8/179 №li xx xxx 2017-ci il tarixli məktubda göstərilmişdir ki, Ak. H.Əliyev küçəsi 69 saylı ünvanda mülkiyyətdə olan mənzilin arxa hissəsində qonşu tərəfindən aparılan tikinti işlərinin qarşısının alınması üçün göstərişlərin verilməsi barədə mülkiyyətçinin nümayəndəsi vət. Vəkil Bakı şəhər İcra hakimiyyətinə ünvanlanmış müraciətinə baxılmışdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq Cavabdeh xx.xx.2017-ci il tarixli. N-4-151 nömrəli məktubu ilə vətəndaş G.Novruzovanın müraciətinə məlumatlandırma icraatı qaydasında münasibət bildirməklə istifadəsindəki torpaq sahəsində yerləşən və mülkiyyətində olan Ak. H.Əliyev küçəsi 67 saylı ünvandakı fərdi yaşayış evinin sökülərək yeni yaşayış evinin tikintisinə etiraz edilməmiş və arxa hissəsi birmərtəbəli olmaqla inşa ediləcək ikimərtəbəli fərdi yaşayış evinin layihə sənədləri rayon icra hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Məktubda qeyd olunanlar nəzərə alınmaqla, narazılığa səbəb ola biləcək hallara yol verilməməsi. inşaat işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin, qüvvədə olan tikinti norma və qaydalarının, eləcə də təhlükəsizlik qaydalarının tələblərinə uyğun aparılmasının təmin edilməsi xahiş olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, Bakı şəhəri Cavabdeh tərəfindən N-4-151 №li xx.xx.2017-ci il tarixli məktubla G.E.Novruzovaya mülkiyyətində olan Ak. Həsən Əliyev küçəsi 67 №li evin sökülüb yenidən tikilməsi ilə bağlı müraciətinə cavab olaraq, inşa edilməsi təklif olunan yeni evinin təqdim olunmuş fərdi layihə əsasında yenidən tikintisinə icazə verilmişdir. Hazırda iddiaçılar Bakı şəhəri Cavabdeh G.E.Novruzovaya verdiyi N-4-151 №li xx.xx.2017-ci il tarixli məktubun ləğvini tələb edirər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2.). Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini (75.5.1.); bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə-bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini (75.5.2.). Həmin Məcəllənin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. İş materiallarından da göründüyü kimi cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən N-4-151 №li xx.xx.2017-ci il tarixli məktubla iş üzrə üçüncü şəxs olan G.E.Novruzovaya mülkiyyətində olan (həm tikili həm də tikilinin altında olan torpaq sahəsi) Ak. Həsən Əliyev küçəsi 67 №li evin sökülüb yenidən tikilməsi ilə bağlı müraciətinə cavab olaraq, inşa edilməsi təklif olunan yeni evinin təqdim olunmuş fərdi layihə əsasında yenidən tikintisinə icazə verilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə əməl olunmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə məlumat verilməməsinə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş həmin icazənin ləğv olunması qanunvericlikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar