Məhkəmə qərarları › İş №2-1(112)-11428/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11428/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11428/2025 13.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı mənzil ilə təmin olunması barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. Ərizəyə əlavə edilmiş 009949 nömrəli aktdan çıxarışdan görünür ki, ona Çernobıl AES qəzası ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Tərəfindən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi cavabdeh orqana ərizə ilə müraciət edilərək mənzil və ya fərdi evlə təmin olunmağı xahiş edilmişdir. Lakin müvafiq qurumun xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Qanunvericilik normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamında isə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021- ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək onun vəzifələrindən biridir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 26 aprel 1991-ci tarixindən 1 nəfər (özü) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində iddiaçı mənzillə təmin olunması məqsədilə Agentliyə müraciət etmişdir. Onun təqdim etdiyi sənədlərə baxılmış və xx.xx.2023-cü il tarixli məktubla mülkiyyətində ünvan 1 ünvanında yaşayış sahəsi 35 kv.m olan 16 nömrəli mənzilin olduğundan iddiaçının mənzillə təmin edilməsinin mövcud qanunvericiliyə uyğun olmadığı bildirilmişdir. İddiaçının bundan sonra xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi arayışdan mülkiyyətində heç bir mənzil və ya fərdi evin olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. İddiaçının Agentliyə etdiyi müraciətlərdən və təqdim etdiyi sənədlərdən aydın olur ki, o, mülkiyyətində olan ünvan 1 ünvanında yaşayış sahəsi 35 kv.m olan 16 nömrəli mənzili xx.xx.2023-cü il tarixindən, yəni Agentlik tərəfindən onun müraciətinə cavab verildikdən sonra dövlət tərəfindən mənzillə təmin edilməsi üçün məqsədli şəkildə əqd bağlayaraq başqasının mülkiyyətinə vermişdir. Beləliklə, göstərilənlərə əsasən hesab edilir ki, İddiaçı mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlərə yol verdiyindən və həmin hərəkətlərin törədildiyi tarixdən qanunvericilikdə müəyyən edilən müddət (beş il) keçmədiyindən onun sosial-məişət şəraitinin Nazirlik tərəfindən yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir. Həmçinin bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun bərabərlik prinsipindən bəhs edən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi və inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.Həmin Qanunun 13-cü maddəsinin müddəalarına görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı Agentliyə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitininı yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakirniyyatı orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazı bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlıllıyı müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinın (xidməti vəzifələrın) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyətı orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-cı ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyının, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi rnüəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzı və ya fərdı evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Vətəndaşların sosial-məişət şəraitin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və növbəyə alınması Azərbaycan Respublikasının Mənzil Məcəlləsının 51 3-cu maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün müraciətdə olunan həlli ilə bağlı rayon(şəhər) icra hakimiyyətinə aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2017-ci il tarixli xx/xx-6235 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında ehtiyacı olan qismində 01 yanvar 2014-cü il tarixədək uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan sərəncamda əhatə olunmayan şəxslərin Nazirlik tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmadığından xahişinizin həyata keçirilməsi imkan xaricindədir. -AZ-İ seriyalı 340246 nömrəli Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən İddiaçı və X8 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 19 nömrəsi ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA- 06195-2021 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Komissarı Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/1336 saylı qərarına heç bir sənəd əlavə edilməmişdir. Həmin Məktubla təqdim edilən Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/1336 nömrəli “İddiaçıZ-nin mənzil reyestrinə qəbul edilməsi haqqında” Qərara əsasən İddiaçı 3 nəfər, atası və anası ilə birlikdə neft mədənləri ərazisində yerləşən Yubileinaya küçəsi 1 ünvanında yerləşən 51 nömrəli evdə sahəsi 16 kv.m olan 6 nömrəli mənzildə yaşayır. O 5 ildən çoxdur ki, Bakıda yaşayır. Ev sahibi İddiaçıZ-dir. X1 AES-də baş vermiş qəzanın ləğvində iştirak etmiş və Azərbaycan Respublikası Nazirlər Şurasının və AOPS-in xx.xx.1990-cı il tarixli 1225 nömrəli qərarına uyğun olaraq müavinətlərə malikdir. İcraiyyə Komitəsinin İcra Komissiyası xx.xx.1991-ci il tarixli 18 nömrəli protokolla X7 1 nəfər ailə tərkibi ilə(özü) mənzil qeydiyyatına alınması barədə qərar qəbul edilmişdir. İcraiyyə Komitəsi İddiaçı 1 nəfər ailə tərkibi(özü) mənzil almaq üçün qeydiyyata alınması; Əmrahov X10 qəzasının ləğvində iştirak edənlərin güzəştli siyahısına daxil edilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3- 17-3/2-24588/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Agentliyə təqdim edilmiş Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik cədvəlində 1-ci sıradadır. Sözügedən siyahı üzrə X16, X13, X14 və X18 mənzillə təmin edilmişdir. Həmin məktubla təqdim edilən Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 5-19/2-2/6-373/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş. Azorbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi muəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2014-cü il 20 iyun tarixli, 569 nömrəli və Azərbaycan Respublikasının ərazi butoviuyünun mustaqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi muəyyən edilmış şəxslərin və şəhid ailələrının sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında 2021-cı il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamları ilə 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyatı orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış imtiyazlı şəxslərin. 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinın və konstitusiya quruluşunun mudafiası ilə olaqədar alıllıyı muəyyən edilmış şəxslərin və şəhid ailələrinin Nazırlik tərəfindən mərhələləriə mənzil və ya fərdi evlə təmin edilməsı, həmçının "Azərbaycan Respublikasının ərazı bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillıyı muəyyən edilmiş şəxslərin və şəhid ailslorinin, Çernobil ALS do qezanın ləğvi o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsı) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərını itırmış və valideyn himayəsindər mərhum olmuş məzunlarının sosial məişət şəraılının yaxşılaşdırılması parədə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021 οι a 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Stroncanur quvvəyə mindiyı tarixədək uçotda olan imtiyazlı şəxslərin növbəlilik siyahılarının qısa müddət ərzində Nazirliyin tabeliyində Sosial Xidməllər Agentliyinə göndərilməsi barədə 23 fevral 2023-cu il tarixli 3-17-3/2-1397/2023 saylı məktubla əlaqədar sozügedən siyahılar göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyəti nəzdində yaşayış yeri üzrə mənzil növbəsində duran Çernobıl AES iştirakçı və əlillərinin Siyahısına əsasən İddiaçı adı 1-ci olaraq qeyd edilmişdir-xx.xx.1991-ci il tarixli 8/1388 nömrəli sərəncama əsasən 1-ci dərəcəli ÇAES əlili olaraq 5 nəfərdən ibarət ailə tərkibi ilə siyahıya alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-46743/2025 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1, 16 saylı mənzil 031552 nömrəli xx.xx.1999-cu il tarixli orderə, xx.xx.2003-cü il tarixli 43 nömrəli forma 2 arayışına, X2, X15 tərəfindən verilmiş razılıq ərizələrinə əsasən xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 40-734 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X5 və X4 adlarına özgəninkiləşdirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-26209/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı xx.xx.1996-ci il tarixindən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbindən birinci dərəcə müddətsiz əlillik statusuna malikdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3- 17-3/2-24192/2025 nömrəli məktubla təqdim edilən sənədlərdən görünür ki: -xx.xx.2023-cü il tarixli 3-17-3/2-Ə-5407/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobil AE AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında 26 aprel 1991-ci il tarixindən 1 nəfər (özünüz) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığınız qeyd edilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində mənzillə təmin olunmağınız üçün təqdim edilmiş sənədlərinizə baxılarkən mülkiyyətinizdə ünvan 2 ünvanında 35 kvadratmetr yaşayış sahəsi olan mənzilin olduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğunuza görə sosial-məişət şəraitinizin yaxşılaşdırılması üçün mənzillə təmin edilməyiniz mövcud qanunvericiliyə uyğun deyildir. -xx.xx.2023-cü il tarixli 3-17-3/2-Ə-37489/3/2023 nömrəli məktubunda göstərilmişdir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi əlilliyi müəyyən müəyyə edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında 26 aprel 1991-ci il tarixindən 1 nəfər (özünüz) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığınız qeyd edilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində mənzillə təmin olunmaq məqsədi ilə Sosial Xidmətlər Agentliyinə 3 fevral 2022-ci il tarixində təqdim etdiyiniz sənədlərə baxılmış və mülkiyyətinizdə ünvan 1 ünvanında yaşayış sahəsi 35 kvadratmetr olan 16 nömrəli mənzilin olduğu aşkar edilmişdir. 4 sentyabr 2023-cü il tarixində yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən təqdim edilən arayışda mülkiyyətin olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.8-ci maddəsinin tələbləri ilə vətəndaşa sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin (bundan sonra: İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Hazırkı iddia ilə bağlı məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikasının Konstitusiyası: - 24-cü maddənin İİİ hissəsi: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi - 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; - 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür; - 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir; - 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; - 56.7. Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır; - 56.8. Vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: - Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir; “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixl 2449 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: - Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi: - Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: -3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək; Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “Sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və müəyyən mənada siyasi və mədəni hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Qeyd olunan xüsusiyyət həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.” İlkin olaraq qeyd edilməlidir ki, mənzil qanunverciliyinin ayrı-ayrı normalarının (Mənzil Məcəlləsinin 51, 52 və 56-cı maddələri) sistematik təhlili o nəticəyə gəlməyə əsas verir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması və yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi iki ayrı mərhələ olmaqla hər biri üzrə inzibati orqanlar tərəfindən müvafiq qiymətləndirmə aparılmaqla inzibati fəaliyyətin həyata keçirilməsini tələb edir. Bu baxımdan qanunvericilik vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələrini hər iki mərhələyə münasibətdə oxşar formada nəzərdə tutur (Mənzil Məcəlləsinin 52-ci və 56.8-ci maddələri). Yəni, qanunvericilik vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinə yönəllik hərəkətlərin olub-olmamasını vətəndaşların uçotu alınması zamanı yoxlanması ilə yanaşı yaşayış sahələrinin verilməsi zamanı da ayrıca yoxlamanın aparılmasını təsbit edir. Mənzil Məcəlləsinin 46.9-cu maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi qaydası cari tarixədək qanunvericiliklə müəyyən edilməsə də, bu hal inzibati icraat çərçivəsində qeyd edilən yoxlamaya dair səlahiyyətli inzibati orqanlar tərəfindən araşdırmanın aparılmasına maneçilik törətmir və bunu istisna etmir. Hazırkı halda iddiaçının uçota alınması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının və qərarın nəticəsindən irəli gələn inzibati aktın qüvvədə olması həmin hissədə məhkəmə tərəfindən yenidən qiymətləndirilmənin aparılmasını istisna edir. Hazırki mübahisənin predmeti də məhz yaşayış sahəsinin verilməsi ilə bağlı olduğundan məhz həmin mərhələyə (yaşayış sahələrinin verilməsi) münasibətdə iddiaçı tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsi ilə bağlı hərəkətlərin olub-olmaması qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun olaraq qiymətləndirilməlidir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1996-ci il tarixindən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbindən birinci dərəcə müddətsiz əlillik statusuna malikdir. İddiaçı Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/1336 nömrəli “İddiaçıZ-nin mənzil reyestrinə qəbul edilməsi haqqında” Qərara əsasən xx.xx.1991-ci il tarixli 18 nömrəli protokolla X7 1 nəfər ailə tərkibi ilə(özü) mənzil qeydiyyatına alınmış və Əmrahov X10 qəzasının ləğvində iştirak edənlərin güzəştli siyahısına daxil edilmişdir. İddiaçı 2023-cü ildə sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mənzillə təmin olunması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-3/2-Ə-5407/2023 nömrəli məktubunda iddiaçının mülkiyyətində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 35 kv.m olan mənzil olduğunu əsas gətirərək müraciətin təminindən imtina etmişdir. İddiaçı xx.xx.2004-cü il tarixdən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzii xx.xx.2023-cü il tarixli 4Ə-734 nömrəli bağışlanma müqaviləsi əsasında qızı X11 və keçmiş həyat yoldaşı X4 adına özgəninkiləşdirilmişdir. Bundan sonra iddiaçı yenidən cavabdeh orqana mənzillə təmin olunmağıyla əlaqədar müraciət etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.8-ci maddəsini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Göründüyü kimi icra edilən hərəkətlərin ardıcıllığı o qənaətə gəlməyə əsas verir ki, iddiaçı müvafiq imtiyazlardan yararlanmaq üçün özünün mülkiyyətində olan əmlakı qəsdən qızının mülkiyyətinə keçirmişdir. İddiaçı hazırda da həmin ünvanda daimi yaşayış yeri üzrə qeydiyyatda olduğundan bağışlama barədə əqdin bağlanmasından sonra onun mənzillə bağlı həyat şəraitində hər hansı dəyişiklik olmamışdır. Bunlardan irəli gələrək qeyd edilməlidir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin özgəninkiləşdirilməsinə yönəlik qəsdən mülki-hüquqi əqd bağlaması məhkəmə tərəfindən nəzərə alınır və iddiaçının buna yönəlik hərəkətləri məhkəmə tərəfindən hüquqdan suiistifadə kimi qiymətləndirilir. Məhkəmə qeyd edr ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Qeyd edilənləri ümumiləşdirək məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində yaşayış sahəsinin ayrılma normasından artıq yaşayış sahəsinin olmasından və sonradan həmin yaşayış sahəsinin qəsdən özgəninkiləşdirilməsindən, bu halın hüquq sui-istifadə kimi qiymətləndirilməsindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.8-ci maddəsinə əsasən müvafiq bağışlama barədə əqdin bağlandığı tarixdən növbəti beş il keçmədiyindən və şəhidin ailə üzvünə birdən artıq mənzil verilməsini şərtləndirən faktiki halların sübut edilməməsindən dolayı iddianın təmin edilməsi hazırkı halda istisna edilir. Məhkəmə, xüsusilə qeyd edir ki, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Sosial hüquqların təmin edilməsi yönündə dövlətin publik fəaliyyəti həyata keçirməsi digər şəxslərin hüquqlarının pozulmasına yol açmamalı, cəmiyyət üzvlərinin dövlətdən qanuni gözləntilərini minimuma endirməməlidir. Bu isə hər bir vətəndaşın digər vətəndaşlar qarşısında olan fərdi məsuliyyətinin dərk edilməsi ilə də birbaşa bağlıdır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir və hüquqlardan sui-istifadəyə yol verilmir. Mübahisənin predmetinin xüsusiyyətləri də nəzərə alındıqda o da qeyd edilməlidir ki, müvafiq növbəlilik əsasında digər şəhid ailələrinin mənzillə təmin edilməsinə ədalətli və səmərəli yanaşmanın tətbiqi baxımından yaşayış sahəsinə ehtiyac olan şəhid ailələrinin mənzil təminatı (ən azı bir mənzil) tam şəkildə həll edilmədən digərlərinə münasibətdə fərqli yanaşmanın hər hansı faktiki zəruri şərtlər mövcud olmadan tətbiqi inzibati orqanın icraat zamanı rəhbər tutmalı olduğu bərabərlik, qanunçuluq prinsiplərini pozulmasına rəvac verə bilər. “İnzibati icraat haqqında” Qanunun: -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 12.1 Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2 İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3 İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzili cavabdeh orqanın ilkin imtina cavabından qısa zaman sonra bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirməsi və yenidən cavabdehə eyni məzmunlu müraciəti hüquqdan suiistifadə kimi qiymətləndirilir Qeyd edilənlərə əsasən cavabdehin iddiaçının mənzillə təmin edilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar