Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1144/2020 21.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X17 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü»-nün ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 Bakı şəhəri XDS İK-nın xx.xx.1989-cu il tarixli, 11/387 №-li qərarı ilə Sabunçu rayonu, Naradaran qəsəbəsi, Ləhiş sahəsində 500 kvm. torpaq sahəsi ayrılmışdır. Nazilə Ağabəyova həmin ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X17 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü» almışdır. Həmin sənəd əsasında isə məhkəmə qərarı ilə bağ sahəsinə xüsusi mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kvm. torpaq sahəsinə dair iddiaçının atası X4 arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Atası X18 öldükdən sonra iddiaçı həmin torpaq sahəsinə sahiblik etmişdir. Nazilə Ağabəyova iddia edir ki, ona ayrılmış bağ sahəsi iddiaçının sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu əsasdan iddiaçı hesab edir ki, X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X17 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü» ləğv edilməlidir. Məhkəmə xx.xx.2018-ci il tarixli qərardadla iddianı «Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli qeydiyyatın ləğv edilməsi» hissəsində mümkün saymamışdır. Hazırda məhkəmə X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X17 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü»-nün ləğv edilməsi tələbinə baxır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 izahat verərək bildirdi ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı İdarəyə müraciət daxil olmamışdır. Bundan əlavə, iddiaçının iddiasına inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X15 izahat verərək bildirdi ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, işin faktiki hallarından və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, onun mübahisələndirdiyi torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. İddia tələbi tam sübyektiv və iddiaçının ehtimal etdiyi mülahizələr üzərində qurulmuşdur. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, X2 Bakı şəhəri XDS İK-nın xx.xx.1989cu il tarixli, 11/387 №-li Qərarı ilə Sabunçu rayonu, Naradaran qəsəbəsi, Ləhiş sahəsində 500 kvm. torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, X2 həmin ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X17 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. İş materiallarından görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kvm. torpaq sahəsinə dair iddiaçının atası X4 arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Atası X18 öldükdən sonra iddiaçı həmin torpaq sahəsinə sahiblik etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21563 №-li ekspert rəyindən görünür ki, X3 adına mülkiyyət hüquqları qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi «Gülüstan» b/y-nin 41 saylı bağ sahəsi Azərbaycan Neft və Kimya İnstitutunun «Gülüstan-2» bağçılıq yoldaşlığın üzvlərinə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. İddiaçı naturada iddia etdiyi torpaq sahəsi Dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Göründüyü kimi, qanunverici məcburetmə və öhdəliyin icrası haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1144/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1144/2020
21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver