Məhkəmə qərarları › İş №2-1(112)-11447/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11447/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11447/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci qrup Qarabağ müharibəsinin əlili, o cümlədən xx.xx.2001-ci il tarixdən uçota alınmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxs olaraq yaşayış sahəsi ilə təmin edilməyi ilə bağlı öhdəliyinin cavabdeh inzibati orqanın - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi “xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olmaqla yaşayan İİ dərəcə Qarabağ müharibəsi əlili İddiaçı Bakı şəhərində növbəlilik qaydasında mənzillə təmin edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci qrup Qarabağ müharibəsinin əlilidir. xx.xx.2001-ci il tarixdən uçota alınmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək üçün aidiyyəti üzrə müraciətlər etmişdir. Müraciətlərinə baxılmış və Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 146 saylı Sərəncamına əsasən iddiaçə 1 nəfər ailə tərkibi olmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilməyi ilə bağlı verilmiş sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyevə həvalə edilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası hal-hazıradək həyata keçirilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X3 X6 tərəfindən iddiaçıya məktub ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial - məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında "Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasınınərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014- 2028- ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən Sərəncamın icrası çərçivəsində Ağdaş rayonu, Pirəyir kəndində iddiaçıya üç otaqlı fərdi yaşayış evi tikilmişdir. İddiaçı qeyd edir ki, qeyd edilən məlumatlar yanlışdır. Yaşayış şəraitinin yaxşılaşdırılması üçün iddiaçıya mənzil ( və ya fərdi yaşayış evi) verilməmişdir. Güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək iddiaçının hüququdur. Çünki, iddiaçı ikinci qrup Qarabağ müharibəsinin əlilidir və xx.xx.2001-ci il tarixdən mənzil növbəsində uçota alınmışdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Bildirilmişdir ki, 2-ci dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 127 saylı sərəncamına əsəsən 1 nəfər ailə tərkibi ilə (özü) mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən imtiyazlı şəxs İddiaçı üçün Ağdaş rayon Pirəyir kəndində 2018- ci ildə 3 otaqdan ibarət olan fərdi ev inşa olunmuşdur. Lakin buna baxmayaraq Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 112 saylı sərəncamına əsasən sözügedən vətəndaş mənzil növbəsindən çıxarılmış və mənzil uçot işi xx.xx.2021-ci il tarixli 07/01- 01/4-18 saylı məktubla Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş və sonuncu tərəfindən təkrarən uçota alınma tarixi (xx.xx.2001-ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, vətəndaş İddiaçı 2-ci dərəcəli Qarabağ müharibəsi əlili olduğu üçün 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamla imtiyazlı şəxs hesab edildiyindən Ağdaş rayon Pirəyir kəndindən 3 otaqlı fərdi mənzil inşa edilmiş, lakin vətəndaş qeydiyyatını dəyişərək Bakı şəhərinə köçmüş və ona verilmiş mənzildən imtina edərək hal-hazırda qeydiyyatda olduğu yer üzrə təkrarən mənzil tələbi irəli sürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına” dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Vətəndaş İddiaçı mənzil uçot işinin yaşayış yeri üzrə köçürülməsi haqqında Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına əsasən İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) uçota alınma tarixi (xx.xx.2001-ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir.

6. Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Ağdaş rayon İcra Hakimiyyətində 19 may 2008-ci il tarixdə 127 nömrəli Sərəncamla İİ qrup Qarabağ Müharibəsi əlili kimi mənzil növbəsinə qeydiyyata alınmış, yaşayış yeri dəyişdiyi üçün mənzil növbəsindən çıxarılmağı barədə təkrar müraciətə əsasən Ağdaş rayonunda mənzillə təmin edilmədiyi üçün İcra Hakimiyyəti başçısının 16 iyul 2021-ci il tarixli, 112 nömrəli sərəncamı ilə mənzil növbəsindən qeydiyyatdan çıxarılmış və bu barədə aidiyyəti sənədlərin qeydiyyatda olduğu ərazi üzrə Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusitya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələrlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən Sərəncamın icrası çərçivəsində Ağdaş rayonu, Pirəyir kəndində iddiaçıya üç otaqlı fərdi yaşayış evi tikilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyən edilmiş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 19 may 2008-ci il tarixli 127 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış İddiaçı üçün yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində Ağdaş rayonunda üç otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Fərdi evin xarici kommunikasiya xətləri çəkilmiş və yaxın zamanda vətəndaşın istifadəsinə veriləcəkdir.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyən edilmiş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 19 may 2008-ci il tarixli 127 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış İddiaçı üçün yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində Ağdaş rayonunda üç otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Fərdi evin xarici kommunikasiya xətləri çəkilmiş və yaxın zamanda vətəndaşın istifadəsinə veriləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, Nazirlik tərəfindən hazırda çoxmənzilli yaşayış binaları inşa edilmir. Son illərdə imtiyazlı şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması Nazirlik tərəfindən çoxmərtəbəli binalardan satın alınan mənzillər, həmçinin Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin sifarişi ilə Abşeron rayonu, Pirəkeşkül ərazi dairəsində, Bakı şəhəri, Sabunçu rayonu, Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonu, Ümid qəsəbəsində, habelə Binəqədi rayonu, Xocəsən qəsəbəsində inşa edilmiş yaşayış komplekslərindəki çoxmərtəbəli binalarda yerləşən mənzillər hesabına həyata keçirilmişdir. Məlumat üçün bildirilmişdir ki, imtiyazlı şəxslərin mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması prosesi rayon (şəhər) icra hakimiyyəti orqanlarının Nazirliyə təqdim etdikləri növbəlilik siyahıları əsasında sonuncu tərəfindən aparılır. Eyni zamanda qeyd ediilmişdir ki, Respublikanın regionlarında rayon (şəhər) icra hakimiyyəti orqnlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər üçün Nazirliyin sifarişi ilə fərdi yaşayış evləri inşa edilir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianın təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ağdaşda tikilən evin fotoşəkillərin göstərmiş və etirazın məzmununa uyğun izahata verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü

12. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-ci maddəsinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir.

15. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi.

16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

18. İddiaçı İİ dərəcə Qarabağ müharibəsi əlilidir və mənzil hüququ xüsusi qanunla tənzimlənir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydalan”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar.

20. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.

21. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

22. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil ilə təmin edilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

25. İddiaçının dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin edilməsi hüququ işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisə iddiaçının mənzil uçotunun Ağdaş rayonundan Bakı şəhərinin Suraxanı rayonu ərazisinə köçürülməsi ilə əlaqədar yaşayış sahəsi ilə harada təmin edilməsi ilə bağlıdır.

26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə rayon (şəhər) icra hakimiyyətinin mənzil növbəlilik sənədlərinin qeydiyyata alınması üçün qeydiyyatının köçürülməsi barədə səlahiyyəti nəzərdə tutulmamışdır. Odur ki, müvafiq müraciət olduğu təqdirdə, inzibati orqan (əsaslı olaraq) şəxsin hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi hüququnun olduğunu müəyyən etməlidir. Bununla belə, Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 112 saylı sərəncamına əsasən mənzil növbəlilik sənədlərinin qeydiyyata alınması üçün qeydiyyatının Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə köçürülməsinə münasibətdə məhkəmə qeyd edir ki, icra hakimiyyətinin vahidliyi prinsipindən çıxış edərək Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə (özü) uçota alınma tarixi (xx.xx.2001-ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi barədə sərəncam faktiki olaraq inzibati aktın qüvvədə saxlanılması (etibarlılığının təsdiqi) kimi qiymətləndirilməlidir. İnzibati orqanın qeyd edilən səlahiyyəti qanunla müəyyən edilmişdir.

27. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

28. Odur ki, iddiaçının mənafeyini təmin edən inzibati akt qeyd edilən əsaslara görə etibarlıdır.

29. Hazırki iş üzrə müəyyən edilməli olan hal ondan ibarətdir ki, Ağdaş rayonu, Pirəyir kəndində ev Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddiaçının mənzil növbəsi köçürülməmişdən əvvəl yaşayış üçün hazır olmuşdurmu və iddiaçıya təklif edilmişdirmi?

30. Qeyd edilən hal iş materialları ilə müəyyən edilmir.

31. Əksinə məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçının mənzil növbəsinin köçürülməsi faktiki olaraq həyata keçirildikdən (Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə) sonra cavabdeh orqan tərəfindən iddiaçıya Ağdaş rayonu, Pirəyir kəndində üç otaqlı fərdi yaşayış evinin tikildiyini, xarici kommunikasiya xətləri çəkildiyini və yaxın zamanda iddiaçının istifadəsinə veriləcəyi (xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublar) bildirilmişdir. Evin qeyd edilən tarixlərdə hələ daxili kommunikasiya xətlərinin çəkilməmiş olması işin mübahisəsiz halıdır.

32. Məhkəmə hesab edir ki, iddia təmin edilməli və xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olmaqla yaşayan İİ dərəcə Qarabağ müharibəsi əlili İddiaçı Bakı şəhərində növbəlilik qaydasında mənzillə təmin edilməlidir.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olmaqla yaşayan İİ dərəcə Qarabağ müharibəsi əlili İddiaçı Bakı şəhərində növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar