Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1148/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı imtinanın qanunsuz sayılaraq ona əlillik dərəcəsinin təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığına dəymiş zərərlə bağlı Qarabağ Müharibəsi əlil olmuş və ona 2-ci qrup əlillik dərəcəsi verilib. xx.xx.2021-ci il tarixində təkrar növbəti komissiyadan keçərkən əlillik dərəcəsi azaldılaraq ona “Kəllədaxili travmanın nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiya, yaddaş zəifliyi ilə, Kəskin ifadə olunan asteno-nevrotik sindrom. Koqnetiv funksiyaların nəzərə çarpacaq pozulması; Mikozlarda xarici otit. AS-otomikoz. Müştərək daxili çəpgözlük, OS-Daxili çəpgözlük., OU-Hipermetropiya+1,0D;+1,5D.Diplopiya. Aşağı ətrafların oblitirasiya edici endoartrit. KAP stendləşmə ilə (1stendxx.xx.2021–ci il) Arterial hipertenziya İİ mərhələ risk çox yüksək. X11. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə). Diabetik polinevropatiya, şəkərli diabet tip İİ (insulin tələbli)”. Diaqnozları ilə müddətsiz İİİ qrup əlil statusu verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi M.Ə.Əfəndiyev adına X15 “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıqları. Postravmatik ensefalopatiya. Vertebro-bazilyar arterial sistem sindromu, kobud hərəki-kordinator pozğunluqla, koqnetiv funksiyaların qabarıq pozulması; Diabetik polinevropatiya kəskin asteno-nevrotik vəziyyət, boyun osteoxondrozu(C3-C5); şəkərli diabet İİ tip; X11, koronar stendləşmədən sonrakı vəziyyət Arterial hipertenziya lll dərəcə. xx.xx.2022-ci il stasionardan çıxarış vərəqində qeyd olunub-Xəstə müalicəsini başa çatdırır, vəziyyəti dəyişiksizdir. Nevropatoloqun daimi nəzarəti altında olmalıdır.Yəni müalicə effekt vermir. xx.xx.2021-ci il tarixdə olunmuş kələnin nativ (kranial) kompyüter tomoqrafik (KT) müayinəsi zamanı onda-Diffuz serebral atrofiya, xx.xx.2022-ci il tarixdə Elektroensefaloqrafiya (EEQ) müayinəsində Baş- beyin aktivliyinin diffuz dəyişikliyi aşkar olunmuşdur. Bütün bu və digər məlumatlar xx.xx.2022ci il tarixində 3-cu qrup əlillik statusunun gücləndirilməsi, artırılması üçün forma 88 sənədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq strukturuna göndərilmişdir. Bundan sonra yuxarıda qeyd edilən halların mövcudluğuna baxmayaraq, xx.xx.2023-cü il tarixdə həmin Agentlik tərəfindən çıxarılmış qərarda onun əlillliyinin xx.xx.2023-cü il tarixdən dayandırıldığı qeyd olunub. Səbəb kimi xəstəliklərdən tam reabilitasiya olması, yəni tam sağaldığı göstərilib. Bu da, öz növbəsində onu göstərir ki, komissiya üzvləri instruments müayinələrin nəticələrini və stasionar müalicə həkimlərinin rəylərini nəzərə almayıblar və ya almağa ehtiyac duymayıblar. O, komissiyanın qərarını qanunsuz və əsassız hesab edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İddiaçı tərəfindən müayinə sənədləri iş materiallarına əlavə edilmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 09 yanvar 2010-cu il tarixli 720 nömrəli qərara əsasən X7 “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi şəhadətləndirilmişdir.
9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasən: - İddiaçının əlillik vəziyyəti xx.xx.2010-cu il tarixdə qiymətləndirilərək 1 il müddətinə, xx.xx.2011-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş, xx.xx.2014-cü il tarixdə qiymətləndirilərək 1 il müddətinə, xx.xx.2015-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş, xx.xx.2015-ci il tarixdə qiymətləndirilərək 1 il müddətinə, xx.xx.2016-cı il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş, xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək 5 il müddətinə, xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçıya üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının tam reabilitasiya olunması barədə qərar qərar qəbul edilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubla cavab verilmişdir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 25 yanvar 2023-cü il tarixli 3-17-4/3-396/2023 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (ESDAS:**********6). Lakin verilmiş qərardan narazı olduğu üçün növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 720 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kontuziva, bədənin müxtəlif hissələrində çoxsaylı qəlpə yaraları. Sağ qaşüstü nahiyəsində deşilmiş-dağılmış, sağ əl barmaqlarının cırılmış çoxsaylı qəlpə yaraları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı nistaqm, dağılmış üzvi nevroloii ocaqlı əlamətlər, Romberqdə səndəlləmə, tremor, qabarıq asteno-nevrotik əlamətlər müəyyən edilmişdir. X13 xx.xx.2021-ci il tarixli Kəllənin nativ KT nəticəsi “Diffuz olaraq serebral atrofiva mövcud olub, atrofivava bağlı olaraq beyin şırımları. Silvian fissura dərinləşibdir” kimi təqdim olunmuşdur’’ kimi qeyd olunmuş, 2.5.25-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ikigörmədən yuxusuzluqdan şikayət etmiş, qəbul etdiyi medikamentoz preparatlardan “Fenazepam, Finlepsal”ı qeyd etmişdir. Obyektiv baxış zamanı sağ qaşüstü nahiyədə, hər iki baldırın orta 1/3-də köhnə, səthi, güclə nəzərəçarpan çapıqlar izlənmiş, hərəkətlər sərbəst olmuş, hər iki topuq nahiyəsində pulsasiya qeyd olunmuşdur. Nevroloji statusunun araşdırılması zamanı ocaqlı patologiya aşkar edilməmiş, reflekslər bir qədər enik çağrılmış, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, ətraflarda iflic, parez aşkar edilməmişdir. X17 xx.xx.2021-ci il tarixli Kəllənin nativ KT müayinəsinin nəticəsi “Diffuz olaraq serebral atrofiya mövcud olub, atrofyaya bağlı şırımları, Silvian fissura dərinləşibdir" kimi qeyd edilsə də, əyani müayinə zamanı klinik olaraq patofunksional pozuntu aşkar edilməmişdir. Yanaşı olaraq şəkərli-diabet xəstəsi olduğunu ifadə etdiyi üçün ağırlaşmalar araşdırılmışdır. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “VİS QU=0,5 k/etmir. DZ: OU-Başlanğıc katarakta. Xəstə diplopiyadan şikayət edir. Görmə orqanı tərəfindən orqanik dəyişiklik qeyd olunmadı” kimi, ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Hər iki anterior tibial arteriyalarda ciddi hemodinamik əhəmiyyətli darlıqlar (qrade 2 angiopativa)” kimi, həmin müəssisədə xx.xx.2023-cü il tarixdə aparılmış Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seamentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya azalmayıb. LVEF-57% Aortal və mitraİ qapaqlar fibrokalsifikdir. Mitraİ qapağın arxa tayında kalsifik düyün izlənildi. Min MR. Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi xx.xx.2022-ci il tarixli Tibbi rəyində diaqnoz “OU-qişalar yerindədir. Süsəvari cisimdə tək-tək destruktiv bulanmalar izlənilir. Retrobuklbar sahə asimmetriyasızdır” kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
12. Məhkəmənin 2-1(112)-9665/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən T751/2023 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, məhkəmə-tibbi müayinəsinə əsasən, 13 oktyabr 2023cü il tarixdə Həyatov X5 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. Deməsinə görə: 1993-cü ildə İ Qarabağ müharibəsi zamanı yaralanmışdır. 2010-cu ildə aldığı travma ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. 2023-cü ildə pensiya müavinəti dayandırılmışdır. Bu səbəbdən də İnzibati Məhkəməyə müraciət etmişdir. Hazırda şikayətləri başında ağrıdan, əsəbilikdən, yaddaş zəifliyindən, əzələ gücünün aşağı enməsindən, ağızda qumluqdan, ayaqlarda ağırlıqdan, görmənin hər iki gözdə zəifləməsindən və tez yorulmadandır. Müayinə olunan düzgün bədən quruluşlu, kafi qidalı olub, orta boyludur. Həyat yoldaşının köməkliyi ilə gəzir, güclü baş ağrıları olduğu üçün müvazinətini itirir. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “T90.5- Keçirilmiş Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. F07.2- Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan qarışıq tipli (ayda 11-18) vegetativ krizlərlə; Koqnitiv funksiyaların nəzərə çarpacaq pozulma (MMŞ 18bal) El 1.7- Serebrovas-kulyar damar xəstəliyi kobud hərəki, kordinator pozğunlaqlarla; H49.0, H50.8- Şəkərli diabet tip 2 (insulin tələbli). Çoxsaylı ağırlaşmalarla; Sol tərəfli gözün hərəki sinrinin iflici, daimi daxili çəpgözlülük; İ20.8- ÜİX. Stabil gərginlik stenokardiyası İİ f.s. 110- Arterial hipertenziya İİİ mər.” Diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. (X16 4028 saylı xəstəlik tarixinin çıxarışı; 11.09-xx.xx.2023-cü il tarixlərdə müalicədə olmuşdur).
13. Məhkəmənin 2-1(112)-9665/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əlillik vəziyyətinin əyani müayinəyə əsasən cavabdeh tərəfindən qiymətləndirilməsi məqsədilə cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-4/2-6509/2024 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin E00042854MNG nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi səndlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zmanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı Müsseyib oğluna dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1354/2024 nömrəli qərara əsasən Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin E00042854MNG nömrəli xx.xx.2022- ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1928/2023). Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9665/2023 nömrəli qərardadına əsasən 3-17-4/1- 95/2024 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 720 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kontuziya, bədənin müxtəlif hissələrində çoxsaylı qəlpə yaraları. Sağ qaşüstü nahiyəsində deşilmiş-dağılmış, sağ əl barmaqlarının cırılmış çoxsaylı qəlpə yaraları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. M.Ə.Əfəndiyev adına X16 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Qapalı kəllə beyin travmasırıın davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan Qarışıq tipli (ayda 11-18 dəfə) vegetativ krizlərlə. Koqnitiv funksiyaların nəzərə çarpacaq pozulması. Serebrovaskulyar damar xəstəliyi sindromu. Kobud ekstrapiramid və hərəki pozğunluqla. Şəkərli diabet, tip 2 (insulin tələbli) çoxsaylı ağırlaşmalarla. Sol tərəfli gözün hərəki sinirlərinin iflici, daimi daxili çəpgözİük. X11. Stabil gərginlik stenokardiyası İİ fs. Arterial hipertenziya, İİİ dərəcə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına X16 xx.xx.2023-cü il tarixli KT müayinəsinin nəticəsi “Baş beynin hər iki hemisferində frontopariyetal bəyaz maddədə 1 sm qədər ölçüləri olan tək-tək hipodens ocaqlar təyin edilir - işemik infarkt ocaqları, serebral mikroangiopatiya düşünülür.” kimi qeyd edilmiş, yaşla əlaqədar dəyişikliklər kimi qiymətləndirilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi aşağı amplitudludur. Fon yazısı zamanı hər iki yarımkürədə beta daldaları dominantlıq təşkil edir. Funksional sınaqlar zamanı betanın paroksizmallığı izlənilir. EEQ şəkli orta strukturları disfunksiyası fonunda betanın pariksizmallığı ilə xarakterizə edilir.” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. M.Ə.Əfəndiyev adına X16 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 4028 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopativa, tez-tez təkrarlanan qarısıq tipli (avda 11-18 dəfə). Vegetativ krizlərlə (koqnitiv funksiyaların nəzərə çarpacag pozulması). Serebro vaskulvar damar xəstəliyi. Kobud hərəki, koordinator pozğunluqla. Şəkərli diabet tip 2 (irısulin tələbli). Çoxsaylı ağırlaşmalarla. Sol tərəfli gözün hərəki sinirinin iflici, daimi daxili çəpgözlük. X11. Stabil gərginlik stenokardiyası İİ fs. Arterial hipertenziva İİİ mərhələ” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Qeyd edirlər ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı ikigörmədən, yuxusuzluqdan şikayət etmiş, gəbul etdiyi medikamentoz preparatlardan “Fenazepam, Finlepsal”ı qeyd etmişdir. Obyektiv baxış zamanı sağ qaşüstü nahiyədə, hər iki baldırın orta 1/3-də köhnə, səthi, güclə nəzərəçarpan çapıqlar izlənmiş, hərəkətlər sərbəst olmuş, hər iki topuğ nahiyəsində pulsasiya qeyd olunmuşdur. Nevroloii statusunun araşdırılması zamanı ocaqlı patologiya aşkar edilməmiş, reflekslər bir qədər enik çağrılmış, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, ətraflarda iflic, parez aşkar edilməmişdir” kimi qeyd olunmuş, tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, bəzən istəmədiyi yerdə olmaq, istəmədiyi hərəkətləri etmək, ikigörmədən şikayətlənmiş, insulindən asılı şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Nevroloji müayinə zamanı 12 cüt kəllə beyin sinirləri normal, əzələ gücü və tonusu normal, reflekslər canlı və bərabər çağrılmışdır. Verdiyi anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patoloji, nevroloji dəyişikliklər müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
20. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir.
22. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2010-cu il tarixdə qiymətləndirilərək 1 il müddətinə, xx.xx.2011-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş, xx.xx.2014-cü il tarixdə qiymətləndirilərək 1 il müddətinə, xx.xx.2015-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş, xx.xx.2015-ci il tarixdə qiymətləndirilərək 1 il müddətinə, xx.xx.2016-cı il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş, xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək 5 il müddətinə, xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçıya üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının tam reabilitasiya olunması barədə qərar qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 25 yanvar 2023-cü il tarixli 3-17-4/3-396/2023 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (ESDAS:**********6). Lakin verilmiş qərardan iddiaçı narazı olduğu üçün növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı yenidən iddiaçının əlillik vəziyyətinin əyani müayinəyə əsasən qiymətləndirilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəmənin qərardadının icrası ilə əlaqədar 3-17-4/3-3-1354/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıda olan diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci iltarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir braədə qərar qəbul edilmişdir.
23. Göründüyü kimi, iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin düzgünlüyü məhkəmə araşdırması zamanı bir daha öz təsdiqini tapmışdır.
24. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
25. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
26. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
27. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
29. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
30. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
32. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva