Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1147/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dini X7 Dövlət Komitəsinə qarşı “kitabların idxal edilməsinə razılıq verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “Risalei-Nur Külliyyatına” daxil olan 5 ədəd kitab olan “Barla Lahikası”, “İşaratül İcaz”, “Sirasun-nur məcmuası”, “Sikkeyi tasdiqi qaybi” və X5 və ilmi şahsiyyeti” adlı kitabların Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dini X7 Dövlət Komitəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 23 aprel 2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə geri dönərkən Türkiyyədən şəxsi istifadəsi üçüm aldığı 5 ədəd dini ədəbiyyat olan “Risalei-Nur Külliyatına” aid kitabları Bakı hava limanında gömrük işçiləri tərəfindən götürülərək iddiaçıdan bu kitabların Dini X7 Dövlət Komitəsi tərəfindən ölkəyə idxal edilməsi barədə razılğının olub olmaması soruşulmuşdur. Üzrlü səbəblərdən Türkiyəyə gedən ərəfədə kitabların ölkəyə gətirilməsi barədə Dini X7 Dövlət Komitəsi tərəfindən razılığın alınması üçün müraciət edə bilməmişdir. Lakin Bakı şəhərinə geri döndükdən sonra bu kitabların gömrük orqanlarından geri almaq üçün Dini Komitəyə rəsmi ərizə ilə müraciət etmişdir, müraciətinə cavab olaraq bu kitabların ölkəyə idxal edilməsinin məqsədəuyğun hesab edilməməsi barədə iddiaçıya və Dövlət Gömrük Komitəsinə imtina məktubu təqdim edilmişdir. İddiaçı bildirmişdir ki, əvvəllər də müxtəlif vaxtlarda bu kitabların ölkəyə idxal edilməsi zamanı Dini X7 Dövlət Komitəsi tərəfindən hər hansı imtina məktubu verilməmişdir və bu kitablarla bağlı həmin X1 tərəfindən verilən rəylər ilə “Risalei-Nur Külliyatına” daxil olan kitabların milli, dini, irqi ayrı seçkilik daşımadığını, yalnız imani, əxlaqi və tərbiyəvi mahiyyət daşıdığı bildirilmiş, sadəcə 2009-cu ildən sonra dünyada gedən prosesləri nəzərə alaraq bu kitabların kütləvi şəkildə ölkəyə idxalı, yayılması, satışı məqsədəuyğun hesab edilməmişdir. İddiaçı hesab edir ki, müqəddəs kitabımız Quranı Kərimin elmi təfsiri olan “Risalei- Nur Külliyyatına” daxil olan Türkiyədən gətirdiyi 5 ədəd kitabdan mənsub olduğu islam dininin əsasların öyrənməyi iddiaçının Konstitusion və müvafiq qanunvericilik aktları ilə vətəndaşlıq hüququ (vicdan azadlığı) olduğuna görə bu kitabların Dini X7 Dövlət Komitəsi tərəfindən ölkəyə idxal edilməsinə razılıq verilməsi məhkəmə qərarı ilə təmin edilməlidir.
3. Məhkəmənin 05.07.2021-ci il tarixli hazırlıq icraatı üzrə iclasında iddiaçı iştirak etmişdir. Cavabdeh orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. İclas növbəti tarixə təxirə salınmışdır.
4. Məhkəmənin 30.07.2021-ci il tarixli hazırlıq icraatı üzrə iclasında tərəflər iştirak etmişdir. İddiaçının vəkilinin iştirakının təmin edilməsi məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.
5. Məhkəmənin 03.09.2022-ci il tarixli baxış iclasında tərəflər iştirak etmişdir. İş materiallarının hərtərəfli araşdırılması məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.
6. Məhkəmənin 07.09.2022-ci il tarixli baxış iclasında tərəflər iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq məhkəmə-dinşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etmişdir.
7. 29.10.2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, -Dinşünaslıq ekspertizasına təqdim edilmiş İddiaçı məxsus X6. “İşaratul-İcaz”, X6. “Risale-i X4 lahikası”, X6. “Risale-iNurKülliyyatındanSikke-itasdikiğaybi”, X6. “Siracunnurmecmuası”, Ahmed Akgündüz. “Arşiv belgeleri işığında X6 ve ilmi şahsiyyeti” (Üçüncü kisim) ekspert qarşısında qoyulmuş suallara əsasən, dini təyinatlıdır. -Dinşünaslıq ekspertizasına təqdim edilmiş İddiaçı məxsus X6. “İşaratul-İcaz”, X6. “Risale-i X4 lahikası”, X6. “Risale-iNurKülliyyatındanSikke-itasdikiğaybi”, X6. “Siracunnurmecmuası”, Ahmed Akgündüz. “Arşiv belgeleri işığında X6 ve ilmi şahsiyyeti” (Üçüncü kisim) ekspert qarşısında qoyulmuş suallara əşasənnur camaatı və ya nurçu kimi tanınan dini qrupa aiddir. -Dinşünaslıq ekspertizasına təqdim edilmiş İddiaçı məxsus X6. “İşaratul-İcaz”, X6. “Risale-i X4 lahikası”, X6. “Risale-iNurKülliyyatındanSikke-itasdikiğaybi”, X6. “Siracunnurmecmuası”, Ahmed Akgündüz. “Arşiv belgeleri işığında X6 ve ilmi şahsiyyeti” (Üçüncü kisim) ekspert qarşısında qoyulmuş suallara əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənşiliyin salınmasına, eləcə də dini ayrı-seçkiliyə yönələn məlumatları və fikirləri əks etdirmir. - Dinşünaslıq ekspertizasına təqdim edilmiş İddiaçı məxsus X6. “İşaratul-İcaz”, X6. “Risale-i Nur Külliyyatında'-Barla lahikası”, X6. “Risale-iNurKülliyyatındanSikkeitasdikiğayb X6. “Siracun-nurmecmuası”, Ahmed Akgündüz. “Arşiv belgeleri ışığında X6 ve ilmi şahsiyyeti” (Üçüncü kisim) ekspert qarşısında qoyulmuş suallara əsasən, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyinin əleyhinə yönələn məlumatları və fikirləri (konstitusiya quruluşunun dəyişdirilməsinə birbaşa və ya dolayı çağırışlar) əks etdirmir.
8. Məhkəmənin 20.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Dini X7 Dövlət Komitəsinə qarşı “Risalei-Nur Külliyyatına” daxil olan 5 ədəd kitab olan “Barla Lahikası”, “İşaratül İcaz”, “Sirasun-nur məcmuası”, “Sikkeyi tasdiqi qaybi” və X5 və ilmi şahsiyyeti” adlı kitabların Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsinə dair müraciətinə münasibət bildirilməsi üçün bir ay müddət təyin edilmişdir.
9. Cavabdeh orqan Azərbaycan Respublikası Dini X7 Dövlət Komitəsi tərəfindən məhkəməyə yazılı şəkildə (dəftərxana vasitəsilə) bildirilmişdir ki, "Risaleyi-Nur" külliyyatına daxil olan və bənzən dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilməmişdir. Lakin 'Risaleyi-Nur' külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən, məzhəblərarası ədavətə səbəb ola biləcək, eləcə də milli-irqi dini ayrı-seçkilik salan məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən 2009-cu ildən bu kitabların kütləvi şəkildə ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Bu haqda əlavə məlumat almaq istəyən şəxslər dəfələrlə Dini X7 Dövlət Komitəsində (DQİDK) olmuş və onlara müvafiq izahat verilmişdir. Eyni zamanda Dövlət Komitəsi məsələ ilə bağlı mövqeyini dəfələrlə mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmışdır. Buna baxmayaraq, vətəndaş İddiaçı 23.04 2021-ci il tarixdə X2 şəhərindən qayıdarkən özü ilə Risaleyi-nur külliyyatına daxil olan beş ədəd dini ədəbiyyatı ölkəyə gətirmək istəmiş, lakin həmin kitablar idxalla bağlı müvafiq razılığın olmadığı əsas gətirilərək gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. İddiaçı şəxsi istifadə məqsədi ilə ölkəyə idxal etmək istədiyi dini ədəbiyyatlara müvafiq razılığın verilməsi ilə bağlı Dini X7 Dövlət Komitəsinə müraciət etmişdir. Dövlət Komtəsi yuxarıda sadalananları əsas gətirərək vətəndaş İddiaçı kitablarının ölkəyə idxalına razılıq verməmişdir. İddiaçı Dövlət Komitəsinin müvafiq qərarının ləğv edilməsi və ona məxsus kitabların ölkəyə idxalına müvafiq razılığın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisələndirilən məsələ ilə bağlı Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdımalıyeva tərəfindən 2-1 (112)-7074/2021 saylı, 20.12 2021-ci il tarixli qərardad qəbul edilmişdir. Odur ki, Bakı inzibati Məhkəməsinin müvafiq qərardadı əsasında ünvan 1 ünvanında yaşayan İddiaçı müraciətinə Dövlət Komitəsində yenidən baxılmışdır. O. Rəsulova məxsus X3 “Barla Lahikası”, “İşaratül icaz”, “Siracun-nur məcmuası”, "Sikkeyi tasdiqi qaybi” və "X5 və ilmi şahsiyyeti” adlı əsərlərinin hər birindən bir ədəd olduğu və şəxsi istifadə məqsədi ilə gətirildiyi nəzərə alınaraq həmin kitabların ölkəyə idxalına etiraz edilmir.
10. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
11. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
12. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva