Məhkəmə qərarları › İş №2-1(112)-11441/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11441/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11441/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X15, X16, X24, X7, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu və X3) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı X15, X16, X24, X7, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu, X1 X17 məxsusünvan 1 ünvanda yerləşən evindən (mənzilindən) qeydiyyatdan çıxarılması və onların həmin evə (mənzilə) olan qeydiyyatının silinməsi barədə qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X25 xx.xx.1953-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. ünvan 1 ünvanda yerləşən evdə (mənzildə) yaşayır və daimi pasport qeydiyyatındadır. Həmin evdə (mənzildə) dair bütün komunal xidmətləri vardır və iddiaçı X25 adınadır və komunal xidmətləri onun tərəfindən ödənilmişdir. Qeyd olunan ünvan 1 ünvanda yerləşən, 6 otaq, 2 dəhliz, 2 mətbəx, 1 anbar, 1 ayaqyolu, 1 hamam və həyatyanı sahədən ibarət evi (mənzili) iddiaçı X25, 1964-cü ildə şahidlərin iştirakı ilə həmin evi almışdır (artıq 61 ildir). Həmin qeyd olunan ünvan 1 ünvanda yerləşən evin (mənzilin) alan zaman şahidlər - X28, X29 və X22 iştirak etmişlər. Lakin, onun adına olsada həmin evdə ondan başqa daha 7 nəfərdə hüquq sahibləridir. İddiaçı X12 faktiki tam mülkiyyətində olan- ünvan 1 ünvanda yerləşən evində (mənzilimdən) X15, X16, X24, X7, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu, X3 həmin mənə məxsus evdə qeydiyyatı saxlanılmışdır. Həmin şəxslər evi aldıqdan sonra heç vaxt ona məxsus evdə (mənzildə) yaşamamışlar və özlərinə məxsus başqa evlərində yaşamışlar. Onların heç birin tanımadığına görə özlərinə müraciət edə bilməmişdir. Qeyd olunan şəxslərin- X15, X16, X24, X7, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu, X3 iddiaçı X12 faktiki tam mülkiyyətində olan- ünvan 2 ünvanda yerləşən evindən (mənzilindən) qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə rəsmi şəkildə AR.DİNnin Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin, AR.DİN-nin Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 50/2-P-12262/11 saylı cavab (imtina) məktubunda bildirilmişdir ki, X15, X16, X24, X7, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu, X1 tam faktiki mülkiyyətində olan- ünvan 1 ünvanda yerləşən evindən {mənzilindən) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirilir və qeyd olunan faktla bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İddiaçı X25 qeyd olunan özümə məxsus ünvan 3 ünvanda yerləşən evə (mənzilə) dair sərbəst sərəncam vermək istəyir. Hal-hazırda X18, X16, X24, X7, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu, X1 ona məxsus - ünvan 3 ünvanda yerləşən evində {mənzilində) qeydiyyatda olması onun tam mülkiyyətində olan evinə {mənzilinə) dair sərbəst sərəncam verməyə maneçilik törədir. Həmin şəxslərin ona məxsus evində (mənzilində) qeydiyyatda olması onun hüquqları məhdudlaşdırır və evə (mənzilə) dair sərbəst sərəncam verməyə imkan vermir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X15, X16, X24, X7, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu və X3 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 50/2-P-12262/11 nömrəli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X15, X16, X24, X7, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu və X3 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi Mənzil-Kommunal İstismarı Sahəsinin 38/215 saylı arayışından görünür ki, İddiaçı M.Arif küçəai, 27 nömrəli evin 20 nömrəli mənzilində pasport qeydiyyatındadır. Göstərilən ünvanda 1983-cü ildən qeydiyyatda və kommunal xərclər İddiaçı tərəfindən ödənilmişdir. X28, X29 və X22 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X19, İddiaçı, X26, X20, X30 və X31 ünvan 6 ünvanında qeydiyyatdadırlar və orada yaşayırlar. Həmin ünvanda qeydiyyatda onlardan başqa kənar şəxslər yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 50/2-1759 saylı məktubundan görünür ki, İddiaçı ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciəti Nərimanov RPİ-nə daxil olmuşdur. Məktubla ərizəçiyə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılması mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsini məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-29923/2025 saylı məktubundan görünür ki, ünvan 6 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 045381 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən M.Arif küçəsindəki 27 nömrəli evin 1 mərtəbəli evin 1 mərtəbəsində 101 kv.m sahəsi olan 6 otaqlı 20 nömrəli mənzildə yaşayır. Daimi qeydiyyatda olanlar:İddiaçı ailəsi 9 nəfərdən ibarətdir. İddiaçı, X19, X26, X20, X30, X31, X22, X34, X32. İ-ЖГ seriyalı 330102 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X13 arasında xx.xx.1975-ci ildə nikah bağlanmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli 3-52-13-5/2-1095/2025 nömrəli məktubundan görünür ki, ərazi üzrə 38 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi məlumata əsasən yuxarıda qeyd olunan ünvan altında 3 fərdi yaşayış evi mövcuddur. Evin biri İddiaçı məxsusdur və 7 nəfər ailə üzvü ilə birlikdə qeydiyyatdadır. Digər ev X14 məxsus olmuşdur (xx.xx.2024-cü il tarixində vəfat etmişdir). Həmin evdə X7 və X24 qeydiyyatdadır. 3-cü ev isə X8 məxsusdur. Özü və 5 nəfər ailə üzvü qeydiyyatdadırlar. Məktub xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 38 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 38/517 saylı xx.xx.2025ci il tarixli mməktubundan görünür ki, M.Arif küçəsi 27, 20 saylı evdən 3 ədəddir. Evin biri İddiaçı 7 nəfər şəxsi hesab vərəqəsində göstərilib, ailə tərkibi ilə qeydiyyatdadırlar. Digər ev X14(ölmüşdür) məxsusdur. X9, X23 qeydiyyatdadırlar. Digər ev isə X8 məxsusdur. Özü, X18, X21, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu, X2 qeydiyyatdadırlar. Yuxarıda göstərilən evlərin və qeydiyyatda olanlar İddiaçı evinə heç bir aidiyyatı yoxdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İş materiallarından da görünür ki, ünvan 8 ünvanda 20 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və iddiaçı həmin evin mülkiyyətçisi deyil. Odur ki, həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarması barədə tələb irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəmə xüsusilə qeyd edir ki, işin materialları ilə müəyyən edilir ki, ünvan 8 ünvanda 20 saylı evdən 3 ədəddir. Evin biri İddiaçı 7 nəfər şəxsi hesab vərəqəsində göstərilib, ailə tərkibi ilə qeydiyyatdadırlar. Digər ev X10 (ölmüşdür) istifadəsində olmuşdu,. X9, X23 qeydiyyatdadırlar. Digər ev isə X5 istifadəsindədir, özü, X18, X21, Təmirova Cavahir İlham qızı, Təmirov Sübhan Kamran oğlu, X2 qeydiyyatdadırlar. Yuxarıda göstərilən evlərin və qeydiyyatda olanların İddiaçı evinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Sözügüdən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçının həmin evdə yaşamaq hüququnun olması özlüyündə hələ onun mülkiyyət hüququnun və daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun yaranması demək deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından:

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ olmadığından iş üzrə üçüncü şəxslərin və ya iddiaçının sözügedən tikiliyə münasibətdə hüquqlarının müqayisəli təhlininə zərurət yoxdur. Məhkəmə araşdırması nəticəsində hazırki halda iddiaçı və üçüncü şəxslərin sözügedən ünvana dair birinin digərinə nisbətən üstünlük hüququ müəyyən edilməmişdir. Beləliklə, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu və ya və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar