Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1149/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona atası vəfat edən ildə, yəni 2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 izahatında bildirdi ki, iddiaçı 1992-ci il ləvəllüdlü olmaqla uşaqlıqdan sağlamlıq imkanları məhdud uşaq statusu almışdır. Hazırda 28 yaşı olmaqla İİ (ikinci) dərəcəli əlildir və sosial müavinət alır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə görə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. İddiaçının atasının vəfət etməsi ilə əlaqədar onun ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır. Belə ki, iddiaçının atası X6 xx xxxxxx 1958-ci ildə anadan olmuş və xx xxxxxx 2013-cü ildə 54 yaşında vəfat etmişdir. İddiaçının atası X6 xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilədək Bakı şəhərinin 24 və 29 saylı notariat kontorunda dövlət notarusu vəzifəsində (7 il 2 ay 26 gün) işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivindən alınmış arxiv arayışına əsasən Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyinin hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində 3 il 9 ay 16 gün, Binəqədi Rayon Məhkəməsinin verdiyi arayışa əsasən isə onun həmin məhkəmədə kargüzar vəzifəsində 7 ay stajının olduğu sübüt edilir. Bundan başqa iddiaçının atasının hərbi bileti əsasında onun 2 il həqiqi hərbi xidmətdə olduğu da sübüt edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçının atası vəfat etdiyi 2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya təyin edilirdi. Lakin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə xx xxxx 2017-ci il tarixli edilmiş və x xxxx 2017-ci ildə qüvvəyə minən dəyişikliyə görə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Cavabdehin iddiaçıya ünvanladığı xx xxxx 2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, iddiaçının mərhum atası X3 ədliyyə işçisi kimi iş stajı 15 ildən (6 il 1 ay) az olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.20-ci maddəsinə əsasən ona ədliyyə orqanlarının əməkdaşının ailə üzvi kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin qanunun 20.1.15-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş ədliyyə işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.15-ci maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat eldikdə, onun ailə üzvləri ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfal edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşma çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Hesab edir ki, cavabdehin imtina cavabı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir və iddiaçının konstitusion sosial təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sosial təminatın tədricən daha da aşağı səviyyəyə salınması Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci və Avropa Sosial Xartiyasının 12-ci maddəsinin 3-cü bəndləri ilə ziddiyyət yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi iddiaçıya atası vəfat edən ildə, yəni 2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğıın olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. Həmin maddəyə görə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya təyin edilirdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.1-ci, 20.19.2-ci maddələrinə əsasən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının mərhum atası X3 ədliyyə işçisi kimi iş stajı 15 ildən az - 6 il 1 ay olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 20.20-ci maddəsinə əsasən ona ədliyyə orqanlarının əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən imtina qanunauyğun və əsaslıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli, **********5 saylı imtina məktubunda qeyd edlir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.1-ci, 20.19.2-ci maddələrinə əsasən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, mərhum atanız X3 ədliyyə işçisi kimi iş stajı 15 ildən az (6 il 1 ay) olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 20.20-ci maddəsinə əsasən sizə ədliyyə orqanlarının əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan iddiaçıya məxsus AZE serialı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, AZ-İ serialı 601102 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm səbəbi: ürəyin işemik xəstəliyi, infarktan sonra. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin xx xxxxx 2019-cu il tarixli A-49 saylı arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyi" arxiv fondunda mühafizə edilən əmr kitablarında X2 (əmr № 56 ş/h, xx xxxx 1984-cü il) arbitrajlı Hüquq şöbəsinə hüquq məsləhətçisi vəzifəsinə işə təyin edildiyi; (əmr № 17 ş/h, xx xxxx 1988-cı il) V.İ.Lenin adına Bakı tekstil kombinatının Hüquq şöbəsinin rəisi vəzifəsindən işdən azad olunduğu qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin xx xxxxxx 2021-ci il tarixli DA-00078-2021 saylı məktuba əlavə edilmiş arxiv arayışında "Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində X2 iyul 1984 – fevral 1988-ci illərə dair aylıq maaşı qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş digər arxiv arayışına əsasən "Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi” arxiv fondunda mühafizə edilən əmr kitablarında X2 (əmr № 56 ş/h, xx xxxx 1984-cü il) Nazirliyin arbitrajlı hüquq şöbəsinə böyük hüquq-məsləhətçisi vəzifəsinə işə qəbul edildiyi; (əmr № 04 ş/h, xx xxxxxx 1988-ci il) tutduğu vəzifədən azad edilərək, V.İ.Lenin adına Bakı tekstil kombinatına Hüquq şöbəsinin rəisi vəzifəsinə işə təyin edildiyi; (əmr № 17 ş/h, xx xxxx 1988-ci il) işdən azad olunduğu qeyd olunur. Eyni zamanda bildirilmişdir ki, V.İ.Lenin adına Bakı tekstil kombinatının sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1869 nömrəli məktubunun təsdiq edilmiş surətindən görünür ki, X1 (indiki Binəqədi) rayon xalq məhkəməsinin böyük xalq hakimi vəzifəsini icra edən O.Qaramanlının xx xxxxxx 1975-ci il tarixli, 59 nömrəli əmrinə əsasən, xx xxxxxx 1975-ci il tarixdən Kirov rayon xalq məhkəməsində kuryer vəzifəsinə işə qəbul edilmiş, məhkəmənin sədrinin xx xxx 1976-cı il tarixli, 77 saylı əmrinə əsasən, xx xxx 1976-cı il tarixdən kargüzar vəzifəsinə keçirilmiş, məhkəmənin sədrinin xx xxxxxx 1976-cı il tarixli, 99 nömrəli əmri ilə xx xxxxxx 1976-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. X1 rayon xalq məhkəməsinin sədrinin xx xxxxx 1980-ci il tarixli, 10 saylı əmri ilə yenidən xx xxxxx 1980-ci il tarixdə məhkəmədə kargüzar vəzifəsinə işə qəbul edilmiş, məhkəmənin sədrinin xx xxxx 1980-ci il tarixli, 16 saylı əmri ilə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. X2 əmək kitabçası Binəqədi rayon məhkəməsində olmadığından əmək kitabçasından çıxarışın verilməsinin mümkünsüz olduğu bildirilmişdir. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, X6 xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 serialı 189294 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ikinci qrup əlildir, əlilliyin səbəbi ümumi xəstəlik kimi qeyd edilmişdir. Əsas: 1668 nömrəli xx.xx.2013-cü il tarixli müayinə aktı. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 serialı 021291 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı, 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarlarının 2.1.16-cı bəndinə uyğundur. Arayış verilmişdir onun anası X5. Əsas: 45 nömrəli xx.xx.2009-cu il tarixli müayinə aktı. İş materiallarında olan ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 24 nömrəli notariat kontoruna baş dövlət notariusu vəzifəsinə təyin olunmuş, xx.xx.1991-ci il tarixdə Bakı şəhəri 29 nömrəli notariat kontorunun dövlət notariusu vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1995-ci il tarixdə məcburi proqula görə əmək haqqı ödənilməklə Bakı şəhəri 29 saylı notariat kontorunun dövlət notariusu vəzifəsinə bərpa edilmiş, xx.xx.1997-ci il tarixdə isə tutduğu vəzifədən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur; 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.15. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.19-cu maddəsinə əsasən bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 20.19.1-ci və 20.19.2-ci maddələr yuxarıda qeyd olunan yeni redaksiyada verilmişdir, əvvəlki redaksiyada isə deyilirdi: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla. Həmin dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1992-ci il təvəllüdlüdür. Onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuşdur, 18 yaşı tamam olduqdan sonra da ikinci dərəcə əlildir və sosial müavinət alır. İddiaçının atası X6 xx.xx.2013-cü ildə vəfat etmişdir. İddiaçı ona ədliyyə işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.1-ci, 20.19.2-ci maddələrinə əsasən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilməli olması və iddiaçının atasının ədliyyə işçisi kimi iş stajının 15 ildən az (6 il 1 ay) olduğu əsas gətirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, iddiaçının atası X6 xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində xx xxxxxx 1975-ci ildən kuryer vəzifəsinə işə qəbul edilmiş, xx xxx 1976-cı il tarixdən kargüzar vəzifəsinə keçirilmiş, xx xxxxxx 1976-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş, xx xxxxx 1980-ci il tarixdə məhkəmədə kargüzar vəzifəsinə işə qəbul edilmiş, xx xxxx 1980-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir, xx xxxx 1984-cü il tarixdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyin arbitrajlı hüquq şöbəsinə böyük hüquqməsləhətçisi vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 1988-ci il tarixdə tutduğu vəzifədən azad edilərək, V.İ.Lenin adına Bakı tekstil kombinatına Hüquq şöbəsinin rəisi vəzifəsinə işə təyin edilmiş, xx xxxx 1988-ci ildə işdən azad edilmişdir, daha sonra xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 24 nömrəli və 29 nömrəli notariat kontorlarında dövlət notariusu vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının atasının ümumi sığorta stajı 13 ildən çoxdur, həmin dövrün 7 il 2 ay 26 günü isə notariat kontorunun dövlət notariusu vəzifəsində işləmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının atası xx.xx.2013-cü ildə vəfat etmişdir. Həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiyanın hesablanması nəzərdə tutulmuşdur. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 20.19.1-ci və 20.19.2-ci maddələr yeni redaksiyada verilmişdir və Həmin dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının atasının vəfat etdiyi tarixdə (pensiya hüququnun yarandığı tarix) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiyanın hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçının atasının vəfat etdiyi xx.xx.2013-cü il tarixdə (həmin pensiya hüququnun yarandığı tarixdə) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2013-cü il tarixdən təyin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, onun atası X6 vəfat edən tarixdə (xx.xx.2013-cü ildə) qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1149/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1149/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver