Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11439/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu daxili ı̇ şlər orqanlarının istintaq, təhqiqat və əməliyyat–axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu daxili ı̇ şlər orqanlarının istintaq, təhqiqat və əməliyyat–axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə qarşı “Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığım müraciətimə cavab verilməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna-Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə həvalə edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi X1 istintaq olunan cinayət işi ilə bağlı Bakı İstintaq Təcridxanasından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülmüş və xx.xx.2020-ci il tarixdə yenidən təcridxanaya geri qaytarılmışdır. Təcridxanaya daxil olan zaman Vüsal Əliyevin bədəni üzərində xəsarətlər olduğundan, o, həkim müayinəsindən keçirilmiş, xəsarətləri tibbi kitabçada qeyd edilmiş, bununla bağlı akt təıtib edilmiş və Vüsal Əliyevin izahatı alınmışdır. Vüsal Əliyev Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürüldükdən sonra orada saxlanılan zaman polis əməkdaşları tərəfindən ona xəsarət yetirildiyini bildirdiyi üçün təcridxananın rəhbərliyi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna - daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisinə 17/38 3589 saylı məktubla xüsusi məlumat verilmişdir. Göstərilənlərlə bağlı tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilərək xx.xx.2020-ci il tarixli, 17/38 3589 nömrəli məktubla xüsusi məlumat daxil olduqdan sonra Baş Prokurorluq tərəfindən edilmiş hərəkətlər barədə məlumat verilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Lakin sorğusuna cavab verilməmişdir. Azərbaycan Respublikasının “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 10-cu maddəsinə əsasən “Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır.” Göstərilənlərdən göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmiş, lakin bu günə qədər müraciətlərinə cavab verilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyi nəticəsində Azərbaycan Respublikasının “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 10-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən “Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğu daxili ı̇ şlər orqanlarının istintaq, təhqiqat və əməliyyat–axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış 17/38 3589 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, 04 may 2020-ci il tarixdə təxminən saat 18:15 radələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.1983-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırkı iş üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, sonradan Azerbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsi tərəfindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2. 29,178.3.2, 313, 32.4, 320 1, 320.2, 32.3, 126.2.2, 32.3, 29, 126.2.3, 32.3, 315.2-ci maddələri ilə təqsirləndirilən, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan həbs olunmuş şəxs X1, xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində müəssisənin tibb-sanitar hissəsində müayinə edilərkən hər iki yuxarı ətrafında və kürək nahiyyəsində sıyrılmış qərtməkli yara və tünd-bənövşəyi rəngli qançır izləri, hər iki budun içəri səthində, hər iki ayağının pəncə və topuq nahiyəsində sıyrılmış qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Həbs olunmuş şəxs X1 fakt ilə əlaqədar bildirmişdir ki, onda aşkar olunmuş xəsarətləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində olarkən orada xidmət aparan əməkdaşlarla arasında baş vermiş münaqişə nəticəsində almışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarından: 7.1. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. .. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir və inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilərək cavabdeh qismində göstərilən Azərbaycan Respublikasının Prokurorluğunun məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan və Azərbaycan Respublikasının Baş Prokurorluğunun isə prokurorluğun mərkəzi aparatı olması, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı izah olunmuşdur. İddiaçının çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi sübutun əldə edilməsi barədə müvafiq vəsatətlə cinayət təqibini həyata keçirən orqana müraciət etmək hüququ ona izah edilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi cinayət təqibi üzrə cinayətprosessual fəaliyyət çərçivəsində cinayət işinin ədalətli araşdırılmasına nail olmaq üçün vəkil sorğusu əsasında sübut əldə edilməsi ilə bağlıdır. Belə olan halda prosessual qənaət prinsipindən çıxış edərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi sübutun əldə edilməsi barədə müvafiq vəsatətlə cinayət təqibini həyata keçirən orqana müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova