Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11465/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayonu İcra şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayonu İcra şöbəsinə qarşı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xəzər rayonu İcra şöbəsinin icra məmuru X3 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X5 xx.xx.2008-ci il xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-903/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh X5 İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda övladları X1 10, X2 9 yaşı var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağların tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və məsrəfləri yetərincə artmışdır. Cavabdeh aliment məbləğini ödəsə də, övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağların bütün qayğısı, ehtiyacı tamamilə tərəfibdən təmin edilir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş əvvəllər Xətai rayonu İcra şöbəsinin icraatında olmuşdur. Hazırda Xəzər rayonu İcra şöbəsinin icraatındadır. Alimentin məbləğinin artırılmasına dair məhkəmə qərarı olmasına baxmayaraq ona məlum olmayan səbəblərdən məhkəmə tərəfindən iki uşağa görə müəyyən edilmiş 440 (dörd yüz qırx) manat məbləğində aliment, artıq 6 aydan çoxdur ki, müəyyən olunmuş məbləğdən 100 manat az, yəni, 340 manat məbləğində ödənilir. Alimentin bu miqdarda ödənilməsinin əsası barədə məlumat almaq üçün Xəzər rayonu İcra şöbəsinə müraciət etmişdir. Lakin müraciəti nəticəsiz qalmışdır. Kazımov Marat alimentin artırılması barədə məhkəməyə müraciət edilməzdən əvvəl 2023-cü ildə müəyyən edilmiş yaşayış minimumu həcmində 340 manat məbləğində aliment ödəyirdi. Göründüyü kimi, aliment cavabdeh tərəfindən qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 440 manat məbləğində ödənilməlidir. Məhkəmə qərarı qəbul olunanadək cavabdehin uşaqlarının saxlanılması üçün ödədiyi vəsaitin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(006)- 1356/2023 saylı qətnaməsinin icrasına aidiyyəti yoxdur və məhkəmə qərarının icrasına mane olmamalıdır. Belə ki, cavabdeh tərəfindən məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən əvvəlki dövrə aid olan ödənişlər bu məhkəmə qərarı üzrə borcun azaldılmasına əsas ola bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsinə izah verilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Məhkəmənin 2(006)-1356/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş ərizənin məzmunu qətnamənin izahı ilə bağlı deyil, icra sənədinin düzgün icra olunmaması halında müvafiq icra hərəkətlərinin düzgün aparılıb-aparılmaması ilə bağlı məsələlərə məhkəmə tərəfindən qiymət verilməsinə nail olmaq xarakteri daşıyır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdeh Xəzər rayonu İcra şöbəsinin icra məmuru X8 bütün bu qeyd olunanlara baxmayaraq icra hərəkətlərini qanunauyğun şəkildə həyata keçirmir. Xəzər rayonu İcra şöbəsinin icra məmuru X3 hərəkətlərinin məhkəmə tərəfindən qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-903/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh X5 iddiaçı X4 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması, X10 tərəfindən məhkəməyə müraciət edilməsi üçün çəkilmiş 157 manat məbləğində məhkəmə xərci X5 tutularaq X7 ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Xakimova (Kazımova) Esmira Rəşidovnanın cavabdeh X9 qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq ərizə ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməsi olduğu izah edilmiş və müvafiq tələb ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra sənədinin icra olunmaması barədə icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə müəyyən edir ki, iddiaçının tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1356/2023 saylı icra sənədinin icrası ilə bağlıdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova