Məhkəmə qərarları › İş №2-1(112)-1143/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1143/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1143/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsi 93 saylı evin 27 kv.m. sahəsi olan 14 saylı mənzilinin kirayə müqaviləsi bağlanmasın vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayon Nizami küçəsi 93 saylı evin 27 kv.m. sahəsi olan 14 saylı mənzilinin kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. Belə ki, mənzil mərhum qaynanası X6 adına olmuş, onun ölümündən sonra mənzilin kirayə müqaviləsinin mərhum həyat yoldaşı X4 adına rəsmiləşməsi barədə Nəsimi rayon Məhkəməsinin 2-213/2001 saylı 11 may 2001-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən icra olunmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdehə kirayə müqaviləsinin onun adına rəsmiləşməsin xahiş etmiş, lakin cavabdeh müraciətinə cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yaşayan vətəndaş İddiaçı qeydiyyatda olduğu ünvan 3 nömrəli evin 14 nömrəli mənzilindən qonşu T.Quliyevanın çıxarılması və həmin mənzilin kirayə müqaviləsinin onunla bağlanması barədə Cavabdehnə 5-15/1-0-5-068/2024 saylı, 28.03.24-cü il qeydiyyat tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh 5-15/1-0-5-068/2024 saylı, 25.04.24-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, qeydiyyatda olduğu Nəsimi rayonu, Nizami küçəsi 93 nömrəli evin 14 nömrəli mənzilindən qonşu T.Quliyevanın çıxarılması və həmin mənzilin kirayə müqaviləsinin onunla bağlanması barədə Cavabdehnə daxil olmuş ərizəsinə baxılmışdır. Qeydiyyatda olduğu mənzilin boşaldırılaraq ona təhvil verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Mənzildə məskunlaşdıqdan və zəruri sənədləri təqdim etdikdən sonra mənzilin kirayə müqaviləsinin onunla bağlanması məsələsinə baxıla bilər. İddia ərizəsinə əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-213 saylı 11 may 2001-ci il tarixli qətnaməsi ilə iddiaçılar X5 və İddiaçı cavabdehlər X8, Bakı şəhəri Cavabdehnə və qeyrilərinə qarşı mənzilin özəlləşdirilməsinin, özgəninkiləşdirilməsinin ləğv olunması, mənzil almağa üstünlük hüququnun bərpa edilməsi, vəzifəli şəxslərin hərəkətlərindən şikayətə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Cavabdehnə, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki 93 saylı evin 14-cü kommunal mənzilin sahəsi 27 kv.m olan otağına X12 ilə kirayə müqaviləsi bağlanması və onun adına şəxsi hesab vərəqəsi açılması tapşırılmış, iddianın mənzilin özəlləşdirilməsinə dair sərəncamların, bunun əsasında olan alqı-satqı müqavilələrinin, qeydiyyat vəsiqələrinin, mənzilin alqı-satqısına dair müqavilələrin və bunun əsasında verilmiş qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi, mənzili almağa üstünlük hüququnun bərpa edilməsinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1mk1942/2001 saylı 31 iyul 2001-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-213 saylı 11 may 2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K-449 saylı 15 mart 2002-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin 1mk1942/2001 saylı 31 iyul 2001ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə həmin iş üzrə birgə iddiaçı olmuş İddiaçı digər iddiaçı olmuş və xeyrinə çıxarılmış X5 vəfat etməsini əsas gətirərək iddia qaldırılmışdır. Halbuki mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. İcra mərhələsindəki prosessual hüquq varisliyi məsələləri isə İnzibati Prosessual Məcəllə ilə deyil, "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi icra mərhələsində prosessual hüquq varisliyi ilə bağlı məsələlər icra məmurunun səlahiyyətlərinə aiddir və iddiaçı tərəfindən bu məsələ ilə bağlı nə cavabdehə, nə də məhkəməyə sübut təqdim edə bilmir və iddia ərizəsində göstərilən dəlillər əsassızdır. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edilir ki, Cavabdeh 5-15/1-0-5-068/2024 saylı, 25.04.24-cü il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Elektron məhkəmə sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, ünvan 8 qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2- 213/2001 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Bakı şəhəri Cavabdehnə Bakı şəhəri Nizami qəsəbəsindəki 93 saylı evin 14-cü kommunal mənzilinin sahəsi 27.0 kv.m olan otağına X13 ilə kirayə müqaviləsi bağlansın və onun adına şəxsi hesab vərəqəsi açıması tapşırılmış, iddiaçının mənzilinin özəlləşdirilməsinə dair sərəncamların, bunun əsasında olan alqı-satqı müqavilələrinin,qeydiyyat vəsiqələrinin, mənzilin alqı-satqısına dair müqavilələrin və bunun əsasında verilmiş verilmiş qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi, mənzili almağa üstünlük hüququnun bərpa olunmasına dair hissədə rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1mk1942/2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2002-ci il tarixli 6K-449 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 05/Q-2334/16 nömrəli Arayışda göstərilmişdir ki, X17 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1957-ci il tarixdə Səbail rayon qeydiyyat şöbəsində 1876 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası- X23 ermənidir. X11 qızı azərbaycanlıdır. 27 yanvar 2008-ci ildə vəfat etmiş X4 ölümü xx.xx.2019-cu il tarixdə 103 saylı aktla Nəsimi qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materilallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 05/Q-729/16 nömrəli sənəddən görünür ki, İddiaçı və X7 nikahı haqqında xx.xx.1999-cu il tarixdə 884 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Bakı nikah evidir. Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 015953 nömrəli Ölüm haqqında Şəhadətnamədə göstərilmişdir ki, X14 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 103 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışda göstərilmişdir ki, ünvan 8 X20, Qurbanova Rəna-Xanım Rafiq qızı, X16 yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********43 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı və Nümayəndə adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-10643/2024 nömrəli məktubla təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 14 dair dövlət əmlakının Registrindən çıxarışda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən ***-*******6 registr nömrəli 4 mərtəbəli yerli əhəmiyyətli tarixi memarlıq abidəsi olan, yaşayış binası 1910-cu ildə istimara verilmiş,balansasaxlayıcı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli 3-52-13/2- 588/2024 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 93 saylı yaşayış binası və orada yerləşən 14 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cu il tarixli 18/2-16643/24 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X22 xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxanayam küçəsi, ev 41, mənzil 13-də, xx.xx.2006-cı il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır. xx.xx.1941-ci il təvəllüdlü X18 10.11,1994-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxanayam küçəsi, ev 41, mənzil 13-də, xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək ünvan 5 ünvanında qeydiyatdadır. xx.xx.1968-ci ıl təvəllüdlü X3 xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxanayam küçəsi, ev 41, mənzil 13-də, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəzəbəsi, Ə.Məmmədəliyev küçəsi, ev 11də, xx.xx.2009-cu il tarixdən hazırki vaxtadək ünvan 6 ünvanında qeydiyyatdadır. xx.xx.2015-ci il təvəllüdlü X9 xx.xx.2018-ci il tarixdən hazırki vaxtadək ünvan 6 ünvanında qeydiyyatdadır. ünvan 8 xx.xx.1966-cı il təvəllüdlü X1 Rən-xanım Rafiq qızı qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 49 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 063 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı ünvan 8 2008-ci ildən etibarən qeydiyyatdadır və yaşayır. Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 5-15/2-6-O-5068/24 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı qeydiyyatda olduğu mənzilin boşaldılaraq ona təhvil verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi təvsiyyə olunur. Mənzildə məskunlaşdıqdan və zəruri sənədləri təqdim etdikdən sonra mənzilin kirayə müqaviləsinin onunla bağlanması məsələsinə baxıla bilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 14 ünvanına dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırkı tələbində cavabdehin qeyd edilən imtinasını əsasız hesab edərək mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın - iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədən öncə qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişdir. İddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızıdır. Belə ki, iddiaçının mübahisəli mənzildə məskunlaşdığı vaxt qüvvədə olmuş 8 iyul 1982ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş): -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, iddiaçının sözügedən ünvanda məskunlaşdığı dövr qüvvədə olan mənzil qanunvericiliyi ilkin olaraq hüquq sahibi olan şəxsə (kirayəçiyə) münasibətdə hüququn rəsmiləşdirilməsini, yalnız bundan sonra onun özünün ailə üzvlərinə münasibətdə bundan doğan hüquqlarının yarana bilməsini təsbit edir. İş materiallarından görünür ki, iddiaçı mərhum arvadı X12 ilə birgə Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2001-ci il tarixli 2- 213/2001 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, qətnamə ilə Bakı şəhəri Nizami qəsəbəsindəki 93 saylı evin 14-cü kommunal mənzilinin sahəsi 27.0 kv.m olan otağına X12 ilə kirayə müqaviləsi bağlanması və onun adına şəxsi hesab vərəqəsi açılması Bakı şəhəri Cavabdehnə tapşırılmışdır. Yəni, həmin iş üzrə yalnız mərhum X5 mübahisə predmeti olan mənzilə kirayəçi qismində hüququ tanınmış və kirayə müqaviləsinin onunla bağlanması tapşırılmışdır. Həmin qərar üzrə digər iddiaçı olmuş İddiaçı münasibətdə hər hansı hüquq tanınmamışdır. Məhkəmənin həmin qərarı qüvvəyə minmiş və hazırda da tam icra edilməmişdir. İddiaçının mərhum arvadı adıçəkilən iş üzrə tələbkar qismində icra işinin iştirakçısı olmuş və xx.xx.2008-ci ildə ölmüşdür. İddiaçı isə həmin iş üzrə icra icraatı çərçivəsində tərəf olmamışdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Lakin iş materiallarından görünür ki, icra icraatı çərçivəsində bununla bağlı iddiaçını hər hansı müraciəti mövcud deyildir. Başqa sözlə, iddiaçı mərhum arvadı ilə nikahda olduğu vaxt qeyd edilən məhkəmə qərarı icra edilməmiş, iddiaçının arvadına münasibətdə müvafiq müqavilə bağlanmamışdır. Qətnamə ilə yalnız bu istqamətdə rəsmiləşdirilmənin aparılması tapşırığı verilmiş, həmin tapşırığın icrasına qədər isə iddiaçının mərhum arvadı yerli icra hakimiyyəti tərəfindən kirayəçi qismində tanınmamış, mərhum kirayə müqaviləsindən irəli gələ biləcək kirayəçi kimi hüquqlarını realizə edə bilməmişdir. Beləliklə, iddiaçının hazırkı halda sözügedən mənzilin kirayəçisi kimi onun adına kirayə müqaviləsinin bağlanmasının tələb etməsi üçün həmin müqavilənin bağlanmasına əsas verən hüquqi faktı- kirayəçinin ailə üzvü kimi kirayə müqavilənin bağlanmasını zəruri edən mənzilə dair əmlak hüququnun olmasını təsdiq edən sənədi təqdim edə bilməmişdir. İddiaçı kirayə müqaviləsi üçün hüquq əsas kimi mərhum arvadının vərəsəsi kimi mübahisə predmeti olan mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması hüququna malik olduğunu iddia edirsə bu zaman ilk növbədə həmin şəxsin hüquqi varisi kimi hrəkət etməli, ilkin olaraq icra icraatı çərçivəsində müraciət edərək özünün həqiqətən də onun yeganə vərəsəsi olması barədə məsələ həllini tapdıqdan sonra icra işinə hüquqi varis kimi qəbul edilməsinə əsas verən icra məmurunun müvafiq qərarının qəbuluna nail ola, icra icraatında icra məmurunun müvafiq qərar və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə müvafiq məhkəməyə müraciət edə bilərdi. Lakin işdən görünür ki, iddiaçı hazırkı iddia tələbinin əsas kimi istinad etdiyi məhkəmə qərarının icrasını təmin etməyə yönəlik hərəkətlər etmədən birbaşa inzibati orqandan ona münasibətdə kirayə müqaviləsinin bağlanmasını tələb edir. Halbuki, iddiaçının arvadının ölümündən sonra məhkəmə qərarı icra edilmədiyi və hüquqi varislik məsələsi həllini tapmadığı halda qeyd edilən məzmunda tələb irəli sürməsi əsaslı hesab edilə bilməz. İddiaçının digər əsaslarla (mərhum arvadından sonra hüquq sahibinin özü olduğunu iddia etdiyi hallardan başqa) hazırkı iddia tələbi ilə müraciətinin əsaslı olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən xx.xx.2001-ci il tarixli qanuni qüvvəyə minimiş məhkəmə qətnaməsi ilə artıq bir dəfə kirayəçi kimi tanınmasından imtina edilmiş (hüquq mərhum Ancella Oqanovaya münasibətdə tanınmış), bu halda iddiaçının kirayə müqaviləsinin bağlanması tələbinin eyni əsaslarla ikinci dəfə hazırkı icraatda tanınmasını tələb etməsi əsassızdır. Belə ki, İPM-nin 1.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddələrinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin bu əsasdan qiymətləndirilməsi də prosessual qanunvericiliyin tələbinə əsasən mümkün deyildir. Beləliklə, məhkəmə iddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olan mənzil qanunvericiliyinə uyğun yoxlayaraq bu nəticəyə gəlir ki, iddia olunan mənzilə dair dövlət mənzil fondunun balansaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır. Eyni zamanda məhkəmə hazırda qüvvədə olan mənzil qanunvericiliyinə əsasən də qiymətləndirmə aparmağı zəruri hesab edir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -4.0-cı maddəsinə görə dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. -17.3.1-ci maddəsinə əsasən sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Sadalanan normalardan görünür ki, hazırkı halda mövcud mənzil qanunvericiliyi sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsini nəzərdə tutmuşdur ki, hazırkı halda iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmamışdır. Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. -59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. -62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddia predmeti olan mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsindən imtinası əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı "kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar