Məhkəmə qərarları › İş №2-1(112)-11487/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11487/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11487/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin götürülməsi ” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən səyyar vergi yoxlamasının həyata keçirilməsi üçün yoxlanılan dövr üzrə (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) qeyd olunan sənədlərin – 1) Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; Müəssisə tərəfindən görülmüş işləri və xidmətləri təsdiq edən təhvil-təslim aktları, müqavilələri, forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Alınmış mal, iş və xidmətlərlə bağlı müqavilələr, təhvil-təslim aktları və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış; İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar; Ümidsiz borclar barədə məlumatlar; Ciddi hesabat blanklarının (kassa mədaxil orderləri və s) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin, 2) Yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); Mal-materialların daşıma xərcləri; Yük gömrük bəyanamələrinin surəti (dPDF faylda); Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda); Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda); Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyrimaddi aktivlərin reyestri (excel faylda); Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı layihələr və yoxlama dövrü (illər) üzrə imzalanmış hər təhvil-təslim aktı (electron qaimə faktura və s) üçün silinmiş xammal və materiallar, alınmış iş və xidmətlərin dəyərini göstərən uçot məlumatlarının elektron surətlərinin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********171476 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarı əsasında "xxxx" MMC-də (VÖEN **********) növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada xx.xx.2023cü il tarixli **********171504 nömrəli Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövrdə (xx.xx.2020- xx.xx.2023) tələb edilən aşağıda qeyd olunan sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. 1. Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; Müəssisə tərəfindən görülmüş işləri və xidmətləri təsdiq edən təhvil-təslim aktları, müqavilələri, forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Alınmış mal, iş və xidmətlərlə bağlı müqavilələr, təhvil-təslim aktları və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış; İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar; Ümidsiz borclar barədə məlumatlar; Ciddi hesabat blankları (kassa mədaxil orderləri və s). 2. Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) elektron surəti: Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); Mal-materialların daşıma xərcləri; Yük gömrük bəyanamələrinin surəti (dPDF faylda); Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda); Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda); Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda); Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı layihələr və yoxlama dövrü (illər) üzrə imzalanmış hər təhvil-təslim aktı (electron qaimə faktura və s) üçün silinmiş xammal və materiallar, alınmış iş və xidmətlərin dəyərini göstərən uçot məlumatları. Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42 maddəsinə uyğun olaraq sənədlərin yoxlamaya təqdim edilməsindən imtina barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli **********524400 nömrəli “Sənədlərin təqdim edilməsi barədə” 1-ci xəbərdarlıq və xx.xx.2023-cü il tarixli **********379200 nömrəli “Sənədlərin təqdim edilməsi barədə” 2-ci xəbərdarlıq məktubları vergi ödəyicisinin elektron ünvanına göndərilmişdir. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir.

İİ. İddianın növü və mümkünlüyü

6. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

7. Belə ki, hazırkı iddianın növü İPM-in 2.2.3-cü maddəsinə nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddiadır.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Eyni zamanda məhkəmə qeyd edir ki, vergi orqanı səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin, habelə elektron faylların təqdim olunmasını tələb edə bilər, tələb olunan sənədlər təqdim edilmədikdə isə, sənədlərin götürülməsinə dair əsaslandırılmış tələblə inzibati məhkəmə icraatı çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə (inzibati məhkəməyə) müraciət edə bilər. Bu cür hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-47/19 saylı, 30 yanvar 2019-cu il tarixli qərarında da ifadə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...səyyar vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisindən sənədlərin götürülməsi üçün məhkəmənin qərarının olması zəruriliyi müəyyən edilsə də, vergi orqanının bu məqsədlə mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırılması nəzərdə tutulmamışdır. Maddənin tələbindən göründüyü kimi, bunun üçün vergi orqanının əsaslandırılmış müraciətin olması zəruri hesab edilmişdir. Həmin müraciətlə qaldırılmış vəsatəti həll edərkən məhkəmə tərəfindən publik hüquqdan irəli gələn inzibati orqanın səlahiyyətlərinin qanuna müvafiq həyata keçirilməsinin təftişi təşkil etməlidir. Belə mübahisələr artıq inzibati məhkəmə icraatı qaydasında aparılmalıdır, çünki bu halda vergi orqanı vergi ödəyicisinə münasibətdə hakimiyyət tədbirini həyata keçirən inzibati orqan kimi çıxış edir və vergi ödəyicisinin vergi öhdəliyinin həcminin müəyyən edilməsi üçün səlahiyyətlərini icra edir”.

10. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1, 23.1.2 və 23.1.2-1-ci maddələrinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək və bu məqsədlə müvafiq sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək vergi orqanının hüququdur. 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. 34.3. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. 43.7. Vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. 43.8. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. 43.9. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir. 43.10. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır. 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.

12. Məhkəmə ilkin olaraq qeyd edir ki, Cavabdeh MMC ********** VÖEN-lə vergi orqanında uçota alınmış, Cəmiyyətin ünvanı AZ0100, ünvan 1lan 4 qeyd edilmişdir. İşin araşdırılması prosesində cavabdehin vergi ödəyicisi kimi uçota alındığı ünvanın dəyişdirilməsi barədə məlumat vergi orqanına və ya məhkəməyə verilməmişdir.

13. İşin faktiki hallarından görünür ki, vergi orqanı tərəfindən “səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixi **********171476 nömrəli qərar ilə vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə iyun 2020-mart 2023 dövrləri əhatə edən növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmış, bu barədə cavabdehə bildiriş və zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə ünvanlansa da, cavabdeh tərəfindən həmin sənədlər qəbul olunmamışır. Nəticədə tələb olunan zəruri sənədlər təqdim edilməyərək Vergi məcəlləsinin 43.10-cu maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Lakin həmin akt da MMC tərəfindən imzalanmamış, MMC-nin rəhbərini tapmağın mümkün olmaması barədə aktda qeyd aparılmışdır.

14. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının tələb etdiyi səyyar vergi yoxlaması üçün zəruri olan sənədləri iddiaçıya təqdim edilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir.

15. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı sənədlərin cavabdehən götürülməsi barədə iddia qaldımaqda haqlı olmuşdur.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Göstərilənlərə əsasən və İPM-in 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən səyyar vergi yoxlamasının həyata keçirilməsi üçün yoxlanılan dövr üzrə (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) qeyd olunan sənədlər – 1) Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; Müəssisə tərəfindən görülmüş işləri və xidmətləri təsdiq edən təhviltəslim aktları, müqavilələri, forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Alınmış mal, iş və xidmətlərlə bağlı müqavilələr, təhvil-təslim aktları və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış; İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar; Ümidsiz borclar barədə məlumatlar; Ciddi hesabat blanklarının (kassa mədaxil orderləri və s) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti, 2) Yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); Mal-materialların daşıma xərcləri; Yük gömrük bəyanamələrinin surəti (dPDF faylda); Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda); Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda); Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyrimaddi aktivlərin reyestri (excel faylda); Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı layihələr və yoxlama dövrü (illər) üzrə imzalanmış hər təhvil-təslim aktı (electron qaimə faktura və s) üçün silinmiş xammal və materiallar, alınmış iş və xidmətlərin dəyərini göstərən uçot məlumatlarının elektron surəti götürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar