Məhkəmə qərarları › İş №2-1(112)-1147/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1147/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1147/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı1 cavabdeh -Suraxanı Rayon İcra Hakimiyyətinə 3-cü şəxs - Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşı “yaşayış sahəsinin sökülməsi ilə bağlı yardımın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı7, Hüseynova (Məmmədova) Xatirə İbrahim qızı, İddiaçı5, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – Suraxanı RİH) qarşı «yaşayış sahələrinin sökülməsi ilə bağlı iddiaçılara yardım ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərardadı ilə iddai mümkün sayılmamışdır. (hakim R.Kərimli) İddia tərəf “iddianın mümkün sayılmaması barədə” 28 dekabr 2017-ci il tarixli məhkəmə qərardadından apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. (hakim R.Kərimli) Məhkəmənin 30 noyabr 2018-ci il tarixli qərardadı ilə hazırkı işdən iddiaçı Hüseynova (Məmmədova) Xatirə İbrahim oğlunun cavabdeh Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. (hakim R.Kərimli) Məhkəmənin həmin (30 noyabr 2018-ci il) tarixli digər qərardadı ilə hazırkı iş üzrə icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Suraxanı RİH-in “birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş otağın boşaldılması” tələbinə dair cavabdeh İddiaçı7 qarşı 2(010)-5411/2018 saylı, cavabdeh İddiaçı2 qarşı 2(010)- 5402/2018 saylı, cavabdeh İddiaçı5 qarşı 2(010)-5401/2018 saylı, cavabdeh İddiaçı4 qarşı 2(010)-5400/2018 saylı mülki işlər üzrə yekun məhkəmə aktları qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır.(hakim R.Kərimli) İş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldığından, məhkəmənin 9 sentyabr 2019-cu il tarixli qərardadı ilə icraat təzələnmişdir. (hakim R.Kərimli) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçılar İddiaçı7, İddiaçı5, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdeh Suraxanı RİH-ə qarşı «yaşayış sahələrinin sökülməsi ilə bağlı iddiaçılara yardım ödənilməsi» barədə iddia tələbi üzrə işdən İddiaçı7 Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi, İddiaçı5 Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi, İddiaçı6 Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi, İddiaçı4 Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi və İddiaçı3 Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır.(hakim R.Kərimli) “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub göndərilmiş və iddiaçıya hüquqi yaradım göstərilərək mövcud qanunvericiliyin tələbləri izah edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından göründüyü kimi, iddiaçı hüquqi yardım haqqında məktubunda göstərilənləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəqiqləşdirməmişdir. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbində yaşayış sahəsinin sökülməsi ilə bağlı yardımın ödənilməsi tələb olunsa da, qeyd edilən tələb qanunvericiliklə həmin tələbə cavab verməli olan cavabdehə qarşı yönəldilməmişdir. İş materiallarından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 1/1281 nömrəli xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 491 nömrəli 25.10.017-ci il tarixli Sərəncamını göndərmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 491 nömrəli 25.10.017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərdiyi Şəhər İcra Hakimiyyətinin 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Suraxanı Rayon İcra Hakimiyyətinin xəzinə hesabına 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manatın köçürülməsinə göstəriş verilməsi barədə 2017-ci il 26 sentyabr tarixli 7-430/4g nömrəli məktubundakı təkliflə Maliyyə Nazirliyi 2017-ci il 23 oktyabr tarixli 07/03-317-5172 nömrəli məktubu ilə razılıq verərək, qaldırılan məsələnin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməli olduğunu bildirmişdir. Həmçinin, Sərəncamın 1-ci bəndində göstərilmişdir: “Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi (T. Həsənov): 1.1 Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 2.660.150 (iki milyon altı yüz altmış min bir yüz əlli) manat məbləğində vəsaitin ayrılmasını Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birliklərinə və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birliklərinə 2017-ci ilə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş vəsait daxilində həll etsin; 1.2. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1, 2, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı birlikləri və Şəhərin rayon Mənzil Kommunal Təsərrüfatı birlikləri üzrə azaldılan məbləğlərin 2018-ci il yerli büdcə xərcləri hesabına ödənilməsini təmin etmək məqsədi ilə onların növbəti ilə keçirilməsi və 2017-ci ilin borc öhdəliyi kimi qəbul edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırılmasını həll etsin.” “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası iddia növünə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən, və iddiaçı iş üzrə əsl olmayan cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin əsl cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsinə hər hansı münasibət bildirmədiyindən, həmçinin müvafiq ərizə ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar