Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11430/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddaçı İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınması öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ünvan 1 ünvan 1-переулок, улица Мира 11) yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyata alınmasına dair öhdəliyinin Bakı şəhəri Baş Polis İdarəsinin Nərimanov rayon polis idarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 unvan 1-переулок, улица Мира 11) yerləşən evdə erməni millətindən olan X25 yaşamışdır. 28 mart 1989-cu il tarixdə X25 evini şifahi razılıqa əsasən iddiaçının babası Ağasəf Hacıyevə satmışdır, lakin danışıqlara görə ev oğlu İslam Hacıyevin adına rəsmiləşdirilmişdir. Belə ki, həmin tarixdə Sarseryan Ema X1 qəbz verərək qəbzdə göstərmişdir ki, ünvan 3ереулок, улица Мира 11) yerləşən evi ona verir və gələcəkdə həmin evlə bağlı ona qarşı heç bir tələbi olmayacaq. 29 mart 1989-ci ildə Sarseryan Ema X1 etibarnamə verərək Bakı şəhər inventarlaşdırma bürosundan qeyd olunan ev üzrə texniki vəsiqənin alınmasını tapşırmışdır. 1994-cü ildən 1998-ci ilə qədər həmin evdə iddiaçının babasının razılığına əsasən atası Akif Hacıyev və anası Rafiqə Hacıyeva yaşamaqla evi idarə etmişlər. 1995-ci ildə iddiaçı bu evdə doğulmuşdur. Həmin evdə xx.xx.2002-ci il tarixdən 26.11. 2015-ci ilə kimi (ölənə qədər) qeydiyyatda 1932-ci ildə anadan olan babası Hacıyev Ağasəf olmuşdur. 2010-cu ilin dekabr ayindan 15 avqust 2021 -ci il tarixə kimi (ölənə qədər) həmin evdə qeydiyyatda 1969-cu ildə anadan olan iddiaçının əmisi X17 olmuşdur. X2 olmuş və onun uşaqları olmamışdır. 2021-ci il oktyabr ayından hazıradək həmin evdə X9 bacısı X4 oğlu X20 və 2022-ci ilin iyul ayından həmin evdə onun oğlu X12 da qeydiyyatdadır. İddiaçının babası Ağasəf Hacıyevin iki qız və 3 oğlu yəni 5 övladı olmuşdur. X17, X18, X13, X14ma və X21. İddiaçının babası Hacıyev Ağasəf xx.xx.2015-ci ildə ölmüş, onun uşaqlarından X18 1998-ci ildə, X13 2003-ci ildə, qardaşı X21 2008-ci ildə, X17 15 avqust 2021-ci ildə vəfat etmişlər. Beləliklə, ünvan 2 ünvanda (köhnə unvan 1-переулок, улица Мира 11) yerləşən və özü tikili hesab olunan evin faktiki idarə olunması X5, Mədinə Hacıyevanın oğlanları Kərimov Elton və Elçin Vahid oğlanlarına, X16ma və mənə İddiaçı keçmişdir. Həmin evin hüququ statusunun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı ərazi idarəsinə müraciət olunmuşdur. Həmin idarənin 14 noyabr 2018 il tarixli **********68 saylı məktubundan görünür ki, ünvan 2 ünvanda (köhnə unvan 1-переулок, улица Мира 11) yerləşən fərdi yaşayış evin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 53 saylı Mənzil komunal istismar sahəsinndən alınmış arayışından görünür ki, ünvan 1 unvan 1- переулок, улица Мира 11) yerləşən fərdi yaşayış evi mövcuddur və özü tikilidir, həmin evdə bu gün X4 oğlu, yəni İslam Hacıyevin bacısı oğlu X20 və 2022-ci ilin iyul ayından X8 Məhəmməd Elton oğlu qeydiyyatdadır. Həmçinin, X3 məlumatına görə həmin ünvana yəni, ünvan 3ереулок, улица Мира 11) yerləşən fərdi yaşayış evinə o, Bakı inzibati məhkəməsinin qətnaməsinə əsasən qeydiyyata alınmışdır. (rəsmi olaraq həmin qətnaməni əldə edə bilməmişik) Beləliklə, əmisi X9 vəfatından sonra onun övladları olmadığı üçün və valideyinləri öldüyünə görə evə sahiblik etmək, ondan istifadə etmək və sərancam vermək hüquqlar babasından sonra qalan 5 nəfər vərəsəyə yəni, babasının qızı olan X6, babasının nəvələri olan Kərimov Elton və Elçin Vahid oğlanlarına, X7 və iddiaçıya İddiaçı keçmişdir. Həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmağına dair Bakı şəhəri Nərimanov rayon polis idarəsinə 20 may 2023-cü il tarixdə müraciət etmiş, lakin Nərimanov rayon polis idarəsinin 31 may 2023-ci il tarixli 50/2-11-15047/4 nömrəli məktubuna əsasən iddiaçının həmin ünvana qeydiyyata almağından imtina olunmuş, bildirilmişdir ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdehin imtina məktubu 04 iyun 2023-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Hesab edilmişdir ki, yuxarıda sadalanan hallar nəzərə alınmaqla, qeyd olunan ünvanda məni həmin ünvanda qeydiyyata alınmağı barəsində qərar qəbul edilməlidir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6430/2022 nömrəli qərarına əsasən X15 ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimonov Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
4. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda qeyd edilmişdir ki, X10 xx.xx.1968-ci il təvəllüdlü, X15 xx.xx.1960-cı il təvəllüdlü şəxslər qeydiyyatdadırlar.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 7 ünvanında (köhnə 1-ci Sülh döngəsi 11) yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 8 ünvanladığı məktubunda qeyd edilmişdir ki, notariat hərəkətlərirnin aparılması qaydaları haqqında təlimata əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizələrinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiizki və hüquqi şəxslərə vərəsəlik şəhadətnaməsi verir. Mirasın qəbul edilməsi, vərəsəlik haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır və notariat orqanı tərəfindən təsdiq edilməlidir. Həmçinin məktubda qeyd edillmişdir ki, poçtla daxil edilmiş ərizə əsasında vərəsəlik işi açılmır.
7. Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, Nərimanov rayonunda yerləşən mənzilə pasport qeydiyyatına almanız üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əssəən yaşadığınız evin müvafiq sənədinin (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim edilməlidir.
8. Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanan məktubunda qeyd edilmişdir ki, cavabdeh tərəfindən məktubla ərizəşilərə rəsmi qaydadacavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əssəən yaşadığınız evin müvafiq sənədinin (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etmək tələb olunur. Əks təqdirdə qeydiyyata alınma tərəfindən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələrini məqqsədə müvafiq hesab edildiyi qeyd edilmişdir.
9. Şifahi məhkəmə baxışı zamanı iddiaçı iştirak edir. Cavabdeh məhkəmə baxışı zamanı iştirak etmir.
10. İddiaçı məhkəmə iclas zamanı iddianın və ona əlavə edilmiş sənədlərin geri götürülüməsi barədə ərizə təqdim etmişdir.
II. İddianın geri götürülmüş sayılması
11. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
14. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
15. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
16. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
17. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X19 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
18. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
19. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
20. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
21. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
22. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
23. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
24. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
25. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
26. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva