Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11479/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı mənzil növbəsinə götürülməsi və kirayə pulunun ödənilməsi vəzifəsini cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, baş leytinant İddiaçı xx xxxxxx 1989-cı ildə Ağdam rayonunda doğulmuşdur. xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilədək kursant, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək dinləyici, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək moto atıçı bölüyünün tağım komandiri, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək bölük komandiri müavini vəzifəsində həqiqi hərbi xidmətdə olmudur. Bildirmişdir ki, xx.xx.2007-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Aprel döyüşlərində də iştirak etmişdir. Bu ilər ərzində, hərbi xidmət dövründə, gedən döyüşlərdən sonra onda “keçirilmiş neyroinfeksiyanın davamlı üzvi nevroloji və veqettiv damar davamlılığı ilə olan qalıq əlamətləri. Miss-nin funksiya pozğunluğu. Bel-oma osteoxondruzu davamlı kökcük ağrıları, veqativ damar davamlığı ilə olan qalıq əlamətlər. Düyünlü UR eutireoid forma ensefalopatiya tez-tez təkrarlanan epleptik formalı qıcolmalar" kimi xəstəliklər yaranmışdır. İddiaçı aldığı xəsarətin dərəcəsi barədə məlumatları ərizəsinə əlavə etmişdir. “Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən yani xəstəliyinə görə müvafiq olaraq Müdafiə Nazirinin xx.xx.2016-ci il tatixli müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. İİ qrup əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Xətai Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli imtina məktubu ilə imtina verilmişdir. İddiaçı qeyd etmişdir ki, onun qeydiyyatda olduğu ünvan qaynanası X1 məxsus olan bina evi olmuşdur. Mənzil məsələsinin həlli ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona verilmiş imtina onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətandaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5(beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Onu da qeyd etmişdir ki, o, qeydiyyata düşdüyü ünvana 2022-ci ilin fevral ayından qeydiyyata alınmışdır. Lakin 2016-cı ildən ailəsi ilə birgə hu günə qədər Bakı şəhərində kirayədə qalır. İddiaçı hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ona ödənilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar qəbul edilməsi"ni məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim etməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu. - AZ-İ seriyalı 937395 nömrəli iddiaçıya məxsus Nikah haqqında şəhadətnamənin surəti; - EZ seriyalı ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; - **********22-05301-093144 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 18, xüsusi mülkiyyət hüququ üzrə X2 məxsusdur. - 2078 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 144 nömrəli Arayışın surətindən görünür ki, 1989-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı həqiqətən xx.xx.2007-ci ildən 21.12 2016-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "v” bəndinə (xəstəliyə görə) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli Arayışın surərindən görünür ki, İddiaçı ilə birlikdə X6 və X7, ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 Saylı Bakı “Asan xidmət” X3 xx.xx.2022-ci il tarixli, 1314 nömrəli Arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası, Ağdam rayon, Boyəhmədli kəndində anadan olmuş İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Arvadı: X7 (xx.xx.1994-cü il); Qızı: X6 (xx.xx.2016-cı il ); Qızı: X5 (xx.xx.2021-ci il); Qızı: X8 ( xx.xx.2021-ci il ). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışın surətindən görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışın surətindən görünür ki, X4 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən Bərdə rayonu, Cəyirli kəndində 1,4285 ha kənd təsərrüfatı təyinatlı ümumbirgə mülkiyyətdə olan torpaq sahəsi aşkar edilmişdir. - Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli Arayışının surətindən görünür ki, İddiaçı və X4 adına Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022ci il tarixli 2754 nömrəli Arayışın surətindən görünür ki, ehtiyatda olan baş leytenant İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və mənzil növbəsində deyildir. - "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli 27 nömrəli Arayışın surətindən görünür ki, İddiaçı ,həqiqətən də o,ünvan 2 ünvanda № 58 saylı mənzildə yaşayır. - Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Boyəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 163 nömrəli, xx.xx.2022-ci il tarixli Ayrayışın surətindən görünür ki, Ağdam rayon Boyəhmədli kənd sakini olmuş İddiaçı 2016-cı ildən 2022-ci ilə qədər kirayə pulu ilə təmin olunmayıb. - məhkəmənin müvafiq sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsi tərəfindən təqdim etdiyi xx.xx.2022-ci il tarixli 1920 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - məhkəmənin müvafiq sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. - İddiaçı barəsində elektron informasiya sistemindən əldə edilmiş məlumatlar.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslıdır. Belə ki, iddiaçı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayə haqqının ödənilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab edərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, imtina etmiş iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqanın məhkəmənin müvafiq sorğusu əsasında məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 1250 nömrəli məktubunda qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən təsdiq olunmuş 144 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.2007-21 12.2016cı illərdə xidmətdə olmuş və xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmış və xx.xx.2017-ci ıl tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ağdam Rayon İdarəsinə qeydiyyata alınmışdır. Məlumat üçün bildirilmişdir ki, Hərbi qulluqçuların Statusu Haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş (xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin (seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından) mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Eyni zamanda bildiririk ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanına qeydiyyata düşərək mənzil şəraitini süni şəkildə pisləşdirmiş və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 144 nömrəli arayışın surətindən görünür ki, 1989-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı həqiqətən xx.xx.2007-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "v” bəndinə (xəstəliyə görə) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 1920 nömrəli məktubu ilə inzibati işə dair İddiaçı məxsus şəxsi işinə aid olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş Xidmət Dəftərçəsinin surətindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək zabit qismində həqiqi hərbi xidmət keçmişdir. İddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlakın olması iş materialları ilə öz təsdiqini tapmamış, həmçinin iddiaçı barəsində elektron informasiya sistemindən əldə edilmiş əmlak məlumatlarından da müəyyən edilir ki, mülkiyyətində heç bir daşınmaz əmlak qeydiyyata alınmamışdır. Həmçinin işin araşdırılan hallarından məlum olmuşdur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi və ya torpaq sahəsi ilə təmin edilməmiş, hazıradək müvafiq mənzil növbəsinə götürülməmiş və kirayə haqqı ödənilməmişdir. İş materiallarında olan 2078 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s.yararlılıq haqqında qərarı (Xəstəliklər cədvəlinin 22 b maddəsinin İİİ qrafasına və ƏTC-yə AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı) ilə ehtiyata buraxılmışdır. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın müayinə aktına əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə əlillik dərəcəsi verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən imtina məktubunda qeyd edilmiş İddiaçı mənzil şəraitini suni şəkildə pisləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən iddiaçı barəsində əldə edilmiş şəxsi məlumatlardan məlum olur ki, iddiaçının qızı X6 xx.xx.2016-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Həmçinin iddiaçı məhkəmə iclaslarında hərbi xidmətdən təxris olunduğu vaxtdan ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını bildirmişdir. İddiaçının 2016-cı ildən ailəsinin özünün isə 2017-ci il tarixdən Bakı şəhərində yaşadığı və Bakı şəhərinədə taksi fəaliyyəti ilə məşğul olduğu iş materialları ilə öz təsdini tapmışdır. Bununla iddiaçının faktiki olaraq 2016-cı il tarixindən Bakı şəhərində yaşadığı məlum olur. Cavabdeh inzibati orqan tərəfindən qeyd edilənləri təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə cavabdeh inzibati orqanın Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsaslanaraq imtinasına dair aşağıdakıları bildirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına əsasən qanunverici müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Belə ki, qanunvericilikdə mənzil kirayəsi xərclərinin ödənilməsini nəzərdə tutan norma da xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin özü tərəfindən seçilmiş yer üzrə mənzil uçotuna alınma hüququnun olduğunu, həmçinin bu şəxslərin yaşayış yerinin müvəqqəti olduğu halda belə həmin mənzil kirayəsi xərclərini müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən həyata keçirildiyini təsbit etmişdir. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarına əsasən Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli Plenumunun Qərardadında qeyd edilmişdir: Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquqları, azadlıqları və vəzifələri konkretləşdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 10.2-ci maddəsinə əsasən normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Məhkəmə cavabdeh inzibati orqanın gətirdiyi dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən münasibətlərə Mənzil Məcəlləsinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, iddiaçı Mənzil Məcəlləsində nəzərdə tutulmuş vətəndaşların mənzil növbəsinə alınmanı yox, o xəstəliyə görə təxris olunmuş keçmiş hərbi qulluqçu statusundan irəli gələrək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq mənzil uçotuna alınmanı və mənzil kirayə xərclərinin ödənilməni tələb edir. Həmin münasibətlərə Mənzil Məcəlləsi tətbiq olunsa da belə məhkəmə qeyd edir ki, indiki halda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu xüsusi normadır və həmin qanunvericilik aktı tətbiq edilməldir. Məhkəmə qeyd edir ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxılan zabit olduğundan, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan kateqoriyaya aid olunduğu məhkəmə araşdırması ilə müəyyən edildiyindən, mənzil şəraitini suni şəkildə pisləşdirdiyi müəyyən olunmadığından, həmçinin iddiaçının statusunda olan şəxslərə Mənzil Məcəlləsinin 52-ci maddəsinin tətbiq edilməsi yolverilməz olduğundan və müvafiq qanunvericilikdə mənzil uçotuna götürülməni hərbi qulluqçunun seçdiyi yer üzrə həyata keçirilmə müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ona ödənilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə olunması tələbinə dair iddiası təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ona ödənilməsi vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev