Məhkəmə qərarları › İş №2-1(112)-11474/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11474/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11474/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X5, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 may 2023-cü il tarixli 3-17-1/2-X-l 12094/2023 saylı məktubu ilə pensiya təyin etməkdən imtinanı əsassız hesab etməklə, mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Hazırda 57 yaşı tamam olmuşdur. Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. xx.xx.1985-ci ildən xx.xx.2005-ci ilə kimi Az.SSR Könüllü Kitabsevərlər Cəmiyyətinin X1 əl ilə yığıcı vəzifəsində işə başlamaqla xx.xx.2005-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2017-ci il tarixindən elə həmin iş yerində adını dəyişmiş "xxxx" MMC-də işə qayıtmış və hazırda da işləyir. İş yerindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən, işlədiyi sahə zərərli peşə sahəsi hesab olunur və Azərbaycan Respublikası NK-nin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 №-li siyahısında qeyd olunan (2270000a-14792Ş 2270000a-14807) əl ilə yığıcılar və yığma sətirtökən maşınların yığıcıları peşəsi onun peşəsinə uyğundur. Belə ki, zərərli iş yerində əmək stajı azı 20 il 03 ay 04 gün təşkil edir. Hazırda da işlədiyini nəzərə alsaq ümumi iş stajı 25 ildən çoxdur. Qeyd olunan bu müddətlərin hamısına dair əmək kitabçasında müvafiq qeydlər vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olynan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş), axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (55 yaş), 2) azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (52 yaş). 2) xx.xx.2006-ci il tarixədək azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında" Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları'nın 4.1.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 01-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən olunur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli İN 01/16 nömrəli arayışında onun xx.xx.1990xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X3ndə yığıcı, çapçı və briqadir vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki İddiaçı iş stajına dair məlumatların 1 İndiqo” MMC-də saxlanılan sənədlər əsasında yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisənin 2005-ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqh mətbəə fəaliyyəti ilə məşğul olduğu. "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlərin saxlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ış müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Müvafiq Əlavəyə əsasən, şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışda şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq bəndinə/ (yarımbəndinə) və (və ya) müvafiq vəzifə koduna uyğunluğu qeyd olunmalıdır. Aparılan yoxlama zamanı "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər saxlanılmadığından arayışda qeyd edilən məlumatların 20 sentyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilmişdir. Sözügedən müəssisənin sənədlərinin saxlanılmaması, o cümlədən müvafiq arayışın əmək kitabçası əsasında verilməsi sözügedən arayışdakı məlumatların əsassız olduğuna dəlalət edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. - “Nikahın bağlanması haqqında” Şəhadətnaməyə əsasən X2 nikah bağlandıqdan sonra Hacıyevadan Xalıqovaya dəyişdirilmişdir. - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli xx.xx.1985-ci il tarixli Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.2005-ci illərdə X1 əl ilə yığan yığıcı, sətrtökən maşınların yığıcıları, çapçı; xx.xx.2017-xx.xx.2020-ci illərdə isə "xxxx" MMC-də briqadir, sahə rəhbəri vəzifələrində işləmişdir. - Bakı Kompüter Peşə Liseyinin xx.xx.2023-cü il tarixli 08 nömrəli Arxiv Arayışından görünür ki, X7 həqiqətən 01 sentyabr 1982-ci il tarixdə 3 nömrəli X11 Məktəbinə “Əl ilə yığan mürəttiblər” ixtisasına qəbul edilmişdir. 20 iyul 1985-ci il tarixdə “Əl ilə yığan mürəttiblər” ixtisası üzrə 3 nömrəli X11 Məktəbinin əyani şöbəsini bitirmişdir. NQ 592673 nömrəli Diplom almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-X-112094/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 aprel 2023-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Nə-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin sizə dair xx.xx.2023-cü il tarixli İN 01/16 nömrəli arayışda xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X3ndə yığıcı, çapçı və briqadir vəzifələrində işlədiyiniz qeyd olunub. Adıçəkilən müəsisədəki iş stajınıza dair məlumatların "xxxx" MMC-də saxlanılan sənədlər əsasında yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisənin 2005-ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqla mətbəə fəaliyyəti ilə məşğul olduğu, "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər saxlanılmadığından arayışda qeyd edilən məlumatların 20 sentyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 5 may 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü sizin güzəştli iş stajınıza aid etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - "xxxx" MMC-nin “İddiaçı güzəştli şərtlərlə təqaüdlə təminatı haqqında” İN 01/16 nömrəli xx.xx.2023-cü il tarixli Arayışında göstərilmişdir: “İddiaçı işə düzələnə qədər Cəfər Babayev adına 3 №- li Texniki peşə məktəbini bitirmişdir. (xx.xx.1982 - xx.xx.1985) Diplom № 592673 İddiaçı xx.xx.1985 - ci il ( ƏMR N2141 xx.xx.1985- ci il ) Az. SSR könüllü Kitabsevərlər Cəmiyyətinin Eksprimental İstehsalat müəssisəsində 4- cü dərəcə ilə əl ilə yığan yığıcı vəzifəsinə işə qəbul edilib. xx.xx.1990- cı il (ƏMR № 08) Əl ilə yığan yığıcı vəzifəsində işləyərək, sətir tökən maşında yığıcı kimi işləməyə təhkim olunmuşdur. xx.xx.1991- ci il (ƏMR № 27- k xx.xx.1990) 5-ci dərəcə təyin edilmişdir. xx.xx.1991-ci il (ƏMR № 44K xx.xx.1991) 5-ci dərəcə ilə sətirtökən maşına yığıcı vəzifəsinə keçirilir. xx.xx.1996-ci il tarixdən (ƏMR № 01K xx.xx.1996) İstehsalat sahəsinin briqadiri vəzifəsi həvalə olunmuşdur (sətirtökən maşına yığıcı vəzifəsi saxlanmaqla) xx.xx.2002- ci il tarixdən İstehsalat sahəsinə yüksək çap üzrə beşinci dərəcəli çapçı vəzifəsinə keçirilib (birqadir vəzifəsi saxlanmaqla) xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 ci maddəsinin "a" bəndi ilə ( öz xahişi ilə ) işdən azad edilib. xx.xx.2017- ci il tarixindən "xxxx" MMC İstehsalat sahəsində briqadir vəzifəsinə işə qəbul olunsun. xx.xx.2020-ci il tarixdən Cildləmə sahə rəhbəri vəzifəsinə təyin edilib.” "Güzəştli Şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında "Azərbaycan respublikası Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli 320 saylı qərarın 2 №-li siyahısında qeyd olunan (2270000a- 14792, 2270000a-14807) əl ilə yığıcılar və yığma- sətirtökən maşınların yığıcıları peşəsi İddiaçı işlədiyi peşələrə uyğundur.” - məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin İN/01-55 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İN 01/16 nömrəli xx.xx.2023-cü il tarixli Arayış İddiaçı məxsus olan və hazırda müəssisənin idarəsində kadrlar şöbəsində saxlanılan sonuncuya aid ******* nömrəli əmək kitabçasındakı qeydlərə və xx.xx.2017-ci il tarixli, 20/Ş saylı və xx.xx.2020-ci il tarixli 14/Ş saylı əmrlərə əsasən tərtib olunmuşdur. Əlavə olaraq bildirilir ki, "xxxx" MMC 2005-ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqla fəaliyyət göstərir. "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər tam şəkildə "xxxx" MMC-yə təhvil verilməmiş, bəzi sənədlər arxivə təhvil verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin "xxxx" X3 “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2003-cü il tarixində özəlləşdirilmiş və sonradan "xxxx" MMC-yə satılmışdır. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/2-265471/23 nömrəli məktubunda göstərilmiuşdir: ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMCnin adıçəkilən şəxsə dair xx.xx.2023-cü il tarixli İN 01/16 nömrəli arayışda xx.xx.1990xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X3ndə yığıcı, çapçı və briqadir vəzifələrində işlədiyi qeyd olunub. Sözügedən müəsisədəki iş stajına dair məlumatların "xxxx" MMC-də saxlanılan sənədlər əsasında yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisənin 2005-ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqla mətbəə fəaliyyəti ilə məşğul olduğu, "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər saxlanılmadığından arayışda qeyd edilən məlumatların 20 sentyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 5 may 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən yuxarıda qeyd olunan dövrü İddiaçı güzəştli iş stajına aid etmək mümkün olmamışdır. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, İddiaçı ümumi iş stajı 29 il 3 ay 21 gün (xx.xx.2006- cı il tarixinədək 23 il 3 ay 21 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 6 il) təşkil edir.”

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1ab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Həmin cavabdan narazı qalan iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmçinin, sonradan cavabdeh məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtina dəlili iddiaçının güzəştli iş stajının olmamasıdır. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321 nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin xx.xx.1997-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il tarixədək 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır:

1. İddiaçının 52 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. ИТ-İ ******* nömrəli xx.xx.1985-ci il tarixli Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.2005-ci illərdə X1 əl ilə yığan yığıcı, çapçı; xx.xx.2017-xx.xx.2020-ci illərdə isə "xxxx" MMC-də briqadir, sahə rəhbəri vəzifələrində işləmişdir. (ümumilikdə xx.xx.2006-cı il tarixinədək 20 il, 03 ay, 17 gün). Bakı Kompüter Peşə Liseyinin xx.xx.2023-cü il tarixli 08 nömrəli Arxiv Arayışından görünür ki, X7 həqiqətən 01 sentyabr 1982-ci il tarixdə 3 nömrəli X11 Məktəbinə “Əl ilə yığan mürəttiblər” ixtisasına qəbul edilmişdir. 20 iyul 1985-ci il tarixdə “Əl ilə yığan mürəttiblər” ixtisası üzrə 3 nömrəli X11 Məktəbinin əyani şöbəsini bitirmişdir. (02 il 10 ay 174 gün) Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixə tələb olunan iş stajı (23 il 01 ay 22 gün) mövcud olmuşdur. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 20 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin adıçəkilən şəxsə dair xx.xx.2023-cü il tarixli İN 01/16 nömrəli arayışda xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X3ndə yığıcı, çapçı və briqadir vəzifələrində işlədiyi qeyd olunub. Sözügedən müəsisədəki iş stajına dair məlumatların "xxxx" MMC-də saxlanılan sənədlər əsasında yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisənin 2005ci ildən "xxxx" Eksperimental istehsalat müəssisəsinin törəmə müəssisəsi olmaqla mətbəə fəaliyyəti ilə məşğul olduğu, "xxxx" Eksperimental istehsalat müəssisəsinə aid sənədlər saxlanılmadığından arayışda qeyd edilən məlumatların 20 sentyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Sözügedən müəssisənin sənədlərinin saxlanılmaması, o cümlədən müvafiq arayışın əmək kitabçası əsasında verilməsi sözügedən arayışdakı məlumatların əsassız olduğuna dəlalət edir. Məhkəmə, iş materiallarındakı müvafiq materiallara və qanunvericilik normalarına istinad edərək cavabdehin imtinasının və etirazının əsassız olduğunu hesab edir. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi "xxxx" MMC-nin İN 01/16 nömrəli xx.xx.2023-cü il tarixli Arayışı ilə, həmçinin iddiaçıya məxsus ИТ-İ ******* nömrəli xx.xx.1985-ci il tarixli əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan xx.xx.1959-cu il təvəllüdlü İddiaçı verilmiş "xxxx" MMC-nin “İddiaçı güzəştli şərtlərlə təqaüdlə təminatı haqqında” İN 01/16 nömrəli xx.xx.2023-cü il tarixli Arayışında göstərilmişdir: “İddiaçı işə düzələnə qədər Cəfər Babayev adına 3 №- li Texniki peşə məktəbini bitirmişdir. (xx.xx.1982 - xx.xx.1985) Diplom № 592673 İddiaçı xx.xx.1985-ci il ( ƏMR N2141 xx.xx.1985- ci il ) Az. SSR könüllü Kitabsevərlər Cəmiyyətinin Eksprimental İstehsalat müəssisəsində 4- cü dərəcə ilə əl ilə yığan yığıcı vəzifəsinə işə qəbul edilib. xx.xx.1990-cı il (ƏMR № 08) Əl ilə yığan yığıcı vəzifəsində işləyərək, sətir tökən maşında yığıcı kimi işləməyə təhkim olunmuşdur. xx.xx.1991- ci il (ƏMR № 27- k xx.xx.1990) 5-ci dərəcə təyin edilmişdir. xx.xx.1991-ci il (ƏMR № 44K xx.xx.1991) 5-ci dərəcə ilə sətirtökən maşına yığıcı vəzifəsinə keçirilir. xx.xx.1996-ci il tarixdən (ƏMR № 01K xx.xx.1996) İstehsalat sahəsinin briqadiri vəzifəsi həvalə olunmuşdur (sətirtökən maşına yığıcı vəzifəsi saxlanmaqla) xx.xx.2002-ci il tarixdən istehsalat sahəsinə yüksək çap üzrə beşinci dərəcəli çapçı vəzifəsinə keçirilib (birqadir vəzifəsi saxlanmaqla) xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 ci maddəsinin "a" bəndi ilə ( öz xahişi ilə ) işdən azad edilib. xx.xx.2017- ci il tarixindən "xxxx" MMC İstehsalat sahəsində briqadir vəzifəsinə işə qəbul olunsun. xx.xx.2020-ci il tarixdən Cildləmə sahə rəhbəri vəzifəsinə təyin edilib.” "Güzəştli Şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında "Azərbaycan respublikası Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli 320 saylı qərarın 2 №-li siyahısında qeyd olunan (2270000a-14792, 2270000a-14807) əl ilə yığıcılar və yığma- sətirtökən maşınların yığıcıları peşəsi İddiaçı işlədiyi peşələrə uyğundur.” Göründüyü ki, iddiaçının güzəştli iş stajı dövrləri xx.xx.1985-xx.xx.2002-ci illəri arasında 10 ildən çox olan dövləri əhatə edir. Beləliklə də, məhkəmə qeyd edir ki, iddiaçının tələb olunan dövrədək yığıcı kimi 10 ildən artıq güzəştli iş satının mövcudluğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. “Siyahı”nın 22700000 XXV. Poliqrafiya, kinosurətlər istehsalı bölməsində 2270000a—14792 kodu ilə “əl ilə yığıcılar” və 2270000a—14807 kodu ilə “yığmasətrtökən maşınların yığıcıları” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. “Siyahı”nın 20. Poliqrafiya istehsalatı bölməsində - c) fəhlələr: “əl ilə yığıcılar” və “yığma-sətirtökən maşınların yığıcıları” müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 52 yaşının tamam olduğu vaxt onun 10 ildən artıq güzəştli iş stajının və 20 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən) Beləliklə də, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar