Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11429/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə “dəymiş maddi ziyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakın pilləkən qəfəsliyində verilməsi məqsədəuyğun olmadığından və bununla əlaqədar yanğın və müəyyən hadisələr zamanı binanın sakinlərinin təxliyyə edilməsi məqsədi ilə obyektin bərpasının mümkün olmamasını nəzərə alıb iddiaçıya dəymiş maddi ziyanı 23180,40 manat cavabdehdən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 04 fevral 1999-cu il tarixli şəhadətnaməsinə əsasən, iddiaçıya məxsus olan ünvan 1 ünvanda pilləkən qəfəsində yerləşən ümumi sahəsi 6 m2 olan qeyri yaşayış sahəsi ilə əlaqədar Azərbacan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi Nəsimi rayon İcra Hakimiyyətinə pilləkən qəfəsliyinin zəbt olunması barədə ünvanladığı xx/xx-0378 saylı xx.xx.2021-ci il tarixli məktub və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın İdarəsi tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə pilləkən qəfəsliyinin zəbt olunması barədə ünvanladığı xx/xx-0332 saylı xx.xx.2021-ci il tarixli məktubları ilə əlaqədar pilləkən qəfəsliyindən yanğın və müəyyən hadisələr zamanı binanın sakinlərinin təxliyə edilməsi məqsədilə, əmlakın pilləkən qəfəsliyində verilməsi məqsədəuyğun olmadığından, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006) 598/2012 saylı 24 may 2012-ci il tarixli qətnaməsi ilə sökülmüşdür. Əmlakın sökülməsi ilə iddiaçı sahibkarlıq fəaliyyətimdən məhrum olmuşdur.
1. Əmlakın bazar qiyməti "xxxx" MMC tərəfindən təqdim olunmuş uni/m01- 028/19 saylı 05 mart 2019-cu il tarixli hesabata əsasən 12000 manat dəyərləndirilmişdir.
2. Sahibkarlıq fəadiyyətindən məhrum olduğumdan ona dəymiş ziyanı aşağıda göstərilən hesabatla dəyərləndirir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin verdiyi xx.xx.2016-cı il tarixli **********950900 saylı «Ödənilmiiş vergilər haqqında» arayışa əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində nəzərə alsaq ki, sadələşmiş vergi dövriyyənin məbləcindən 4% tutulur. Onda xx.xx.2010-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək dövriyyənin ümumi məbləği aşağıdakı kimi tapılır. 2155,76 manat - 4% X (dövriyyə) manat - 100 % Onda X dövriyyə = (2155,76 x 100%) : 4% = 53894,75 manat olur. Nəzərə alsaq ki, xırdavat dükanları üçün pərakəndə satış üzrə gəlir dövriyyə məbləğinin (25-30 )%-ni təşkil edir, onda 53894,75 manat x 0,25 %= 13473,68 manat gəlir olur. 4%- ni sadələşmiş vergiyə dövlət büdcəsinə ödənilir. 13473,68-2155,79=11317,89 manat gəlir olur. Xalis gəliri tapmaq üçün 11317,89 manatdan bütün xərcləri (işıq pulu, əmlak pulu, kommunal xərcləri) çıxılmalıdır.
1. İşıq pulu üçün 1 ayda 16 manat, 1 ildə 16x12=192 manat olub.
2. Kommunal xərcləri (məişət tullantıları) 1 ayda 6 manat, 1 ildə 6x12= 72 manat olur.
3. Əmlak vergisi (Nəsimi bələdiyyəsi) 1 ildə 25 manat olur. 1 ildə xərclər 192+72+25= 289 manat olur. Nəzərə alsaq ki, iddiaçı xx.xx.2016-cı ildən fəaliyyətini dayandırmışdır, onda xx.xx.2010-cu ildən xx.xx.2016-cı il tarixinədək 6 il üçün xərclər 6x289 man=1734 manat olur, onda 6 il üçün xalis gəlir 11317,89-1734=9583,89 olar. Onda 1 ay üçün xalis gəliri belə tapıram: 6 il 72 ay olduğundan, 1 ayda xalis gəlir 9583,98: 72= 133,1 manat təşkil edir,onda xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilə kimi 7 il olduğundan, 7 il x12=84 ay olur ki, xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilə kimi sahibkarlıq fəaliyyətimdən mənə dəymiş maddi ziyan 84 ay x133,1 manat =11180,4 manat olmuşdur. Nəzərə alsaq ki, əmlakın bazar qiyməti 12 000 manatdır, onda iddiaçıya dəymiş maddi ziyan 12000+11180,4 = 23180,4 manat olacaq.
3. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1999-cu il tarixli Şəhadətnaməyə əsasən İddiaçı1 Bakı şəhəri, Kaveroçkin küçəsi, 21, Balaton TTM-nin 18 №-li radio televizor təmiri emalatxanasını qüvvədə olan qanunvericilik əsasında satın almışdır.
4. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-598/2012 saylı, xx.xx.2012-ci il tarixli Qətnaməsində qeyd olunur ki, iddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi cavabdehlər İddiaçı1, X7, maraqlı şəxs X1 qarşı bloka girişin açılması, qanunsuz tikilini sökülməsi və blokdan istifadə edilməsi üçün bütün manelərin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı binanın C.Hacıbəyli küçəsindən olan blokun küçə və həyət tərəfdən giriş hissələrində İddiaçı1 və X9 tərəfindən əlavə tikinti kimi inşa edilmiş, mağaza, dəhliz, hamam-ayaqyolu, eləcə də 1-ci və 2-ci mərtəbələr səviyyəsində dəmir-beton tavan quraşdırılmış tikililərin sökülməsi və binanın bloka girişi açılmaqla həmın blokdan istifadə edilməsi üçün maneələrin aradan qaldırılması qərara alınmışdır. İddiaçı1 və X5, X2, X6, X3 Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı binanın C. Hacıbəyli küçəsindən olan blokun küçə və həyət tərəfdən giriş hissələrindəki əlavə tikilidən çıxarılması qərara alınmışdır.
5. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-717/2015 saylı, 11 fevral 2015-ci il tarixli İcra vərəqəsinə əsasən ünvan 3 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan sahəsi 6,0 kv.m olan qeyri-yaşayış sahəsinin onun öz hesabına bərpa edilməsi qərara alınmışdır. Qətnamə 09 sentyabr 2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Nəsimi rayon MKTB Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 112
6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1 məxsus olan ünvan 4 ünvanında yerləşmiş, ümumi sahəsi 6,0 kv.metr olmuş və 2013-cü ilin iyun ayında ərazidə sökülmüş daşınmaz əmlakın (18 nömrəli radio-televizor təmiri emalatxanasının) 05 mart 2019-cu il tarixə bazar dəyəri 12 000,0 (on iki min) manat təşkil edib.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5558/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” iddiası mümkün sayılmamışdır.
8. Məhkəmənin (mümkünlük) iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmənin (mümkünlük) iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.
II. İddianın mümkünlüyü
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. Məhkəmə qeyd edir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-717/2015 saylı, 11 fevral 2015-ci il tarixli İcra vərəqəsinə əsasən ünvan 3 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan sahəsi 6,0 kv.m olan qeyri-yaşayış sahəsinin onun öz hesabına bərpa edilməsi qərara alınmışdır. Daha sonra Nəsimi rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icrası mümkün olmayan icra sənədi məhkəməyə qaytarılmışdır. Belə ki, qərar onunla əsaslandırılmışdır ki, icra zamanı Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən texniki pasportla göstərilən bərpa olunan qeyri-yaşayış sahəsinin yerini dəqiq müəyyən edə bilmədiyi üçün icra etmək mümkün olmamışdır. Sonradan tələbkar İddiaçı1 müraciəti əsasında icra sənədinin icrası xx.xx.2019-cu il saat 10:00-a təyin edilmişdir və icra sənədinin icrası üzrə bərpa işləri mümkün olmamışdır. Sonradan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciətə cavab olaraq bildirmişdirlər ki, mövcud qanunvericiliyə uyğun olaraq Bakı şəhərinin inzibati ərazisində hər hansı obyektin tikintisi, o cümlədən bərpası üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınmalıdır.
15. Məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə aktı ilə özəlləşmənin qanunsuzluğu müyyən edilməyib, əksinə həmin sökülmüş qeyri-yaşayış sahəsinin bərpa edilməsi öhdəliyi müəyyən edilib, daha sonra icra məmuru tərəfindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq (ötürülmüş prosessual müddətin bərpası haqqında əsaslandırılmış ərizə ilə birlikdə) icra məmurunun qeyd edilən qərarından səlahiyyətli məhkəməyə (Nəsimi rayon məhkəməsinə) şikayət verməli, şikayət təmin edildiyi təqdirdə sökülmüş qeyri-yaşayış sahəsinin bərpa edilməsi ilə bağlı məhkəmə qərarının icrası üzrə icra hərəkətləri davam etdirilməlidir.
16. Odur ki, cavabdeh qurumun hazırkı tələb üzrə cavabdehliyi, yəni iddiaçının hüquq və maraqlarına təsir edən (təqsirli) hərəkətləri müəyyən edilmir.
17. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva