Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1144/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 27 dekabr 2020-ci il tarixdən başlayaraq pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. 60 yaşı 27 dekabr 2020-ci ildə tamam olmuşdur. 1978 - 1979-cu illərdə peşə təhsili almışdır (01 il). 14 aprel 1979-cu ildən 05 may 1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur (02 il 21 gün). Əmək fəaliyyətinə 1981-ci ildə “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma sahəsində başlamışdır. 28.08.1981-ci il tarixdə (əmr 190k) həmin müəssisədə quraşdırıcı-çilingər və qazla- kəsici (qazorezçik) kimi işə qəbul olmuş, 27.10.1997-ci il tarixdə (əmr 78k, 27.10.1997-ci il) öz xahişimlə işdən azad olunmuşdur (16 il 2 ay). 25 noyabr 1997-ci ildən 01 iyul 1998-ci il tarixədək “Azərenerji" ASC-də 6-cı dərəcəli çilingər vəzifəsində işləmişdir (07 ay 06 gün). Bundan sonra əmək fəaliyyətimi "xxxx" birgə müəssisəsində davam etdirmişdir. 14 fevral 2003-cü ildən 21 noyabr 2008-ci ilədək həmin müəssisənin layihələrində quraşdırıcı, boru formeni və usta vəzifələrində (05 il, 09 ay, 08 gün), 03 avqust 2010-cu ildən 01 fevral 2013-cü il tarixədək eyni müəssisənin Azf-081 layihəsində usta vəzifəsində (02 il, 05 ay 29 gün), 17 fevral 2014-cü ildən 18 may 2017-ci il tarixədək Azf-086 layihəsində metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, quraşdırıcı ustası vəzifəsində (03 il, 02 ay, 22 gün), 24 iyul 2019-cu ildən hal hazıradək Azf-100 layihəsində quraşdırıcı ustası, sahə nəzarətçisi, quraşdırma işləri üzrə nəzarətçi vəzifəsində (01 il, 04 ay, 10 gün) olmaqla (cəmi 12 il 10 ay 09 gün) çalışmışdır. İşlədiyi peşələrin əksəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli. 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir- beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» bəndinə və «Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş mütəxəssislər bölməsində «tikinti və quraşdırma işləri üzrə ustalar», “boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcı” bəndlərinə uyğun olduğu üçün əsasən zərərli peşələr olmaqla qanunda göstərilən şərtlərlə mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ 27 dekabr 2020-ci il tarixdə yarandığı üçün bununla bağlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdehin 28 aprel 2021-ci il tarixli, **********5 saylı məktubu ilə mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı 3 mart 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) -asfalt-beton döşəyənlər; -asfaltbeton bişirənlər; -bitumçular; -şpur qazmaçıları; -hidromanitorçular; -əhəng söndürücüləri; -izolyasiyaçılar; -hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; -termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; -izolyasiyaçılar-plyonkaçılar, o cümlədən avadanlığın təmiri və hazırlanması ilə məşğul olanlar; -bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar; -daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində mərməri və qraniti əl ilə emal etməklə məşğul olan daşyonanlar; -buruq qurğuları maşinistləri, o cümlədən 50 m-dən artıq dərinlikdə və dövlət nəzarətində olan su quyularının qazılması ilə məşğul olanlar; turşuyadavamh maddələrlə işləyənlər — viniplastçılar; -turşuyadavamlı maddələrlə yapışqanlamada işləyənlər; -kopyorçular; -mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular; -avtoqudronatçılar; -buruq qurğuları maşinistləri, o cümlədən 50 m-dən artıq dərinlikdə və dövlət nəzarətində olan su quyularının qazılması ilə məşğul olanlar; -kopyor maşinistləri; -səyyar asfalt-beton qarışdırıcılarının maşinistləri; -asfalt-beton döşəyicilərinin maşinistləri; -polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; -odadavamlı materialla işləyənlər; -qum şırnaqçıları; -şüşə üzrə qum şırnaqçıları; -dağ yenişlərinin qazmaçıları; yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri; sənaye dəmir-beton borularının boruçəkənləri; -sənaye kərpic borularının boruçəkənləri; forsunçular; -daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar; -futerçilər (turşuyadavamlı materialla işləyənlər); -daş məmulatlarının cilalayıcıları — pardaqlayıcıları, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində məşğul olanlar; yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər; -5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları; -polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin ona dair 8 fevral 2021-ci il tarixli 02 nömrəli güzəştli arayışında 28.08.1981-27.10.1997-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı .iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Bundan başqa onun Filiala təqdim etdiyi 28 sentyabr 1981-ci il tarixli HT- İ1329982 nömrəli əmək kitabçasında və "xxxx" Birgə Müəssisəsinin ona dair 3 dekabr 2020-ci il tarixli AZF- 2020/33-K nömrəli arayışında 01.07.2004-18.01,2007-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işçi usta, 18.01.2007-15.10.2007-ci il tarixləri arasındakı dövr ərzində boru formeni və 16.12.2019-cu il tarixindən bugünədək quraşdırma işləri üzə nəzarətçi vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 5 ay 2 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi. İddiaçı xx.xx.1960-ci il tarixdə doğulmuş, 27 dekabr 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur. İşdə olan ******* nömrəli 28.09.1981-ci il tarixli Əmək kitabçasında əksini tapmış məlumatlara görə iddiaçı 01.09.1978-1979-cu illərdə təhsil almış, 28 avqust 1981-ci ildən əmək fəaliyyətinə başlamış, qısa fasilələrlə müxtəlif yerlərdə işləmiş və hazırda da əmək fəaliyyətini davam etdirir. İşdə olan ******* nömrəli Hərbi biletə əsasən 11.04.1979-cu il tarixdən 17.04.1981-ci il tarixədək həqiqi hərbi xidmətə olmuşdur. Göründüyü kimi, iddiaçının 60 yaşının tamam olduğu 27 dekabr 2020-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin dəlillərindən görünür ki, cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan vermədiyini bildirməmiş və bu barədə mübahisə açmamışdır. Belə ki, cavabdeh inzibati orqan 28.04.2021-ci il tarixli **********5 nömrəli imtina məktubunda göstərmişdir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 3 mart 2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) -asfalt-beton döşəyənlər; -asfalt-beton bişirənlər; -bitumçular; -şpur qazmaçıları; hidromanitorçular; -əhəng söndürücüləri; -izolyasiyaçılar; -hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; -termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; izolyasiyaçılar-plyonkaçılar, o cümlədən avadanlığın təmiri və hazırlanması ilə məşğul olanlar; -bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar; -daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində mərməri və qraniti əl ilə emal etməklə məşğul olan daşyonanlar; -buruq qurğuları maşinistləri, o cümlədən 50 m-dən artıq dərinlikdə və dövlət nəzarətində olan su quyularının qazılması ilə məşğul olanlar; -turşuyadavamlı maddələrlə işləyənlər — viniplastçılar; -turşuyadavamlı maddələrlə yapışqanlamada işləyənlər; kopyorçular; -mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular; -avtoqudronatçılar; -buruq qurğuları maşinistləri, o cümlədən 50 m-dən artıq dərinlikdə və dövlət nəzarətində olan su quyularının qazılması ilə məşğul olanlar; -kopyor maşinistləri; -səyyar asfalt-beton qarışdırıcılarının maşinistləri; asfalt-beton döşəyicilərinin maşinistləri; -polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; -odadavamlı materialla işləyənlər; -qum şırnaqçıları; şüşə üzrə qum şırnaqçıları; -dağ yenişlərinin qazmaçıları; -yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri; -sənaye dəmir-beton borularının boruçəkənləri; -sənaye kərpic borularının boruçəkənləri; -forsunçular; -daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar; -futerçilər (turşuyadavamlı materialla işləyənlər); -daş məmulatlarının cilalayıcıları — pardaqlayıcıları, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində məşğul olanlar; -yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər; -5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları; -polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin sizə dair 8 fevral 2021-ci il tarixli 02 nömrəli güzəştli arayışında 28.08.1981-27.10.1997-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində quraşdırıcı- çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Bundan başqa Filiala təqdim etdiyiniz 28 sentyabr 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" Birgə Müəssisəsinin sizə dair 3 dekabr 2020-ci il tarixli AZF- 2020/33-K nömrəli arayışında 01.07.2004-18.01,2007ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işçi usta, 18.01.2007- 15.10.2007-ci il tarixləri arasındakı dövr ərzində boru formeni və 16.12.2019-cu il tarixindən bugünədək quraşdırma işləri üzə nəzarətçi vəzifələrində işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi, işlədiyiniz vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 5 ay 2 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” Göründüyü kimi, iddiaçının 60 yaşının tamam olduğu 27.12.2020-ci il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. İddiaçının iş yeri olan Mingəçevir Enerjiquraşdırma ATSC-nin 08.02.2021-ci il tarixli 02 nömrəli Güzəştli arayışında göstərilmişdir: “X1 ondan ötrü ki, o həqiqətən “Qafqazenerji- quraşdırma" trestinin Mingəçevir quraşdırma idarəsində 28.08.1981-ci il tarixdə (əmr 190k,28.08.1981 -ci il)3-cü dərəçəli quraşdırıcı-çilingər və qazla-kəsici (qazorezçik) kimi işə qəbul olmuş, 27.10.1997-ci il tarixdə (əmr 78k, 27.10.1997-ci il) öz xahişi ilə işdən azad olmuşdur.lşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların,buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmyşfsüdlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması,texniki təchizatı,bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğramasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. «X3 tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici (qazorezçik),metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı- çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcı kimi nəzərdə tutulmuşdur. Trest ”Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əasasən 29 iyul 1999-cu il tarixdə X2 -Tipli Səhimdar Cəmiyyəti olub. Güzəştli arayış Mingəçevir Enerjiquraşdırma ATSC-nin arxivində saxlanılan X3 şəxsi anketinə və əmək kitabçasına əsasən tərtib edilmişdir.” İddiaçının iş yeri olan AZFEN B.M. tərəfindən verilən 03.12.2020-ci il tarixli Güzəştli Arayışa əsasən İddiaçı X7 layihələrində quraşdırıcı, boru formeni, metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, sahə nəzarətçisi və quraşdırma ustası vəzifəsində çalışıb. X12 Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməli: 14.02.2003 – 21.11.2008-ci illərdə X7 layihələrində quraşdırıcı, boru formeni və usta vəzifəsində 05 il, 09 ay, 08 gün (beş il, doqquz ay, səkkiz gün) çalışmışdır. 03.08.2010 -01.02.2013-cü illərdə X7 Azf-081 layihəsində usta vəzifəsində 02 il, 05 ay, 29 gün (iki il, beş ay, iyirmi doqquz gün) çalışmışdır. 17.02.2014 – 18.05/2017-ci illərdə X7 Azf-086 layihəsində metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, quraşdırıcı ustası vəzifəsində 03 il, 02 ay, 22 gün (üç il, iki ay, iyirmi iki gün) çalışmışdır. 24.07.2019-cu ildən X7 Azf-100 layihəsində quraşdırıcı ustası, sahə nəzarətçisi, quraşdırma işləri üzrə nəzarətçi vəzifəsində 01 il, 04 ay, 10 gün (bir il, dörd ay, on gün) çalışmışdır. Cəmi 12 il, 10 ay, 9 gün (on iki il, on ay, doqquz gün). Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısıw nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində, «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» bəndinə və «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş mütəxəssislər bölməsində “tikinti və quraşdırma işləri üzrə ustalar” bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İşdə olan AZFEN B.M. tərəfindən məhkəməyə təqdim edilmiş 22.11.2021-ci il tarixli AZF-2021/488-L nömrəli məktubda göstərilmişdir: “X5 (xx.xx.1960-cı il təvəllüdlü) hazırda X7 X11 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində quraşdırma işləri üzrə nəzarətçi vəzifəsində çalışır. Onun 03.12.2020-ci il tarixli, 33-K saylı güzəştli arayışında qeyd edilmiş tarixlərdən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarətdir: Quraşdırıcı:- Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi ilə eynidir. Usta: - Tikinti və quraşdırma işləri üzrə usta vəzifəsi ilə eynidir. Boru formenir-Tikinti və quraşdırma işləri üzrə usta usta vəzifəsi ilə eynidir. Sahə nəzarətçisi, quraşdırma işləri üzrə nəzarətçi:- İş icraçısı vəzifəsi ilə eynidir.” İşdə olan AZFEN B.M. tərəfindən məhkəməyə təqdim edilmiş 22.11.2021-ci il tarixli AZF-2021/53-K nömrəli “03.12.2020-ci il tarixli, AZF-2020/33-K saylı Güzəştli arayış Əlavə”də göstərilmişdir: “Verilir İddiaçı ona görə ki, o, həqiqətən X7 layihələrində quraşdırıcı, boru formeni, metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, sahə nəzarətçisi və quraşdırma ustası vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" 29-cu maddəsi: a) fəhlələr bölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndi. b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi. b) mütəxəssislər bölməsinin iş icraçıları bəndi. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Beləliklə işin xarakteri haqqında arayışlar (güzəştli arayışlar) ona dəlalət edir ki, iddiaçının işlədiyi vəzifələr güzəştli pensiya hüququ verən vəzifələrə aiddir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “a) fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”; “b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları” bəndində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 27 dekabr 2020-ci il tarixdən başlayaraq pensiyanın təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1144/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1144/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver