Məhkəmə qərarları › İş №2-1(112)-1149/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1149/2025

10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1149/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “vəsaitin tutulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4989,49 manat (dörd min doqquz yüz manat qırx doqquz qəpik) məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin bundan- -sonra - MEİS) “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, xx.xx.2020-ci il tarixdən 02.11,2020-ci il tarixdək olan dövrü əhatə edən SN 00006 seriyalı 864265 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) yenidən baxılmışdır. Baxış zamanı Cavabdeh tərəfindən “Elektron hökumət” portalı vasitəsilə MEİS-ə daxil edilmiş ********************43832 nömrəli haqq-hesab cədvəli üzrə ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin Cavabdeh tərəfindən gəlirlərin yanlış daxil edildiyi üçün (haqq - hesab cədvəlindən çıxarış əlavə olunur) nəticədə yanlış hesablanaraq ödənildiyi məlum olmuşdur. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 25 noyabr 2022-ci il tarixli AHO-4/3.2-2022-135 nömrəli qərarına əsasən “Fond tərəfindən vəsaitlərin və dövlət əmlakının idarə olunması”nın auditi aparılmış və artıq ödənilmiş müavinət məbləği audit yoxlaması nəticəsində müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə (bundan sonra - Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsasnamənin 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancının məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancının həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin (bundan sonra - Komitə)) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda hesablanıb verilir. Bildirilir ki, SN00006 seriyalı 864265 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən sosial sığorta hadisəsi 2020-ci ildə baş verdiyi üçün müavinət məbləğinin hesablanması zamanı Komitənin rəsmi nəşrində dərc olunmuş 2019-cu il üzrə orta aylıq əməkhaqqı məbləği əsas götürülməlidir. Komitənin 2019-cu il üzrə sosial-iqtisadi inkişafa dair rəsmi nəşrinə əsasən, 2019-cu il Respubikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği otuz dörd manat səksən qəpik) manat müəyyən edilmişdir. Cavabdeh əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə və əmək qabiliyyətinin itirildiyi tarixdən əvvəlki son 12 ay ərzində vəkil (öz-özünü sığortaedən fiziki şəxs ) olaraq fəaliyyət göstərdiyi halda (sığortaolunanların hesabından çıxarış əlavə olunur) son 12 ay üzrə gəlirlərini Əsasnamənin 28-ci bəndində qeyd edilən qaydada Komitənin müəyyən etdiyi məbləğ üzrə deyil, “işçi” olmadığı və öz-özünü sığortaedən şəxs olduğu halda müavinəti yanlışlıqla işçi statusuna sahib olan şəxs kimi (aylıq qazanca uyğun olaraq və həmin qazanc Statistika Komitəsinin məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmuşdur) daxil etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 İyul 2019-cu il tarixli **********869800 nömrəli “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) formasının tərtib edilməsi Qaydalarının 1-ci bəndində sığortaedənlər tərəfinən hesabat tərtib edilərkən fəaliyyət növünün kodları sadalanmış, həmçinin qeyd edilmişdir ki, hesabatın tərtib edilməsi və hesabatdakı nəzarət funksiyaları bu koddan asılı olaraq müəyyənləşdirilir. Həmin Qaydaya əsasən vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üçün fəaliyyət növünün kodu 0300 qeyd edilmişdir. Cavabdeh tərəfindən verilən hesabatdan da görünür ki, hesabat vəkillər üçün müəyyən edilmiş fəaliyyət növünün kodu üzrə verilmişdir. Bildiririk ki, Qanunun 8-ci maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Nəzərinizə çatdırılır ki, vəkil öz-özünü sığorta etdiyi, başqa sözlə öz xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyətini özü həyata keçirən fiziki şəxs statusunda olduğu üçün sığortaedən hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta məqsədilə sığotaedənlərin və sığortaolunanların uçotu” Qaydasının 1.2.6-cı bəndinə əsasən öz - özünü sığortaedənlər - öz xeyrinə sığorta fəaliyyətini həyata keçirən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar), xüsusi notariuslar, sərbəst mediatorlar, fərdi qaydada fəaliyyət göstərən vəkillərdir. Öz-özünü sığortaedən fiziki şəxslərin müavinət üçün müraciəti zamanı hər hansı rəhbər və ya digər üçüncü şəxslər iştirak etmir, bu səbəbdən də müavinətlərin təyin edilməsində fiziki şəxs özü məsuliyyət daşıyır. Bildirilir ki, Filial tərəfinən Cavabdeh ilkin olaraq 8 iyul 2022-ci il tarixli **********0 nömrəli və 11 avqust 2022-ci il tarixli **********5 nömrəli məktublarla Əsasnamənin müvafiq bəndlərinə istinad edilərək müraciət olunmuş, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinətin geri qaytarılması bildirilmişdir. Filialın məktubuna cavab olaraq yazılmış, Əsasnamənin qeyd olunan müvafiq bəndlərinin izahları ilə əlaqədar cavabdehin 1 sentyabr 2022-ci il tarixdə **********9 nömrə ilə qeydiyyata alınmış məktubuna 8 sentyabr 2022-ci il tarixli **********6 nömrəli məktubla cavab verilmişdir. Cavabdeh 26 sentyabr 2022-ci il tarixdə **********0 nömrə ilə qeydiyyata alınmış məktub ilə müraciət edərək artıq ödənilmiş müavinət məbləğinin nə üçün rəhbər şəxs tərəfindən ödənilməli olduğunun izahının verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubu ilə müraciətlə bağlı ətraflı izah verilmişdir. Cavabdeh 17 oktyabr 2022-ci il tarixdə **********9 nömrə ilə qeydiyyata alınmış eyni məzmunlu məktubla Filiala müraciət etmiş, yenidən izah verilməsini xahiş etmişdir. Filial 20 oktyabr 2022-ci il tarixli **********9 nömrəli məktubla müraciəti cavablandırmış və qanunvericiliyə uyğun olaraq bir daha müvafiq izah vermişdir. Filial tərəfindən 12 may 2023-cü il tarixli 3-17-1/2-N-106496/2023 nömrəli məktubla Cavabdeh müraciət edilərək artıq ödənilmiş müavinətin geri qaytarılmadığı halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin uzun müddət keçməsinə baxmayaraq müavinət məbləğinin geri qaytarılması təmin edilməmişdir. Bu səbəblə, Filial tərəfindən 18 mart 2024-cü il tarixli 3-17-1/2-66503/2024 nömrəli məktubla Cavabdeh sifarişli poçt göndərişi ilə bir daha müraciət edilərək artıq ödənilmiş müavinətin geri qaytarılmayacağı halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmiş, Cavabdeh 30 mart 2024-cü il tarixdə məktubu əldə etmiş, lakin məsələyə dair öz münasibətini bildirməmiş və müvafiq tədbir görməmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “Cavabdeh 4962,82 manat (dörd min doqquz yüz altmış iki manat səksən iki qəpik) məbləğində artıq ödənilmiş müavinətin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məcburi dövlət sosial sığorta haqları hesabına hesaba ödənilmiş 5784,64 manat (beş min yeddi yüz səksən dörd manat, altmış dörd qəpik) məbləğində müavinətdən artıq ödənilmiş 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat, qırx doqquz qəpik) məbləğin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda sözügedən inzibati iş icraatındadır və iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 12:40-a təyin edilmişdir (ölkə hüdudlarından kənarda olacağı üçün məhkəmə prosesində iştirakı qeyri-mümkündür, elektron kabinetdə məlumat yerləşdirilmişdir) İşin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqları hesabına hesaba ödənilmiş 5784,64 manat (beş min yeddi yüz səksən dörd manat, altmış dörd qəpik) məbləğində müavinətdən 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat, qırx doqquz qəpik) məbləğində müavinət artıq ödənilmişdir və geri qaytarılması tələb edilərək bank rekvizitləri təqdim edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş İşçilərə sığortaedənln vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Əsasnamənin 28-ci bəndinə əsasən, Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra - qazanc) hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. İddiaçı tərəfindən Əsasnamənin 28-ci bəndinə istinad edilərək, əmək qabiliyyətimin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin deyil, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq əmək haqqının əsas götürülməli olması qeyd edilsə də, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş orta aylıq əmək haqqının nə qədər təşkil etməsi qeyd edilməmişdir. Əlavə olaraq "Əsasnamə"nin 116-cı bəndinə əsasən, artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Göründüyü kimi, "Əsasnamə"yə edilmiş dəyişikliyə əsasən artıq ödənilmiş müavinət, müavinəti almış şəxs tərəfindən deyil, sığortaedəndən tutularaq geri qaytarılmalıdır. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.4cü maddəsinə əsasən, hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; dövlət orqanları; fiziki şəxslər; seçkili orqanların rəhbərləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağlayan işəgötürənlər sığortaedən hesab olunurlar. Məsələ ilə bağlı bildirir ki, mövcud vəziyyətdə işəgötürən statusu olmamışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə (bundan sonra - Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsasnamənin 28-ci bəndinə uyğun olaraq sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir. Diqqətə çatdırılır ki, sosial sığorta hadisəsi 2020-ci ildə baş verdiyi üçün müavinət məbləğinin hesablanması zamanı Komitənin rəsmi nəşrində dərc olunmuş 2019-cu il üzrə orta aylıq əməkhaqqı məbləği əsas götürülməlidir. Həmçinin, Komitənin 2019-cu il üzrə sosial-iqtisadi inkişafa dair rəsmi nəşrinə əsasən, 2019-cu il üçün respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 634,80 (altı yüz otuz dörd manat səksən qəpik) manat müəyyən edilmişdir. Əsasnamənin 116-cı bəndinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. İddiaçı tərəfindən qeyd olunur ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 2.4.4-cü maddəsinə əsasən, hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; dövlət orqanları və fiziki şəxslər; seçkili orqanların rəhbəri Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq əmək müqaviləsi bağlayan işəgötürənlər sığortaedən hesab olunur və mövcud vəziyyətdə işəgötürən (sığortaedən) olmadığına görə müavinət onun tərəfindən geri qaytarılmamalıdır. Xatırlatmaq istərdi ki, qeyd etdiyi Qanun sosial sığorta ilə bağlı ictimai münasibətləri deyil, işsizlikdən sığorta sahəsini və bu sahə üzrə hüquqi vəziyyəti tənzimləyir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Vəkil özüözünü sığorta etdiyi, başqa sözlə öz xeyrinə olan məcburi dövlət sosial sığorta fəaliyyətini özü həyata keçirən fiziki şəxs statusunda olduğu üçün sığortaedən hesab edilir.Digər tərəfdən aparılan hesablamalarla bağlı məsuliyyəti Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın müdiriyyəti və baş mühasibi daşıyır. Lakin buna baxmayaraq ödənilmiş həmin məbləğ üzrə nə üçün məhz onun məsuliyyət daşımağı iddiaçı tərəfindən əsaslandırılmamışdır. Filial tərəfindən bildirilmişdir ki, özü özünü sığortaedən fiziki şəxslərin müavinət üçün müraciət zamanı hər hansı rəhbər və ya digər üçüncü şəxslər iştirak etmir, bu səbəbdən də, müavinətlərin təyin edilməsində fiziki şəxs özü məsuliyyət daşıyır. Lakin məbləğin səhv olaraq hesablanmasını nəzərdə tutan inzibati orqanın məsuliyyətinin nə üçün Filialın rəhbər şəxsləri deyil də fiziki şəxs daşımalıdır?! Yekun olaraq qeyd edilir ki, bir il ərzində gedən yazışmalardan da aydındır ki, iddiaçı - inzibati orqanın özünün də qeyd etdiyi kimi “işçi” olmadığı və öz-özümü sığorta edən şəxs olduğu halda müavinəti yalnışlıqla işçi statusuna sahib olan şəxs kimi (aylıq qazanca uyğun olaraq və həmin qazanc Statistika Komitəsinin məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmuşdur) daxil etmiş və nəticədə məcburi dövlət sosial sığorta haqqı üzrə artıq müavinət ödənilməsinə səbəb olmuşdur. Lakin məbləğin ona ödənilməsində səhvlik olmamışdır. Bununla belə səhvə yol verildiyi nəzərdə tutulsa belə aydındır ki, bu hesablamalar inzibati orqanın mühasibi və müdiriyyətinin məsul olduğu məsələlərdir. İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 2.0.4-cü maddəsinə əsasən hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; dövlət orqanları; fiziki şəxslər; seçkili orqanların rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlayan işəgötürənlər sığortaedən hesab olunurlar. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 116-cı bəndinə əsasən, artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Göründüyü kimi, Əsasnaməyə edilmiş dəyişikliklərə əsasən, artıq ödənilmiş müavinət, müavinəti almış şəxs tərəfindən deyil, sığortaedəndən tutularaq geri qaytarılmalıdır. Həmin Əsashamənin 119-cu bəndinə əsasən, müəssisənin müdiriyyəti və baş mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Belə olan halda səhv ödənilmiş vəsaitin onun tərəfindən geri qaytarılması hazırda verilmiş iddiada kifayət qədər əsaslandırılmamışdır.İddia ərizəsində qeyd edilir ki, aylıq gəlirlər yalnış daxil edilmişdir. Lakin bu həqiqəti əks etdirmir, belə ki aylıq gəlirlər olduğu kimi göstərilməklə daxil edilmiş, sonda isə inzibati orqan özü hesablama qaydasında səhvə yol vermişdir. Digər tərəfdən, işin halları ilə müəyyən olunur ki, pul vəsaiti inzibati orqan tərəfindən xx.xx.2020 - xx.xx.2020-ci tarixlər aralığında köçürülmüşdür. Hazırda iddiaçı səhvən ödənildiyini nəzərdə tutduğu artıq vəsaitin geri qaytarılmasını tələb edir. Həmçinin aramızda olan yazışmalarda və iddia ərizəsində iddiaçı özü də qeyd edir ki, səhvən ödənildiyini nəzərdə tutduğu məbləğin hesablanması iddiaçı inzibati orqan tərəfindən həyata keçirilmişdir. Yəni, cavabdeh olaraq hər hansı ödənilməli olan müavinət məbləği qeyd edilməmiş, iddiaçı özü ödənilməli olan müavinəti hesablayıb ödəmişdir. Həmin vəsaitin ona ödənilməsi doğrudur və əsassız varlanmaya səbəb olmamışdır. Lakin bununla belə iddiaçı nəzərdə tutduğu səhvən ödənilmiş məbləğin məndə əsassız varlanmaya səbəb olduğunu hesab etsə belə maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma fəsli nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091,2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.Göründüyü kimi, iddiaçı bu əsası gətirsə belə tərəfindən xx.xx.2020-xx.xx.2020-ci illər tarixində köçürülmə həyata keçirilmişdir (baxmayaraq ki o əsassız varlandığını hesab etmir). Həmin tarix aralığından hazırda 4 il keçmişdir. Bu səbəbdən də iddia ərizəsi tam olaraq əsaslandırılmamaqla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş əsassız varlanma üzrə 2 illik iddia müddəti ötürülməklə verilmişdir.Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsində qeyd edilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni zamanda “İnsan Hüquqları və X2 Haqqında” Konvensiyanın 13- cü maddəsində qeyd edilir ki, “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.1948-ci il dekabrın 10-da BMT Baş Məclisi tərəfindən bəyan edilmiş “İnsan Hüquqları Haqqında” Ümumi Bəyannamənin 7-ci maddəsinə əsasən bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən bərabər müdafiə olunma hüququna malikdirlər.“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsində əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı sələahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.Odur ki, yuxarıda qeyd olunanlara əsasən, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş iddia ərizəsinin əsassız olmaqla yanaşı xx.xx.2020xx.xx.2020-ci il tarixlərini və 2 illik iddia müddəti ötürülməklə verildiyini nəzərə alaraq iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-106496/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, Sizə aid (SSN: **********278) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 864265 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) yenidən baxılmışdır.Baxış zamanı tərəfindən “Elektron hökumət" portalı vasitəsilə altsistemə daxil edilmiş ********************43832 nömrəli haqqhesab cədvəli üzrə ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin yanlış hesablandığı məlum olmuşdur. Belə ki, fəaliyyət növünün 0300 kodu ilə məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabat təqdim etdiyi, başqa sözlə, “işçi” olmadığı və öz-özünü sığortaedən şəxs olduğu halda müavinətin yanlışlıqla işçi statusuna sahib olan şəxs kimi hesablandığı məlum olmuşdur. Belə ki, (Sizə müavinətin işçi statusuna sahib olan şəxs kimi hesablanması) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri deyil, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq əmək haqqı əsas götürülməlidir. Bu səbəbdən ********************43832 nömrəli haqq-hesab cədvəlinə əsasən "xxxx" ASC-nin Nəsimi filialındakı AZ72BRES******************** nömrəli hesaba ödənilmiş 5784,64 manat (beş min yeddi yüz səksən dörd manat altmış dörd qəpik) məbləğində müavinətdən artıq ödənilmiş 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinətin Filialın xəzinə hesabına geri qaytarılması ilə bağlı tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli, xx.xx.2022-ci il tarixli **********5 nömrəli xx.xx.2022-ci il tarixli **********6 nömrəli, xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktublar ünvanlanmışdır. Artıq ödənilmiş müavinət məbləğinin Filialın xəzinə hesabına geri qaytarılması ilə bağlı ətraflı müzakirə və araşdırmanın aparılması üçün Sizin Filiala dəvət edilməniz ilə bağlı xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktub da ünvanlanmışdır, (məktublar əlavə olunur). Buna baxmayaraq, artıq ödənilmiş müavinət məbləğinin bugünədək geri qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qısa müddət ərzində artıq ödənilmiş müavinət məbləğinin Filialın xəzinə hesabına geri qaytarılmasını bir daha xahiş edirik, əks təqdirdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən məhkəmədə iddia qaldırılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) ünvanlanmış, 17 oktyabr 2022-ci il tarixində **********9 nömrə ilə qeydiyyata alınmış 13 oktyabr 2022-ci il tarixli müraciətə baxılmışdır. Müraciətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə artıq ödənımiş məbləğin məsuliyyətini nəyə görə rəhbər şəxsin deyil, daşımalı olmağı ilə bağlı izah verilməsi xahiş edilmişdir. Nəzərinizə çatdırılır ki, Filiala ünvanlanmış 23 sentyabr 2022-ci il tarixli eyniməzmunlu müraciətə dair 4 oktyabr 2022-ci il tarixli **********5 nömrəli məktubla izah verilmişdir. Filialın ünvanladığı 11 avqust 2022-ci il tarixli **********5 nömrəli məktubu ilə ‘Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin (bundan sonra - Əsasnamə) müvafiq bəndlərinə istinad edərək məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 4989,49 manat mbləğində müavinətin geri qaytarılması bildirilmişdir. Filialın məktubuna cavab olaraq yazılmış, Əsasnamənin müvafiq bəndlərinin izahları ilə əlaqədar 29 avqust 2022-ci il tarixli məktubunuza 8 sentyabr 2022-ci il tarixli **********6 nömrəli məktubla cavab verilmişdir. 23 sentyabr 2022ci il tarixli məktubla yenidən müraciət edərək artıq ödənilmiş müavinət məbləğinin nə üçün rəhbər şəxs tərəfindən deyil ödənilməli olduğunun izahının verilməsi xahiş edilmiş, Filialın 4 oktyabr 2022-ci il tarixli **********5 nömrəli məktubu ilə müraciətilə bağlı ətraflı izah verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinətin geri qaytarılması üçün aşağıdakı bank rekvizitlər təqdim edilmişdir: X1 kodu:210005 VÖEN:********** M/H: AZ41NABZ********************, SVVİFT: CTREAZ22, Alan müştəri adı: Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı, VÖEN: **********, H/H: Z15CTRE********************, təsnifat kodu:271220- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, büdcə səviyyəsi kodu: 4. Əlavə olaraq bildirilir ki, müavinətin qısa müddət ərzində təmin edilmədiyi halda qanunamüvafiq olaraq məhkməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-66503/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, (SSN. **********278) xx.xx.2020-cı ıl tarixdən 02 11.2020-ci ıl tarixədək olan dovrü əhatə edən SN 00006 seriyalı 864265 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə gorə müavinətlə bağlı haqq-hesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) yenidən baxılmışdır. Baxış zamanı “Elektron hökumət portalı vasitəsilə altsıstemə daxıl edilmiş ********************43832 nömrəli haqq-hesab cədvəli üzrə ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin yanlış hesablandığı məlum olmuşdur. Belə ki, vəkillik fəaliyyətinə görə (fəaliyyət növünün kodu 0300) məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabat təqdim etdiyi, başqa sözlə, “işçi'’ olmadığı və öz- özunü sığortaedən şəxs olduğu halda müavinətin yanlışlıqla işçi statusuna sahib olan şəxs kimi hesablandığı məlum olmuşdur. Belə ki əmək qabiliyyətinin müvəqqəti itirilməsinə gorə müavinət hesablanarkən qazanc kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri deyil, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq əmək haqqı əsas götürülməlidir. Bu səbəbdən ********************43832 nömrəli haqq-hesab cədvəlinə əsasən "xxxx" ASC-nin Nəsimi filialındakı AZ72BRES******************** nömrəli hesaba ödənilmiş 5784,64 manat (beş min yeddi yüz səksən dörd manat altmış dörd qəpik) məbləğində müavinətdən artıq ödənilmiş 4989.49 manat (dörd min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinətin Filialın xəzinə hesabına geri qaytarılması ilə bağlı tərəfindən 08,07.2022-cı il tarixli **********0 nömrəli, xx.xx.2022-ci il tarixli **********5 nömrəli. xx.xx.2022-ci il tarixli **********9 nömrəli. 18.11,2022-ci il tarixli **********7 nömrəli və xx.xx.2023-cü ıl tarixli 3-17-1/2-N-106496/2023 nömrəli məktublar ünvanlanmışdır. Buna baxmayaraq, artıq ödənilmiş müavinət məbləğinin bugünədək gen qaytarılması təmin edilməmişdir Əlavə olaraq bildirilir ki, yuxarıda qeyd edilən məsələnin müzakirə edilməsi uçun Filialın inzibati binasına dəvət etməyinə baxmayaraq gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 4989,49 manat məbləğində müavinətin geri qaytarılması üçün aşağıdakı bank rekvizitlərini təqdim edilmişdir: Bankın adı X1 Kodu1 210005 VÖEN: ********** M/H. AZ41NABZ******************** SWİFT: CTREAZ22 Alan müştərinin adı Dövlət Sosial Müdafiə Fondunun VÖEN Sosial Sığorta və Fərdi Uçot üzrə H/H Mərkəzi Filialı ********** Təsnifat kodu AZ15CTRE******************** 271220-əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Büdcə səviyyəsi 4 Yekun olaraq bildirilir ki, artıq ödənilmiş müavinətin geri qaytarılması qısa müddət ərzində təmm edilmədiyi halda qanunamüvafiq olaraq məhkəmədə iddia qaldırılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, sizə aid (SSN: **********278) xx.xx.2020-ci il tarixdən 02.11,2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 864265 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) yenidən baxılmışdır. Baxış zamanı "Elektron hökumət” portalı vasitəsilə MEİS-ə göndərilmiş ********************43832 nömrəli haqq-hesab cədvəli üzrə ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin yanlış hesablandığı məlum olmuşdur Belə ki, fəaliyyət növünün 0300 kodu ilə məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabat təqdim etdiyi, başqa sözlə, “işçi" olmadığı və öz-özünü sığortaedən şəxs olduğu halda müavinətin yanlışlıqla işçi statusuna sahib olan şəxs kımı hesablandığı məlum olmuşdur.“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Məcəllə) 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə’yə (bundan sonra -Əsasnamə) uyğun olaraq həyata keçirilir. Müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir. Bildirilir ki, yuxarıda qeyd olunan səbəblərdən (sizə müavinətin işçi statusuna sahib olan şəxs kimi hesablanması) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri deyil, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq əmək haqqı əsas götürülməlidir. Bu səbəbdən ********************43832 nömrəli haqq-hesab cədvəlinə əsasən "xxxx" ASC-nin Nəsimi filialındakı AZ72BRES******************** nömrəli hesaba ödənilmiş 5784,64 manat (beş min yeddi yüz səksən dörd manat altmış dörd qəpik) məbləğində müavinətdən artıq ödənilmiş 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinət Filialın xəzinə hesabına geri qaytarılmalıdır. Əsasnamənin 119-cu və 123-cü bəndlərinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərməklə sənədləri müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi və hesablanmasına həmkarlar ittifaqları da nəzarət edir və məsuliyyət daşıyırlar. Eyni zamanda Əsasnamənin 116-cı bəndinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən geri qaytarılmalıdır. Məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinətin geri qaytarılması üçün aşağıdakı bank rekvizitlər təqdim edilir:bankın adı X1, kodu 210005, VÖEN **********, M/H AZ41NABZZ********************, SVVİFT CTREAZ22, alan müştərinin adı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı, VÖEN **********, H/H: AZ15CTRE********************, Təsnifat kodu:271220-əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, büdcə səviyyəsi kodu: 4. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin “e-sosial” (www.e-sosial.az) internet portalı haqqında Əsasnamənin 1.5.2-ci bəndinə əsasən "istifadəçi" - normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada MElSdən və portaldan informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslərdir. Həmin Əsasnamənin 8.0.4-cü bəndinə əsasən istifadəçinin portaldan özü barədə məlumatlar əldə etmək hüququ vardır. Qeyd olunanlara əsasən, sığortaolunan sığortaedəninə (işlədiyi müəssisəyə) və sığortaçıya (Fonda) müraciət etmədən “e-sosial” (www.e-sosial.az) internet portalının "Şəxsi Kabinet" bölməsinin "Sosial sığorta ödəmələri" pəncərəsinə daxil olaraq, sosial sığorta ödəmələri ilə bağlı haqq-hesab cədvəllərinin emal vəziyyəti (icrada olması, geri qaytarılması və ödənişə göndərilməsi), o cümlədən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş müavinət məbləğləri barədə rahatlıqla məlumat əldə edə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) ünvanlanmış, 1 sentyabr 2022-ci il tarixində **********9 nömrə ilə qeydiyyata alınmış 29 avqust 2022-ci il tarixli müraciətə baxılmışdır. “Sosial sığorta haqqında’' Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə’yə (bundan sonra - Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsasnamənin 28-ci bəndinə uyğun olaraq sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir. Müraciətdə Əsasnamənin 28-ci bəndində qeyd edilən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (bundan sonra - Komitə) tərəfindən müəyyən edilmiş orta aylıq əməkhaqqının məbləği barədə məlumatın verilməsi xahiş edilmişdir. Diqqətə çatdırılır ki, 00006 seriyalı 864265 nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinə əsasən sosial sığorta hadisəsi 2020-ci ildə baş verdiyi üçün müavinət məbləğinin hesablanması zamanı Komitənin rəsmi nəşrində dərc olunmuş 2019-cu il üzrə orta aylıq əməkhaqqı məbləği əsas götürülməlidir Məlumat üçün bildiririk ki, Komitənin 2019-cu il üzrə sosial-iqtisadi inkişafa dair rəsmi nəşrinə əsasən, 2019-cu il üçün respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 634,80 (altı yüz otuz dörd manat səksən qəpik) manat müəyyən edilmişdir. Əsasnamənin 116-cı bəndinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Müraciətdə “İşsizlikdən sığorta haqqında” Qanunun 2.4.4cü maddəsinə istinad edərək hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; dövlət orqanları və fiziki şəxslər; seçkili orqanların rəhbəri Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq əmək müqaviləsi bağlayan işəgötürənlər sığortaedən hesab olunur və mövcud vəziyyətdə işəgötürən (sığortaedən) olmadığına görə müavinət geri qaytarılmamalıdır.İlk növbədə müraciətdə qeyd etdiyi Qanun sosial sığorta ilə bağlı ictimai münasibətləri deyil, işsizlikdən sığorta sahəsini və bu sahə üzrə hüquqi vəziyyəti tənzimləyir. Bildirilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.Nəzərinizə çatdırıılır ki, vəkil özü-özünü sığorta etdiyi, başqa sözlə öz xeyrinə olan məcburi dövlət sosial sığorta fəaliyyətini özü həyata keçirən fiziki şəxs statusunda olduğu üçün sığortaedən hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən artıq ödənilmiş müavinət məbləği Filial tərəfindən ünvanlanmış 11 avqust 2022-ci il tarixli **********5 nömrəli məktubda nəzərdə tutulan qaydada Filialın xəzinə hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sığortaolunanın hesabından görünür ki, Cavabdeh 2019 yanvar-2020 dekabr aylarının cəmi hesablanmış məbləği 16203.44 manat, cəmi gəli 94681.24 manat , cəmi ödənilmiş 16203.44 manatdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) ünvanlanmış 26 sentyabr 2022-ci il tarixində **********0 nömrə ilə qeydiyyata alınmış 23 sentyabr 2022-ci il tarixli müraciətə baxılmışdır. Müraciətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə artıq ödənimiş məbləğin məsuliyyətinin nəyə görə rəhbər şəxsin deyil, onun daşımalı olmağı ilə bağlı izah verilməsi xahiş edilmişdir. Məlumat üçün bildirilir ki, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqətiitirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin ödənilməsi haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi 14 sentyabr 2020-ci il tarixdən 2 noyabr 2020-ci il tarixədək olan dövrdə o Qanunun 14.5.5-ci maddəsinə uyğun olaraq fiziki şəxs kimi (Vəkillər Kollegiyasının üzvü) fəaliyyət göstərmişdir. Qanunun 8-ci maddəsinə əsasən sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta məqsədilə sığotaedənlərin və sığortaolunanların uçotu" Qaydasının 1.2.6-cı bəndinə əsasən öz - özünü sığortaedənlər öz xeyrinə sığorta fəaliyyətini həyata keçirən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar), xüsusi notariuslar, sərbəst mediatorlar. fərdi qaydada fəaliyyət göstərən vəkillərdir. Müraciətdə Əsasnamənin 119-cu bəndinə əsaslanaraq bildirmişdir ki, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Göründüyü kimi, özü-özünü sığortaedən fiziki şəxslərin müavinət üçün müraciət zamanı hər hansı rəhbər və ya digər üçüncü şəxslər iştirak etmir, bu səbəbdən də müavinətlərin təyin edilməsində fiziki şəxs özü məsuliyyət daşıyır. Bir daha nəzərə çatdırılır ki, Əsasnamənin 116-cı bəndinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Yuxarıda qeyd olunanlara əsasən artıq ödənilmiş müavinət məbləği Filial tərəfindən ünvanlanmış 11 avqust 2022-ci il tarixli **********5 nömrəli məktubda nəzərdə tutulan qaydada Filialın xəzinə hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, ona aid (SSN **********278) xx.xx.2020-ci il tarixdən 02.11 2020ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 864265 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə "əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət"lə bağlı haqq-hesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) yenidən baxılmışdır. Baxış zamanı "Elektron hökumət" portalı vasitəsilə MElS-ə göndərilmiş ********************43832 nömrəli haqq-hesab cədvəli üzrə ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin yanlış hesablandığı məlum olmuşdur Belə ki. Sizin fəaliyyət növünün 0300 kodu ilə məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabat təqdim etdiyi, başqa sözlə, “işçi" olmadığı və öz-ozünü sığortaedən şəxs olduğu halda müavinətin yanlışlıqla işçi statusuna sahib olan şəxs kimi hesablandığı məlum olmuşdur. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra- Məcəllə) qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqları hesabına müavinətlərin hesablanması təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnaməyə (bundan sonra -Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsasnamənin 28-cı bəndinə uyğun olaraq sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı uzrə əvvəlki ildə respublikanın regionları üzrə bır işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir. Bildirilir ki, yuxarıda qeyd olunan səbəblərdən (ona müavinətin işçi statusuna sahib olan şəxs kimi hesablanması) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri deyil, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq əmək haqqı əsas götürülməlidir. Bu səbəbdən ********************43832 nömrəli haqq-hesab cədvəlinə əsasən "xxxx" ASC-nin Nəsimi fılialındakı AZ72BRES******************** nömrəli hesaba ödənilmiş 5784.64 manat (beş min yeddi yüz səksən dörd manat altmış dörd qəpik) məbləğində müavinətdən artıq ödənilmiş 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinət Filialın xəzinə hesabına geri qaytarılmalıdır. Əsasnamənin 119-cu və 123-cü bəndlərinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərməklə sənədləri müdriyyətın müavinət təyin edən komissiyasına qaytarmalıdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi və hesablanmasına həmkarlar ittifaqları da nəzarət edir və məsuliyyət daşıyırlar. Eyni zamanda bildirilir ki, Əsasnamənin 116-cı bəndinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən geri qaytarılmalıdır. Məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 4989.49 manat (dord min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinətin geri qaytarılması üçün aşağıdakı bank rekvizitləri təqdim edilir: bankın adı X1, kodu 210005, VÖEN **********, M/H AZ41NABZZ********************, SVVİFT CTREAZ22, alan müştərinin adı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı, VÖEN **********, H/H: AZ15CTRE********************, Təsnifat kodu:271220-əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, büdcə səviyyəsi kodu: 4. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin "e-sosial” internet portalı haqqında Əsasnamənin 1.5.2-ci bəndinə əsasən "istifadəçi"-normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada MElS-dən və portaldan informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslərdir. Həmin Əsasnamənin 8.0.4-cü bəndinə əsasən istifadəçinin portaldan özü barədə məlumatlar əldə etmək hüququ vardır. Qeyd olunanlara əsasən, sığortaolunan sığortaedəninə (işlədiyi müəssisəyə) və sığortaçıya (Fonda) müraciət etmədən “e-sosial” internet portalının "Şəxsi Kabinet" bölməsinin "Sosial sığorta ödəmələri” pəncərəsinə daxil olaraq, sosial sığorta ödəmələri ilə bağlı haqq-hesab cədvəllərinin emal vəziyyəti (icrada olması, geri qaytarılması və ödənişə göndərilməsi), o cümlədən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş müavinət məbləğləri barədə rahatlıqla məlumat əldə edə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-141729/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) daxil olmuş 12 iyun 2024-cü il tarixində 3-17-1/1-136684/2024 nömrə ilə qeydiyyata alınmış 29 may 2024-cü il tarixli 2-1(112)-8749/2024 nömrəli məktuba baxılmışdır. Sözügedən məktubda iddiaçı Filialın Cavabdeh qarşı “4989,49 manat məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Cavabdeh hesablanmış borcun tərkibi barədə məlumatın, həmçinin müvafiq təsdiqedici sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 25 noyabr 2022-ci il tarixli AHO-4/3.2-2022-135 nömrəli qərarına əsasən “Fond tərəfindən vəsaitlərin və dövlət əmlakının idarə olunması”nın auditi aparılmış və Cavabdeh artıq ödənilmiş müavinət məbləği audit yoxlaması nəticəsində müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (bundan sonra - Əsasnamə) 28-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. Vəzifə maaşı və ya tarif dərəcəsi almayan sığortaolunanlara Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə müvafiq peşə və ixtisasa malik sığortaolunanın əməkhaqqına uyğun olaraq müəyyən edilir.Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst mediatorun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir sığortaolunana hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır.Bildiririk ki, Cavabdeh aid SN00006 seriyalı 864265 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən sosial sığorta hadisəsi 2020-ci ildə baş verdiyi üçün müavinət məbləğinin hesablanması zamanı Komitənin rəsmi nəşrində dərc olunmuş 2019-cu il üzrə orta aylıq əməkhaqqı məbləği əsas götürülməlidir.Komitənin 2019-cu il üzrə sosial-iqtisadi inkişafa dair rəsmi nəşrinə əsasən, 2019-cu il üçün respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 634,80 (altı yüz otuz dörd manat səksən qəpik) manat müəyyən edilmişdir.Cavabdeh əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə və əmək qabiliyyətinin itirildiyi tarixdən əvvəlki son 12 ay ərzində vəkil (öz-özünü sığortaedən fiziki şəxs) olaraq fəaliyyət göstərdiyi halda son 12 ay üzrə gəlirlərini Əsasnamənin 28-ci hissəsində qeyd edilən qaydada Komitənin müəyyən etdiyi məbləğ üzrə deyil, “işçi” olmadığı və öz-özünü sığortaedən şəxs olduğu halda müavinəti yanlışlıqla işçi statusuna sahib olan şəxs kimi (aylıq qazanca uyğun olaraq və həmin qazanc Statistika Komitəsinin məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmuşdur) daxil etmiş və nəticədə məcburi dövlət sosial sığorta haqqı üzrə artıq müavinət ödənilməsinə səbəb olmuşdur. Əlavə olaraq bildiririk ki, Cavabdeh müavinətin ödənilməsi barədə haqq-hesab cədvəlindən çıxarış və digər təsdiqedici sənədlər 18 aprel 2024-cü il tarixli 3-17-1/288103/2024 nömrəli iddia ərizəsi və Elektron Məhkəmə Sistemində Cavabdeh aid inzibati iş üzrə materiallara qoşma olaraq əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-1/2-57262/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin icraatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 4962,82 manat (dörd min doqquz yüz altmış iki manat səksən iki qəpik) müavinət məbləğinin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması” barədə inzibati iş vardır. İş ilə əlaqədar Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə istinad edərək bildirmişdir ki, sözügedən hal əsassız varlanma halıdır və əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olan vaxtdan ən geci iki il sonra müddətin keçmə əsası ilə qüvvədən düşür. Mülki Məcəllənin 2.5-ci maddəsində qeyd edilmişdir ki, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında bildirilir ki, sosial sığorta münasibətləri bir tərəfdən sığortaçı, digər tərəfdən sığortaedənlər və sığortaolunanlar arasında yaranmaqla inzibati hüquq xarakterlidir və ümumi (publik) hüquq sahəsinə aiddir. Bu səbəbdən də Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından həmin münasibətlərə mülki hüquq normalarının tətbiq edilməsi istisna edilir. 7 mart 2025-ci il 3- 17-1/2-57262/2025 Bu cür qadağa, mülki hüquq başda olmaqla, bütün xüsusi hüquq sahələrinə xas olan hüquqi tənzimləmə metodlarının publik hüquq sahələrinə, o cümlədən inzibati, sosial təminat, vergi hüququna xas tənzimləmə metodlarından əhəmiyyətli dərəcədə fərqli olmasından irəli gəlir. Belə ki, ümumi hüquq normaları cəmiyyət və dövlət mənafeyi ilə bağlı münasibətləri nizama saldığından onlar ayrı-ayrı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyən və fərdlərin maraqlarına xidmət edən xüsusi hüquq normalarından fərqli olaraq dispozitiv deyil, imperativ xarakter daşıyır. Publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı). Bundan fərqli olaraq, mülki hüquq münasibətləri tərəflərin bərabərliyi və onların iradələrinin sərbəstliyinə əsaslanan hüquq münasibətləridir. Bu münasibətləri tənzimləyən mülki hüquq normaları daha çox mahiyyətcə dispozitiv olan qaydalardır. Mülki hüquqla tənzimlənən əmlak münasibətləri aşağıdakı xüsusiyyətlərlə səciyyələnir: 1) bu əmlak baxımından bir-birindən təcrid olan subyektlər arasındakı münasibətlərdir. Mülki hüquq münasibətlərində tərəflərdən hər birinin öz əmlakı var və o, digər tərəfin əmlakı üzərində sərəncam vermək səlahiyyətlərinə malik deyil; 2) tərəflərdən hər biri müstəqil olaraq, yalnız özünün sərbəst iradə ifadəsinə uyğun olaraq əmlakı üzərində sərəncam vermək səlahiyyətinə malikdir; 3) tərəflər bir-birinə münasibətdə bərabər vəziyyətdədir. Onlardan biri digərinin və onun əmlakı üzərində hər hansı hakimiyyətə malik deyil. Mülki hüquqla tənzimlənən münasibətlər subordinasiya deyil, koordinasiya münasibətləridir; 4) bu münasibətlər əsasən əvəzlidir, yəni bir qayda olaraq, mübadilə xarakteri daşıyır. Yuxarıda göstərilən xüsusiyyətlər mülki hüququn tənzimlədiyi əmlak münasibətlərini hüququn digər sahələri tərəfindən tənzimlənən oxşar əmlak münasibətlərindən fərqləndirir. Yuxarıda da qeyd edilənlərdə aydın olur ki, hazırda mübahisə edilən hüquq münasibəti publik hüquqi münasibətlərdən irəli gəldiyi və inzibati xarakterli olduğu üçün Mülki Məcəllənin müddəalarının tətbiq edilməsi yolverilməzdir. Əlavə olaraq bildiririk ki, Cavabdehla bağlı artıq ödənilmiş vəsait Azərbaycan Respublikası Hesablama Palatasının 25 noyabr 2022-ci il tarixli AHO-4/3.2-2022-135 nömrəli qərarına əsasən aparılmış audit nəticəsində aşkar edilmiş və 2022-ci il tarixindən də tərəfimizdən artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün tədbirlər görülmüş, cavabdehə məktublar ünvanlanmış və yazılmış hər bir cavab məktubunda cavabdeh tərəfindən fərqli suallar ünvanlandığına görə məhkəməyədək aparılmış icraat uzadılmışdır. Sözügedən yazışmalar iddia ərizəsinə qoşma olaraq əlavə edilmişdir. Qeyd edilənlərin nəzərə alınması və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. 82.4. İnzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərarında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən müvafiq məlumatlar əks olunmalı və həmin qərar pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktla birlikdə icra qurumuna göndərilməlidir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Hazırki işdə qanuna müvafiq olaraq hər hansı inzibati akt qəbul edilməmiş, qeyd edilən normalara riayət edilməmişdir, eləcə də iddiaçının dinləmə hüququ təmin edilməklə inzibati icraat aparıldığı, artıq ödəmənin müəyyən olunması, iddiaçının xeyrinə olan inzibati aktların dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qərar qəbul edildiyi müəyyən olunmur. Məhkəmə nəzərə alır ki, cavabdehə 2020-ci 14.09-xx.xx.2020-ci illərdə xəstəliklə əlaqədar müavinət ödənilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Məhkəmə hesab edir ki, artıq ödənilmiş müavinət məbləğinin tutulması cavabdehin fərdi hallarına uyğun olaraq cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə həmçinin qeyd edir ki, həmin vəsaitin iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. Lakin bununla belə, məhkəmə hesab edir ki, iddiaçı nəzərdə tutduğu səhvən ödənilmiş məbləğin cavabdehdə əsassız varlanmaya səbəb olduğunu hesab etsə belə, maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma fəsli nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi, iddiaçı bu əsası gətirsə belə tərəfindən xx.xx.2020-xx.xx.2020-ci illər tarixində köçürülmə həyata keçirilmişdir. Həmin tarix aralığından hazırda 4 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının “cavabdehdən 4962,82 manat (dörd min doqquz yüz altmış iki manat səksən iki qəpik) məbləğində artıq ödənilmiş müavinətin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə” iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2., 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar